Month: March 2020

  • Tez-tez pomidor yeyənlər MÜTLƏQ OXUSUN! – Əslində…

    İnsan orqanizminin sağlamlığı üçün damarların təmiz olması vacib şərtlərindən biridir.

    Median.Az xəbər verir ki, xolesterinin yığılması damarların daralmasına səbəb olur. Bu da orqanizmdə qan dövranını pisləşdirir.

    Nəticədə orqanizmin bütün orqan və sistemləri onlara lazım olan oksigeni və qidalı maddələri kifayət miqdarda almır ki, bu da müxtəlif pozulmaların inkişafına təkan verir.

    Digər tərəfdən damarların divarında yığılmış xolesterin damarları daha zəif və kövrək edir. Bu isə çox təhlükəlidir. Zəif damar partlaya bilər. Bu isə insult və ya infarktın inkişafı deməkdir.

    Alimlər sübut ediblər ki, pomidorların tez-tez qəbulu damarları daha sağlam, təmiz və elastik edir. Bu pomidorun tərkibində olan likopin maddəsinin təsiri ilə əlaqəlidir. Həmin maddə damarları çox yaxşı təmizləyir.

  • Qərargah: İrandan qayıdan iki Azərbaycan vətəndaşında koronavirusa yoluxma qeydə alınıb

    İran İslam Respublikasından qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

    Operativ Qərargahdan bildirilib ki, bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil-orta ağırdır, hazırda xəstə nəzarət altında saxlanılır və sağlıq durumunun yaxşılaşması üçün lazımi tədbirlər görülür.

    Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin vəziyyəti stabildir.

  • Житель Баку сбит под пешеходным мостом

    На проспекте Нобеля в Хатаинском районе Баку автомобиль сбил пешехода.

    Как передает АПА, об этом сообщил руководитель пресс-службы Бакинского транспортного агентства Маис Агаев.

    По сообщению, ДТП произошло под пешеходным мостом.

    Полиция выясняет обстоятельства происшествия.

    Отметим, что инцидент стал причиной крупного затора на дороге.

  • “Bu yalanı yayanların üzr istəmələrini gözləyirəm” – Millət vəkili

    Xaricdə oturub yalan siyahılar yayan Həbib Müntəzir adlı yalançı və böhtançının guya mənim və ailəmin biznesi olduğunu bildirərək yaydığı siyahı ilə bağlı daha geniş açıqlamam olacaq.

    Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Həbib Müntəzirin yaydığı siyahıya cavab olaraq bildirib. Millət vəkili deyib ki, Bakıda üçotaqlı mənzildən və illərdir yaşadığı Masazır kəndindəki evindən başqa o siyahıdakı mülklərin ona heç bir aidiyyəti yoxdur:

    “Masazırdakı evimdə isə bir çox jurnalist qonaq olub və oranı hamı görüb. O evin “dəbdəbəli villa” olmasından söhbət gedə bilməz.

    Tam məsuliyyətlə deyirəm: o siyahıda rayonlardakı bizneslərim, o cümlədən Tovuzda otelin mənə, qardaşlarıma, bacıma, bir sözlə, bizim ailəyə aidiyyəti yoxdır. Hansı jurnalist istəyir, o siyahını araşdırsın, gerçəkləri ortaya çıxarsın. Görsünlər ki, həmin yerlər kimindir və mənim ailəmlə ümumiyyətlə hər hansı bağlılığı varmı?!”

    Q.Paşayeva bildirib ki, bu araşdırmanı aparmaq çox asandır:

    “Amma ondan sonra yalançı və böhtançı Həbib Müntəzir başda olmaqla, bu yalanı yayanların hamısından cəmiyyət önündə məndən üzr istəmələrini gözləyirəm. Daha geniş açıqlama da olacaq. Yalanlara artıq yetər deməyin zamanıdır. Mən illərlə, gecə-gündüz onun üçün çalışmıram ki, Həbib Müntəzir kimilərinin yalanları belə rahat yayılsın. Mən jurnalist olmuşam və Həbib Müntəzirə də, siyasi düşüncələrimdən, cənab Prezidenti dəstəklədiyimdən dolayı əleyhimə sosial mediada bu yalanları yayan trol ordusuna da cavab verməyə qabiliyyətim, çox şükür, çatır. Sadəcə, onların yalanlarına cavab verməyə sərf etdiyim enerjini cəmiyyət üçün faydalı işlərə sərf etmək daha vacibdir. Xaricdə oturub yalan yaymaq asandır. Amma hər bir insan yalanlarına görə cavab da verməlidir”.

