Month: March 2020

  • Həbs olunan “maska” tacirlərinin biri bu vəzifəlinin həyat yoldaşıdır (FOTO)

    Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) xüsusi əməliyyatı nəticəsində saxlanılan tibbi maskaları real dəyərindən dəfələrlə baha qiymətə satışını həyat keçirməyə cəhd edən dəstə ilə bağlı yeni məlumat yayılıb.

    Median.Az sfera.az-a istinadən xəbər verir ki, bu həbs həyata keçirilən zaman yayılan rəsmi informasiyada maska “tacir”lərinin 1 milyon maskanı hansı şirkətdən əldə etməsi haqda heç bir məlumat yox idi. Bu da ictimaiyyətdə xeyli suallara səbəb olmuşdu.

    Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, saxlanılanlardan biri olan Riad Məmmədov “Avromed” şirkətinin baş direktoru Əzizə Baxşiyevanın həyat yoldaşıdır. Həmçinin bildiirilir ki, Riad Məmmədov da bu sahəyə yad adam deyil. O, həmçinin aptek müdiridir.

    “Avromed”ə gəlincə, bu şirkətin sahibi deputat Cavanşir Feyziyevdir. O, parlamentin oliqarx deputatlar kateqoriyasına aid edilir.

    Daha bir məlumata görə isə saxlanılanların içərisində daha iki məşhur dərman idxalı şirkətinin əməkdaşı var.

  • Kolleclərə sənəd qəbulun vaxtı uzadıldı

    Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu vaxtı uzadılıb.

    Dövlət İmtahan Mərkəzindən modern.az-a verilən məlumata görə, sənəd qəbulunun vaxtı 12 mart saat 11:00-a qədər uzadılıb.

    Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

    Hazırki məlumata görə, təsdiq edilmiş ərizələrin sayı 18739-dur “Azərbaycan bölməsi üzrə 18169, rus bölməsi – 570”.

  • Rus ekspertdən qorxulu açıqlama: “COVID-19 xroniki hala keçə bilər”

    Rospotrebnadzor Epidemiologiya İnstitutunun direktor müavini Vadim Pokrovski bildirib ki, COVID-19 koronavirusu xroniki ola bilər və başqalarına yoluxa bilər.

    Median.Az xəbər verir ki, Gazeta.ru-nun istinad etdiyi ekspertə görə, bu, əvvəllər Çində müşahidə olunan təkrar infeksiya halları ilə də izah edilə bilər.

    Mütəxəssisin izah etdiyi kimi, ÇXR-də 200-ə yaxın təkrar infeksiya hadisəsi aşkar edilib. Bu günə qədər bu cür hallar tam öyrənilməyib, amma Rusiyada bu məsələni öyrənmək üçün artıq xüsusi bir qrup yaradılıb.

    Pokrovski ümumiyyətlə, bədənin virusu məğlub etdiyini və ona qarşı immunitet qazandığını deyib. Ancaq bəzən immunitet sistemi toxuma zədələnməməsinin qarşısını almaq üçün fərqli hərəkət etməyə “qərar verə” və virusdan qurtulmadan onu tədricən, hissə-hissə orqanizmdən kənarlaşdıra bilər. Bunun COVID-19 vəziyyətində də baş verməsi mümkündür.

  • Коронавирус обнаружен у вернувшейся из Ирана женщины и у приехавшего из Италии студента

    Оперативный штаб при Кабинете Министров Азербайджанской Республики распространил сообщение.

    Как сообщили АПА в Оперативном штабе, заражение коронавирусом выявлено у двух граждан Азербайджанской Республики.

    У женщины 1969 г.р., вернувшейся в Азербайджан после прохождения курса лечения в Исламской Республике Иран, возникли проблемы со здоровьем, поэтому она обратилась в больницу. В ходе обследования у нее наряду с хронической почечной недостаточностью был обнаружен и коронавирус. В настоящее время она госпитализирована в больницу особого режима, ее состояние оценивается как средней степени тяжести, принимаются соответствующие меры по лечению.

    У студента 1997 г.р., вернувшегося из Италии, была высокая температура, в ходе обследования стало известно, что он заразился коронавирусом. Этот человек госпитализирован в больницу особого режима, его состояние стабильное.

