Month: March 2020

  • Ermənistanda iki aylıq uşaq koronavirusa yoluxub

    Ermənistanda ana və iki aylıq körpəsi koronavirusa yoluxub.

    APA-nın məlumatına görə, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan bildirib.

    Nazir onların hər ikisinin hazırda həkim nəzarəti altında olduğunu deyib.

    Qeyd edək ki, Ermənistanda ümumilikdə 329 nəfərdə koronavirus aşkarlanıb.

  • İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

    Prezident İlham Əliyev Xalq artisti Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

    Nekroloqun mətnini AZƏRTAC dərc edib.

    “Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Rauf Yusuf oğlu Babayev 2020-ci il martın 27-də ömrünün 83-cü ilində vəfat etmişdir.

    Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Qərbi Azərbaycanda anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili almışdır.

    1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışmışdır. O, 1965-ci ildən yaradıcılıq taleyini “Qaya” estrada ansamblı ilə bağlamış, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının “Qaya” estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində “Qaya” kvartetinin, 1972–1987-ci illərdə “Qaya” dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində “Qaya” dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olmuş, 2001-ci ildən “Qaya” dövlət orkestrinin, 2003-cü ildən “Qaya” dövlət ansamblının “Bəri bax” vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət “Qaya” Ansamblının bədii rəhbəri işləmişdir.

    Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan “Qaya” vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış etmiş, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanmışdır. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil etmişdir.

    “Qaya” ansamblının fəaliyyətinin 2001-ci ildən etibarən başlanan yeni mərhələsi Rauf Babayevin adı ilə bağlıdır. Sənətkarın bədii rəhbəri olduğu musiqi kollektivi öz ənənələrinə sadiq qalaraq, repertuarında geniş yer verdiyi Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin, həmçinin xalq mahnılarının estrada və caz üslubunda parlaq təqdimatı ilə dinləyicilərin xüsusi rəğbətini qazanmışdır.

    Rauf Babayev 1995-ci ildən Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuş, vokal sinfində istedadlı ifaçılar nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməyərək gənc musiqiçi kadrların formalaşdırılması işinə töhfələr vermişdir. O, “Qaya” kvartetinin dəst-xəttini davam etdirən “Bəri bax” vokal qrupunun yaradıcısı və bədii rəhbəri idi.

    Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsində Rauf Babayevin xidmətləri layiqincə qiymətləndirilmişdir. O, 1978-ci ildə respublikanın Əməkdar Artisti, 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülmüş, 2017-ci ildə isə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

    Tanınmış müğənni, mahir pedaqoq və səmimi insan Rauf Yusuf oğlu Babayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

    Allah rəhmət eləsin!

    İlham Əliyev

    Mehriban Əliyeva

    Əli Əsədov

    Sahibə Qafarova

    Samir Nuriyev

    Eldar Əzizov

    Əbülfəs Qarayev

    Fərəh Əliyeva

    Fərhad Bədəlbəyli

    Siyavuş Kərimi

    Firəngiz Əlizadə

    Faiq Sücəddinov

    Cavan Zeynallı

    Yalçın Rzazadə

    Salman Qəmbərov”.

  • Фронтмен Rammstein Тилль Линдеманн госпитализирован с коронавирусом

    Фронтмен группы Rammstein Тилль Линдеманн госпитализирован с коронавирусом.

    Как сообщает “Медуза” со ссылкой на таблоид Bild, сейчас музыкант находится на карантине в отделении интенсивной терапии в одной из больниц Берлина.

  • “Rammstein” qrupunun üzvü də koronavirusa yoluxdu

    Məşhur alman hard-rok qrupu “Rammstein”in üzvü Till Lindeman koronavirusa yoluxub.

    Bu barədə “Bild” nəşri xəbər yayıb.

    Musiqiçinin Berlindəki xəstəxanalardan birində intensiv terapiya şöbəsində karantinə yerləşdirildiyi bildirilir.

  • Azərbaycanda bu məhsullar ƏDV-dən azad edildi – FƏRMAN

    Baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.

