Month: March 2020

  • Bakıda avtomobil 46 yaşlı piyadanı vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Maştağa qəsəbəsində 1974-cü il təvəllüdlü Aydın Ağalarov yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib.

  • İtaliyada məhbuslar koronavirusa görə üsyan qaldırdı

    İtaliyada hökümət məhbuslarla bağlı məhdudiyyətlər tətbiq edib.

    “Reuters” xəbər verir ki, məhbuslar isə, öz növbəsində, üsyan qaldırıb.

    Martın səkkizi 60-a yaxın məhbus həbsxanada yanğın törədərək qaçmağa çalışıb.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları 500-ə yaxın məhbusun həbsxanadan qaçmasının qarşısını alıb.

    Ümumi olaraq dörd həbsxananın məhbusları üsyan qaldırıb.

    Qeyd etmək lazımdır ki, yeni qaydalara əsasən, məhbuslar 8-22 mart tarixlərində qohumları ilə görüşə bilməyəcəklər.

    İxtişaşlar nəticəsində bir neçə insanın həlak olduğu bildirilir.

  • Bakıda zəncirvari qəza: Tıxac yarandı

    Bakıda zəncirvari qəza baş verib.

    Trend-in məlumatına görə, hadisə Moskva prospektində qeydə alınıb.

    Qəzaya ara məsafəsinin saxlanılmamasının səbəb olduğu bildirilir.

    Belə ki, adıçəkilən yolda hərəkətdə olan “Mercedes C class” markalı avtomobil qarşısında hərəkət edən eyni model maşının “ML” markası ilə toqquşub, həmin avtomobil isə ondan öndə olan digər minik vasitəsinə dəyib.

    Hadisə səbəbindən Moskva prospektində tıxac yaranıb.

  • İtaliyada son sutka ərzində 97 nəfər koronavirusun qurbanı olub

    İtaliyada koronavirus pnevmoniyasına yoluxma səbəbindən sutka ərzində ölənlərin sayı 97 nəfər olub, ümumilikdə ölənlərin sayı isə 463-ə çatıb.

    APA “TASS”-a istinadən xəbər verir ki, bunu ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib.

    Onun sözlərinə görə, hazırda İtaliyada bu virusa yoluxanların sayı 9172 nəfər təşkil edir.

    Bundan əvvəl 366 nəfərin öldüyü, 6387 nəfərinsə virusun daşıyıcısı kimi qeydiyyata alındığı deyilirdi. Borrelli, həmçinin 724 insanın sağaldığını da əlavə edib.

  • Britaniyada koronavirus infeksiyasından beşinci ölüm faktı qeydə alınıb

    Böyük Britaniyada yeni növ koronavirusa yoluxma nəticəsində dünyasını dəyişənlərin sayı 5 nəfərə çatıb.

    APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

    “Təəssüf hissi ilə təsdiq edirik ki, bu gün 70 yaşdan yuxarı olan və uzun müddət yaşadığı bir sıra xəstəliklərə görə çox ağır vəziyyətdə olan xəstə Londondakı müqəddəs Helyer xəstəxanasında öldü”, – deyə xəstəxana nümayəndəsinin açıqlamasında bildirilib.

    Bu, Britaniyada koronavirusa yoluxmuş bir insanın ölümü ilə bağlı ikinci gündəlik hesabatdır. Ölənlərin hamısı 60 yaşdan yuxarı olan və digər xəstəliklərdən də əziyyət çəkən insanlardır.

    Qeyd olunur ki, son günlərdə Birləşmiş Krallıqda yeni növ koronavirus infeksiyasına yoluxanların sayı kəskin şəkildə artıb. Hazırda ölkədə 319 təsdiqlənmiş koronavirus daşıyıcısı var.

  • Трамп раскритиковал реакцию стран на ситуацию с коронавирусом

    Президент США Дональд Трамп 9 марта намекнул на чрезмерную, по его мнению, реакцию на ситуацию с коронавирусом и сравнил ее с эпидемией обычного гриппа.

    Об этом Median.Az передает со ссылкой на РИА Новости.

    “Итак, в прошлом году 37 тысяч американцев умерли от обычного гриппа. В среднем (смертность) составляет от 27 тысяч до 70 тысяч человек в год. Ничего не закрывается, жизнь и экономика продолжаются. На данный момент зарегистрировано 546 подтвержденных случаев заболевания коронавирусом, из них 22 смертельных. Подумайте об этом!” – написал Трамп в Twitter.

    В настоящее время на территории США выявлены более 560 заболевших, в 22 случаях болезнь завершилась летальным исходом.

  • Tramp dünyanın koronavirusa reaksiyasını tənqid etdi

    ABŞ prezidenti Donald Tramp dünyada koronavirusa həddən artıq reaksiya verilməsinə eyham vuraraq, onu adi qrip epidemiyası ilə müqayisə edib.

    “Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

    “Beləliklə, ötən il 37 min amerikalı adi qripdən öldü. İldə orta hesabla (ölüm faizi-red) 27 mindən 70 min insana qədər təşkil edir. Heç nə bağlanmır, həyat və iqtisadiyyat davam edir.

    Hazırda xəstəliyə 546 yoluxma halı təsdiqlənib, onlardan 22-i ölümlə nəticələnib. Bu barədə düşünün!” – deyə Tramp “Twitter”dəki hesabında yazıb.

    Rəsmi məlumata görə, hazırda ABŞ ərazisində 560 nəfər koronavirusa yoluxub. Birləşmiş Ştatlarda 22 nəfər koronavirusun qurbanı olub.

    Qeyd edək ki, koronavirusa ilk yoluxma 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb.

  • Bakıda parkda meyit aşkar olunub

    Bakının Nəsimi rayonunda ölüm hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında qeydə alınıb.

    Təxminən 50-55 yaşlı Nəriman adlı şəxs parkda naməlum səbəbdən ölüb.

    Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Xəstəxanalardan maska və spirt oğurluğu artıb

    Təxminən 14 min tibbi maska və 1500 flakon antiseptik məhlul Paris xəstəxanarından yoxa çıxıb.

    Median.Az bildirir ki, Fransa koronavirus epidemiyasına təslim olmaq üzrədir.

    Marsel və Paris şəhər xəstəxanalarından maskalar, eləcə də FFP2 seriyalı maskalar yoxa çıxır.

    Bunu xəstələrin, yoxsa tibb personalının etməsi məlum deyil.//medicina.az

  • Fransada nazir koronavirusa yoluxdu

    Fransanın daha bir rəsmi şəxsi koronavirusa yoluxub.

    “Report”un Fransa bürosu xəbər verir ki, ölkənin Mədəniyyət naziri Frank Riesterin koronavirus testinin nəticələri müsbət çıxıb.

    Məlumata görə, hazırda nazirin vəziyyəti sabitdir.

    Fransada son gün daha 286 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 1 412-yə çatıb.

    Məlumata görə, yeni infeksiyaya yoluxanlardan 25-i ölüb. Qeyd edilir ki, koronavirusa yoluxanlardan 66-nın vəziyyəti ağırdır.

    Xatırladaq ki, Fransa parlamentinin 5 deputatında da koronavirus aşkar edilib.

    Qeyd edək ki, koronavirusa ilk yoluxma 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb.