Month: March 2020

  • İşgəncəyə məruz qalmış itin kimyaterapiya müalicəsinə başlanılıb – VİDEO

    Bakıda işgəncəyə məruz qalaraq gözləri çıxarılmış itin kimyaterapiya müalicəsinə başlanılıb.

    Bu barədə heyvansevərlər tərəfindən sosial şəbəkədə məlumat paylaşılıb.

    Bildirilib ki, işgəncələrə məruz qalaraq gözləri çıxarılan, cinsiyyət orqanı kəsilən itin vəziyyəti stabil olaraq qalır. Onkoloji xəstəliyə görə götürülən analizlərin cavablarına uyğun olaraq, ötən gün it ilk kimyaterapiya müalicəsini alıb.

    Xəstəliyin gedişində geriləmə müşahidə edilərsə, kimyaterapiya müalicəsi davam etdiriləcək.

    Sağalmasına şans az olsa da, heyvansevərlər itin həyatının xilas ediləcəyinə ümid edirlər.

    /oxu.az/

  • COVID-19-un müalicəsi tapıldı – FOTO

    Qananın “Add Pharma” tibb firması “Adutwumwaa Bitters” adlı dərmanla koronavirusun müalicəsini tapdığını iddia edib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    “Tibb şirkəti olaraq bizim vəzifəmiz istənilən xəstəliyə qarşı çarə tapmaqdır. COVID-19 yayılır və biz heç bir şey etmədən oturaraq, bunun qarşısını ala bilmərik. Biz də “Adutwumwaa Bitters”in koronavirusa çarə olacağına çox inanaraq hazırladıq”, – deyə şirkətin açıqlamasında bildirilib.

  • 72-летний мужчина пересек Атлантический океан в бочке

    72-летний француз Жан-Жак Савин успешно смог пересечь Атлантику в стальной бочке.

    Как сообщает Lenta.ru, длина его “корабля” составила 3 метра, а диаметр – 2,1 метра.

    Путешествие заняло 122 дня и 9 часов.

    Лодка Жана-Жака Савина сейчас дрейфует во Флориду. Именно там он собирается завершить свое путешествие.

    Француз отправился в путь 26 декабря с острова Эль-Йерро на Канарских островах.

  • 72 yaşlı kişi Atlantik okeanı çəlləkdə qət etdi

    72 yaşlı fransız Jan-Jak Savin Atlantik okeanı polad çəlləkdə qət etməyə nail olub.

    “Lenta.ru” xəbər verir ki, onun “gəmisinin” uzunluğu üç, eni isə 2,1 metr təşkil edib.

    Savin səyahəti başa vurmaq üçün 122 gün doqquz saat vaxt sərf edib.

    Onun çəlləyi hal-hazırda Florida sahillərində dreyf edir.

    Fransız səyahətini ötən ilin dekabrın 26-sı Kanar adalarında yerləşən El-Yerro adansından başlayıb.

  • 15 və 29 martda keçirilməsi nəzərdə tutulan imtahanlar təxirə salındı

    15 mart 2020-ci il tarixində Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Şəmkir, Gədəbəy, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarında (o cümlədən Bakı şəhəri üzrə xüsusi məktəblər) yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin, 29 mart tarixində isə 9 illik təhsil bazasından kollecə qəbul olmaq istəyən əvvəlki illərin məzunları (həmçinin cari ilin məzunları üçün əlavə xarici dil imtahanları) üçün keçirilməsi nəzərdə tutulan qəbul imtahanı təxirə salınıb.

    Bununla bağlı Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Məlumatlara görə, buna səbəb koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsidir.

    Bu istiqamət üzrə, eləcə də martın 9-da keçirilməli olan imtahanın vaxtı imtahanların keçiriləcəyi tarixdən bir həftə öncə elan olunacaq.

    11-ci sinif buraxılış imtahanı iştirakçılarının nəzərinə çatdırırıq ki, bu imtahanların əvvəlcədən elan olunmuş qrafikə uyğun keçirilməsi nəzərdə tutulur. Mövcud vəziyyətlə əlaqədar imtahanların keçirilmə tarixlərində hər hansı bir dəyişiklik baş verərsə, əvvəlcədən elan olunacaq.

