Month: March 2020

  • Azərbaycanlı Rusiya vətəndaşlığı almaq üçün bu yola əl atdı

    Rusiyanın Amur vilayətində yerli qadın azərbaycanlı ilə nikah bağlayıb.

    Amur.info-nun xəbərinə görə, onların nikahının saxta olduğu üzə çıxıb.

    Belə ki, Azərbaycan vətəndaşı Rusiya Daxili İşlər Nazirliyinin Amur vilayəti üzrə İdarəsinə müvəqqəti yaşayış icazəsi üçün müraciət edib.

    O, yerli qadınla nikah bağlamaq müqabilində Rusiya ərazisində üç illik yaşamaq icazəsi alıb.

    Araşdırma zamanı Azərbaycan vətəndaşının rus qadınla bağladığı nikahın saxta olduğu məlum olub. Onlar birgə yaşamayıb, ümumi təsərrüfata sahib olmayıblar.

    Onların nikahı Rusiya Federasiyasının Ailə məcəlləsinin 27-ci bəndini pozmaqla bağlanıb.

    Vilayət prokuroru məhkəməyə müraciət edərək, nikahın saxta hesab olunmasını istəyib.

    Məhkəmə onun müraciətini təmin edib.

  • Əhali ticarət mərkəzlərinə getməkdən qorxur? – VİDEO

    Koronavirus epidemiyası ilə bağlı vəziyyət böyük ticarət mərkəzlərinin bazarına necə təsir edir?

    Baku TV xəbər verir ki, bir qisim insanlar böyük alış-veriş mərkəzlərinə getməkdən çəkinirlər.

    Amma həyatına hər zamankı kimi davam edənlər də var.

    Virusa yoluxmaq riskini azaltmaq üçün mütəxəssislər insanların sıx olduğu məkanlardan uzaq durmağı tövsiyə edirlər.

    Ölkənin ən böyük ticarət mərkəzlərində vəziyyət necədir?

    Bu məsələlərlə bağlı ticarət mərkəzləri ilə əlaqə saxladıq.

    Bildirilib ki, mütəmadi olaraq gecə saatlarında təmizlik işləri aparıldıqdan sonra xüsusi dərman məhlullarından istifadə olunmaqla ticarət mərkəzi dezinfeksiya olunur.

    Dezinfeksiya zamanı Səhiyyə Nazirliyinin gigiyenik sertifikatı verilmiş dərman vasitəsindən istifadə olunur ki, bu dərmanın insan səhhəti üçün zərəri yoxdur.

    Digər ticarət mərkəzindən də qeyd edilib ki, hazırda alış-veriş mərkəzinə gündəlik gələn insan sayında azalma müşahidə olunmur:

    “Hər gün ticarət mərkəzinin ərazisində təhlükəsizlik tədbirləri görülür. Gün ərzində ticarət mərkəzinə 60 min insan gəlir, ona görə də burada gündəlik təmizlik işlərinin aparılmasına xüsusi diqqət yetirilir”.

  • Qusarda itkin düşən üç yaşlı qız tapıldı – FOTO

    Qusarda itkin düşən azyaşlı tapılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayonu Xucbala kənd sakini S.Seyidova bu gün günorta saatlarında Qusar Rayon Polis Şöbəsinə müraciət edərək, rayon ərazisində yerləşən parkların birində iki azyaşlı övladı ilə istirahət edərkən qızı, 2017-ci il təvəllüdlü Mələyin itkin düşdüyünü bildirib.

    Müraciətlə əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən ərazidə axtarışlara başlanılıb və keçirilmiş tədbirlər nəticəsində azyaşlı qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

  • Bakıda bir gecədə 20-dən çox avtomobili qarət edənlər tutuldu – FOTO

    Binəqədi rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus avtomobillərin şüşəsini sındıraraq oğurluq cinayətləri törədən dəstə üzvləri saxlanılıblar.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini İbrahim Məmmədov və Neftçala rayon sakini Abdul Musazadə tutularaq istintaqa təqdim ediliblər.

