Month: February 2020

  • Ali Məhkəmə bəzi qərarlarına əlavə və dəyişikliklər ediləcək

    Fevralın 20-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

    Ali Məhkəmənin sədri Plenumun iclasını açaraq 2019-cu ilin bir sıra əlamətdar hadisələrlə yadda qaldığını bildirib.

    O qeyd edib ki, bunlardan ən önəmlisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı olub. Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Əslində, bu Fərman məhkəmə-hüquq sistemində islahatların dərinləşməsini, yeni mərhələdə müasir tələblərə uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyənləşdirən “Yol xəritəsi”dir.

    Sonra diqqətə çatdırılıb ki, mühüm məsələlərdən biri də Fərmanın icrası ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, inzibati-iqtisadi məhkəmələrin, habelə Apellyasiya Məhkəmələrində və Ali Məhkəmədə inzibati-iqtisadi və hərbi kollegiyaların ləğv edilərək, regional inzibati və kommersiya məhkəmələrinin yaradılması, o cümlədən yuxarı instansiya məhkəmələrində müvafiq kollegiyaların təsis edilməsi olub. Xüsusilə vurğulanıb ki, ötən ilin sonunda yeni yaradılmış inzibati və kommersiya məhkəmələrinə dövlətimizin başçısının Sərəncamı ilə yüksək bilik və təcrübəyə malik hakimlərin təyinatları həyata keçirilib. Bu da öz növbəsində istinad edilən sahədə ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına ciddi töhfə verib.

    İclasda məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamı ilə Ali Məhkəmədə yaradılan “Elektron məhkəmə” informasiya sistemi məhkəmə hakimiyyətinin və ədalət mühakiməsinin işini səmərəliliyini təmin edən sistemdir və o, vətəndaşın məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir. Ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, məhkəməyə müraciət imkanlarının daha da asanlaşmasına, məhkəmə qərarlarının icrasına nəzarətin səmərəliliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.

    Qeyd edilib ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il tarixli 10 fevral tarixli Sərəncamının icrası ilə bağlı cinayət törətmiş şəxslərin azadlıq hüququnun təmin edilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2018-2019-cu illərdə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılma müddətlərinin uzadılması haqqında respublika məhkəmələri tərəfindən qəbul edilmiş qərarların sayı xeyli dərəcədə azalıb. Ötən il Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilib, aparatda yeni texnologiyalar tətbiq edilib, maddi-texniki baza möhkəmləndirilib. Eyni zamanda, əvvəlki illərlə müqayisədə 2019-cu ildə vətəndaşların hüquqlarının məhkəmə müdafiəsi genişləndirilib.

    Ali Məhkəmənin sədri vurğulayıb ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim hüquq sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Ali Məhkəmədə keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ öyrənilir. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə dəyirmi masalar keçirilir.

    Bildirilib ki, ötən il Ali Məhkəmənin 7 hakimi son yaş həddinə çatdığına görə təqaüdə göndərilib.

    Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2019-cu ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məruzələri dinlənilib. Hər bir məruzə ətrafında geniş müzakirələr və təhlillər aparılıb. Çıxışlarda 2019-cu ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq keyfiyyət dəyişikliyi olduğu qeyd edilib.

    Diqqətə çatdırılıb ki, Ali Məhkəmənin mülki və hərbi kollegiyalarında 2019-cu ildə baxılmış işlər 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, cinayət və inzibati-iqtisadi kollegiyalarda isə artıb. Mülki kollegiyada 5,6 faiz, hərbi kollegiyada isə 10,8 faiz azalma, cinayət kollegiyasında 8, inzibati-iqtisadi kollegiyada 46,4 faiz artma müşahidə olunub. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 4,4 faiz artıb. Baxılan işlərin və ləğv edilən məhkəmə qərarlarının statistikası aşağı instansiya məhkəmələrinin qərarlarının keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olduğunu göstərir.

    Bildirilib ki, ötən il Ali Məhkəmənin Plenumunun 6 iclası keçirilib və 21 qərar qəbul edilib. Həmçinin, işlərə baxılarkən aşkarlanmış nöqsanlar barədə 38 xüsusi qərar çıxarılıb. Ali Məhkəməyə müraciətlərdə ötən illə müqayisədə 26,8 faiz artım müşahidə olunub.

    İclasda Ali Məhkəmənin plenumlarının bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavələr və dəyişikliklər olunmasına dair qərar qəbul edilib.

  • Azərbaycanda indiyədək tutulan icra başçıları – SİYAHI

    Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin saxlanılması barədə məlumatlar yayılıb.

    Ölkədə icra başçılarının saxlanılması halları bir neçə dəfə olub.

    Median.Az Azərbaycanda bu vaxta qədər tutulan icra başçılarının siyahısını hazırlayıb.

    1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı işləyən Rafiq Alışova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320-ci (saxta sənəd) maddələri üzrə ittiham verilib.

