Month: February 2020

  • Təhsil Nazirliyindən sosial şəbəkələrdə müraciət yayan müəllimlə bağlı AÇIQLAMA

    Təhsil Nazirliyi müəllimin sosial şəbəkələrdə yayılan müraciətinə aydınlıq gətirib.

    Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qasımov Elnur Ağaxan oğlu 13.09.2011-ci ildə öz razılığına əsasən, Cəlilabad rayonu Sərxanlı kənd ümumi orta məktəbinə ingilis dili müəllimi təyin edilib.

    Qaydalara müvafiq olaraq, E.Qasımova 15.09.2011-ci ildə beş il müddətində ilkin yaşayış şəraitinin yaxşılaşdırılması, kirayə haqqının ödənilməsi və sair xərclər üçün əməkhaqqına kompensasiya və əlavələr ödənilib.

    E.Qasımov 2015-ci ildə keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edərək, mümkün 60 baldan cəmi 37 bal (ixtisas üzrə 23 bal, metodika üzrə 14 bal) toplayıb.

    Hazırda o, Cəlilabad rayonu Sərxanlı kənd ümumi orta məktəbində ingilis dili fənni üzrə 23 dərs saatı ilə təmin edilib.

    Məlum olduğu kimi, 2014-ci ildən başlayaraq, respublika üzrə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışan müəllimlərin iş yerlərinin digər ümumi təhsil müəssisəsinə dəyişdirilməsi hər ilin iyun ayında (tədris ilinin sonunda) mərkəzləşmiş elektron qaydada müsabiqə yolu ilə həyata keçirilir.

    Müsabiqə zamanı müəllimlərin iş yerinin dəyişdirilməsi onların qiymətləndirmə nəticələrinə (yəni, bilik və bacarıq imtahanında qazandıqları ballara) uyğun olaraq aparılır.

    Buna müvafiq olaraq, Biləsuvar rayonu üzrə ingilis dili fənnindən 2018-2019-cu tədris ili üçün keçirilmiş müsabiqə zamanı beş vakant yer, 2019-2020-ci tədris ili üçün müsabiqə zamanı isə əlavə olaraq səkkiz vakant yer elan edilib, vakant yerlərə isə müəllimlərin işə qəbulu üzrə müsabiqə çərçivəsində təyinat aparılıb.

    Belə ki, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbə 53 bal toplamış namizəd, Biləsuvar şəhər N.Nərimanov adına 6 nömrəli tam orta məktəbə 50 bal toplamış namizəd, Xırmandalı kənd C.Məhərrəmov adına 1 nömrəli tam orta məktəbə 47 bal toplamış namizəd, Yuxarı Ağalı kənd A.Abdulov adına ümumi orta məktəbə isə 43 ballı namizəd və digərləri yerləşdirilib.

    E.Qasımov 2019-cu ilin oktyabr və dekabr aylarında Biləsuvar Rayon Təhsil Şöbəsinin müdirinin qəbulunda olub, ona müəllimlərin yerdəyişmə qaydaları dəfələrlə izah edilib.

    Bununla belə, E.Qasımov 2018-2019-cu və 2019-2020-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu və yerdəyişmə müsabiqələrində iştirak etməyib. Həmçinin, qeyd edək ki, E.Qasımov tərəfindən Təhsil Nazirliyinə rəsmi müraciət olunmayıb.

    E.Qasımova 2020-ci ildə keçiriləcək növbəti müəllimlərin iş yerinin dəyişdirilməsi (iyun) və ya daha yüksək bal toplamaq üçün işə qəbulu müsabiqəsində iştirak etmək tövsiyə edilib.

    Qeyd edək ki, Biləsuvar rayon Nəsimi kənd sakini Elnur Qasımov sosial şəbəkə vasitəsilə Təhsil naziri Ceyhun Bayramova müraciət edib. O bildirib ki, 2011 ci ildən nazirliynin xətti ilə Cəlilabad rayon Sərxanlı kəndində ingilis dili müəllimi işləyir və hər gün dörd nəqliyyat vasitəsi istifadə edərək, dərs demək üçün Biləsuvar rayon Nəsimi kəndindən Cəlilabad rayon Sərxanlı kəndinə gedir.

  • Çində koronavirusla bağlı qorxulu statistika

    Çinin materik hissəsində koronavirusa yoluxanların sayı 74 mini keçib, onlardan 2118 nəfər ölüb, 16155 nəfəri sağalıb.

    “RİA Novosti“nin məlumatına görə, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsindən xəbər verilib.

    Son 24 saat ərzində ölkə daxilində 394 yoluxma hadisəsi təsdiq edilib, 114 ölüm (onlardan 108-i Hubey əyalətində) qeydə alınıb və 1779 xəstə sağalıb.

    Honqkonqda 65 (onlardan ikisi ölüb, beşi sağalıb), Makaoda 10 (altısı xəstəxanadan buraxılıb), Tayvanda 24 (onlardan biri ölüb, ikisi sağalıb) yoluxma aşkarlanıb.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, Çin sərhədlərindən xaricdə 25 ölkədə 924 yoluxma halı aşkarlanıb.

  • Jurnalistə bədən xəsarəti yetirilib? – AÇIQLAMA

    “Sosial şəbəkələrdə dünən gecə saatlarında bir qrup şəxs tərəfindən Nəsimi rayonunda ictimai asayişin pozulması ilə müşayiət olunan görüntülər yayılıb”.

