Month: March 2020

  • Azərbaycanda ödənişli yolların yaradılması ilə bağlı YENİLİK

    Türkiyə Azərbaycanla nəqliyyat infrastrukturu ilə bağlı əməkdaşlıq edəcək.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

    Nazirlikdən qeyd ediblər ki, əməkdaşlıq çərçivəsində Azərbaycanda ödənişli avtomobil yollarının və müasir ödəniş sisteminin yaradılması məqsədilə Türkiyə təcrübəsinin öyrənilməsi nəzərdə tutulur.

    “Bütün bunlarla yanaşı, əməkdaşlıq çərçivəsində yol tikintisi layihələrinə investisiyaların yatırılması da nəzərdə tutulur”, – deyə nazirlikdən bildiriblər.

    Qeyd olunub ki, adı gedən sahə üzrə əməkdaşlıq 2020-2025-ci illəri əhatə edəcək.

    Nazirlikdən o da bildirilib ki, Azərbaycan və Türkiyə arasında hava, quru, dəniz və dəmir yolu nəqliyyatına dair əvvəllər imzalanan sazişlərin müddəalarını saxlamaqla sadalanan mövzularda əməkdaşlığı daha da inkişaf etdirmək nəzərdə tutulur.

  • Valideynlərə uşaqları ilə bağlı koronavirus xəbərdarlığı – RƏSMİ – VİDEO

    Artıq hər kəsə bəllidir ki, Nazirlər kabineti yanında Operativ qərargah təhsil müəssisələrində martın 27-nə qədər tədrisin dayandırılmasına qərar verib. Lakin bəzi valideynlər bu tətildən istifadə edərək övladlarını istirahət mərkəzlərinə, kütləvi tədbirlərə aparır.

    Median.Az ATV-yə istinadla xəbər verir ki, mütəxəssislər bunun doğru olmadığını deyir.

    Valideynlərə daha nələr tövsiyyə edilir? 

    “Təhsil müəssisələrinin fəaliyyətinin müvəqqəti dayandırılmasından istifadə edib valideynlər uşaqları əyləncə mərkəzlərinə, insanların kütləvi toplaşdığı yerlərə aparmamalıdır”.

    Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyir ki, tədris elə uşaqların bir-birindən ayrı olması, təmasını aradan qaldırmaq məqsədilə müvəqqəti olaraq dayandırılıb.

    Səhiyyə nazirliyinin baş pediatrı Nəsib Quliyev valideynlərə uşaqları hələ ki daha çox ev şəraitində saxlamalarını tövsiyyə edir.

    Onun sözlərinə görə, həmin müddətdə məktəblilər ev tapşırıqları ilə məşğul olmalıdırlar.

    Nəsib Quliyev onu da bildirdi ki, dünya təcrübəsinə əsasən, azyaşlılar koronavirus xəstəliyinə nadir hallarda tutulur. Lakin hər bir halda valideynlər diqqətli olmalı və uşaqları kütləvi yerlərdən uzaq tutmalıdırlar.

    Xatırladaq ki, təhsil müəssisələrində tədris martın 27-nə qədər dayandırılıb.

  • Bakının mərkəzində sürücülər təhlükə ilə üz-üzədir – VİDEO

    Bakının Heydər Əliyev prospektində olan dəmir maneə təhlükə saçır.

    Median.Az Xezerxeber.az-a istinadla xəbər verir ki, asqı qırıldığından bu yoldan istifadə edən sürücülər təhlükə ilə üz-üzədir. Çünki ağır dəmir maneə hər an düşə bilər.

    Ərazidə olan iki dəmir maneədən biri tam sağlam olsa da, digərinin bir tərəfi sıradan çıxıb.

    Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, “Xəzər Xəbər” məsələni qaldırdıqdan sonra əraziyə baxış keçirilib.

    Problemin qısa zamanda həll edilməsi üçün Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilib və əraziyə xüsusi qrup göndərilib.

