Month: February 2020

  • Gəncədə 160-dan çox sürücü cərimələndi – VİDEO

    Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul xidmətinin və Dövlət Yol Polis şöbəsinin əməkdaşlarının keçirdiyi reyd xeyli intizamsız sürücünü aşkara çıxarıb.

    Median.Az xəbər verir ki, axşam saatlarında başlayan reyd şəhərin Heydər Əliyev, Şah İsmayıl Xətai, Əziz Əliyev, Üzeyir Hacıbəyov prospektləri, Yeni Gəncə yaşayış massivi, Poçt qəsəbəsində və avtomobillərin sıx olduğu digər yerlərdə bir çox mübahisəli məqamlara səhnə olub.

    Reyd zamanı 160-dan artıq sürücü cərimələnib. Bunların arasında dörd sərxoş, 30-dan artıq digər qayda pozan sürücülər var.

    Konstruksiya dəyişikliyinə görə saxlanılan sürücülərin avtomaşınları cərimə meydançasına aparılıb.//oxu.az

  • Koronavirus Azərbaycan sərhədlərinə çatır– Qorunmaq üçün nələr almalısız? – SİYAHI

    Dünya ölkələrini ram edən koronavirus artıq Azərbaycanın qonşu ölkəsi İrana çatdı. Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

    Maraqlısı odur ki, Qum şəhərində koronavirusdan ölən 2 vətəndaşın heç biri Çində olmayıb, elə öz yaşadıqları yerdə olublar. Artıq iranlı tibbi ekspertlər bunu qorxulu hal kimi dəyərləndirir, demək virus bu 2 nəfərə İranın özündə, hansısa yolla keçib. Bununla da virusun mənbəyini tapmaq çətinləşir.

    Medicina.az İrana Azərbaycandan hər gün minlərlə insanın gedib gəldiyini nəzərə alaraq, koronavirusun ölkəmizin əsas sərhədinə çatdığını bildirir.

    Buna görə də Azərbaycanda insanlar virusa yoluxmamaq üçün bəzi vasitələrin ehtiyatını tutmalıdır və tədbirlər görməlidir.

    Median.Az medicina.az-a istinadən hər bir kəs üçün və hər bir evdə olmalı bəzi qorunma və profilaktik vasitələrin siyahısını hazırlayıb.

    1. Tibbi maska – xüsusən keyfiyyətlisi, üçqat olanlar

    2. Tibbi rezin əlcəklər – ictimai yerlərdə istifadə etmək üçün

    3. Yüksək keyfiyyətli antibakterial sabun – ev və iş yerlərində əlləri yumaq

    4. Dezinfeksiyaedici vasirələr – etanol, tibbi spirt, xlorgeksidin, antibekterial gellər, çantada gəzdirməli

    5. Buruna çəkmək üçün Oksolin mazı (az da olsa viruslardan qoruyur, çölə çıxanda buruna içəri doğru çəkilir, evə gələndə spirtlə silinib yuyulur)

    6. Tamiflyu preparat – ötən illər donuz qripinin profilaktika ,müalicəsi üçün təyin olunurdu və onun koronavirusa da təsir etdiyi deyilir

    7. İltihab və qızdırma əleyhinə dərmanlar

    8. C vitamini, Ringer məhlulu, burunu yumaq üçün dəniz suyu məhlulu, natri xlor,

    9. Xalq təbabətindən: immunitet çayı, Exinesiya, sarımsaq (yerli), zəncəfil kökü, itburnu

  • İranda KİV nümayəndələrinə koronavirusla bağlı xəbərdarlıq olunub

    İranın İslami İrşad və Mədəniyyət Nazirliyi koronavirusla bağlı önəmli bəyanat yayımlayıb.

    APA-nın Tehran bürosunun məlumatına görə, bəyanatda koronavirus haqqında şayiə və qeyri-rəsmi məlumatların yayılmaması üçün KİV-lərə və sosial şəbəkə istifadəçilərinə tövsiyələr edilib.

