Month: April 2020

  • Koronavirusu neytrallaşdıran növbəti antikorlar yaradıldı

    Lamadan alınan antikorlar COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 virusunu blok edə bilir.

    Median.Az xəbər verir ki, beynəlxalq alimlər qrupu belə bir nəticəyə gəlib. Onların araşdırmalarının nəticəsi “Cell” jurnalında dərc edilib.

    Koronavirus insan bədəninə nüfuz edərək sağlam hüceyrələrə daxil olmaq üçün xüsusi proteindən istifadə edir. Alimlər bunun qarşısını ala biləcək vasitə yaradıb.

    Belə ki, onlar lamaların bədənində istehsal olunan iki növ antikoru birləşdiriblər. Nəticə koronavirusa tab gətirə biləcək vasitə əldə olunub. Qeyd olunub ki, bu, SARS-CoV-2 virusunu neytrallaşdıran ilk antikorlardan biridir.

    Testlər zamanı məlum olub ki, bu antikorlar insan orqanizminə peyvənd kimi daxil edilməlidir. Əgər, infeksiyaya yoluxmadan bir ay əvvəl edilsə, dərmanın effektivliyi özünü göstərir. Bundan əlavə, yoluxmuş xəstələrdə ağırlaşmaların qarşısını almaq üçün dərman kimi istifadə edilə bilər.

    Alimlər hesab edirlər ki, lamalardan əldə edilən antikorlar əhalinin ən həssas qruplarını – pensiyaçılar və xroniki xəstəliklərdən əziyyət çəkən insanları koronavirusdan qorumaq üçün istifadə edilə bilər.

  • Первый канал всерьез рассказал о плане Билла Гейтса истребить часть человечества – ВИДЕО

    Авторы передачи “Человек и закон”, которая выходит на Первом канале России, посвятили 16-минутный сюжет под названием “Троянский конь мировой пандемии”, посвященный роли основателя Microsoft Билла Гейтса в распространении коронавируса по миру. Создатели программы пересказали распространенные в сети неподтвержденные конспирологические теории, которые гласят, что Гейтс желает истребить часть человечества. Фрагмент опубликован на сайте Первого канала.

    Ведущий Алексей Пиманов пояснил, что готов всерьез поговорить о теории заговора, так как это “уж больно сногсшибательная новость”. Сюжет начали с рассказа об Event 201, учениях, в которых рассмотрели влияние пандемии на население планеты и мировую экономику. Их провел университет Джона Хопкинса 18 октября 2019 года при участии Фонда Билла и Мелинды Гейтс и Всемирного экономического форума. В комментарии передачи блогер Влад Копылков заметил, что Event 201 — это “один в один то, что происходит сегодня” из-за распространения коронавируса.

    На протяжении сюжета корреспондент программы регулярно высказывалась в оправдание тех, кто поддерживает конспирологию в отношении Гейтса. В частности, она рассказала о мерах Гейтса по вакцинации жителей стран Африки и Азии от различных заболеваний и последовавших побочных эффектах, вплоть до смертельных случаев. “Вот тебе и добрый доктор Айболит Билл Гейтс. Выходит, что миллиардер спонсирует ВОЗ (Всемирную организацию здравоохранения) для того, чтобы сократить популяцию планеты”, — говорил голос за кадром.

    В сюжете также показали выступление основателя Microsoft 2010 года, в котором он указывает на то, что развитие вакцинации, системы здравоохранения и центров материнства снизит рост населения на 10-15 процентов. “И то, и другое попахивает, грубо говоря, геноцидом”, — посчитала корреспондент. Она также заметила, что «”защитники Гейтса” развернули кампанию в СМИ, настаивая на том, что “его неправильно поняли”.

    В финале ролика зрителям предлагают пофантазировать о мире с вакцинами, в которые инвестирует Гейтс, и приводят мнение Копылкова о “цифровом рабстве”, которого якобы добивается предприниматель. Если развить теорию дальше, говорит корреспондент “Человека и закона”, то следующий шаг “теневого правительства” — чипирование человечества. Чипирование, по словам автора сюжета, позволит отключать неугодных людей от системы и оставлять их без средств к существованию. Среди сторонников этой теории есть известные люди, продолжает корреспондент. В пример приводится пост бывшего теннисиста Марата Сафина.

    В заключение журналистка пояснила, что роль Гейтса — лишь “одна из версий”, а конспирологическая теория может быть “кем-то специально раскручена”

    Теория о роли Гейтса популярна с самого начала распространения нового вируса. Впервые о заболевании стали сообщать власти Китая, случаи фиксировали в городе Ухань. Вскоре заболевание распространилось по территории КНР, а затем и в других странах мира. Однако в конспирологии фигурируют версии, что коронавирус так или иначе связан именно с создателем корпорации Microsoft. По одной из них, коронавирус якобы запатентован институтом Пирбрайта, который частично финансируется фондом Гейтса.

