Month: March 2020

  • Qəsəbə sakinləri: “Yağışlı havada yolda hərəkət edə bilmirik” – VİDEO

    Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan sakinlər yollarının bərbad vəziyyətdə olmasından əziyyət çəkirlər.

    Baku TV xəbər verir ki, qəsəbədə yerləşən Atatürk küçəsində kanalizasiya xətləri yaxşı işləmir.

    Yağışlı havalarda təmirsiz olan yolda gediş-gəliş çox çətinləşir.

    Sakinlər bildirirlər ki, bir neçə dəfə öz vəsaitləri ilə küçəyə daş töküblər, ancaq yolun ciddi təmirə ehtiyacı var.

    Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, yaxın zamanda həmin küçədə təmir işləri aparılacaq.

  • Управление образования Баку изучает информацию о трещинах в здании школы в Мушфигабаде – ВИДЕО

    Управление образования города Баку изучает поступившую информацию о наличии трещин в стенах здания средней школы №320 в поселке Мушфигабад Гарадагского района столицы.

    Как сообщили Oxu.Az в управлении, специалисты МЧС провели осмотр трехэтажного здания школы, рассчитанной на 844 ученика.

    “Решение будет принято в соответствии с их заключением”, – сказали в ведомстве.

    Отметим, что в настоящее время в школе №320 учится более 1 500 детей.

  • Bakıda bu qəzalı məktəblə bağlı araşdırma aparılır – RƏSMİ + VİDEO

    Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən, qəzalı vəziyyətdə olan 320 nömrəli tam orta məktəblə bağlı araşdırma aparılır.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.

    Qeyd olunub ki, məktəb binasının vəziyyəti ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq qərar qəbul ediləcək.

    Xatırladaq ki, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən 320 nömrəli tam orta məktəb binası üçmərtəbəlidir. 844 şagirdin təhsil alması üçün nəzərdə tutulan məktəb binası 48 sinif otağından ibarətdir. Qəzalı vəziyyətdə olan məktəbdə bu gün 1556 şagird təhsil alır. Məktəbdə təhsil alan uşaqların valideynləri iddia edirlər ki, məktəb binasının divarlarında çatlar var.

  • İçərişəhərdə kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulmayacaq – VİDEO

    İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyini qeyd etmək üçün burada keçirilməsi nəzərdə tutulan kütləvi bayram tədbirlərinə məhdudiyyət qoyulmayacaq.

    Baku Tv xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riyad Qasımov deyib ki, bu münasibətlə həm ölkə daxilində, həm də xaricdə sərgilər, konsertlər keçiriləcək.

    O qeyd edib ki, mədəni irsimiz şəhər əhalisini və paytaxtımıza gələn turist-qonaqları qədim tarixi ilə təəccübləndirməkdə davam edir.

    R.Qasımov həmçinin əlavə edib ki, bu illər ərzində İçərişəhər və Bakı üçün ən mühüm arxeoloji tapıntılardan biri olan yeraltı hamam aşkarlanıb.

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumatda isə bildirilir ki, koronavirusla bağli İçərişəhərə turist axınında dəyişiklik hiss edilməyib.

    Qeyd edək ki, İçərişəhərdə koronavirus (COVİD-19) epidemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə dezinfeksiya işləri aparılır.

  • Президент Ильхам Алиев принял участие в открытии после реконструкции автодороги в Агстафе

    4 марта Президент Азербайджана Ильхам Алиев принял участие в открытии автомобильной дороги Агстафа-Енигюн-Хатаи-Гачаг Керем-Пойлу-Хылхына после реконструкции и восстановления.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident Ağstafada yol açılışında

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

    Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

    Sonda xatirə şəkli çəkdirilib.

  • Каспийские порты Казахстана приостанавливают обслуживание судов из Азербайджана и Ирана

    Казахстанские порты на Каспии с 5 марта в целях недопущения распространения коронавируса COVID-19 приостанавливают обслуживание судов, прибывающих из Азербайджана и Ирана, сообщило казахстанское Министерство индустрии и инфраструктурного развития.

    “В целях предотвращения распространения коронавируса Министерство индустрии и инфраструктурного развития Республики Казахстан информирует о временном приостановлении с 5 марта текущего года обслуживания в портах Актау и Курык морских судов, прибывающих из Азербайджана и Ирана и осуществляющих перевозку людей и автотранспортных средств с водителями”, – говорится в сообщении, опубликованном на сайте ведомства.

    “Для экипажей иностранных грузовых судов вводится ограничение на выход в портах Актау и Курык”, – отмечается в сообщении.

  • Koronavirusa görə Xəzərdəki limanlara giriş dayandırılır

    Koronavirusun (2019-nCoV) yayılmasının qarşısının alınması məqsədilə martın 5-dən Qazaxıstan Xəzər dənizindəki Aktau və Kurık limanlarına xaricdən gələn gəmilərin daxil olmasını dayandırır.

    Bununla bağlı Qazaxıstan tərəfi Xəzər dənizində gəmiçilik fəaliyyəti ilə məşğul olan şirkətləri, o cümlədən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) məlumatlandırıb.

    Qərara əsasən, sərnişin, sürücü, vaqon bələdçiləri və təkərli texnikaların ölkəyə daxil olması qeyri-müəyyən müddətək təxirə salınıb. Bərələrlə vaqon daşımaları isə həyata keçirilməkdə davam etdiriləcək.

    Bununla əlaqədar olaraq, ASCO sərnişinlərin və yük daşımaq istəyən sahibkarların nəzərinə çatdırır ki, bilet satışı dayandırılıb. Məhdudiyyət aradan qaldırıldıqdan sonra bu barədə əlavə məlumat veriləcək.

    Qeyd edək ki, koronavirusla bağlı ASCO əks-epidemik profilaktik tədbirlər həyata keçirir. Şirkətin balansında olan gəmilərdə, struktur idarələrdə mütəmadi aparılan dezinfeksiya işləri gücləndirilib.

    Profilaktik tədbirlər çərçivəsində Qazaxıstan və Türkmənistan istiqamətində üzən bərə gəmiləri (13 bərə, 2 Ro-Ro) əlcək, respirator, eynək, kombinezon kimi qoruyucu vasitələr və məsafədən hərarət ölçən cihazlarla təmin olunub.

  • Президент Ильхам Алиев принял участие в открытии N-ской воинской части Внутренних войск – ФОТО

    4 марта в рамках поездки в Агстафинский район Президент Азербайджана, Верховный главнокомандующий Вооруженными силами Ильхам Алиев принял участие в открытии N-ской воинской части Внутренних войск МВД.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Daxili Qoşunların “N” saylı hərbi hissəsinin açılışında – FOTO

    Ağstafa rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

    Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.