    Xəbərlərin yayımında xəbərin qaynağı və düzgünlüyünə diqqət etmək, mənbəyi göstərilməyən səs və video təhlillərin və şayiələrin yayılmaması, rəsmi orqanlardan təsdiqlənməmiş statistikanın yayılması xalqın psixoloji sabitliyini hədəfə alır. Buna görə rəsmi xəbər saytlarının xəbərlərinə istinad etmək tövsiyə olunur.

    “Koronavirus beynəlxlaq bir problemdir. Prezident bütün orqanlara etibarlı və dəqiq xəbər çatdırmağa dair göstəriş verib. Bütün KİV nümayəndələrindən gözləntimiz budur ki, bu məsələdə əvvəl xəbərin doğruluğunu prioritet seçsinlər və daha sonra sürət və rəqabətə diqqət etsinlər.

    Məsələnin önəmini nəzərə alaraq yalnız aidiyyəti üzrə rəsmi quruma, xüsusilə Səhiyyə Nazirliyinin xəbərlərinə istinad olunsun. Aidiyyəti olmayan başqa qurum rəhbərləri və məsul şəxslərin münasibətlərini yaymaqdan çəkinin.

    Sosial şəbəkələrdə saxta və yalan xəbərlərin yayılmasının qarşısını almaq məqsədilə rəsmi agentliklər və xəbər qaynaqları daha aktiv işləsinlər”, – deyə məlumatda qeyd olunub.

  • Cəlilabadda yol qəzası oldu, xəsarət alan var

    Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisə Adnalı kəndində qeydə alınıb.

    İki minik avtomobilinin toqquşması nəticəsində rayon sakini, 1968-ci il təvəllüdlü Bayramova Dürdanə Məhərrəm qızı xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi – FOTO

    İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.

    AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirildi.

    Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

    Dövlətimizin başçısı İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoydu.

  • Görmə məhdudiyyətli türk tələbə Feysbukda işə başladı

    Görmə məhdudiyyətli Burak Koray Polad Feysbukda işə başlayıb.

    Median.Az ted.az-a istinadən bildirir ki, görmə qabiliyyətini 6 yaşında itirən və liseyin 3-cü sinfinə qədər Ankarada təhsil alan B.Koray ABŞ-da orta təhsilini tamamladıqdan sonra universiteti də bu ölkədə oxumağa qərar verib.

    Mayamidə proqram təminatı mühəndisliyi ixtisasında təhsil alan 23 yaşlı B.Koray sonuncu kursda iş üçün Feysbuka müraciət edib.

    Müsahibə mərhələsindən uğurla keçən tələbə Feysbukun görmə məhdudiyyətli ilk türk proqram təminatı mühəndisi olaraq işə başlayıb.

    Görmə məhdudiyyətli tələbələrin universitet kampusunda hansısa nöqtəyə getməsini asanlaşdıran naviqasiya proqramına rəhbərlik etdiyi bildirilən B.Korayın hazırkı hədəfi Türkiyədəki görmə məhdudiyyətli tələbələri eyni platformada toplamaqdır.

  • Азербайджан оказал помощь Австралии для ликвидации последствий лесных пожаров – ФОТО

    С целью оказания помощи в ликвидации последствий крупномасштабных лесных пожаров в Австралии, начавшихся с конца 2019 года, по поручению Президента Азербайджанской Республики, в соответствии с распоряжением Кабинета министров была выделена гуманитарная помощь в размере 50 тыс. долларов США.

    Об этом говорится в информации Министерства иностранных дел Азербайджана.

    В связи с этим директор Агентства поддержки международного развития (AİDA) Азербайджана Сеймур Фаталиев вручил президенту общества “Красный полумесяц” Новрузали Асланову сертификат о финансовой помощи.

    Средства пожертвованы австралийскому Обществу Красного Креста посредством Общества Красного Полумесяца Азербайджана.

