Month: February 2020

  • 29-летний житель Баку пропал без вести

    18 февраля житель Наримановского района Баку Нариман Алиев (1991 г.р.) вышел из дома и не вернулся.

    Об этом сообщил его брат Эльгиз.

    По его словам, Н.Алиев был одет в черные брюки, черную рубашку и куртку.

    “Телефон брата выключен. Он вышел из дома вечером. Мы очень волнуемся. Брат женат, имеет дочь. Тех, кто обладает какой-либо информацией о нем, просим связаться с нами по телефону (055) 955-10-00”, – сказал Э.Алиев.

  • 29 yaşlı Bakı sakini yoxa çıxıb

    Nərimanov rayon sakini, 1991-ci il təvəllüdlü Nəriman Əliyev 18 fevral tarixində evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Bu barədə N.Əliyevin qardaşı Elgiz Əliyev məlumat verib.

    O bildirib ki, evdən çıxan zaman Nərimanın əynində qara şalvar, qara köynək və eyni rəngdə gödəkçə olub:

    “Evi Nərimanov ərazisində yerləşir. Qardaşım iki gün əvvəl 22:00 radələrində evdən çıxıb və bir daha qayıtmayıb. Onun telefon nömrələrinə zəng çatmır. Evdən getməsinə hər hansı bir səbəb görmürük, problemsiz insandır. Onun üçün çox narahatıq.

    Evlidir, bir qızı var. Görənlərdən (055) 955-10-00 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur”.

  • Закир Гаралов произвел новые назначения

    В Генеральной прокуратуре Азербайджана произошли кадровые изменения.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, согласно приказу генерального прокурора Закира Гаралова, Сахиб Исмаилов освобожден от должности начальника отдела внутренней безопасности Главного управления по борьбе с коррупцией при генпрокуроре. Он назначен руководителем отдела по превентивным мерам и расследованию.

    Согласно другому приказу генпрокурора, Рашид Махмудов возглавил отдел внутренней безопасности.

    Ранее он работал начальником отдела экспертного анализа. На эту должность назначен Ровшан Абдуллаев.

  • Zakir Qaralovdan yeni TƏYİNATLAR

    Baş Prokurorluqda kadr dəyişiklikləri olub.

    Bu barədə müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

    Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Sahib İsmayılov vəzifəsindən azad olunub. O, Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

    Baş prokurorun digər əmri ilə Rəşid Mahmudov Daxili təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə gətirilib.

    O, bundan əvvəl Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsində çalışıb.

    Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsinə isə Rövşən Abdullayev təyinat alıb.

  • В Азербайджане лица с временной регистрацией смогут воспользоваться услугами ОМС

    В Азербайджане граждане, имеющие временную регистрацию по месту жительства, могут пройти медобследование в рамках обязательного медицинского страхования (ОМС) без соответствующего договора.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на пресс-конференции сказал председатель правления Государственного агентства по обязательному медицинскому страхованию Заур Алиев.

    По его словам, граждане, зарегистрированные в регионах, могут обратиться в медицинские учреждения по месту жительства.

    “Например, житель любого района Баку должен обратиться в МВД для регистрации по адресу своего временного проживания. При регистрации можно обратиться в медицинские учреждения района врменного проживания.

    Это достаточно сложный процесс. Но мы информируем об этом граждан через СМИ. Гражданин приносит нам справку, на основании которой его данные заносятся в систему. После этого он пользуется услугами ОМС без совместного договора”, – сказал З.Алиев.

  • Müvəqqəti qeydiyyatı olan şəxslər icbari tibbi sığortadan belə yararlana bilər

    “Vətəndaşlar yaşadıqları ərazi üzrə Daxili İşlər Nazirliyində müvəqqəti qeydiyyata düşdüyü təqdirdə, müştərək müqavilə olmadan müayinələrdən keçə bilərlər”.

    Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

    Z.Əliyev bildirib ki, regionlarda qeydiyyatda olan vətəndaşlar yaşadıqları ərazi üzrə tibb müəssisələrinə müraciət edə bilər:

    “Məsələn, Bakıda yaşayan hər hansı bir rayon sakini Daxili İşlər Nazirliyində hazırda müvəqqəti yaşadığı ünvan üzrə qeydiyyatdan keçmək üçün müraciət etməlidir. Qeydiyyatdan keçdiyi təqdirdə əraziyə uyğun olaraq, tibb müəssisələrinə müraciət edə bilər.

    Bu proses kifayət qədər qəlizdir. Lakin biz bunun izahını kütləvi informasiya vasitələri vasitəsilə vətəndaşlara çatdırırıq. Həmin şəxs arayışı bizə gətirir və ona əsasən məlumatları sistemə qeyd olunur. Bundan sonra müştərək müqavilə olmadan xidmətlərdən istifadə edir”.

  • В Баку мужчина получил суровый приговор за попытку убить жену

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела Натига Дедеджанова, обвиняемого в попытке убийства своей жены.

    На процессе под председательством судьи Самира Алиева был зачитан приговор, согласно которому Н.Дедеджанов осужден на 14 лет лишения свободы.

    Инцидент произошел в апреле прошлого года в поселке Мардакян Хазарского района. 37-летний Натиг Дедеджанов в ходе конфликта нанес своей жене Вюсале два проникающих ножевых ранения в грудь. Женщина была госпитализирована в Городскую клиническую больницу №3.

    После содеянного мужчина, думая, что убил жену, направился в Сабаильский район и на территории морского вокзала попытался совершить суицид – броситься в море. Но вовремя подоспевшие сотрудники Главного управления полиции на водном транспорте помешали ему сделать это.

    Мужчина признался, что в момент совершения преступления находился в состоянии аффекта, и раскаивается в содеянном.

    Н.Дедеджанов был признан виновным по статье 29,120.2.4 (Попытка убийства человека с особой жестокостью) Уголовного кодекса Азербайджана.

  • Bakıda arvadını öldürmək istəyənə ağır cəza verildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Natiq Dədəcanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Samir Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.

    Hökmə əsasən, N.Dədəcanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən ilin aprel ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.

    N.Dədəcanov bir müddətdir ayrı yaşadığı həyat yoldaşı Vüsalə Dədəcanovanı Mərdəkan qəsəbəsindəki poçtun qarşısında öldürmək istəyib.

    Səbəb isə Natiqin həyat yoldaşı tərəfindən evdən qovulması olub. Bir müddət Bakıda parklarda yatan Natiq evə qayıtmaq istəsə də, arvadı onun ailəsinə qarşı laqeyd olmasını, işləməməsini səbəb göstərərək, buna icazə verməyib.

    Hadisə baş verən gün Vüsalə Binədəki evindən çıxıb, Mərdəkana gedərkən Natiq poçtun qarşısında arxadan ona yaxınlaşıb. Azyaşlı uşaqlarının gözü qarşısında onun boynundan tutaraq, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Vüsalə vaxtında müqavimət göstərib, bıçaq zərbələrinin bir neçəsindən yayınıb. Sonuncu zərbə Vüsalənin çiyin nahiyəsindən dəyərkən bıçağın tiyəsi sınıb.

    Natiqə adam öldürməyə cəhd ittihamı verilsə də, o bildirib ki, Vüsaləni öldürmək niyyəti olmayıb. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Hadisədən sonra N.Dədəcanov Bulvara gedərək intihara cəhd edib. Polis əməkdaşları onu saxlayaraq polis bölməsinə gətiriblər.

    N.Dədəcanov Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

  • XİN Azərbaycanın Avropa İttifaqından yeni gözləntilərini açıqladı

    “Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinin ikitərəfli ölçüsünə üstünlük verir və qurumla əməkdaşlığını öz prioritetləri və maraqları əsasında qurur”.

    Bunu Report-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.