    Araşdırma zamanı onların Binəqədi rayonunda bir gecədə 21 avtomobilin şüşəsini sındıraraq nəqliyyat vasitələrinin salonundan pul, ehtiyat hissələri və digər qiymətli əşyalar oğurladıqları məlum olub.

    Qeyd edək ki, saxlanılan şəxslər oğurluğa İbrahim Məmmədova məxsus “Saipa” markalı nəqliyyat vasitəsi ilə gediblər. Tutulan zaman həmin avtomobilin yük yerindən dəstə üzvlərinin oğurluq yolla əldə etdikləri əşyaların bir qismi maddi sübut kimi aşkar olunaraq götürülüb. Hər iki şəxs ifadəsində törətdikləri cinayəti etiraf ediblər.

    Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    İbrahim Məmmədov və Abdul Musazadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.







  • Bakıda qadın dəm qazından boğulub öldü

    Bakıda dəm qazı daha bir can alıb.

    Hadisə paytaxtın Səbail rayonu, Qurban Abbasov küçəsi 2, mənzil 6 ünvanında baş verib.

    Sözügedən ünvanda yaşayan 1964-cü il təvəllüdlü Z.Buksayeva yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

    Faktla bağlı cinayət işi başlanıb.

  • В Азербайджане полицейский насмерть сбил своего коллегу

    На территории Агстафинского района Азербайджана полицейский на автомобиле насмерть сбил другого сотрудника полиции – Фархада Абдуллаева (1982 г.р.), который выходил из автобуса.

    По предварительным данным, инцидент произошел по неосторожности.

    По данному факту проводится расследование.

  • Azərbaycanda polis həmkarını maşınla vurub öldürdü

    Ağstafa rayonu ərazisində polis avtomobili ilə digər polis əməkdaşını vuraraq öldürüb.

    Hadisə zamanı magistral yolda hərəkətdə olan polis avtomobili avtobusdan düşən digər polis əməkdaşını vurub.

    Nəticədə, 1982-ci il təvəllüdlü Fərhad Abdullayev adlı polis əməkdaşı həyatını itirib.

    Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilib.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/

  • ИВ Баку предупредила руководство жилых комплексов и ЖСК

    В Баку проводятся дезинфекционные мероприятия с целью предотвращения возможного распространения коронавирусной инфекции (COVID-19).

    Об этом Oxu.Az сообщили в пресс-службе Исполнительной власти (ИВ) столицы.

    Отмечается, что в 11 300 зданиях и 346 детских садах, находящихся на балансе Объединения жилищно-коммунального хозяйства города, работы по дезинфекции проводятся поэтапно.

    “Руководство жилых комплексов, жилищно-строительных кооперативов было предупреждено, что в их зданиях и дворах работы должны быть завершены в кратчайшие сроки”, – сказали в ИВ.

    В пресс-службе также подчеркнули важность соблюдения каждым гражданином правил личной гигиены.

  • BŞİH-dən yaşayış komplekslərinin və MTK-ların rəhbərlərinə XƏBƏRDARLIQ

    Paytaxtda koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dezinfeksiyaedici tədbirlər aparılır.

    Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyəti Məbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan 11 300 binada və 346 bağçada dezinfeksiya işləri mərhələli şəkildə aparılır:

    “Kooperativ binaların, MTK-ların rəhbərlərinə xəbərdarlıq edilib ki, onlara aid olan bina və həyətlərdə dezinfeksiya işləri tez bir vaxtda yekunlaşdırılsın”.

    Mətbuat xidmətindən hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi də vurğulanıb.

  • Президент Ильхам Алиев принял участие в открытии Музея государственных атрибутов в Товузе

    4 марта в Товузском районе состоялось открытие Музея государственных атрибутов.

    Как сообщает АЗЕРТАДЖ, Президент Азербайджана Ильхам Алиев принял участие в открытии.