Month: March 2020

  • Qobustan Qoruğu fəaliyyətini qismən dayandırdı

    Qobustan Qoruğunda koronavirus təhlükəsinə qarşı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, qoruq bu gündən etibarən fəaliyyətini qismən müvəqqəti olaraq dayandırır.

    Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb:

    “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.2020- ci il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirinin 06.03.2020-ci il tarixli müvafiq əmrinə əsasən Koronavirus (CoVİD-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Qobustan Milli Tarix-Bədii Qoruğunda qabaqlayıcı profilaktik tədbirlər həyata keçiriləcək. Bununla əlaqədar olaraq bildiririk ki, profilaktik tədbirlərin keçirildiyi müddət ərzində Qobustan abidələrini əks etdirən açıq səma altında muzey fəaliyyətini tam şəkildə davam etdirəcək. Qoruğun muzey binası isə 11.03.2020-ci il tarixdən etibarən müvəqqəti olaraq ziyarətçilər üçün bağlı olacaq”.

  • Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimaiyyətinə müraciət etdi

    Təhsil Nazirliyi yanında İctimai Şuranın ölkədə təhsil, təlim-tərbiyə prosesinin müvəqqəti dayandırılması ilə bağlı təhsil prosesi iştirakçılarına müraciət edib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, müraciətdə bildirilir ki, ölkəmizdə “COVİD-19” koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təhsil sahəsində qəbul edilmiş qərarla bağlı KİV-lərdə, sosial mediada heç bir obyektiv əsasa söykənməyən və insanlar arasında çaşqınlıq yaradan dezinformasiya xarakterli məlumatların yayılması hallarına yol verilir. Yaranmış vəziyyətlə əlaqədar olaraq İctimai Şura məsələni müzakirə etmiş və bununla bağlı bəzi məqamları vətəndaşların diqqətinə çatdırmağı zəruri hesab edib:

    “İctimai Şura təhsil prosesi iştirakçılarının sağlamlıqlarının daha önəmli olduğunu əsas götürərək təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar təlim-tədris prosesində yaranmış fasilənin cari ilin mart ayının 27-dək təxirə salınmasını mövcud duruma adekvat qərar kimi qiymətləndirir.

    İctimai Şura təhsil ictimaiyyətini hazırkı vəziyyətdə çaşqınlıq yaratmağa, əhalini gərgin psixoloji duruma gətirib çıxaran qeyri-peşəkar yanaşmalara və qeyri-rəsmi məlumatlara inanmamağa, onları yaymamağa, yalnız Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin, digər aidiyyəti dövlət orqanlarının və qurumların yaydığı rəsmi məlumatlara istinad etməyə çağırır.

    Təhsil müəssisələrinin müvəqqəti olaraq bağlanması ilə təlim-tədris prosesində yaranmış geriliyin aradan qaldırılması üçün Təhsil Nazirliyinin müvafiq ehtiyat variantları mövcuddur və bunun bir nümunəsi olaraq 10 mart 2020-ci il tarixindən başlayaraq “Mədəniyyət” kanalında tele-dərslərə start verilib”.

    Müraciətdə deyilib ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən son məlumata görə, ölkəmizdə vəziyyət ciddi nəzarətdədir və aidiyyətı qurumlar virus təhlükəsinin genişlənməməsi üçün bütün zəruri tədbirləri həyata keçirirlər. Buna baxmayaraq, İctimai Şura valideynləri yaranmış vəziyyətlə bağlı daha məsuliyyətli olmağa, uşaqlarına daha çox zaman ayırmağa, onları insanların çox olduğu kütləvi yerlərə buraxmamağa, şəxsi gigiyena qaydalarına ciddi əməl etmələrinə çağırır.

  • Gürcüstanda koronavirusa yoluxan azərbaycanlının vəziyyəti açıqlandı

    Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiqləndiyi şəxs 14 günlük müalicə kursunu başa vurub.

    Report xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

    Gürcüstanın azərbaycanlı vətəndaşı olan həmin şəxs hələ sağalmayıb. Koronavirusla bağlı təkrar aparılan test müsbət nəticə verib.