    Abituriyentlərə və valideynlərə tövsiyə edirik ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalı vasitəsilə təqdim edilən “vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər.

    “Vizuallaşdırılmış dərs”lərdə qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik video formasında təqdim olunur. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Hazırlanmış materiallardan istifadə ödənişsizdir.

    Otk.az portalında isə bütün istiqamətlər üzrə onlayn sınaq imtahanları vermək mümkündür.

  • В Баку 54-летний мужчина покончил с собой

    В Сабунчинском районе Баку зарегистрировано самоубийство.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    Во дворе собственного дома в поселке Пиршаги 9 марта, в 23:30, на дереве повесился Полад Алиев (1966 г.р.).

    По предварительным данным, незадолго до самоубийства между П.Алиевым и его супругой произошел конфликт, о причине которого пока ничего не известно.

    Расследование по факту ведет прокуратура Сабунчинского района.

  • Bakıda arvadı ilə mübahisə edən kişi özünü asdı

    Bakının Sabunçu rayonunda intihar hadisəsi qeydə alınıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    Martın 9-da, saat 23:30 radələrində Pirşağı kəndində 54 yaşlı Polad Əliyev evinin həyətindəki ağacdan özünü asıb.

    İlkin məlumatlara görə, intihardan az əvvəl P.Əliyevlə həyat yoldaşı arasında naməlum səbəbdən münaqişə baş verib.

    İstintaq Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.

  • İtaliyada məhbuslar həbsxanadan qaçdı, tanklar küçəyə çıxdı – Video

    Koronavirus İtaliyada fövqəladə vəziyyət yaradıb. Onlarla şəhərdə karantin elan olunub. Məktəblər, bağçalar, muzeylər bağlanıb.

    Milan və Palermoda məhbuslar həbsxanalarla bunt ediblər. Bir neçə məhbusun təcridxanadan qaçması vəziyyəti dəyişib. Tanklar küçəyə çıxıb, polis onların zərərsizləşdirilməsi, ələ keçirilməsi üçün ciddi fəaliyyətə başlayıb.

    Sosial şəbəkələrdə bu hadisə ilə bağlı görüntülər peyda olub. Videoların birində məhbusların cəzaçəkmə müəssisəsinin damına çıxdığı görünür. Digər videoda isə tanklar gözə dəyir.

    İtaliya koronavirusa yoluxanların sayına görə Avropada ikinci, dünyada üçüncü yeri tutur. Bu ölkədə 7375 virus daşıyıcı olduğu bildirilir. İndiyə qədər 366 ölüm faktı qeydə alınıb.


  • İlham Əliyev yeni çağırış Milli Məclisin ilk iclasında – YENİLƏNİB

    Altıncı çağırış Milli Məclisin iclasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

    Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söyləyir.

    * * * * *

    İclasa sədrlik edən Ziyad Səmədzadə altıncı çağırış Milli Məclisin ilk iclasını açıq elan edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sonra Z.Səmədzadə altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.

    * * * * *

    Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

    İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.

    * * * * *

    Altıncı çağırış Milli Məclisin ilk iclası başlayıb.

    Oxu.Az-ın məlumatına görə, Milli Məclis sədri seçilənə qədər iclasa ən qocaman deputat sədrlik edəcək.

    Ən qocaman deputat isə Fəttah Heydərovdur. Onun 82 yaşı var.

  • ÇL-də cavab oyunları: 1/4 finala hansı klublar çıxacaq?

    Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab qarşılaşmalarına start veriləcək.

    Median.Az xəbər verir ki, İngiltərənin “Tottenhem” klubu Almaniyada “Leyptsiq”in qonağı olacaq.

    İlk qarşılaşmada Joze Mourinyonun komandası 0:1 hesabı ilə məğlub olub.

    “Valensiya” doğma meydanda “Atalanta”nı qəbul edəcək. İlk qarşılaşmada İtaliya təmsilçisi 4:1 hesablı qələbə qazanıb.

    Çempionlar Liqası, 1/8 final

    00:00. “Leyptsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə)
    İlk oyun – 1:0
    Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
    Leypsiq. “RB Arena”

    00:00. “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya)
    İlk oyun – 1:4
    Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
    Valensiya. “Mestalya” stadionu