Month: February 2020

  • Операция СГБ: в Нефтчале задержан главврач районной больницы – ФОТО

    Спецназ Службы государственной безопасности (СГБ) Азербайджана накануне задержал главу Исполнительной власти (ИВ) Нефтчалинского района Исмаила Велиева при получении взятки.

    По данным Unikal.org, в числе задержанных – главврач Нефтчалинской центральной районной больницы Тельман Захидов.

    В больнице подтвердили эту информацию.

  • DTX-dən əməliyyat: Azərbaycanda daha bir vəzifəli şəxs tutuldu – FOTO

    Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlayıb.

    Unikal.org-un məlumatına görə, saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov da var.

    Bu barədə məlumatı Unikal.org-a xəstəxanadan təsdiqləyiblər.

  • В Баку директору школы объявлено предупреждение

    Управление образования Баку изучило вопрос отсутствия на рабочем месте младшего обслуживающего персонала средней школы №162 Сабаильского района.

    Об этом в ответ на запрос сообщили в управлении.

    “Было установлено, что ввиду отсутствия трех сотрудников младшего обслуживающего персонала указанной школы их функции выполняли приглашенные со стороны лица, они же получали начисленные работникам учебного заведения зарплаты.

    За ненадлежащее исполнение служебных обязанностей директору школы Арзу Назаровой было объявлено предупреждение согласно соответствующей статье Трудового кодекса”, – заявили в управлении.

  • Bakıda əməkdaşların işə gəlməməsinə görə xəbərdarlıq olunan direktorla bağlı RƏSMİ AÇIQLAMA

    Bir müddət əvvəl paytaxtdakı Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməməsi il bağlı xəbər yayılıb.

    Oxu.az-ın əməkdaşı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə saxlayaraq, məsələ barədə məlumat əldə etmişdi.

    Qurumdan bildirilmişdi ki, məsələ araşdırılır.

    BŞTİ-dən Oxu.Az-ın sorğusuna cavab olaraq deyilib ki, paytaxtda yerləşən Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməmələri ilə bağlı daxil olmuş məlumat araşdırılıb:

    “Aparılmış araşdırmanın nəticələrinə əsasən müəyyən edilib ki, məktəbin üç nəfər kiçik xidmətedici işçisi işə gəlmədiyinə görə, onların vəzifə funksiyaları həmin məktəbdə müvafiq olaraq kiçik xidmətedici işçilər kimi cəlb edilmiş digər şəxslər tərəfindən yerinə yetirilib və hesablanmış əməkhaqqını onlar alıblar.

    Əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Səbail rayonu 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilib”.

    “Onu da qeyd edək ki, müvafiq nöqsanlar aparılan araşdırmadan öncə məktəbin direktoru tərəfindən aşkarlanaraq aradan qaldırıldığı üçün bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmayıb.

    Müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi bundan sonra da hər zaman diqqət mərkəzində saxlanılacaq”, – deyə açıqlamada qeyd edilib.

  • В Баку муж и жена скончались от отравления угарным газом

    В поселке Тюркан Хазарского района Баку супруги скончались в результате отравления угарным газом.

    Как сообщили в правоохранительных органах, тела Натига Джавадова (1961 г.р.) и его жены Айтен Зейналовой (1967 г.р.) были обнаружены в их загородном доме на территории поселка.

    По данному факту проводится расследование.

  • Bakıda qadın və kişi qonaq getdikləri evin hamamında zəhərlənib öldülər

    Bakıda bağ evinə qonaq gedən cütlük dəm qazından boğularaq ölüb.

    Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Xəzər rayonu, Türkan qəsəbəsi, “Aqroprom” bağları ərazisində qeydə alınıb.

    Belə ki, 1961-ci il təvəllüdlü Cavadov Natiq Əfsər oğlu və 1967-ci il təvəllüdlü Zeynalova Aytən Hətəm qızı qonaq getdikləri evin hamam otağında birlikdə çimərkən dəm qazının təsirindən zəhərlənərək ölüblər.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку молодого человека ранили ножом

    В поселке Забрат Сабунчинского района Баку Аскер Джалилов (1998 г.р.) получил ножевые ранения во время конфликта с неизвестным.

    Как сообщает АПА, пострадавший госпитализирован в Городскую клиническую больницу №3.

    В связи с данным фактом в 15-м отделении районного управления полиции проводится расследование.

  • Bakıda gənc bıçaqlandı

    Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

    1998-ci il təvəllüdlü Cəlilov Əsgər Rəhman oğlu naməlum şəxslə mübahisə zamanı ayaq və sağrı nahiyəsindən bıçaqlanıb.

    Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

  • Обнародованы кадры с места тяжелого ДТП в Баку – ВИДЕО

    Обнародованы кадры с места тяжелого ДТП в Гарадагском районе Баку

    Как передаёт Median.Az со ссылкой на oxu.az, автомобиль KİA врезался в стоящий на обочине рекламный щит.

    В аварии погибли Заман Абдуллаев (1981 г.р.) и еще один человек, личность которого пока не установлена.

  • Bakıda iki nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın görüntüləri – VİDEO

    Bakıda iki nəfərin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb.

    Hadisə Qaradağ rayonunda baş verib.

    Qəza zamanı KİA markalı avtomobil yol kənarındakı reklam lövhəsinə çırpılıb.

    Hadisə nəticəsində 1981-ci il təvəllüdlü Abdullayev Zaman Firail oğlu və şəxsiyyəti məlum olmayan daha bir nəfər ölüb.