    Bunu Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

    Onun sözlərinə görə, müvafiq icra hakimiyyəti ilə razılaşdırılmayan, məişət problemləri ilə bağlı toplanan bir qrup şəxsin ərazidən uzaqlaşdırılması zamanı özünü jurnalist kimi təqdim edən Əvəz Hafizli polisin xidməti fəaliyyətinə maneçilik yaratmağa çalışıb, müşahidə funksiyasını yerinə yetirməli olduğu halda prosesə emosional və jurnalist etikasına uyğun olmayan tərzdə müdaxilə edib.

    E.Hacıyev vurğulayıb ki, asayişin bərpasından sonra onun polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı səsləndirdiyi iddialar əsassızdır, ona bədən xəsarəti yetirilməsi həqiqəti əks etdirmir:

    “Ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan heç bir jurnalistin peşə fəaliyyətinin həyata keçirilməsinə tərəfimizdən hər hansı məhdudiyyət yoxdur. Kütləvi tədbirləri işıqlandırarkən jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, prosesə müdaxilə etməməli, müşahidə funksiyasını yerinə yetirməlidirlər”.

  • В Баку работник автомойки сбил двух женщин на автомобиле клиента

    В результате ДТП в Баку пострадали два человека.

    Как сообщает АПА, инцидент произошел у автомойки на улице Т.Халилбейли в Ясамальском районе столицы.

    Работник автомойки Сеймур Хангусейнзаде сбил на автомобиле Nissan X-Trail, принадлежащем клиенту-гражданину Грузии, Саиду Магеррамову и Лалу Ахундову.

    Женщины госпитализированы.

    По данному факту возбуждено уголовное дело по статье 263 (нарушение правил дорожного движения и эксплуатации транспортных средств) Уголовного кодекса АР.

  • Bakıda avtoyuma məntəqəsində çalışan şəxs müştərinin avtomobili ilə iki qadını vurdu

    Bakıda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, T.Xəlilbəyli küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında baş verib.

    Həmin avtoyuma məntəqəsində işləyən Astara rayon sakini, 1997-ci il təvəllüdlü Seymur Xanhüseynzadə avtoyumaya verilmiş Gürcüstan vətəndaşına məxsus “Nissan X-Trail” markalı avtomobili sürərkən yolda olan 1945-ci il təvəllüdlü Səidə Məhərrəmova və 1950-ci il təvəllüdlü Lalə Axundovanı vurub.

    Hər iki qadın aldıqları zərbədən xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (yol-istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

  • В Баку три брата получили ножевые ранения

    Перед домом торжеств “Тарлан” в Бинагадинском районе Баку три брата получили ножевые ранения.

    Как сообщает АПА, пострадавшими являются Роял Абышов (1995 г.р.) и его братья – Имамали (1995 г.р.) и Рамин (1989 г.р.).

    Сотрудники полиции задержали в качестве подозреваемого Сархана Махмудова.

    По данному факту в Управлении полиции района возбуждено уголовное дело по статье 126.1 (умышленное причинение тяжкого вреда здоровью) Уголовного кодекса Азербайджана.

  • Bakıda şadlıq sarayının qarşısında qan töküldü: Üç qardaş bıçaqlandı

    Bakıda şadlıq evinin qarşısında üç qardaş bıçaqlanıb.

    APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Tərlan” şadlıq sarayının qarşısında baş verib.

    Hadisə nəticəsində şəhər sakinləri – 1995-ci il təvəllüdlü Röyal Abışov, qardaşları 1995-ci il təvəllüdü İmaməli Abışov, 1989-cu il təvəllüdlü Ramin Abışov müxtəlif növ bıçaq xəsarətləri alıblar.

    Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mahmudov saxlanılıb.

    Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

  • Вилаят Эйвазов произвел новое назначение

    В органах внутренних дел Азербайджана произошло очередное кадровое изменение.

    Приказом министра внутренних дел генерал-полковника Вилаята Эйвазова майор полиции Махир Магерраммов назначен заместителем начальника по оперативной работе Бейлаганского районного управления полиции.

    Ранее М.Магеррамов занимал аналогичную должность в Шекинском РУП.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili İşlər Orqanlarında növbəti kadr təyinatı olub.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, polis mayoru Mahir Məhərrəmov Beyləqan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

    O, bundan əvvəl Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

  • Azərbaycanda şok hadisə: Nənə ərinin dostu ilə qaçdı

    İsmayıllıda iki uşaq anası həyat yoldaşının dostu ilə qaçıb.

    Publika.az xəbər verir ki, bir müddətdir M.H. ilə əri arasında münasibətlər pozulub və onlar boşanma həddinə çatıblar.

    Qadın aralarındakı münaqişə səbəbindən bir dəfə ərindən küsüb və ata evinə qayıdıb.

    Sonradan əri ilə barışsa da, bu, uzun sürməyib. Qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda ərizəsi rayon məhkəməsinin icraatındadır. Buna baxmayaraq, M.H. ərini tərk edərək, başqası ilə yaşamaq qərarına gəlib.

    Qadının ailəsi ilə qoşulub qaçdığı kişinin ailəsinin uzunmüddətli dostluq münasibətləri olub.

    Onların Türkiyəyə qaçdığı bildirilir.

    M.H.-nın ailəsi uzun müddət Rusiyada yaşayıb, onlar bir müddətdir ki, İsmayıllıya qayıdıblar. İki övladları var. Qızları qoşulub qaçıb. Oğlanları isə rayondan olan qızla nişanlanıb, sonra onu tərk edərək, Rusiyaya gedib. Orada ailə qurub və övlad sahibidir.