  • ВОЗ: Вакцина от коронавируса не появится до начала второй волны

    Вторая волна распространения коронавируса точно начнется до появления вакцины.

    Как передает ТАСС, об этом заявила представитель Всемирной организации здравоохранения (ВОЗ) в России Мелита Вуйнович в ходе онлайн-совещания.

    По ее словам, главное – локализовать новую вспышку, ограничиться очагами заболевания.

    “Пускай будет медицинский надзор, пускай будет карантин, но тогда на карантине будут отдельные люди, а не все общество. Но это будет до вакцины точно, если вирус не поменяется. Он мутирует, поэтому в этом плане мы ничего не можем сказать”, – подчеркнула Вуйнович.

  • Bağlanan bankın işçilərinə maaş verilmir

    Aprelin 28-də Mərkəzi Bankın qərarıyla bağlanan “Amrahbank”ın işçilərinə əməkhaqqı verilmir.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əməkdaşlar bankın baş ofisinə yığışaraq məsələylə bağlı etiraz ediblər. Onlarən sözlərinə görə, Mərkəzi Bank tərəfindən təyin olunan inzibatçı işçilərə aprel ayının maaşının ödənilməyəcəyini deyib.

  • Energetik içkilərdən həddindən artıq istifadə asılılıq yaradır

    Son zamanlar yorğunluğu aradan qaldıran energetik içkilər daha çox satılır. Onun vurğunu olanlar da, ara-sıra dadına baxanlar da var. Bəziləri özlərini gümrah hiss etsələr də, bu içkilərin zərərinin fərqində olanlar da az deyil.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov enerji içkilərindən həddindən artıq istifadənin asılılıq yaratdığını bildirib: “Enerji içkilərinin tərkibində kofein bir stəkan kofedə olandan daha artıqdır. Kofeinin tərkibi yüksəkdir, onda şəkərin səviyyəsi də yüksək olur. Enerji içkilərinin içinə performansı artıran maddələr əlavə olunduğu üçün asılılıq yaradır. Böyrək çatışmazlığı, diabet xəstələrinin və yaşı 18-dən az olanların və hamilə qadınların ondan istifadə etməyi məsləhət deyil”.

    Yorğunluğu aradan qaldırmaq, itirilmiş enerjini bərpa etmək üçün belə içkilərə üstünlük verilir. Həmin içkilərin qəbulu zamanı orqanizmdə baş verənlər haqqında isə həkim bunları deyib: “Enerji içkilərinin tərkibində kofein çox olduğuna görə əvvəlcə yorğunluq hissini azaltdığı, motivasiyanı yüksəltdiyi, yuxusuzluğu aradan qaldırdığı təəssüratı yaradır. Bir müddət keçəndən sonra orqanizmdə kofeinin mənfi təsirləri özünü göstərir və yenidən yorğunluq hissi yaranır. Daha bir müddət sonra isə alışqanlıq yaranır. Bir butulka energetik içki içənlər özlərini gümrah hiss edirdilərsə, zaman keçdikcə qəbul edilən içkinin miqdarı artmağa başlayır. Artdıqca isə sinir sistemində problemlər yaranır”.

    Həkimin dediyinə görə, enerji içkilərinin əvəzinə immuniteti gücləndirən meyvə şirələri və su içmək daha məsləhətdir. Bununla da itirilmiş enerji bərpa olunur və yuxu rejimi qaydaya düşür.

  • Karantin rejimini bəhanə edərək alimentdən yayınanlar məsuliyyətə cəlb edilib (RƏSMİ)

    “Ölkədə mövcud karantin rejimindən sui-istifadə edərək aliment ödəməkdən yayınan şəxslər var”.

    Median.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin keçirdiyi videokonfransda nazirliyin Baş İcra İdarəsinin rəis müavini Fərid Əfəndiyev məlumat verib.

    O bildirib ki, həmin şəxslər ölkədə tətbiq edilən xüsusi karantin rejimini bəhanə edərək, aliment ödəməkdən yayınmağa çalışıblar:

    “Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin İcra Baş idarəsi müvafiq tədbirlər həyata keçirib. Məhkəmə icraçıları tərəfindən də bu istiqamətdə zəruri addımlar atılır. Aliment ödəməyən şəxslərə bildirişlər göndərilir, polis vasitəsilə həmin şəxslər müəyyən edilərək gətirilirlər. Ümumilikdə, cari il aliment ödəməyən 38 şəxs barəsində cinayət işi başlanıb”.//qaynarinfo.az

  • В Азербайджане снова подешевеет бензин

    Этой ночью с 00:00 снизится цена на бензин на территории Азербайджанской Республики.

    Как передает Report, стоимость бензина марки «Aİ-95» в Азербайджане снизится на 0,1 маната и составит 1 манат 10 копеек.

  • Azərbaycanda benzin yenidən ucuzlaşacaq

    Bu gecə saat 00:00-dan etibarən “Aİ-95” premium markalı benzinin qiyməti ucuzlaşacaq.

    “Report”un əldə etdiyi məlumata görə, “Aİ-95” markalı yanacağın qiyməti 0,10 manat ucuzlaşaraq 1 manat 10 qəpik olacaq.

  • Azərbaycanda koronavirusa yoluxmuş 92 yaşlı qadın sağaldı – VİDEO

    Azərbaycanda koronaviorusa (COVİD-19) yoluxmuş ən yaşlı sakin sağalaraq evə buraxılıb.

    “Trend”in məlumatına görə, həmin şəxs 1928-ci il təvəllüdlü Axundova Ağabəyim Şaban qızıdır.

    Belə ki, aprel ayının ilk günlərində koronavirusa yoluxmuş Lənkəranın Boladı kəndində yaşayan Ağabəyim Axundovada ilk olaraq güclü öskürmələr başlayıb. Həkimə müraciət edəndə isə onun koronavirusa yoluxduğu müəyyən edilib.

    Daha sonra o, virusa yoluxmuş şəxslərin müalicə olunduğu xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində 92 yaşlı qadın sağalaraq evə buraxılıb. Ağabəyim xanım buna görə həkimlərə təşəkkür edib:

    “Arada öskürürdüm. Başa düşmürdüm ki, nədir. Həkimlər mənim nazımı çəkirdilər. Natiq adlı həkim idi, gəlib alnımdan öpürdü. Onlara təşəkkür edirəm. Mənə çox yaxşı baxırdılar. Hazırda heç bir şikayətim yoxdur. Yeyib-içirəm, rahat yatıram”.

  • Həyəcan təbili çalındı: Uşaqlarda koronavirusla əlaqəli xəstəlik bu ölkələrə də yayıldı

    Böyük Britaniyada uşaqlar arasında koronavirusla əlaqəli yayılan xəstəlik başqa ölkələrdə də müşahidə edilib.

    Sondakika.com xəbər verir ki, ürəyə təsir edən iltihablaşma halları Fransa, ABŞ, İspaniya, İtaliya və İsveçrədə də yayılıb.

    COVID-19-un yeniyetmə və uşaqlara təsir etmədiyinə dair səhv iddialardan sonra koronavirusla əlaqəli ola bilən və reanimasiyaya ehtiyacı olan yeni bir xəstəliklə bağlı həyəcan təbili çalınır.

    Bu mövzuda ilk olaraq Böyük Britaniya Milli Sağlamlıq Sistemi (NHS) həkimlərə “Uşaqlar arasında COVID-19-la əlaqəli iltihablı sindrom və ya hələ nə olduğu təsbit edilə bilməyən yeni yoluxucu patoloji vəziyyətin aşkar edilməsi narahatlıq yaradır” xəbərdarlığı göndərib.

    Fransanın Səhiyyə naziri Olivye Veran bu günə qədər ölkədə ürəyi ətrafında iltihab yığılan uşaqların sayının 15-ə çatdığını açıqlayıb.

    O, hər yaş qrupundan olan 15 uşaqda qızdırma, həzm şikayətləri, damarlarda, bəzən də ürəyi qidalandıran damarlarda olan və ürəyin fəaliyyətinə maneə yaradan iltihablara görə ölüm hallarının baş vermədiyini deyib.

    Veran bu halların koronavirusla əlaqəsini təsdiqləyən kifayət qədər dəlil olmadığını bildirib.

    Britaniyada olduğu kimi, Fransada da iltihablı uşaqların bəzilərinin koronavirus testi müsbət, bəzilərinin isə mənfi olduğu qeyd edilir.

    Veran Fransa və digər ölkələrin həkim və elm adamlarını diqqətli olmağa və mümkün qədər çox məlumat toplamağa çağırıb.

    ABŞ-da altı aydan səkkiz yaşa qədər üç uşağın bu xəstəlikdən müalicə aldığı deyilir.

    Xəstəliyi iri damarlarda və kapilyarlarda iltihaba səbəb olan Kavasaki xəstəliyi ilə müqayisə edirlər.

    İlk dəfə 1967-ci ildə yapon pediatrı Tomisaku Kavasaki tərəfindən aşkar edilən xəstəlik əksər hallarda müalicədən bir neçə gün sonra ciddi problem olmadan sağalır, uşaqlara qalıcı zərər vermir. Bu xəstəliyə adətən təkrar yoluxma müşahidə edilmir.