Month: March 2020

  • Gəncədə gəlin evdəki pulları və uşağını götürüb yoxa çıxdı

    Gəncə şəhərində evdən oğurluq olub.

    Report-un xəbərinə görə, Gəncə şəhər sakini Y.İsmayılova polisə şikayət edib ki, gəlini, 40 yaşlı A.Muradxanova evdən 1 600 dollar və 5 min rus rublu oğurlayaraq, azyaşlı uşağı ilə birgə evi tərk edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda bu qadınlara fəxri adlar verildi – SİYAHI

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 

    Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

    Sərəncama əsasən, Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

    “Əməkdar artist” fəxri adı

    Hüseynquliyeva Nazlı Hüseynqulu qızı

    “Əməkdar rəssam” fəxri adı

    Qundorina İrina Sergeyevna

    Sultanova Nailə Şamil qızı

    “Əməkdar mədəniyyət işçisi” fəxri adı

    Tağıyeva Gülnaz Xasay qızı

    “Əməkdar müəllim” fəxri adı

    Məmmədova Nüşabə Məmmədəli qızı

    “Əməkdar tibb işçisi” fəxri adı

    Rəşidova Aidə Nəcəf qızı.

  • Murad Dadaşov “Xəzər” TV-yə baş direktor təyin edildi

    Xalq artisti, tanınmış şoumen Murad Dadaşov “Xəzər” Televiziyasının yeni direktoru vəzifəsinə təyin edilib.

    O, kollektivə təqdim olunub.

    Könül Cəfərli

  • İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli xanımlar!

    Sizi – bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

    Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olmuşlar. Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətləri vardır.

    Yeni cəmiyyət quruculuğu şəraitində ictimai fəallıqlarını gücləndirərək sosial-mədəni həyatda yaxından iştirak etmələri Azərbaycan qadınlarının yüksək intellektual səviyyəsinin aydın təzahürüdür. Azərbaycanın dövlət müstəqilliyini bərpasından sonra da onlar sosial fəallıqları ilə seçilmiş, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində çoxsaylı nailiyyətlər qazanmışlar.

    Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər.

    Respublikamızda təşəbbüskar qadınlarımızın öz yaradıcı potensiallarını gerçəkləşdirmələri üçün əlverişli zəmin mövcuddur. Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətləri ilə onlar yeniləşən ölkəmizin ahəngdar yüksəlişinin təmin edilməsində əhəmiyyətli rol oynayırlar. Qadınlarımızın hazırkı ictimai mövqeyi və işgüzar nüfuzu vahid məfkurə ətrafında birləşmiş cəmiyyətimizin mühüm reallıqlarından biridir.

    Əziz qadınlar!

    Əminəm ki, siz hər zaman olduğu kimi bundan sonra da övladlarımızın milli mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək və Azərbaycanın inkişaf salnaməsinə parlaq səhifələr yazacaqsınız.

    Bayramınız mübarək olsun!”

  • Назначен заместитель министра здравоохранения Азербайджана

    В Министерстве здравоохранения Азербайджана произведено новое назначение.

    Распоряжением Президента Азербайджана Ильхама Алиева Виктор Гасымов назначен заместителем министра здравоохранения.

    Ранее он занимал должность заведующего сектором санитарно-эпидемиологического контроля Минздрава.

  • İlham Əliyev nazir müavini təyin etdi

    Səhiyyə Nazirliyində yeni təyinat olub.

    Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, Viktor Qasımov Səhiyyə nazirinin müavini təyin edilib.

    Qeyd edək ki, o, bundan əvvəl Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri vəzifəsində işləyib.

  • Azərbaycanda tibbi spirt və maskaların satışına nəzarət gücləndirildi

    “Koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar dünyada olduğu kimi, Azərbaycanda da bəzi dərman vasitələri, tibbi spirt və maskalara tələbat artıb. Müşahidələr göstərir ki, artıq bir sıra ölkələrdə tibbi maskaların qıtlığı yaşanır”.

    Bunu İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev APA-nın sorğusuna cavabında deyib.

    A.Əliyev bildirib ki, nazirlikdə yaradılmış İşçi Qrup və Nazirliyin aidiyyəti qurumları müvafiq monitorinq və təhlil aparıb, araşdırmalar göstərir ki, 95%-li tibbi spirtə tələbatı yerli istehsal tam təmin etmək imkanına malikdir:

    “Nazirlikdə sahibkarlıq subyektləri ilə tibbi spirt istehsalı və qablaşdırılması məsələləri müzakirə olunub, qablaşdırma ilə bağlı qaldırılan bütün məsələlərin həlli istiqamətində müvafiq tövsiyələr verilib.

    Müzakirələrdə qeyd edilib ki, hazırda tibbi maskalar xarici ölkələrdən idxal olunur və idxalın artırılması nəzərdə tutulur. Bununla yanaşı, tibbi maskaların yerli istehsalının təşkili məqsədilə dövlət dəstəyi mexanizmlərindən istifadə üçün bütün imkanların yaradılacağı diqqətə çatdırılıb”.

    A. Əliyev qeyd edib ki, dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət daha da gücləndirilib, hazırda intensiv monitorinq və ciddi yoxlamalar aparılır:

    “İqtisadiyyat Nazirliyi bir daha xəbərdarlıq edir ki, süni qıtlıq və əsassız qiymət artımı halları aşkar olunan sahibkarlıq subyektləri barəsində qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək”.

  • İsmayıllının yeni icra başçısı kimdir? – DOSYE

    Prezident İlham Əliyevin sərəncamı ilə Nahid Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    N.Bağırov 1979-cu ilin aprelin 4-də Bakı şəhərində anadan olub.

    Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb.

    1998-2000-ci Sabunçu Rayon Məhkəməsində katib vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. 2000-2001-ci illərdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olub. 2001-2005-ci illərdə “Sir” hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib.

    2009-cu ildən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri olub. 2011-2013-cü, 2013-2015-ci və 2015-2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər şurasının Avropa üzrə vitse-prezidenti seçilib.

    2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində fərqləndiyinə görə “Fəxri Turizm İşçisi”, 2018-ci ildə Mülki Aviasiya Administrasiyası tərəfindən “Fəxri Aviasiya İşçisi” adına layiq görülüb. 2018-ci ildə Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) İdarə Heyətinin üzvü seçilib.

    2018-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai Şuranın sədr müavini təyin edilib.

    2019-cu ildə Prezident tərəfindən iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

    Ailəlidir, iki övladı var.

  • Heyvanlarda xəstəlik aşkarlanmayıb, narahatlığa əsas yoxdur – VİDEO

    Koronavirus epidemiyası ilə əlaqədar fikir ayrılığı ət məhsulları ilə bağlıdır.

    Baku Tv xəbər verir ki, virusun daha çox heyvanlardan insanlara keçməsi ehtimal olunur.

    Ağsu rayonunda məsələ ilə bağlı söhbət etdiyimiz fermerlər ət kəsimi yerlərində və bazarlarda ət satışında problemlə üzləşmədiklərini bildiriblər.

    Ağsu şəhər Baytarlıq İdarəsinin Rəisi Gülxan Zeynalov isə bildirib ki, heyvanlara nəzarət baytarlıq idarəsi tərəfindən aparılır və yanvar ayından başlayaraq bununla bağlı tədbirlərə start verilib:

    “Ferma sahibləri ilə görüşlər keçirilir, istər koronavirusa, istərsə də digər yoluxucu xəstəliklərə qarşı dezinfeksiya tədbirləri həyata keçirilir.

    Rayon üzrə heyvanlarda hər hansı xəstəlik aşkarlanmayıb və narahatlığa əsas yoxdur”.

    Çində yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı ölkəmizdə də mübarizə tədbirləri gücləndirilib.

  • Prezidentdən sərt xəbərdarlıq: “Heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq”

    “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır”.

    Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.

    Dövlət başçısı əlavə edib ki, bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək:

    “Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır.

    Əfsuslar olsun ki, hələ də bunu dərk etməyən insanlar var. Neftçala rayonunda aparılmış xüsusi əməliyyat onu bir daha göstərdi. Xalqın gözü önündə bu biabırçı mənzərə bir daha göstərdi ki, əfsuslar olsun, bizim bəzi yüksək ranqlı məmurlar nəinki xalqın, dövlətin etimadını doğru, sadəcə olaraq, bəzi məqamları işıqlandırır.

    Ancaq Neftçala rayonunda rüşvətxorluq və korrupsiya sistem xarakter daşıyırdı, sistemli əsasda həll olunurdu və demək olar ki, rüşvətxorluq və korrupsiya bütün qurumları sarsıtmışdı”.