Month: April 2020

  • Rusiyanın baş naziri koronavirusa yoluxdu

    Rusiya Federasiyasının baş naziri Mixail Mişustin koronavirusa yoluxduğunu açıqlayıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Rusiya prezidenti Vladimir Putini videobağlantı vasitəsilə məlumatlandırıb.

    Bildirilib ki, hazırda Rusiya baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq birinci müavin Andrey Belousova tapşırılıb.

    Qeyd edək ki, Rusiyada bu günədək 106 498 nəfər koronavirusa yoluxub, onlardan 1 073-ü ölüb. Ölkədə indiyədək 11 619 nəfər infeksiyadan sağalaraq xəstəxanalardan evə buraxılıb.

  • ВОЗ: Вакцина от коронавируса не появится до начала второй волны

    Вторая волна распространения коронавируса точно начнется до появления вакцины.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявила представитель Всемирной организации здравоохранения (ВОЗ) в России Мелита Вуйнович в ходе онлайн-совещания.

    По ее словам, главное – локализовать новую вспышку, ограничиться очагами заболевания.

    “Пускай будет медицинский надзор, пускай будет карантин, но тогда на карантине будут отдельные люди, а не все общество. Но это будет до вакцины точно, если вирус не поменяется. Он мутирует, поэтому в этом плане мы ничего не можем сказать”, – подчеркнула Вуйнович.

  • ÜST: Koronavirusun ikinci dalğası peyvənd tapılanadək başlayacaq

    “COVID-19 virusunun ikinci dalğası xəstəliyə qarşı peyvənd tapılmasından əvvəl başlayacaq”.

    Median.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç onlayn müşavirə zamanı bildirib.

    O, əsas vəzifənin yeni dalğanın geniş yaylmasını əngəlləmək olduğunu diqqətə çatdırıb: “Tibbi nəzarət də, karantin də ola bilər, amma karantinə bütün əhali yox, ayrı-ayrı şəxslər alınacaq. Virusun mutasiyalarına qarşı isə əlimizdə heç bir çarə yoxdur”.

  • Ramazan ayının yeddinci gününün imsak və iftar vaxtları

    Sabah Ramazan ayının yeddinci günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 1-də imsak vaxtı saat 04:00-da, iftar vaxtı isə 19:35-dədir.

    Yeddinci günün imsak vaxtının duasını təqdim edirik:

    Duanın oxunuşu: “Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin”.

    Tərcüməsi: “İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!”

    İftar duası:

    Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

    Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.

    Allah orucunuzu qəbul etsin!

  • İtaliyada pandemiya qurbanlarının sayı 28 minə çatır

    İtaliyada son bir gün ərzində daha 285 nəfər koronavirusdan ölüb.

    “Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

    Bununla da ölkədə pandemiya qurbanlarının sayı 27 967 nəfərə çatıb.

    Məlumata görə, İtaliyada daha 1 872 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 205 463-ə yüksəlib.

    Bundan başqa, ölkədə indiyədək 75 945 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

  • Türkiyədə koronavirusa yoluxanların sayı 120 mini ötdü – STATİSTİKA

    “Türkiyədə son sutkada daha 93 nəfər pandemiyanın qurbanı olub”.

    Median.Az-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

    Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 174 nəfərə çatıb.

    Nazir həmçinin daha 2 615 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 120 204-ə yüksəldiyini bildirib.

    F.Koca Türkiyədə indiyədək 48 886 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

  • Azərbaycanda karantin dövründə qeydə alınan nikahların sayı açıqlandı

    Azərbaycanda karantin dövründə 1 124 nikah qeydə alınıb.

    “Report” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda keçirdiyi videokonfransda 1 saylı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova məlumat verib.

  • Azərbaycanda iki yüksək vəzifəli hakim vəzifəsindən çıxarılacaq – ÖZƏL

    Bakı Apelyasiya Məhkəməsinin sədrinin müavini Kəmalə Abıyeva və Şirvan Apelyasiya Məhkəməsinin sədrinin müavini Ələsgər Novruzov vəzifələrindən çıxarılacaq.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, Kəmalə Abıyevanın və Ələsgər Novruzovun Ali Məhkəmənin hakimləri təyin ediləcəyi gözlənilir.

    Bununla bağlı Milli Məclisə təqdimat daxil olub.

  • Стало известно, сколько человек было задержано вместе с бывшим главой ИВ – ЭКСКЛЮЗИВ

    Сегодня решением Сабаильского районного суда в отношении бывшего главы ИВ Билясуварского района Махира Гулиева была избрана мера пресечения в виде ареста сроком на четыре месяца.

    Согласно полученной Oxu.Az информации, вместе с М.Гулиевым были задержаны еще восемь человек. Однако сегодня они не предстали перед судом. Суд примет решение по остальным восьми задержанным в ближайшее время.

    Отметим, что М.Гулиев был задержан в результате операции, проведенной Службой государственной безопасности. По каким статьям Уголовного кодекса ему было предъявлено обвинение, пока неизвестно.

  • Sabiq icra başçısı ilə birlikdə saxlanılan şəxslərin sayı məlum oldu – EKSKLÜZİV

    Xəbər verdiyimiz kimi bu gün Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Oxu.Az-ın əldə etdiyi xəbərə görə, M.Quliyevlə birlikdə saxlanılan ümumilikdə doqquz nəfər vəzifəli şəxs var. Lakin onlar bu gün məhkəmə qarşısına çıxarılmayıb. Digər səkkiz nəfər barəsində məhkəmə yaxın vaxtlarda qərar qəbul edəcək.

    Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ona Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham irəli sürüldüyü hələlik açıqlanmayıb.