    Q.Paşayeva bir daha qeyd edib ki, o siyahıda olan Bakıdakı üçotaqlı mənzili və Masazırdakı evindən başqa onun adına nə yazılıbsa, hamısını o insanlara bağışlayır:

    “Gedin həmin ünvanlara, onda gerçəklər ortaya çıxacaq. Adama daha necə izah edərlər?! Amma təəssüf ki, Həbib Müntəzir kimilərinin dərdi gerçəyin ortaya çıxması deyil, yalanları yaymaqdır. Ona heç cavab da verməyəcəkdim. Sadəcə, yazdıqlarına sadə insanlarımız inana bilər deyə, vətəndaşlarımıza sayğımdan yazdım. Çünki Müntəzirlər əslində məqsədli bu yalanı yayıb”.

    Q.Paşayeva sonda H.Müntəzirin “siyahısını” da yayıb:

    * Bakı, Nəsimi rayonu, S.Əsgərova küç., ev 156 – şəxsi mənzili

    * Badamdar, Masazır, Şamaxı, Mehdiabadda dəbdəbəli villalar

    * “Kristal Abşeron” yaşayış kompleksində mənzillər

    * Sumqayıtda “Qurd dərəsi” bağlarında böyük bir bağı

    * Xudat meşəsində böyük bir ferması

    * Siyəzəndə quşçuluq fabriki

    * Qubada xüsusi sort ting qoz ağacı sahələri, alma bağları

    * Qusar rayonunda hektarlarla fındıq bağları

    * Xaçmaz rayonu, Maqsudkənd ərazisində findiq bağları

    * Tovuz rayonunda dəbdəbəli oteli və iri ferması

    * Maştağa qəsəbəsi, “Sovxoz” adlanan yerdə hektarlarla istixanalar

    * Sabirabadda hektarlarla qarpız sahələri

    * Bakının Zirə kəndində istixanalar

    * Salyan rayonu, Xələc kəndində böyük ərazidə üzüm bağları, sarımsaq sahələri

    * Şabran, Xaçmaz, Tovuzda hektarlarla bağları

    * Bakının Mehdiabad qəsəbəsində iri bir ferması

    * Sumqayıt Texnologiya Parkı ilə üzbəüz zavodu

    * Xudat istiqamətində hektarlarla gilas bağları

    * Bakıda “Əcəmi” metrosunun çıxışında obyektləri

    * Sumqayıtda “Turan” restoranlar şəbəkəsinə “krişalıq” etdiyi deyilir

    * Sumqayıt-Novxanı-Binəqədi marşrutu ilə işləyən 985 nömrəli avtobus xətti

    * Ələtdən üzü Salyana sağ tərəfdə, Şirvan kanalının sağında böyük bir balıq gölü

    * Türkiyə, Gürcüstan, Monteneqro, Maltada biznesi, mənzil və obyektləri olduğu iddia olunur…

  • Professor xəbərdarlıq etdi – Bir kasa qatıq və bir alma…

    Trakya Universitetinin Qida Mühəndisliyi professoru Hacı Güleç “Prebiotiklər: Sağlamlığımıza təsiri, İstehsalı və Biotexnoloji Tədqiqatlar” adlı konfransda probiotik və prebiotik konsepsiyaların qarışdırıldığını söyləyib.

    Median.Az xəbər verir ki, professor bir kasa qatıqdan sonra bir ədəd alma yeməyi məsləhət görüb:

    “Probiotiklər kefir və süd məhsullarında canlı orqanizmdir, onları qidalandıran təbii əlavələrdir. Probiotik və prebiotik balansını düzgün qidalanma ilə təmin edə bilərik. Məsələn, bir kasa qatıqdan sonra mütləq bir alma yemək lazımdır. Alma, yaşıl tərəvəzlər, çuğundur və yer alması ilə bədənimizə faydalı olan probiotiklər və prebiotiklər qəbul edə bilərik”.