    Fərmana əsasən, “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na əlavələr edilib. Belə ki, baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı əlavə dəyər vergisindən azad olunub.

    Fərman cari il iyunun 1-dək qüvvədədir.

  • В Баку мужчина жестоко расправился с родственницей

    Молодая женщина стала жертвой умышленного убийства, совершенного 26 марта в Гарадагском районе Баку.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    В 20:30 в поселке Гобустан Лалезар Керимли (1981 г.р.) были нанесены многочисленные ножевые ранения, в результате чего женщина скончалась на месте преступления. Отметим, что патологоанатомы насчитали на теле убитой более восьми ранений.

    Установлено, что к убийству причастен деверь Л.Керимли – Сабухи Керимов (1981 г.р.), ранее судимый за кражу. Преступление совершено в доме сестры Л.Керимли.

    Стали известны некоторые подробности событий, предшествовавших убийству. Так, Л.Керимли поссорилась с родственниками и ушла к сестре. После этого С.Керимов взял с собой ее сына и направился следом за ней, чтобы выяснить отношения. В доме сестры деверь и невестка остались одни в комнате. Родственники полагали, что они беседуют и не стали вмешиваться в разговор. Спустя некоторое время мужчина покинул помещение, где родные обнаружили Л.Керимли уже мертвой.

    После содеянного С.Керимов скрылся. В настоящее время сотрудники 11-го отделения полиции Гарадагского района пытаются установить его местонахождение.

    По факту убийства возбуждено уголовное дело.

  • Bakıda kişi qardaşının arvadını vəhşicəsinə qətlə yetirdi

    Bakının Qaradağ rayonunda gənc qadın martın 26-da qəsdən törədilən qətlin qurbanı olub.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Qobustan qəsəbəsində saat 20:30 radələrində 1981-ci il təvəllüdlü Laləzar Kərimli aldığı çoxsaylı bıçaq zərbələrindən hadisə yerində ölüb.

    Patoloqanatomlar öldürülmüş qadının bədənində səkkizdən çox bıçaq yarası qeydə alıblar.

    Məlum olub ki, L.Kərimlinin qətlinin törədilməsində onun əvvəllər oğurluqda ittiham olunmuş 1981-ci il təvəllüdlü qaynı Səbuhi Kərimovun əli olub. Cinayət L.Kərimlinin bacısının evində törədilib.

    Hadisənin təfərrüatı məlum olub. Belə ki, L.Kərimli qohumları ilə mübahisə edərək, bacısıgilə gedib.

    Bundan sonra S.Kərimov qardaşının oğlunu götürərək, hadisəni aydınlaşdırmaq üçün qadının dalınca gedib. Bacısının evində olan gəlin və qayın otaqda tək qalıblar. Qohumlar onların söhbət etdiklərini düşünərək, müdaxilə etməyiblər. Bir müddət keçəndən sonra kişi həmin yeri tərk edib və qohumları L.Kərimlini ölü vəziyyətdə tapıblar.

    Hadisəni törədən S.Kərimov gizlənib. Hazırda Qaradağ rayonunun 11-ci Polis Bölməsinin əməkdaşları onun yerini müəyyənləşdirməyə çalışırlar.

    Faktla bağlı cinayət işinə başlanılıb.

  • Изъята крупная партия незаконно ввезенных в Азербайджан сигарет – ВИДЕО

    В результате спецоперации таможенников пресечена попытка реализации незаконно ввезенных в Азербайджан табачных изделий, примерная стоимость которых составляет шесть миллионов манатов.

    Как сообщили в Управлении печати и связей с общественностью Государственного таможенного комитета, в оперативное управление Главного оперативно-следственного управления поступила информация о том, что на закрытом складе в поселке Гюздек в Абшеронском районе, который используется гражданином Азербайджана Илькином Тахировым, хранится крупная партия незаконно ввезенных в страну, не маркированных акцизными марками табачных изделий.