    Mərkəzdən qeyd olunub ki, pasiyentdə virus yükü azalsa da, test müsbət nəticələnib.

    Qeyd edək ki, qonşu ölkədə koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb. Virus bir həftə İranda olandan sonra Azərbaycan vasitəsilə Gürcüstana qayıdan 50 yaşlı azərbaycanlıda aşkar olunub.

    Bu günə qədər Gürcüstanda koronavirusa 23 yoluxma halı təsdiqlənib.

  • İtaliyaya səfər planlaşdıranların NƏZƏRİNƏ

    İtaliyaya səfərdən imtina etmək niyyətində olanlar sənəd tətbiqi üçün viza müraciətlərini geri götürə biləcəklər və bu ərizəçi üçün imtina hesab edilməyəcək.

    Bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin “Facebook” hesabında məlumat verilib.

    Səfirliyin məlumatında deyilir:

    “Baş Nazirin 8 Mart 2020-ci il tarixli və 9 mart 2020-ci il tarixli qərarlarının məzmunu yoluxma ehtiva edən və COVID-19 virusunun yayılmasını əks etdirən təxirəsalınmaz tədbirləri müəyyən edib. Qeyd etmək lazımdır ki, bir dəfə milli əraziyə daxil olmuş əcnəbilərə də, bütün milli ərazidə “sübut edilmiş iş ehtiyacları, zərurət halları və ya sağlamlıq səbəblərindən hərəkətlər istisna olmaqla” hərəkət etmə azadlığını məhdudlaşdıran tədbirlər tətbiq ediləcək.

    Şengen viza müraciətlərinə baxılması ilə əlaqədar aşağıdakılar nəzərə çatdırılır.

    Viza proseduru başa çatmamış və viza stikeri vurulmamış müraciətlər üçün səfərin növbəti yarım ildə yenidən planlaşdırılması mümkündür. Bu məqsədlə, müraciət edənlər yeni planlaşdırılan tarixlər üçün Səfirliyə yeni bir səyahət marşrutu göndərməli və dəyişdirilməli vizanın etibarlılıq müddətində Şengen bölgəsində pasportun giriş/çıxış ştamplarına sahib olmadığını sübut etməlidirlər. Səfərdən imtina etmək niyyətində olanlar, sənəd tətbiqi üçün viza müraciətlərini geri götürə biləcəklər (Bu Viza Məcəlləsinin 23-ü maddəsinə əsasən ərizəçi üçün imtina hesab edilməyəcək).

    İtaliya Səfirliyi 1 fevral – 30 iyun 2020-ci il tarixləri arasında verilən və istifadə edilməyən vizaları əvəz etmək üçün yeni qısamüddətli Şengen vizalarının verilmə imkanını dəyərləndirəcək. Qeyd olunan tədbir viza alanların səfərləri təxirə saldıqlarını və ləğv edilmədiklərini sübut etdikləri təqdirdə tətbiq edilə bilər. Şərtlərə əməl olunarsa, Səfirlik daha uzun müddətə, bir ilədək çox girişli viza vermə imkanını dəyərləndirə bilər”.

  • Президент назначил Шахина Мустафаева на новую должность

    Президент Азербайджана Ильхам Алиев утвердил новый состав комиссии по восстановлению и реконструкции пострадавших от оккупации территорий в результате военных действий.

    Соответствующее распоряжение глава государства подписал в среду.

    Председателем комиссии назначен заместитель премьер-министра Азербайджана Шахин Мустафаев.

    В состав комиссии включены семь заместителей министров – внутренних дел, обороны, финансов, транспорта, связи и высоких технологий, экономики, МЧС, юстиции.

    В комиссию также вошли: премьер-министр Нахчыванской Автономной Республики, начальники госпогранслужбы, службы госбезопасности, председатели Центрального Банка Азербайджана, комитета по градостроительству и архитектуре, по делам беженцев и вынужденных переселенцев, проблемам семьи, женщин и детей, директор агентства по восстановлению и реконструкции территорий.