    O, 2016-cı ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

    R.Alışov 2013-cü ildə də Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

    İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

    R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

    Həbs taleyi yaşayan digər icra başçısı (artıq keçmiş icra başçısı) isə Süleyman Rəşidovdur.

    S.Rəşidov 1997-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

    S.Rəşidov 1998-ci ildə icra başçısı vəzifəsindən azad edildikdən sonra barəsində axtarış elan edilib. 2009-cu ilin sentyabrında həbs olunan S.Rəşidov külli miqdarda dövlət əmlakını talamaqda ittiham edilirdi. O, icra başçısı olmamışdan qabaq təhsil şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə də dövlət tərəfindən şəhərdə təhsil ocaqlarına ayrılmış külli miqdarda pulu mənimsəyib.

    O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

    2010-cu ilin fevralın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət əmlakını talamaqda təqsirli bilinən sabiq icra başçısının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Mingəçevir şəhər İcra Hakimiyyətinin sabiq başçısı Süleyman Rəşidova hökm oxunub. Hökmə əsasən, S.Rəşidov dörd il şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

    2019-cu ilin dekabrın 19-da DTX-nın keçirdiyi əməliyyatlar Ağstafanın icra başçısı Nizaməddin Quliyev saxlanılıb.

    Səbail rayon Məhkəməsinin qərarı ilə N.Quliyev barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçilib.

    Daha sonra isə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısının müavini Ramiz Tatarov barəsində təqdimata da baxılıb və onun haqqında dörd aylıq həbs-qətimkan tədbiri seçilib.

    DTX-nin yaydığı məlumatda bildirilirdi ki, N.Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

    Belə ki, N. Quliyevin rayon icra hakimiyyəti başçısının müavini R.Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

    N.Quliyevin, müavini R.Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən olunub.

    İcra başçısının səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması bildirilirdi. Həmçinin, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələrin olduğu qeyd edilirdi.

    N.Quliyev və R.Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

    /oxu.az/

  • Tutulan icra başçısının “rəhbərlik etdiyi əməliyyatlar” – İDDİALAR

    Yerli medianın yazdığına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala İcra hakimiyyətinin binasına daxil olub.

    Bildirilir ki, Neftçalanın icra başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub.

    İsmayıl Vəliyevin adı bundan əvvəl xeyli qalmaqalda hallanıb.

    Yerli mətbuatda İsmayıl Vəliyevin qanun pozuntularına yol verməsi ilə bağlı bir çox iddialar yer alıb.

    Məlumatların birində qeyd olunurdu ki, icra başçısı Neftçalada özünə bazar tikdirib və bazarın ətrafındakı dükanları sökdürüb.

    Ümumiyyətlə, İsmayıl Vəliyev yerli sahibkarları sıxışdırması xəbərləri ilə gündəmə gəlib.

    Bundan başqa, icra başçının fəaliyyətinin rayonda kütləvi narazılıq yaratdığı haqqında da xəbərlər mediada yer alıb.

    Onun Neftçala sakinlərindən pay torpaqlarını zorla alınması “əməliyyatına rəhbərlik etməsi” də yazılanlar siyahısındadır.

    İsmayıl Vəliyevin qurduğu şəbəkənin rayonun səhiyyəsini bərbad hala qoyması yazılırdı.

    İcra başçısının həkimlərə “tas” qoyması barədə məlumatlar informasiya məkanında dövriyyəyə buraxılıb.

    Bundan başqa, icra başçısının səyi və təşəbbüsü ilə xeyli işçinin maaşının mənimsənildiyi də bildirilir.

    İcra başçısının qohumluq əlaqələrini işə salaraq vəzifəsindən sui-istifadə etməsi, bununla da rayonda bütün təşəbbüsü ələ alması barədə məlumatlar da mətbuat səhifələrində çoxdur.

    Qeyd edək ki, İsmayıl Vəliyev 2011-ci ildən Neftçalanın icra başçısıdır.

  • Azərbaycanda nənənin ərinin dostu ilə qaçmasının təfərrüatı: Bir-birinə “bacı-qardaş” deyirmişlər

    İsmayıllıda iki uşaq anasının ərinin yaxın dostu ilə qaçması barədə xəbər vermişdik.

    Publika.az ailəyə yaxın olan, adının açıqlanmasını istəməyən mənbədən hadisə ilə bağlı ətraflı məlumat əldə edib.

    Mənbənin verdiyi məlumata görə, dörd il əvvələ kimi M.H.-nın əri və onun ailə üzvləri ilə münasibətləri normal olub.

    Dörd il öncə onun həyat yoldaşı, baldızları və ailənin digər üzvləri ilə münaqişələri başlayıb.

    Mənbə bildirib ki, M.H. ailəsi ilə birgə İsmayıllı şəhərində yaşayıb. Fevralın 12-də ailəvi dost olduqları Talıstan kənd sakini Raqub adlı şəxslə qaçıb.