    Оперативная группа выехала на место и провела осмотр склада общей площадью 500 квадратных метров. В ходе проверки были обнаружены картонные коробки (5 041), в которых находились не имеющие акцизных марок 924 000 пачек Milano, 983 500 пачек Cavallo, 584 000 пачек Kent Nanotek 2 и 29 000 пачек Marlboro Gold Edge (в целом 50 410 000 сигарет).

    По данному факту проводится расследование.







  • Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret müsadirə olunub – VİDEO

    Gömrükçülərin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkəyə qanunsuz yollarla gətirilən, təxmini dəyəri 6 milyon manat olan tütün məmulatlarının realizə edilməsinin qarşısı alınıb.

    Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, qurumun Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən və Azərbaycan vətəndaşı Tahirov İlkin Əlifağa oğlunun faktiki istifadəsində olan qapalı tipli anbarda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatlarının saxlanılması barədə əməliyyat məlumatı daxil olub.

    Dərhal yaradılan əməliyyat qrupu qeyd olunan ünvanda yerləşən 500 kvadratmetrlik qapalı tipli anbara baxış keçirib. Yoxlama zamanı anbarda 5 041 karton qutu aşkar olunub.

    Qutulara baxış keçirilən zaman oradan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 924 000 qutu “Milano”, 983 500 qutu “Cavallo”, 584 000 qutu “Kent Nanotek 2” və 29 000 qutu “Marlboro Gold Edge” markalı, ümumilikdə isə 50 410 000 ədəd siqaret aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.







  • Azərbaycanda qadını üç günlük körpəsi ilə küçəyə atdılar: Ölümlə hədələnir

    Bu günlərdə Azərbaycanın rayonlarından birində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzinə üç günlük körpəsi ilə birgə həyat yoldaşı və onun ailəsi tərəfindən evə buraxılmayan bir qadın müraciət edib.

    Komitədən verilən məlumata görə, üzərində şəxsiyyətini təsdiq edən sənədi olmayan qadın sənədinin götürülməsi üçün evə dönəcəyi halda, ölümlə hədələndiyini, getməyə heç bir yeri olmadığını və valideynlərinin də onu qəbul etmədiyini bildirib.

    Uşaq və Ailələrə Dəstək Mərkəzi həmin rayonun icra hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu” ilə birgə təcili toplanaraq, məsələnin həlli istiqamətində müzakirə aparıb. Qadının yaxın ailə üzvləri ilə aparılan söhbətlərə baxmayaraq, onun öz valideynlərinin evinə yerləşdirilməsi belə mümkün olmayıb.

    Məişət zorakılığının xüsusiyyətini və bu zəmində indiyədək baş vermiş qətl hadisələrini əsas götürərək, analoji hallar baş verdiyi təqdirdə zərərçəkənin yaşadığı və hədələndiyi ailəyə hətta polisin göstərişi olduğu halda yenidən qaytarılmasının böyük risk olduğu bu hadisə zamanı da nəzərə alınıb.

    Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsələ ilə bağlı tövsiyə və göstərişinə müvafiq olaraq, körpəsi ilə axşam saatlarında küçədə qalmaq məcburiyyətində olan qadın Uşaq və Ailələrə Dəstək Mərkəzində polisin iştirakı ilə müvəqqəti yerləşdirilib.

    Ana və uşaq lazımi qida və yataq yeri ilə təmin edilib, hadisə ilə bağlı mövcud qaydalara uyğun qiymətləndirmə aparılıb, fərdi hal qovluğu açılaraq iş protokollaşdırılıb.

    Növbəti gün ana və körpəsi Bakı şəhərində yerləşən “Təmiz Dünya” sığınacağına yerləşdirilib. Hazırda qadın və uşağın vəziyyəti normaldır və sığınacağın sosial işçiləri tərəfindən operativ dəstək proqramına cəlb ediliblər. Məsələ ilə bağlı Dövlət Komitəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, müvafiq sığınacaq, yerli icra hakimiyyətinin monitorinq qrupu və Daxili İşlər Nazirliyi birgə fəaliyyətlərini davam etdirəcək.