Month: March 2020

  • Keçmiş məhkəmə sədri polislərin əli ilə körpə nəvəsini anasından aldı

    Azərbaycanda keçmiş məhkəmə sədri uşağı zorla anasının əlindən alıb.

    “Report”un xəbərinə görə, bu iddia ilə Bakıda yaşayan Rusiya vətəndaşı Samirə Bəşirova çıxış edib.

    O söyləyib ki, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin keçmiş sədri Çingiz Bəşirovun oğlu Tamerlan Bəşirovla evlidir.

    Daha sonra qadınla T.Bəşirov boşanmaq üçün məhkəməyə üz tutublar. Boşanma ilə bağlı məhkəmə iclası aprelin 8-də keçiriləcək.

    S.Bəşirova keçmiş məhkəmə sədri Ç.Bəşirovun onun 2017-ci il təvəllüdlü körpə qızının əlindən alındığını, Bakı Şəhər İcra Hakimiyyətində işləyən həyat yoldaşı T.Bəşirovla onun atası Ç.Bəşirovun qadına psixoloji və fiziki təzyiq etdiyini, uşağı əlindən aldığını, qaytarmadığını bildirib:


    “Qızım Tamerlan və ailəsi tərəfindən qaçırılıb. Bu barədə bir neçə dövlət qurumuna müraciət etmişəm. Daha sonra öyrəndim ki, fevralın 29-da qızım atası və nənəsi ilə birlikdə parkdadırlar. Qızımı görmək üçün anam və bacımla həmin parka getdim. Lakin parkda Tamerlanla anası üstümə hücum çəkib itələdilər, qızımı da əlimdən almağa çalışdılar. Bu zaman parka polis əməkdaşları gəldi və bizi 20-ci Polis Bölməsinə apardılar. Orada ərizə yazdıqdan sonra qızımı da götürüb evə gəldim. Martın 1-də həmin bölmənin təxminən 7-8 polis əməkdaşı evimə gəlib uşağı onlara verməyimi tələb etdilər. Sonra məlum oldu ki, qızımın atası polislərə hədə-qorxu gəlib ki, məndən uşağımı zorla alıb Tamerlana versinlər. Həmin şəxslər mülki geyimdə idilər. Onları polis bölməsində olan zaman tanıdım. Binaya daxil olan kimi polis əməkdaşları kameranı söndürdülər. Lakin həmin şəxsləri domofon vasitəsi ilə kameraya çəkdim. Qapını onlara açmadım. Lakin durmadan qapını döyürdülər. Mən DİN-in “102” Zəng Mərkəzi xidmətinə zəng vurdum. Ora digər polis əməkdaşları gəldi, həmin şəxslərlə danışdılar. Sonra mülki geyimdə olan polislər oradan uzaqlaşdılar. Daha sonra Nəsimi Rayon Polis İdarəsinin rəisinin qəbulunda oldum, ərizə yazıb, videonu onlara təqdim etdim. Bildirildi ki, araşdırma aparılacaq.

    Martın 5-də Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Elşən Bədəlzadə, İdarənin əməkdaşı Faiq Sayadlı, Nəsimi rayon Məhkəmə Tibbi Ekspertizasının eksperti Azər Mustafayev yaşadığım evə gəldilər, qızımı müayinə etdilər. Bu zaman mənzilin qapısı döyüldü və qapının arxasında 3 nəfər mülki geyimli şəxs var idi. Sonradan anladım ki, həmin şəxslər Tamerlan və Çingiz Bəşirovun göstərişi ilə gəlib qızımı əlimdən alacaqlar. Dərhal qızımı götürüb uşaq otağına keçdim və qapını bağladım. Polislər evə zorla daxil oldular, mənim qolumdan tutdular, sonra Tamerlanı içəri çağırdılar və onlar qızımın ağlamasına baxmayaraq, onu götürüb qaçdılar. Evdə bacımın ad gününü qeyd edirdik. Və evdəki qonaqlar da polis bölməsinə zorla aparıldılar.


    Elşən Bədəlzadə evdə qanunsuz axtarış apardı və təhlükəsizlik kameralarını və domofonu söküb özü ilə apardı. Onlar məni Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparıb izahatımı aldılar. Müstəntiq raportunda qanunsuz qeyd edərək bildirib ki, guya mən, anam, bacım və vəkilim qızımı zorla evdə girov saxlamışıq. Elşən Bədəlzadə evimdə qəsdən şərait yartdı ki, digər şəxslər evə girsinlər”.

