Moskvada “Şeremetyevo” aeroportunda “C” terminalında tavan çöküb.
Bu barədə “Moskovskiye novosti” “Telegram” kanalı xəbər yayıb.
Baş verənlərin təfərrüatı məlum deyil.
Zərərçəkənlər barədə məlumat verilməyib.


В Баку совершено преступление на бытовой почве с применением холодного оружия.
Как передаёт Median.Az со ссылкой на Report, муж местной жительницы Айтекин Гахрамановой нанес ей ножевые ранения.
Пострадавшая госпитализирована с колото-резаными ранами в области груди и спины.
В настоящее время А.Гахраманова находится в реанимации.
По данному факту ведется расследование.
Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Qəhrəmanova Aytəkin Ədalət qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona döş qəfəsinin və belin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Во Владикавказе дирекция одной из школ решила установить камеры наблюдения в туалетах.
Как сообщает Mash, все началось с того, что в школе № 11 среди учеников прошел слух, что за ними организовали наблюдение учителя.
Затем один из школьников заметил монитор камеры наблюдения в кабинете у завуча. Причем прямая трансляция велась из мужской уборной.
На видео показан процесс поисков камеры в туалете.
Школьники пытались привлечь внимание к тому, что за ними шпионили.

Rusiyanın Vladikavkaz şəhərində məktəblərin birində qeyri-adi hadisə baş verib.
“Mash” xəbər verir ki, məktəbin şagirdləri müəllimlərin onları nəzarət altında saxladıqlarından şübhələniblər.
Sonra uşaqlardan biri direktor müavininin otağında nəzarət kamerasının monitorunu aşkar edib.
Ortaya çıxıb ki, həmin monitordan oğlanlar üçün nəzərdə tutulan tualet görünür.
Bundan sonra şagirdlər nəzarət kamerasını axtarmağa başlayıb.
Uşaqlardan biri bu prosesi qeydə alıb.
Məktəb rəhbərliyinin bu addımının qanuna uyğun olub-olmaması araşdırılır.
Bolqarıstanlı medium Vanqa 2020-ci ilin fevralın 22-də dünyada qlobal fəlakətin olacağını deyibmiş.
“Sputnik” xəbər verir ki, qadın özü bu proqnozunu 2020-ci ilədək açıqlanmamasını xahiş edib.
Onun sözlərini izah etməyə çalışan insanlar bu tarixdə okeana böyük “cismin” düşəcəyini qeyd edirlər.
Zərbədən sonra yaranacaq nəhəng sunami dalğası bir çox ölkəyə ciddi ziyan vuracaq.
Həmçinin, fəlakətdən sonra dünyada nüvə qışının başlaması da ehtimal edilir.
Sosial şəbəkələrdə daha bir xəyanət videosu yayılıb.
Median.Az xəbər verir ki, hadisənin hansı rayonda baş verdiyi dəqiq bilinmir. Videodan məlum olur ki, qadın evdə başqa kişiylə yaxalanıb. Evdə olan digər şəxslərdən biri hadisəni videoya çəkir, digəri isə onların evi tərk etməsini tələb edir.
Median.Az həmin görüntüləri təqdim edir:
Hələlik istifadəyə veriləcəyi vaxt məlum olmayan Bakı-Tiflis-Ankara qatarının içindən hazırlanmış reportaj marağa səbəb olub.
Fins.az xəbər verir ki, bloger Xanlar Molanov sözügedən qatardakı xidmətlər, şərait və vətəndaşlar üçün yaradılmış imkanları təqdim edib.
Reрortajdan aydın olur ki, 10 vaqondan ibarət olan qatar ümumilikdə 257 sərnişin üçün nəzərdə tutulub. Vaqonlardan 6-sı ikinci sinif, biri isə xüsusilə əlil arabası ilə olan vətəndaşlar üçün nəzərdə tutulmuş vaqondur.
Restoran-vaqonda 28 nəfərlik yer var.
Daha iki vaqonun isə biri birinci sinif, digəri qarışıq, yəni birinci və ikinci siniflərdən ibarətdir.