    Отметим, что согласно информации зарубежных СМИ, в результате пожаров, произошедших на юго-восточном побережье Австралии, погибли 25 человек, сгорели около 2000 домов и более 8 млн гектаров территории, погибли сотни миллионов животных.

  • Ən zərərli qarnirin faydası üzə çıxdı– ALİMLƏR AÇIQLADI

    Ət yeməkləri, toyuq yanında qarnir kimi verilən qidalar içində ən zərərlisi hesab edilən kartofun insanın bəzi sağlamlıq göstəricilərini yaxşılaşdıra bilər.

    Median.Az medicina.az-a istinadən bildirir ki, Pensilvaniya ştatının universitetitinin alimləri yeni eksperimentləri ilə qarnir kimi kartofun maraqlı faydasını təsbit ediblər.

    Belə ki, 2 könüllü qrupunun biri 4 həftə ərzində günorta və axşam qarnir kimi düyü və paxla yeyib, digər qrup isə buxarda və ya külləmə kartof.

    4 həftə sonra hər kəsin kardiometabolik risk marker analizləri yoxlanılıb. Bura qanda qlükoza, insulin, xolesterin və təzyiq aiddir.

    Nəticə göstərib ki, kartof yeyənlərdə bu analizlərin göstəriciləri daha yaxşı çıxıb, nəinki yeməyənlərdə.

    Ona görə alimlər sağlam insanların gündəlik qidalarına qarnir kimi kartofun əlavə edilməsini tövsiyyə edir. Bir şərtlə ki, kartof dağ yağda qızardılmasın.

  • Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının səlahiyyətlərindən biri ləğv edilib

    Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarında dəyişiklik edib.

    Median.Az Trend-ə istinadən bildirir ki, dəyişiklik avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılması ilə bağlıdır.

    Qərara əsasən, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasına icazə verilməsinə dair səlahiyyəti ləğv edilib.

    Avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələri Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyinin (svetoforlar və yol nişanlarına münasibətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla) qərarı ilə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq tətbiq olunacaq.

  • Adi su qan təzyiqinə necə təsir edir

    Bir çox insanlar, xüsusən təzyiq xəstələri hələ də bir sadə məsələni bilmir ki, orqanizdə maye, su qıtlığı təzyiqin artmasına səbəb olur.

    Biz maye əvəzi çay, kompot, kofe, pivə, şirələr, hər nə oldu içirik, bircə adi suyu içə bilmirik və ya istəmirik. Yanlış olaraq düşünürük ki, şorba, yemək, çay, qəhvə elə su təminatını ödəyir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, hipertoniklərə, eləcə də zaman-zaman təzyiqi bir qədər yüksələnlərə mümkün qədər adi, təmiz su qəbulunu artırmaq məsləhət görülür.

    Bəs təzyiqin qalxmaması üçün nə qədər su içmək lazımdır?

    Mütəxəssislər bildirir ki, sutkada 1 litr təmiz su kifayətdir, digər içkilər bura aid deyil.

    Bəs az su içdiyinizi və orqanizmdə su çatışmadığını necə bilmək olar. Sadə bir analizlə. Qanın hematokrit analizi. Əgər hematokrit kifayət qədər yüksək çıxıbsa, deməli, siz çox az su içirsiz.

    Çıxış yolu sadədir. gün ərzində 1 litr, 1 litr 200 ml su için. Amma gecə yatmazdan əvvəl içməyin. Tədricən bu təzyiqinizi normaya salacaq. Eləcə də özünüzü daha yaxşı hiss edəcəksiz.

    Hipertoniklər arasında yanlış inanc var ki, su çox içəndə ürək qanı qova bilmir, ayaqlar şişir və əksinə təzyiq qalxır.

    Bəli, bu baş verir, bu o halda olur ki, xəstə həddən artıq çox duz və duzlu qidalar, şoraba və s. yeyir. Əgər siz çox su içdikdə şişirsizsə, bu elə sizin duz məsələsində səhv etdiyinizi göstərir və deməli, duzu azaltmalısız.