Month: March 2020

  • Koronavirus interneti də “vurdu”: “YouTube” və “Netflix” keyfiyyəti azaldır

    Koronavirus Avropada internetin sürətinə də təsir edir.

    Bu barədə “Reuters” məlumat yayıb.

    Bildirilib ki, pandemiya səbəbindən Avropa Birliyində bir çox işlər evdən internet vasitəsilə görüldüyü üçün sürət aşağı düşüb.

    Bu səbəbdən “Alphabet INC” “YouTube” platformasına videoların keyfiyyətinin aşağı salınması ilə bağlı xəbərdarlıq edib. Çünki videolar internet trafikinin əhəmiyyətli hissəsini təşkil edir.

    Qeyd edək ki, anoloji addımı daha əvvəl “Netflix” şirkəti də atıb. Artıq bu platforma yüksək keyfiyyətli (HD və UHD) videoların nümayişini dayandırıb.

  • Bakıya giriş-çıxış qaydalarını pozanlara xəbərdarlıq: Məsuliyyətə cəlb olunacaqlar – VİDEO

    Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabinetı yanında operativ qərargah tərəfindən ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilir.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, bu məqsədlə martın 19-dan saat 00:00-dan etibarən xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb.

    Sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları da qadağan olunub.

    Bu məqsədlə paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu istiqamətindəki yollarda polis əməkdaşları tərəfindən stasionar postlar fəaliyyətə başlayıb. Bakı-Ələt yolunun 65-ci, Bakı-Quba yolunun 45-ci və Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində yaradılan postlarda Baş Dövlət Yol Polisi İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları sutkalıq xidmət aparırlar.

    Qeyd edək ki, həmin məntəqələrdə ticarət əlaqələrinin saxlanılması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə yükdaşımalarla məşğul olan nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

    Həmin avtomobillərin Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonları istiqamətində növbə gözləmədən fasiləsiz şəkildə hərəkəti polislər tərəfindən təmin edilib.

    Xatırladaq ki, xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq.

  • Bakıya qanunsuz sərnişin daşıyanlar saxlanıldı – VİDEO

    Sumqayıt şəhərindən Bakı və Abşeron rayonuna qanunsuz fəaliyyət göstərən, dezinfeksiya olunmayan marşrutlarla bağlı reyd keçirilib.

    Baku TV xəbər verir ki, reyd Sumqayıt şəhərinin Sülh prospektində, 17-ci mikrorayon və digər ərazilərdə aparılıb.

    Qanunsuz sərnişin daşıyan avtobuslar, həmçinin, dezinfeksiya olunmayan nəqliyyat vasitələri saxlanılıb. Sərnişinlərə yalnız avtovağzallardan Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə olunub.

    Reydlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulur.

  • “Gəlir deklarasiyası haqqında” qanun niyə qəbul edilmir? – VİDEO

    Bu gün Azərbaycan dünyada gəlirlərin deklarasiya edilmədiyi nadir ölkələrdəndir.

    Baku TV xəbər verir ki, ortada 15 il əvvəl qəbul edilən “Gəlir deklarasiyası haqqında” qanun var.

    Qanuna əsasən, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməli və vergi ödəməli idilər.

    Qanunun qəbulundan sonra ölkə başçısı Nazirlər Kabinetinə üç ay vaxt vermişdi ki, təlimatlar hazırlanıb həyata keçirilsin. Həmin ildən artıq illər keçib, təəssüflər olsun ki, hökumət o təlimat və qaydaları hazırlayıb ortalığa çıxarda bilməyib.

    Ekspertlər isə şəffaflığı təmin etmək, müəyyən qədər korrupsiyanın qarşısını almaq üçün deklarasiyanın həll edilməsini vacib sayırlar.

  • Вилаят Эйвазов произвел новое назначение

    Приказом министра внутренних дел Азербайджана генерал-полковника Вилаята Эйвазова полковник-лейтенант полиции Ильхам Сафаров назначен заместителем начальника Управления полиции на воздушном транспорте по работе с личным составом.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

    Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, polis polkovnik-leytenantı İlham Səfərov Hava Nəqliyyatında Polis İdarəsinin şəxsi heyət üzrə rəis müavini təyin edilib.

  • В Бейлагане 70-летний водитель умер на штрафстоянке

    Сотрудники отдела Государственной дорожной полиции Бейлаганского района остановили автомобиль ВАЗ-2121 с госномером “22-66 АГБ” времен бывшего СССР.

    Об этом говорится в сообщении пресс-службы МВД.

    Сообщается, что у находившегося за рулем транспортного средства 70-летнего Зияфета Новрузова при себе не оказалось водительских прав. Согласно требованиям закона, автомобиль был отправлен на штрафную стоянку.

    Там водителю внезапно стало плохо, и до прибытия скорой помощи он скончался.

    По заключению медиков, смерть З.Новрузова наступила в результате инфаркта.

    По данному факту проводится расследование.

  • Beyləqanda müvəqqəti duracağa aparılan sürücü öldü

    Martın 19-u saat 17 radələrində Beyləqan Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları xidmətdə olarkən hərəkətdə olan “Niva” markalı avtomobili üzərində keçmiş Sovetlər İttifaqından qalan (22-66 АГБ) qeydiyyat nişanı ilə idarə edildiyi üçün saxlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Məlumata görə, yerindəcə araşdırmalar zamanı avtomobilin sürücüsü – 70 yaşlı Ziyafət Novruzovun sürücülük vəsiqəsinin olmadığı da müəyyən edilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, Yol Patrul Xidməti (YPX) əməkdaşları avtomobili müvəqqəti duracağa aparıblar.

    Orada sürücü Z.Novruzovun səhhəti pisləşib və çağırılan Təcili Tibbi Yardım briqadası gələnədək vəfat edib.

    Həkimlərin verdiyi rəyə görə, mərhum ürək çatışmazlığından dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Vətəndaşların kreditlərinə güzəşt ediləcəkmi? – VİDEO

    Koronavirusun təsirli olduğu bir vaxtda kredit müqavilələrinin müddəti, eyni zamanda, onların ödəmə vaxtı ilə bağlı müəyyən güzəştlərin edilməsi təklif olunur.

    Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

    Koronavirusla bağlı bir sıra ölkələrdə özəl şirkətlər tərəfindən bəzi güzəştlərin tətbiq olunduğunu deyən deputat Vüqar Bayramov hesab edir ki, bu, həm də sosial korporativ məsuliyyətidir.

    İqtisadçı millət vəkilinin sözlərinə görə, kommersiya banklarının da indiki həssas dövrdə müştəriləri üçün güzəştlər tətbiq etməsi məqsədəuyğun olar.

  • В Азербайджане задержан уклоняющийся от карантина врач

    В Азербайджане врач, помещенный с подозрением на коронавирусную инфекцию в специальное медучреждение, попытался избежать карантина.

    Об этом сообщил руководитель пресс-службы Министерства внутренних дел Эхсан Захидов.

    “Несмотря на свою профессию, данное лицо под разными предлогами меняло свое местонахождение и уклонялось от лечения.

    Сотрудники полиции задержали нарушителя и поместили его в медучреждение специального назначения.

    Кроме того, в карантин были помещены его близкие и лица, с которыми он контактировал”, – сказал Э.Захидов.