Month: March 2020

  • Prezidentdən Hacı Zeynalabdin Tağıyevin abidəsi ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Bakı şəhərində böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılmalıdır.

    Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • По факту суицида матери четырех детей в Агджабеди возбуждено уголовное дело – ОБНОВЛЕНО + ФОТО

    В связи с суицидом женщины в Агджабединском районе проводится предварительное расследование.

    По полученной Oxu.Az информации, по факту самоубийства жительницы села Тезекенд Гулиевой Гюнай (1991 г.р.) возбуждено уголовное дело по статье 125 (доведение до самоубийства) УК АР.

    Место происшествия и тело женщины были осмотрены сотрудниками полиции и прокуратуры с участием судебно-медицинского эксперта, изъяты вещественные доказательства.

    * * * * *

    В Агджабединском районе Азербайджана совершено самоубийство.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, инцидент зарегистрирован в селе Шахсеван. 27-летняя жительница района Гюнай Гулиева повесилась в своем доме.

    Отметим, что женщина была матерью четырех детей, самый младший из которых родился 7 месяцев назад.

    По словам родных, в семье Г.Гулиевой часто возникали конфликты. До самоубийства женщина проживала в отцовском доме.

    Вернувшись в свой дом, она покончила с собой. В области головы и на теле покойной имеются травмы. Члены семьи утверждают, что Г.Гулиева была убита мужем.

    Судебно-медицинская экспертиза обнаружила на голове и теле совершившей самоубийство молодой женщины повреждения, которые она получила давно. Члены ее семьи утверждают, что Г.Гулиева была избита мужем.

    Расследование по данному факту ведет районная прокуратура.


  • Azərbaycanda dörd uşaq anası ata evinə gedib qayıtdı, intihar etdi – YENİLƏNİB + FOTO

    Ağcabədi rayonunda qadının intihar etməsi ilə bağlı ibtidai istintaq aparılır.

    Rayonun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Günay Quliyevanın martın 10-u saat 16 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

    Hadisə yerinə və meyitə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, orada maddi sübutlar götürülüb.

    Qeyd edək ki, G.Quliyeva dörd uşaq anasıdır.

    * * * * *

    Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

    Hadisə rayonun Şahsevən kəndində qeydə alınıb.

    Rayon sakini, 27 yaşlı Quliyeva Günay Sahib qızı özünü yaşadığı evdən asaraq intihar edib.

    Qeyd edək ki, G.Quliyeva dörd uşaq anasıdır. Onun ən kiçik övladı yeddi ay əvvəl dünyaya gəlib.

    G.Quliyevin yaxınlarının sözlərinə görə, Günayın ailəsində tez-tez ailədaxili münaqişələr baş verib. Qadın intihardan əvvəl ata evində olub. Evinə qayıdan qadın özünü asaraq öldürüb.

    Məhkəmə-Tibbi Ekspertizası intihar edən gənc qadının başında və bədənində çoxdan aldığı xəsarətlər də aşkarlayıb. Ailə üzvləri G.Quliyevanın həyat yoldaşı tərəfindən döyüldüyünü iddia edir.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
    /oxu.az/


  • Bakıda sahibkar fəhləyə işgəncə verib

    Azərbaycanda ferma sahibi fəhləni əmək müqaviləsi olmadan çalışdırıb.

    “Report” xəbər verir ki, hadisə Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində qeydə alınıb.

    Məlumata görə, V.A. məcburi əmək qurbanı olub.

    Belə ki, o, fermada əmək müqaviləsi olmadan, işgəncə verilməklə fəhlə adı ilə saxlanılaraq əməyi istismar edilib.

    Daha sonra V.A.-nın yaxınları bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

    Dərhal müvafiq tədbirlər görülüb və V.A. məcburi əmək qurbanı olmaqdan azad olunub.

    Qeyd olunan ferma sahibi barəsində isə müvafiq hüquqi tədbirlər görülüb.