  • Azərbaycanda gənc müəllim öldü

    Samux rayonun Qiyaslı kənd orta məktəbinin fizika müəllimi vəfat edib.

    Bununla bağlı Samux Rayon Təhsil Şöbəsi məlumat yayıb.

    Bildirilib ki, İsmayılova Kifayət Asim qızı gənc yaşında ölüb.

    Qafqazinfo-nun məlumatına görə, tanışları İsmayılova Kifayət Asim qızının həkim səhlənkarlığı səbəbindən rəhmətə getdiyini iddia edib:

    “Bağırsağı partlayıb. Üç gün yatırıb deyiblər ki, heç nəyi yoxdur, evə buraxılacaq. Sonra halı pisləşəndə bildirilib ki, Bakıya aparmaq lazımdır, onların da başı çıxmayıb. Savadsız həkimlərin ucbatından gül kimi qız getdi”.

  • Zamiq Leyla Əliyevanın sözlərinə bəstələnən mahnını ifa etdi – VİDEO

    Müğənni Zamiq Hüseynov mart ayında ikinci klipini tamaşaçılarına təqdim edib.

    “Просто будь” adlı mahnının sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsusdur. Rus dilində yazılan bəstənin musiqisi Alxanlı, aranjimanı isə Yaşar Baxışa aiddir. Türkiyədə lentə alınan ekran rejissorluğu Zəhra Quliyevaya həvalə olunub.

    Pop ulduz İnstaqram hesabında paylaşım edərək “Əziz dostlar. Qoy bu mahnı 8 mart bayramı münasibətilə xanımlar üçün ən gözəl hədiyyə olsun” sözlərini qeyd edib.

    Sözügedən klipi təqdim edirik:

  • Vilayət Eyvazov mayoru rəis təyin etdi

    Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

    Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis mayoru Toğrul Hüseynov Abşeron Rayon Polis İdarəsinin (RPİ) Qobu Polis Bölməsinin (PB) rəisi təyin edilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

    Qeyd edək ki, Qobu PB sabiq Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə yaradılıb. 2019-cu ilin mayın 11-də bölmənin inzibati binasının açılışı olub.

    T.Hüseynov daha əvvəl Yasamal RPİ-də işləyib.

  • Azərbaycanın “Avroviziya” mahnısı təqdim olundu – VİDEO

    Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edəcək Samirə Əfəndinin klipi və mahnısı ictimaiyyətə təqdim olunub.

    “Cleopatra” adlı ekran işi müsabiqənin rəsmi “YouTube” səhifəsində yerləşdirilib.

  • Завтра в Азербайджане будет ветрено

    Национальный департамент гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовал прогноз погоды в Азербайджане на 11 марта.

    В Баку и на Абшеронском полуострове ожидается погода без осадков, переменная облачность, ночью и утром местами прогнозируется туман, порывистый юго-западный ветер.

    Температура воздуха на Абшеронском полуострове составит ночью 5-8, днем – 12-16, в Баку ночью – 6-8, днем – 13-15 градусов тепла.

    Атмосферное давление снизится с 766 до 761 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 50-55%.

    В районах Азербайджана завтра прогнозируется погода без осадков, местами туман, порывистый южный ветер.

    Температура воздуха составит ночью 4-9, днем – 17-22, в горах ночью – 0-5, днем – 12-17 градусов тепла.

  • Sabah güclü külək əsəcək

    Bakıda və Abşeron yarımadasında martın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, martın 11-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq yarada bilər.

  • Milli Məclisin yeni sədri kimdir? – TƏRCÜMEYİ-HAL

    Milli Məclisin sədri vəzifəsinə seçilən Sahibə Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

    O, 1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır.

    S.Qafarova 2004-cü ildən universitetdə Beynəlxalq əlaqələr üzrə prorektor kimi fəaliyyət göstərir.

    Ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir.

    Filologiya sahəsi üzrə gender problemlərinin tədqiqi ilə məşğuldur.

    S.Qafarova dördüncü, beşinci çağırış Milli Məclisin deputatı olub.