Month: March 2020

  • Число случаев заражения коронавирусом в мире достигло 234 тысяч

    Общее число зараженных коронавирусом COVID-19 в мире достигло 234 073 человека.

    Как передает РИА Новости, об этом сообщает Всемирная организация здравоохранения (ВОЗ).

    Большинство случаев зарегистрировано в Европе (всего 104 тысячи). Также сообщается о 9 840 летальных случаях.

    Ранее генеральный директор Всемирной организации здравоохранения Тедрос Адханом Гебрейесус заявлял о 210 тысячах заболевших.

  • COVID-19-la bağlı son RƏQƏMLƏR

    Dünyada koronavirusa (COVİD-19) yoluxanların ümumi sayı 234 073 nəfərə çatıb.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

    Yoluxma hallarının əksəriyyəti Avropada (104 min nəfər) qeydə alınıb. Bildirilir ki, COVİD-19-dan ölənlərin sayı 9 840 nəfərdir.

    Daha əvvəl isə ÜST-nın baş direktoru Tedros Adhanom Qebreyesus 210 min nəfərin bu virusa yoluxduğunu bildirmişdi.

  • Коронавирус “поразил” и ТЦ “Бина” – ВИДЕО

    В торговом центре “Бина”, как и во многих столичных магазинных сетях, ощущается острый недостаток покупательского интереса.

    Занимающиеся торговлей предприниматели жалуются, что последние две недели они несут убытки из-за отсутствия покупателей.

    Более подробно в видеосюжете:

  • Koronavirus “Binə” ticarət mərkəzini də “vurdu” – VİDEO

    Paytaxtın bir çox mağazalar şəbəkəsində olduğu kimi, “Binə” ticarət mərkəzində də alıcı azlığı var desək, yanılmarıq.

    Sahibkarlar bildirir ki, artıq son iki həftədir alıcı qıtlığından əziyyət çəkirlər.

    Daha ətraflı videosüjetdə:

  • Avropa çempionatının vaxtı dəyişdirilib

    Cari ilin 18-29 may tarixlərində Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilməsi nəzərdə tutulan şahmat üzrə Avropa çempionatının vaxtına dəyişiklik edilib.

    TASS agentliyi məlumat verir ki, xəbər Avropa Şahmat İttifaqının Mətbuat Xidməti tərəfindən dərc edilib.

    Qurumdan verilən açıqlamaya əsasən, koronavirus pandemiyası səbəbindən şahmat üzrə Avropa çempionatı 2020-ci ilin 8-21 dekabr tarixlərində keçiriləcək.

  • Bəzi dövlət qurumlarında işləyənlər bir aylıq məzuniyyətə göndərilir – RƏSMİ

    Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.

    Median.Az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, belə tədbirlərin ən mühüm hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaqdır.

    İndiyə qədər mərhələli şəkildə görülmüş tədbirlər ünsiyyətin xeyli azalmasına səbəb olub.

    Bununla belə, işləyən vətəndaşların “özünütəcrid”i qeyri-mümkün olur və infeksiyanın yayılması təhlükəsini artırır.

    Bu səbəbdən, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə və tam şəkildə alınması məqsədilə vətəndaşların “özünütəcrid” üçün daha əlverişli şərtlərlə təmin edilməsinə ehtiyac var.

    Vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub.

    Qərar müvəqqəti xarakterlidir, dövlətin vətəndaşların təhlükəsizliyini daha səmərəli təmin etməsi məqsədilə qəbul olunub və növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək.

    Bu qərar minlərlə vətəndaşın özünü infeksiya təhlükəsindən daha yaxşı qorumasına səbəb olacaq.

  • “Formula 1”: Azərbaycanda 2 Qran-pri keçirilə bilər

    Avstriyanın “Red-Bull” komandasının yarışlar üzrə məsləhətçisi Helmut Marko “Formula 1”in təqvimindəki hazırkı vəziyyəti dəyərləndirib.

    “Report” “Motorsport Total”a istinadən xəbər verir ki, o, koronavirus pandemiyasına görə təqvimdə yaranmış sıxlığı aradan qaldırmaq üçün bir neçə variant təklif edib.

    H.Marko bildirib ki, cümə məşqləri olmadan ikigünlük uik-end yarışları keçirmək olar.

    Məsləhətçi həmçinin bəzi trasslarda iki Qran-pri təşkil etməyin mümkünlüyü barədə də müzakirələrin olduğunu gizlətməyib.

    Qeyd edək ki, “Formula 1”də Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salınıb. Bakıdakı yarış 5 -7 iyunda keçirilməlidir.

  • İranda koronavirusdan ölənlərin sayı 1 433-ə çatdı

    İranda daha 149 nəfər koronavirusun qurbanı olub.

    “Report” IRNA-ya istinadən xəbər verir ki, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə infeksiyadan ölənlərin sayının 1 433 nəfər olduğunu açıqlayıb.

    O bildirib ki, daha 1 237 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 19 644 nəfərə çatıb.

    K.Cahanpur həmçinin 6 745 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

    Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

    Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi,İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam və İran Ekspertlər Şurasının üzvü Seyid Həşim Bəthayi koronavirusdan ölüb.

    Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian və səhiyyə nazirinin müavini İrəç Hərirçi tam müalicə olunaraq evə buraxılıb.

    Hökumət koronavirusun kütləvi yayılması ilə əlaqədar olaraq, 17 əyalətə girişi qadağan edib.

    Bundan əlavə, İranın ali rəhbərinin ənənəvi Novruz bayramı çıxışı epidemiyaya görə təxirə salınıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 182 ölkədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 252 044-ə çatıb. Bunların 89 056 nəfəri sağalıb, 10 405 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Azərbaycanda dəhşət: Ruhi xəstə atasını amansızlıqla qətlə yetirdi – YENİLƏNİB

    Bərdə rayonunda oğulun atasını bıçaqlamasının təfərrüatı məlum olub.

    Qətl hadisəsi dünən axşam rayonun Mirzəxan kəndində baş verib.

    Kənd sakinləri, 1969-cu il təvəllüdlü Mustafayev Namiq Əkbər oğlu atası, 1936-cı il təvəllüdlü Mustafayev Əkbər Kərim oğlu ilə mübahisə edib.

    Onların mübahisələri davaya çevrilib. Nəticədə, ruhi xəstə olan N.Mustafayev Ə.Mustafayevin ürəyinə mətbəx bıçağını sancıb.

    Ə.Mustafayev xəstəxanaya aparılsa da, həkimlər onun öldüyü bildiriblər.

    Hadisəni törədən şəxs saxlanılıb. Onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

    * * * * *

    Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

    Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb.

    Kənd sakini hələlik şəxsiyyəti məlum olmayan oğul atasını bir bıçaq zərbəsi ilə qətlə yetirib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • YouTube снизит качество видео из-за эпидемии

    Компания Alphabet Inc. уведомила видеохостинг YouTube, что уменьшит качество видео в Евросоюзе, чтобы интернет не упал из-за ситуации, когда многие европейцы перешли на удаленную работу в связи с эпидемией коронавируса.

    Как сообщает “Росбалт” со ссылкой на Reuters, компания пошла на такой шаг, поскольку видеоролики составляют значительную часть интернет-трафика.

    Ранее такую же меру приняла стриминговая компания Netflix. Она также прекратила показывать видео в высоком разрешении.