    S.Bəşirova qızının qaytarılmasını və evinə basqın edən polis əməkdaşlarının cəzalandırılmasını istəyir.

    O, polislərin hərəkətləri ilə bağlı Bakı Şəhər Prokurorluğuna müraciət edib. Hazırda prokurorluq işi araşdırır.

    Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin və yazıda adları çəkilən şəxslərin münasibətini öyrənmək mümkün olmayıb.

  • Belçikada Natəvanın heykəlinə qarşı vandalizm – FOTO

    Belçikada Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın heykəli uçurulub.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Belçikanın Vaterlo şəhərində XIX əsr Azərbaycanın görkəmli şairi, Qarabağın sonuncu xanımı, Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Natəvanın şərəfinə ucaldılmış abidə sözün əsl mənasında vandalizmə uğrayıb.

    İddia olunur ki, onun abidəsi ermənilər tərəfindən acınacaqlı vəziyyətə salınıb.
    /oxu.az/




  • Beş uşaq anası körpəsini boğub zibilliyə atdı

    Türkiyənin Adıyaman vilayətində qadın üç ay əvvəl dünyaya gətirdiyi övladını öldürüb.

    “Anadolu” xəbər agentliyinin məlumatına görə, ana körpəni xəstəxanaya müayinəyə gətirməyib.

    Ana ilə əlaqə saxlaya bilməyən tibb işçiləri bu barədə polisə məlumat verib.

    Uşağı evdə tapmayan hüquq-mühafizə orqanı əməkdaşları qadını istintaqa cəlb ediblər.

    Məlum olub ki, qadın körpəsini yastıqla boğub öldürüb və zibil yeşiyinə atıb.

    Əri həbsxanada olan qadının beş uşaq anası olduğu bildirilir.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Çox pis vəziyyətdə olan tibb müəssisələri əhaliyə necə tibbi xidmət göstərir? – FOTO

    Ölkə ərazisində bir sıra tibb müəssisələrinin qənaətbəxş vəziyyətdə olmadığına dair sosial şəbəkələrdə şəkillər yayılıb.

    Həmin tibb müəssisələri pis vəziyyətdə olsalar da, hazırda fəaliyyət göstərirlər.

    Həmin müəssisələrdən biri Gəncə şəhər 1 saylı Uşaq Poliklinikası, digəri isə Qaradağ rayonu Puta qəsəbəsindəki yararsız vəziyyətdə olan tibb məntəqəsidir.

    Hər iki tibb müəssisəsi çox pis vəziyyətdədir. Bu şəraitdə onların vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərəcəyi ciddi şübhələr doğurur.

    Məsələyə rəsmi münasibət öyrənmək üçün Oxu.Az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə həmin müəssisələrlə bağlı sorğu ünvanlayıb.

    Agentliyin cavabında qənaətbəxş vəziyyətdə olmayan tibb müəssisələrinin mövcudluğu təəssüflə qeyd edilib:

    “Son 10 il ərzində ölkə başçısı tərəfindən regionlardakı tibb müəssisələrində yenidənqurma işlərinin görülməsi məqsədi ilə maliyyə vəsaiti ayrılıb. Bunun nəticəsidir ki, regionların bir çoxunda yeni inşa edilmiş, müasir tibbi avadanlıqlarla təchiz edilmiş tibb müəssisələri fəaliyyət göstərir. Lakin hələ də bəzi regionlar var ki, orada tibb müəssisələrinin şəraiti qənaətbəxş deyil. Hazırda tibb müəssisələrinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilməsi ilə bağlı təhvil-təslim işləri aparılır. Ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinə uyğun olaraq, tibb müəssisələrinin təkmilləşdirilməsi istiqamətində növbə ilə lazımi tədbirlər görülür.

    İlkin mərhələdə mərkəzi rayon xəstəxanalarının, növbəti mərhələdə isə artıq ambulator-poliklinik müəssisələrin yenidən qurulması istiqamətində tədbirlər görüləcək. Qeyd edək ki, bəzi regionlarda tibb müəssisələrinin şəraitinin yaxşılaşdırılması məqsədi ilə maliyyə vəsaitinin ayrılması istiqamətində İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi təkliflərini hazırlayıb və aidiyyəti qurumlara təqdim edib”.







  • Бакинский суд по тяжким преступлениям приостановил работу? – ОБНОВЛЕНО

    Информация о том, что Бакинский суд по тяжким преступлениям приостановил работу, не соответствует действительности.

    Как заявил Oxu.Az зампредседателя суда Афган Гаджиев, соответствующее решение пока не принято.

    “В настоящее время суд продолжает свою работу. В случае принятия какого-либо решения общественность будет проинформирована об этом”, – сказал он.

    * * * *

    Бакинский суд по тяжким преступлениям приостановил работу.

    Как передает Oxu.Az, судебные заседания отложены на неопределенное время в связи с угрозой коронавирусной инфекции.

    Сообщается, что судом будут рассматриваться только некоторые важные дела.

    Однако гражданам запрещено участвовать в заседаниях.

  • Bakı Ağır Cinayətlər Məhkəməsi fəaliyyətini dayandırıb? – AÇIQLAMA + YENİLƏNİB

    Bakı Ağır Cinayətlər Məhkəməsinin fəaliyyətini dayandırması barədə yayılan məlumatlara münasibət bildirilib.

    Məhkəmənin sədr müavini, hakim Əfqan Hacıyev Oxu.Az-a açıqlamasında deyib ki, hazırda məhkəmə fəaliyyətini davam etdirir və yayılan məlumat yalandır:

    “Bu barədə hələlik qərar yoxdur. Bir qərar olsa, ictimaiyyətə məlumat veriləcək”.

    * * * * *

    Bakı Ağır Cinayətlər Məhkəməsi fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

    Koronavirusla əlaqədar məhkəmə prosesləri qeyri-müəyyən vaxtadək təxirə salınıb.

    Bildirilir ki, yalnız bəzi vacib işlərə baxılacaq, məhkəmə işçiləri iş yerlərinə gələcək. Ancaq proses iştirakçıları qismində sakinlərin iştirakına qadağa qoyulub.

    Qeyd edək ki, bu barədə ilk məlumatı News24.az yayıb.

  • Azərbaycanda COVID-19-a görə Novruz tədbirləri ləğv edildi – RƏSMİ

    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahı açıqlama yayıb.

    Operativ Qərargahdan verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq, dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də, kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib:

    “Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib. Bununla əlaqədar bildiririk ki, Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilir.

    Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər-hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır.

    Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlarımızı bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırırıq”.

  • Prezident Oqtay Əsədovla sağollaşdı – FOTOLAR – VİDEO

    Xəbər verdiyimiz kimi, VI çağırış Azərbaycan Milli Məclisinə yeni sədr – Sahibə Qafarova və müavinlər Adil Əliyev, Əli Hüseynli, Fəzail İbrahimli seçilib.

    Altıncı çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev iştirak edib. Ölkə başçısı iclasdan sonra sabiq Milli Məclisin sədri, deputat Oqtay Əsədov və sabiq sədr müavini, deputat Ziyafət Əsgərovla görüşüb.

    Ölkə başçısı sabiq sədr və müavinlərə göstərdikləri xidmətə görə təşəkkür edib.



  • Avropa Parlamentinin sədri karantinə alındı

    Avropa Parlamentinin sədri David Sassoli İtaliyadan qayıtdıqdan sonra özünü təcrid etmək qərarına gəlib.

    Bu barədə “EUobserver” xəbər yayıb.

    Siyasətçi hazırda Brüsseldəki evində karantindədir.

    “Həftə sonu İtaliyada olduğum üçün (koronavirusla bağlı) tövsiyə olunan fəaliyyətlərə sadiq qalmaq və sədr funksiyasını 14 gün Brüsseldəki evimdən yerinə yetirmək qərarına gəldim”, – deyə o bildirib.

  • Грузию охватили лесные пожары – ВИДЕО

    В Грузии с 9 марта полыхают лесные пожары. Как сообщает Sputnik Грузия, зафиксировано уже более 20 серьезных очагов.

    Сложная ситуация в Озургетском, Амбролаурском, Цаленджихском, Чкороцкуйском и Каспском районах. В настоящее время ведутся работы по ликвидации пожаров.

    Общая площадь возгорания составляет более 130 гектаров.