    Arıqlamaq və ya çəkini stabil saxlamaq üçün bəzən pəhrizlərdə yalnız süd məhsullarına yer verilməsinə mütəxəssis belə münasibət bildirib:

    “Bu zaman probiotik mikroorqanizmi bağırsaqlarda ölür. Heç bir fayda görmürük. Yalnız probiotik kifayət deyil. Probiotiklər və prebiotiklərin birlikdə istifadəsi böyük rol oynayır. Arıqlamaq üçün düzgün qidalanın. Düzgün qidalanma sayəsində həm çəkini nəzarətdə saxlamaq, həm də arıqlamaq mümkündür”. //publika.az

  • Övladı birinci sinifə gedəcək valideynlərin NƏZƏRİNƏ

    2020-2021‬-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

    Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında yazıb.

    Onun sözlərinə görə, martın 10-u, saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.
    Martın 13-ü, saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

  • ФИФА перенесла матчи отборочного турнира ЧМ-2022 в Азии

    Международная федерация футбола (ФИФА) в понедельник выступила с заявлением по поводу переноса матчей отборочного турнира ЧМ-2022 в зоне Азии.

    “ФИФА провела консультации с Азиатской конфедерацией футбола (АФК) и решила перенести на более поздние сроки матчи, которые были запланированы в два окна 23-31 марта и 1-9 июня этого года. Причиной переноса стали меры безопасности из-за распространения коронавируса”, – говорится на сайте организации.

    При этом ФИФА и АФК оставляют право национальным ассоциациям проводить матчи в обозначенные окна при условии соблюдения безопасности всех вовлеченных лиц и при соответствии требуемым стандартам.

    “ФИФА и АФК продолжат оценивать ситуацию, связанную с COVID-19, и примут решение о необходимости дальнейших изменений в расписании отборочных матчей чемпионата мира по футболу 2022 года в Азии. Это делается с целью защиты безопасности и здоровья всех вовлеченных лиц”, – говорится в заявлении ФИФА.

    Ранее из-за распространения коронавируса по всему миру были отменены десятки турниров, в том числе женский ЧМ-2020 по хоккею в Канаде. Существует угроза отмены и мужского чемпионата мира по хоккею в Швейцарии.

  • Koronavirus təhlükəsinə görə DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

    2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Asiya bölgəsi üzrə mart və iyun aylarında oynanılacaq seçmə mərhələ matçları təxirə salınıb.

    FİFA-nın rəsmi saytı bu barədə məlumat yayıb.

    COVID-19 təhlükəsi səbəbiylə 23-31 mart və 1-9 iyun tarixlərində keçirilməli olan matçlar təxirə salınıb.

    Qərarın Asiya Futbol Konfederasiyası və FİFA-nın qarşılıqlı razılaşması ilə qəbul edildiyi bildirilir. Hələlik təxirə düşmüş oyunların nə zaman keçiriləcəyi haqqında məlumat yoxdur.

  • Aynişanın əri Aybəniz Haşımovaya bu hədiyyəni aldı – VİDEO

    Əməkdar artist Aybəniz Haşımova kürəkənindən aldığı 8 Mart hədiyyəsini nümayiş etdirib.

    Müğənni “İnstagram”ın “hekayə” bölməsində kürəkəni Kənanın ona aldığı dibçək gülünü paylaşıb. Aybəniz xanım görüntünü belə şərh edib:

    “Kənan balamın mənə 8 Martda hədiyyə etdiyi güllər açıb. Ayni, gör nə gözəl açıb güllər? Çox gözəl zövqün var balam, çox sağ ol. Allah həmişə üzünü ağ eləsin”.

    Həmin görüntüləri təqdim edirik:

  • Шестилетняя азербайджанская гимнастка завоевала первую медаль в Венгрии – ФОТО

    В Будапеште прошел традиционный международный турнир по художественной гимнастике “Весенний кубок-2020”, сообщает Trend.

    В соревнованиях участвовали представительницы Азербайджана, Венгрии, России, Австрии, Хорватии, Германии, Словакии, Кипра, Украины и Словении.

    Среди выступлений азербайджанских гимнасток особое внимание привлек дебют самой юной участницы соревнований Дениз Аббасовой, которая заняла третье место среди спортсменок 2014 года рождения.

    Она вышла на ковер в гимнастическом костюме с национальным орнаментом, который для этих соревнований специально подготовила руководитель Центра национальной одежды, доктор философии по искусствоведению, модельер Гюльнара Халилова.

    Юные соотечественницы – Мина и Дениз Аббасовы, сестры-близнецы Эсмер и София Сеидовы завоевали на турнире в целом три золотые, две серебряные и одну бронзовую медали.