    Ukrayna, Gürcüstan və Moldovanın Xarici İşlər nazirlərinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Komissiyasına Avropa İttifaqının (Aİ) 2021-2027-ci illər üzrə maliyyə perspektivi çərçivəsində “Şərq Tərəfdaşlığı” regionlarına maliyyə dəstəyi verilməsi ilə bağlı birgə müraciətini şərh edən XİN sözçüsü vurğulayıb ki, rəsmi Bakı ittifaqla əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

    “Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun iştirakı ilə 2018-ci ilin iyul ayında Brüsseldə paraflanan və sonrakı aylarda qüvvəyə minən Azərbaycan – Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri sənədi Aİ-nin 2018-2020-ci illərdə Azərbaycana maliyyə dəstəyinin hədəflərini təsbit edib.

    Azərbaycan tərəfi qeyd olunan hədəflər üzrə işin davam etdirilməsində maraqlıdır və ümid edir ki, Avropa İttifaqının gələcək maliyyələşmə alətləri həmin prioritetlərin qurum tərəfindən həyata keçirilməsinə töhfə verəcək”, – L.Abdullayeva bildirib.

    O qeyd edib ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı”nın gələcəyi ilə bağlı tərəfdaş ölkələrdə dövlət, vətəndaş cəmiyyəti və işgüzar dairələrin iştirakı ilə genişmiqyaslı ictimai müzakirələr aparıb:

    “Azərbaycan bu gün Avropa İttifaqının enerji sahəsində strateji və etibarlı tərəfdaşıdır. Ölkəmiz bu münasibətlərini regional təhlükəsizlik çağırışlarının aradan qaldırılması sahəsində əks etdirmək marağındadır.

    Eyni zamanda, Şərq-Qərb və Cənub-Qərq istiqamətlərində regional nəqliyyat layihələrini həyata keçirməklə Azərbaycan Avropa İttifaqının Mərkəzi Asiya və uzaq Şərq ölkələri ilə nəqliyyat bağlantılarının yaradılması strategiyasının reallaşdırılmasında müstəsna rola malikdir. Bu səbəbdən, enerji sahəsi ilə yanaşı, Avropa İttifaqı ilə həm siyasi-təhlükəsizlik, həm də nəqliyyat mövzuları üzrə ayrıca dialoq alətləri yaradılmaqdadır”.

  • Azərbaycanda dövlət xəstəxanalarında tibb fakültələri açılacaq – RƏSMİ

    “Bəzi regionların dövlət xəstəxanalarında tibb fakültələrinin açılması üçün hökumətə müəyyən təkliflər hazırlamışıq”.

    Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

    Z.Əliyevin sözlərinə görə, hazırda bununla bağlı təhlillər aparılır:

    “Rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı Səhiyyə Nazirliyi ilə danışıqlar aparılır. Regionlara həkimləri ezam etmək niyyətindəyik. Bununla regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik.

    Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etmək istəyirik. Hər il Türkiyədə tibb sahəsi üzrə təhsil alan bir çox tələbə məzun olur. Onlar məzun olduqdan sonra karyeralarını qurmağa can atır. Təəssüf ki, bu gün regionlarda həkim kadr ehtiyatı ilə bağlı müəyyən çətinliklər var. Amma yaxın gələcəkdə Agentlik adından regionlar üzrə mərkəzi xəstəxanalarda çalışmaları üçün onlara həvəsləndirici, motivasiya edici təkliflər irəli sürmək istəyirik. Bu istiqamətdə bir qrup tələbə ilə danışıqlar artıq aparılıb”.

    Z.Əliyev onu da əlavə edib ki, regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil:

    “Biz bunu bilirik. Lakin bizim səlahiyyətimiz məhduddur. Son 10 ildə 600-dən çox xəstəxananın əsaslı təmiri və yenidən qurulması üçün yatırımlar olub. Bəzi xəstəxanalarda işlər qalıb. Onlar da tamamlanacaq. Yerlərdə həkim-kadr çatışmazlığı var, avadanlıqlar lazımi səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müayinə və müalicə aparmaqda çətinlik çəkirlər”.