    Состояние гражданина Азербайджанской Республики 1938 г.р., госпитализированного в больницу особого режима после выявления коронавируса, стабильно-тяжелое. Он содержится под строгим врачебным контролем, принимаются все необходимые меры по его лечению.

    Лечение других лиц, у которых выявлен коронавирус, продолжается в больницах особого режима, в настоящее время их состояние стабильно-нормальное.

    Отметим, на данный момент в Азербайджане коронавирус обнаружен у 12 человек.

  • Azərbaycanın Baş Naziri Türkmənistan Prezidenti ilə görüşdü

    Martın 11-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

    Bu barədə “Report”a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, hər iki tərəfdən hökumət üzvlərinin də iştirak etdiyi işçi nahar zamanı iki ölkə arasında iqtisadi əlaqələrin indiki vəziyyəti və perspektivləri haqda danışılıb.

  • Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatıb

    Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına rəsmi səfəri martın 11-də başa çatıb.

    APA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Prezident Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

  • Gürcüstanda məktəblərdə tətil koronavirusa görə uzadıldı

    Gürcüstanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində bütün təhsil müəssisələrində tətil aprelin 1-nə qədər uzadılıb.

    Milli.Az Day.Az-a istinadən xəbər verir ki, belə qərar Baş nazirin başçılığı altında idarələrarası koordinasiya şurasının iclasında qəbul edilib. Bundan öncə isə təhsil müəssisələrində dərslərin martın 16-da bərpa olunacağı barədə qərar verilmişdi.

    Qeyd edək ki, bu gün Gürcüstan Futbol Federasiyasının (GFF) rəhbərliyi də ölkə çempionatının bütün mərhələlərini aprelin 1-ə qədər dayandırmaq barədə qərar qəbul edib.

    Son məlumata görə, Gürcüstanda 23 koronavirusa yoluxma faktı təsdiqini tapıb, 298 nəfər karantində, daha 46 nəfər isə stasionar tibb müəssisələrində həkim nəzarəti altındadır.

    Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 90-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 110 mini, ölənlərin sayı isə 3 mini keçib.

  • ВОЗ объявила пандемию коронавируса в мире

    Распространение нового коронавируса в мире приобрело характер пандемии, заявил на брифинге в Женеве гендиректор Всемирной организации здравоохранения Тедрос Адханом Гебрейесус.

    “В ближайшие дни и недели мы ожидаем, что количество случаев, смертей и количество затронутых стран увеличится… Мы пришли к оценке того, что COVID19 может быть охарактеризована как пандемия”, – сказал он, передает РИА “Новости”.

    Пандемией называют необычайно сильную эпидемию, характеризующуюся распространением инфекционного заболевания на всей территории страны, территорию сопредельных государств, а иногда и многих стран мира.

    На 11 марта общее количество заражений новым коронавирусом в мире составило 122 235 человек в 121 стране мира. Из них 66 993 человека выздоровели, 4 391 больных умерли.

  • ÜST koronavirusu pandemiya elan etdi

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

    “RİA Novosti” xəbər verir ki, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus keçirilən mətbuat konfransında bildirib.

    Məlum olduğu kimi, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Artıq epidemiya 121 ölkədə qeydə alınıb.

    Son rəqəmlərə görə, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

  • Meyvezerin uşaqlarının anası ölü tapıldı

    Məşhur amerikalı boksçu Floyd Meyvezerin üç uşağının anası Cozi Harris öz maşınında ölü tapılıb.

    Bu barədə TMZ məlumat yayıb.

    Qırx yaşlı Harrisin cəsədini polisə daxil olan telefon zəngindən sonra aşkarlayıblar. Hələlik nə zəng edənin kimliyi, nə də qadının ölüm səbəbi açıqlanmır.

    Qeyd edək ki, Meyvezerlə Harris 1995-2010-cu illərdə sevgili olublar. Bu müddət ərzində onların iki oğlu, bir qızı dünyaya gəlib.

    2010-cu ilin sentyabrında Meyvezer Harrisi uşaqlarının gözü qarşısında döydüyü üçün iki aylıq həbs həyatı yaşayıb. Harris Meyvezer tərəfindən dəfələrlə zorakılığa məruz qaldığını bildirib.