İkinci sinif kupelərdə ənənəvi qaydada oturacaqlar və yataq var. Əlavə olaraq televizoru və hər bir sərnişinin özünün idarə edə biləcəyi istilik və sərinlədici havalandırma sistemi mövcuddur. Kupenin qapı girişinin üstündəki işarələrdən tualet və hamamın boş və ya dolu olduğunu görmək, kupenin işığını yandırıb-söndürmək mümkündür. Həmçinin xüsusi düymə var ki, onu basaraq bələdçini çağıra bilərsiniz. Bu zaman qapı girişinin üstündə qırmızı işıq yanır və bələdçi sizə yaxınlaşır. Hər kupedə xüsusi seyf var ki, qiymətli əşyalarınızı ora yerləşdirib qapısını örtə bilərsiniz. Seyfin qapısını isə ancaq sizdə olan kart vasitəsilə açmaq mümkündür.
Kupedə həmçinin musiqi mərkəzi, mahnıya qulaq asmaq üçün xüsusi qulaqcıq yerləri də mövcuddur.
Birinci sinif 4 nəfərlik kupelərdə ayrıca tualet və hamam otağı var. Həmçinin birinci sinif vaqonlarda 4 nəfərlik kupelərin arasında açılıb-bağlana bilən arakəsmə də var ki, ailələr iki kupeni götürüb rahatlıqla qala bilərlər. Bu kupelərdə duş da quraşdırılıb.
Əksər qapılar maqnitlidir. Səbəb isə hərəkət zamanı qapıların çırpılmaması üçündür…
İndi isə hamını maraqlandıran Azərbaycanın İsveçrədən aldığı yeni “Stadler” vaqonlarının istifadəyə veriləcəyi günün tarixidir.
Mövzu ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, Bakı-Tiflis-Ankara reysi üçün nəzərdə tutulmuş qatarlar uzun müddətdir Bakıdadır:
“Qatarlar hələlik sınaqdadır. 10 vaqondan ibarət olan ilk qatar ötən ilin martında Azərbaycana gətirilib. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulub.
Sözügedən istiqamət üzrə səfərlərin nə vaxt başlayacağı ilə bağlı isə hələ bilmirəm”.
Qatarla səyahət qiymətinə gəlincə, məlumatlara görə, qiymətlər vaqonların sinfindən asılı olaraq adambaşına 50-120 avro arasında (100-240 manat) dəyişəcək.
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən Qaradağ rayonunda “Kia” markalı minik avtomobili yol kənarındakı reklam lövhəsinə çırpılıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1981-ci il təvəllüdlü Abdullayev Zaman Firail oğlunun və şəxsiyyəti məlum olmayan daha 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
“Yeni avtobuslar kartlaşma sisteminə, dispetçer xidmətinə zəruri olan avadanlıqların quraşdırılmasına imkan yaradır. Eyni zamanda bu avtobuslar əvvəlkilərdən həm xarici, həm də daxili tərtibatına görə fərqlənir”.
“Report” xəbər verir ki, bu sözləri İctimai TV-də “Diqqət mərkəzi” verilişində qonaq olan Bakı Nəqliyyat Agentliyinin (BNA) Aparat rəhbəri Gülşən Rzayeva deyib.
“Bu avtobusların əvvəlkilərdən fərqli olan amillərindən biri də onların ekoloji cəhətdən çox təmiz olmasıdır. Yeni gətirilən avtobuslar təbii sıxılmış qazla işləyir. Bu, təhlükəli deyil. Bunu dünya praktikası da, tədqiqatçılar da, bizim ekspertlər də sübut edir. Həm də ictimai nəqliyyatdan havaya tullantılar buraxılmasını azaldır.
Digər məsələ yeni avtobuslarda əlçatanlığın olmasıdır. Köhnə avtobuslarda bu yoxdur. Yəni uşaq arabaları, əlil arabaları ilə daxil olmaq üçün avtobusda imkanlar olmalıdır”, – deyə G.Rzayeva əlavə edib.