  • Natəvanın vandalizmə məruz qalmış abidəsi bərpa edilir – RƏSMİ

    “Belçikanın Vaterlo şəhərində ucaldılmış ölkəmizin görkəmli şairi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın vandalizmə məruz qalmış abidəsi bərpa olunur”.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

    Onun sözlərinə görə, Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın Belçikanın Vaterlo şəhərində Heydər Əliyev Fondunun himayəsi altında 2016-cı ildə ucaldılmış abidəsinə qarşı vandalizm aktı törədilib, abidənin üzərinə boya tökülüb və heykəlin bəzi hissələri dağıdılıb:

    “Məsələ ilə bağlı Vaterlo polisi tərəfindən cinayət işi açılıb və araşdırma aparılır. Abidənin üzərinə tökülmüş boya artıq təmizlənib və onun bərpası işlərinə başlanılıb. Səfirliyimiz bu məsələni nəzarət altında saxlayır”.

  • Qobustan Qoruğu fəaliyyətini qismən dayandırdı

    Qobustan Milli Tarix-Bədii Qoruğunda koronavirus təhlükəsinə qarşı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.

    Qoruq bu gündən etibarən fəaliyyətini qismən müvəqqəti olaraq dayandırır.

    Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb:

    “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.2020-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirinin 06.03.2020-ci il tarixli müvafiq əmrinə əsasən, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Qobustan Milli Tarix-Bədii Qoruğunda qabaqlayıcı profilaktik tədbirlər həyata keçiriləcək.

    Bununla əlaqədar olaraq bildiririk ki, profilaktik tədbirlərin keçirildiyi müddət ərzində Qobustan abidələrini əks etdirən açıq səma altında muzey fəaliyyətini tam şəkildə davam etdirəcək.

    Qoruğun muzey binası isə 11.03.2020-ci il tarixdən etibarən müvəqqəti olaraq ziyarətçilər üçün bağlı olacaq”.

  • İtaliyada üsyan qaldıran məhbuslar həbsxanadan qaçıb

    İtaliyada həbsxanalarda koronavirusla bağlı baş vermiş etirazlarda 12 məhbus ölüb.

    “Haber Global”ın xəbərinə görə, 20-yə yaxın həbsxanada etirazlar üsyanla nəticələnib.

    Eyni zamanda, Foggiyada yerləşən həbsxanadan 77 nəfər məhbusun qaçdığı bildirilib.

    Onların bir hissəsinin tutulduğu, 20 nəfərin isə axtarıldığı qeyd edilir.

    Xatırladaq ki, martın 8-də İtaliyada dörd həbsxanada məhbusların üsyan qaldırdığı barədə xəbər yayılmışdı. Buna səbəb hökumətin 8-22 mart tarixlərində koronavirusla bağlı məhbusların qohumları ilə görüşünə icazə verməməsi olub.

  • Azərbaycanda polkovnik-leytenant vəfat etdi – FOTO

    Azərbaycan ordusunun zabiti vəfat edib.

    Polkovnik-leytenant Anar Kərimov uzun sürən xəstəlikdən sonra martın 10-da qaraciyər serrozu səbəbindən həyatını itirib.

    Allah rəhmət eləsin!

  • “Rus ruleti” faciə ilə bitdi – VİDEO

    Rusiyanın Sankt-Peterburq şəhərində gənclərin əyləncə tədbiri faciə ilə nəticələnib. Bununla bağlı kadrları “78.ru” portalı yayıb.

    Məlumata görə, əyləncə zamanı ev sahibi atasına məxsus seyfi açaraq oradan silah çıxarıb. Zarafat xatirinə o, guya özünə və tanışına atəş açırmış kimi jest edib, daha sonra silahı ona verib.

    Dostu isə tapançanı doldurub və yenidən gəncə uzadıb… Dərhal sonrakı atəş faciə ilə nəticələnib.

    Hadisə yerinə gəlmiş polis silahın mənzildə qanunsuz saxlandığını müəyyənləşdirib. Hadisə ilə bağlı istintaqa başlanıb.

  • В Загатале горит лес

    В Центр управления в кризисных ситуациях МЧС Азербайджана поступила информация о пожаре на территории села Галал Загатальского района.

    Согласно сообщению пресс-службы МЧС, к тушению пожара привлечены подразделения Государственной службы пожарной охраны, сотрудники управления лесного хозяйства Министерства экологии и природных ресурсов, а также силы Исполнительной власти района.

    По предварительным данным, в горной местности со сложным рельефом горят сухая трава и кустарник на территории площадью 3 га.

    В настоящее время продолжается борьба с огнем.