  • Prezident Şahin Mustafayevə yeni vəzifə verdi

    Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiyanın sədri dəyişib.

    Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamda əksini tapıb.

    Sərəncama əsasən, Baş Nazirin müavini Şahin Mustafayev komissiyanın sədri təyin edilib.

  • İranda koronavirusun dərmanı tapıldı

    İranda COVID-19-un dərmanı tapılıb.

    Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur açıqlama verib.

    O, koronavirusa qarşı istehsal edilən dərmanın müalicədə müsbət nəticə verdiyini bildirib:

    “Dərman 24 saat ərzində təsirini göstərdi. Lakin qəti bir şey demək hələ tezdir”.

    K.Cahanpur dərmanın faydalı nəticəsi olarsa, üç həftədən sonra satışa çıxarılacağını da bildirib.

  • Təhsil Nazirliyi bu halda uşağın məktəbə qəbulundan imtina edəcək

    Təhsil Nazirliyi hansı halda uşağın məktəbə qəbuluna imtina verilə biləcəyini açıqlayıb.

    Nazirlikdən verilən məlumata görə, ilk növbədə, məsul şəxs www.mektebeqebul.edu.az saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır.

    Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın məktəbə qəbuluna imtina verilə bilər.

  • Bakıda karantində saxlanılan xəstə qaçdı, tutub geri qaytardılar

    1 saylı Kliniki Tibbi Mərkəzdə koronavirus şübhəsilə karantində saxlanılan və 1 gün əvvəl özbaşına xəstəxananı tərk edən şəxs geri qaytarılıb.

    Mərkəzdən Trend-ə verilən məlumata görə, həmin şəxs hazırda Kliniki Tibbi Mərkəzdədir:

    “Dünən həmin şəxslərdən biri həkimdən icazəsiz xəstəxananı tərk edib. Həkim briqadası onu yenidən mərkəzə qaytarıb və başa salıblar ki, icazəsiz xəstəxananı tərk etmək olmaz. Adam pəncərədən qaçmayıb. Bizdə cəzaçəkmə müəssisəsi deyil ki, onlar xüsusi rejimdə saxlanılsın. Adi palata şəraitində saxlanılır, həmin şəxs də həkimə deməmiş palatadan çıxıb gedib. Hazırda karantində 6 nəfər saxlanılır, onlarda koronavirus aşkarlanmayıb. Karantin müddəti başa çatandan sonra evə yazılacaqlar”.

    Xatırladaq ki, mediada koronavirus xəstələrindən 1 nəfərin Kliniki Tibbi Mərkəzdə pəncərədən qaçması barədə məlumat yayılıb.

  • Toylar da təxirə salınacaq? – VİDEO

    Son günlər koronavirus təhlükəsi ölkənin bütün xidmət sahələrinə öz təsirini göstərib. Bəs insanların ən çox toplaşdığı tədbirlərdən olan toylar necə, təxirə salına bilərmi? Bunu öyrənmək məqsədilə paytaxtda yerləşən bir neçə şadlıq sarayına müraciət etdik və hələlik toy biznesində hər şeyin qaydasında getdiyini, şadlıq saraylarında gündəlik şənliklərin keçirildiyini öyrəndik.

    ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı sujet yayımlanıb.

    Toylar insanların ən çox yığışdığı tədbirlərdən olduğu üçün virusun yayılma ehtimalı da çoxdur. Mütəxəssislər də bununla bağlı xəbərdalıq edir.

    Şadlıq saraylarının rəhbərləri hər toydan sonra restoranda təmizlik və dezinfeksiya işlərinin aparıldığını bildirirlər. Onların fikrincə, bununla xəstəliklərin yayılmasının qarşısı alınır.

    Ancaq toylarda virus təhlükəsi təkcə sarayın dezinfeksiyası ilə bitmir. İnsanların da bu məsələdə həssas yanaşması vacibdir.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında yaradılmış operativ qərargah əhaliyə qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınmasını, yas mərasimlərinin isə kütləvi keçirilməməsini tövsiyə edib.