    “Qadın keçən ilin avqustunda ərindən boşanmaq üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edib. Səbəb kimi də həyat yoldaşı tərəfindən döyülməsini göstərib. Ancaq əri qadının dediklərini təkzib edib. Məhkəmə barışıq üçün onlara üç ay vaxt verib.

    Xanım məhkəmənin verdiyi vaxtı gözləməyib, ayrılmaq istəyib. Qadının əri boşanma zamanı əmlakın yarı bölünəcəyinə razılıq da verib. Qadın isə əmlak istəmədiyini deyərək, ərizə yazıb və boşanmaq istədiyini bildirib”.

    Mənbənin sözlərinə görə, qadının ailəsi ilə Raqubun ailəsi dost olub:

    “Hətta həmin şəxs bir neçə dəfə qaçan xanımın qayınanasıgilin evinə də gəlib. Onlar bir-birinə “bacı-qardaş” deyirmiş. M.H.-nın qızı deyib ki, Raqub onların evinə gəlib-gedəndən sonra həmişə evlərində dava düşüb.

    Raqubun da iki qızı, bir oğlu var. Həyat yoldaşının da 50 yaşı var. Qaçan xanımın bacısı və qızı Talıstan kəndinə gediblər və M.H.-nın kənddə Raqubun evində olduğunu görüblər”.

    Ailəyə yaxın mənbə bildirib ki, qaçan qadının əri və ailəsi geri qayıdarsa, heç bir halda qadını qəbul etməyəcəklər:

    “M.H.-nın əri ailə qurmaq istəyir və evlənməyə qadın axtarır”.

  • В Риме состоялась церемония официальной встречи Ильхама Алиева и Мехрибан Алиевой

    20 февраля состоялась официальная церемония встречи Президента Азербайджанской Республики Ильхама Алиева, находящегося с государственным визитом в Италии.

    Как передает АЗЕРТАДЖ, в сопровождении конного отряда глава Азербайджанского государства прибыл в Квиринальский Дворец в Риме.

    В честь Президента Азербайджана был выстроен почетный караул.

    Президента Ильхама Алиева и Первого вице-президента Мехрибан Алиеву встретили Президент Италии Серджо Маттарелла и дочь Лаура Маттарелла.

    Прозвучали государственные гимны Азербайджана и Италии.

    Ильхам Алиев обошел строй почетного караула.

    Начальник почетного караула отдал рапорт главе Азербайджанского государства.

    Президент Ильхам Алиев, Первый вице-президент Мехрибан Алиева, Президент Италии Серджо Маттарелла и дочь Лаура Маттарелла сделали совместное фото.

    Азербайджанская делегация была представлена Президенту Италии, итальянская – Президенту Азербайджана.

  • İlham Əliyev və Mehriban Əliyevanın Romada rəsmi qarşılanma mərasimi olub

    İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 20-də Romada rəsmi qarşılanma mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Romanın Kuirinale Sarayına gəlib.

    Azərbaycan dövləti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılayıblar.

    Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib.

    Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.

    Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.

    Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella birgə foto çəkdiriblər.

    Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

  • Завтра в Баку ожидается пасмурная погода

    21 февраля в Баку и на Абшеронском полуострове ожидается пасмурная погода, туман.

    Как сообщает Национальный департамент гидрометеорологии Министерства экологии и природных ресурсов, северо-западный ветер днем сменится юго-восточным.

    Температура воздуха на Абшеронском полуострове ночью составит 3-6, днем – 7-10 градусов тепла. В Баку ночью – 3-5, днем – 8-10 градусов тепла.

    Атмосферное давление достигнет 765 мм ртутного столба, относительная влажность – 70-80%.

    В районах Азербайджана 21 февраля осадков не ожидается, ночью и утром местами прогнозируется туман, восточный ветер.

    Температура воздуха ночью составит 2-6, днем – 11-16 градусов тепла, в горах ночью – 0-5 градусов мороза, днем – 0-5 градусов тепла.

  • Sabahın havası: Duman, yağış, şaxta

    Bakıda və Abşeron yarımadasında fevralda 21-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək, lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • В Азербайджане глава ИВ задержан при получении взятки – ФОТО

    20 февраля спецназ Службы государственной безопасности (СГБ) Азербайджана провел спецоперацию в здании Исполнительной власти Нефтчалинского района.

    Об этом сообщает Unikal.org.

    В ходе операции глава ИВ Исмаил Велиев был задержан при получении взятки.

    Глава ИВ является племянником (сыном сестры – ред.) первого генпрокурора Азербайджана Исмета Гаибова.

  • DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu – FOTO

    Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala İcra hakimiyyətinin binasına daxil olub.

    Unikal.org-un məlumatına görə, Neftçalanın İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub.

    Qeyd edək ki, Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur.