Month: April 2020

  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı son sutkaya olan statistik göstəriciləri təqdim edib.

    Məlumatda bildirilir ki, bu gün Azərbaycanda koronavirusla bağlı 5700 test edilib. Bununla da ölkə ərazisində indiyə qədər edilən testlərin sayı 143 079-a çatıb.

    Qeyd edək ki, bu gün Azərbaycanda daha 38 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bir nəfər isə vəfat edib.

  • Hündürlükdən yıxılan 58 yaşlı kişi öldü

    Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

    “Report”un məlumatına görə, hadisə rayonun “At yalı” adlanan yaşayış massivində baş verib.

    Belə ki, 1962-ci il təvəllüdlü Orucov Zakir Həsən oğlu tikintidə işləyərkən hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə daxili qanaxma və kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya çatdırılıb.

    Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

  • Komitə Abşeronda qadının qətlə yetirilməsi faktını nəzarətə götürdü

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Abşeron rayon Qobu qəsəbəsində baş vermiş cinayət hadisəsi ilə əlaqədar bəzi məlumatları ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edir.

    Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.

    “Kütləvi informasiya vasitələrində 29 aprel 2020-ci il tarixində Abşeron rayon Qobu qəsəbə sakini, 1991-ci il təvəllüdlü Anar Bəkirovun həyat yoldaşını qətlə yetirməsi barədə məlumat öz əksini tapıb.

    Bununla bağlı Komitənin əməkdaşları Abşeron rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla əlaqə saxlayaraq, hadisə haqqında məlumat əldə ediblər. Məlum olub ki, bir azyaşlı övladı olan Abşeron rayon sakini Anar Bəkirov həyat yoldaşını aralarında baş vermiş mübahisədən sonra qətlə yetirib. Abşeron rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu”nun üzvləri və psixoloqu azyaşlının vəziyyətini nəzarətə götürmək məqsədi ilə ailəyə baş çəkiblər. Rayon icra hakimiyyətindən Komitəyə daxil olmuş məlumata əsasən, uşaq hazırda əmisinin himayəsindədir və onun psixoloji durumu sabitdir.

    Ailə Komitənin nəzarətindədir. Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq, istintaq işləri davam etdirilir.

    Yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən azyaşlının qanunvericiliyə müvafiq şəkildə qəyyumluğa verilməsi ilə bağlı tədbir görüləcəkdir”, – deyə məlumatda bildirilib.

  • Abşeron ərazisində avtomobilləri qarət edən şəxslər saxlanılıb – FOTO

    Abşeron rayonunda avtomobillərdən oğurluq edən dəstə saxlanılıb.

    APA-nın yerli bürosunun məlumatına görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində bir neçə avtomobildən oğurluq edən dəstə üzvləri ifşa edilib.

    Hadisəni törətməkdə şübhəli bilinən Fərid Heydərli, Valid Salmanov, Elxan və Babək İbadov qardaşları saxlanılaraq istintaqa təhvil verilib.

    Qeyd edək ki, Elxan və Babək İbadov qardaşlarını bu cinayət əməlinə Fərid Heydərli və əvvəllər məhkum olunmuş Valid Salmanov təhrik edib. Onlar avtomobilləri soymaqla bərabər, Qobu qəsəbəsində bir “Mercedes” markalı avtomobili də qaçırıblar.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Sərhədlər bağlı olsa da, narkotik maddələr Avropaya yol tapır

    Koronavirus səbəbindən sərhədlər bağlı olsa da, narkotik maddələr Avropaya yol tapmaqda davam edir.

    “Reuters” bu barədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklə və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (UNODC) istinadla xəbər yayır.

    Bildirilir ki, son zamanlar Avropada əvvəlki vaxtlara nisbətən, daha çox narkotik aşkar edilir.

    Narkotikin Avropaya əsasən Latın Amerikası ölkələrindən, xüsusilə meyvə yeşiklərində gizlədilərək gətirildiyi qeyd edilir.

    Hüquq-mühafizə orqanları Avropanın Latın Amerikası ölkələrindən idxala qadağa qoymadığı üçün bu üsulu “möhtəşəm addım” adlandırırlar.

    Bəzi mütəxəssislər hesab edirlər ki, sərhədlərin bağlanması Avropaya narkotik daşınmasına ümumiyyətlə təsir etməyib.

    2020-ci ilin ilk rübündə qitədə 17,5 ton kokain aşkar edlib. Bu, 2019-cu illə müqayisədə 20 faiz çoxdur.

  • Abşeronda qadın bıçaqla özünə xəsarət yetirdi

    Abşeron rayonunda 35 yaşlı qadın ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

    “Report”un məlumatına görə hadisə, rayonun Mehdiabad qəsəbəsi Bağlar məhəlləsində qeydə alınıb.

    Belə ki, 1985-ci il təvəllüdlü Həsənova Mükafat Ələmdar qızı bıçaqla ehtiyatsız davranması nəticəsində özünə xəsarət yetirib.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş diaqnozu qoyulub.

  • XİN: Vətəndaşlarımızın ölkəyə qayıtması üçün bütün addımlar atılacaq

    “Koronavirus pandemiyası ilə əlaqədar bu günə kimi xaricdə olan 15 mindən artıq azərbaycanlı Vətənə gətirilib. Bundan sonra da yerdə qalan vətəndaşlarımızın ölkəyə qayıtması üçün bütün addımlar atılacaq”.

    Median.Az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı deyib.

    O bildirib ki, “Evə gedirəm” portalı vasitəsilə qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, Rusiyada qalan azərbaycanlılar ölkəyə gətirilir: “İlkin mərhələdə 548 vətəndaşımız ölkəyə gətirildi. Növbəti mərhələdə də yerdə qalan şəxslərin ölkəyə gətirilməsi üçün işlər görülür”.

  • “Qalatasaray”ın prezidenti xəstəxanaya yerləşdirildi

    Türkiyənin “Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilib.

    “Report”un DHA-ya istinadən məlumatına görə, həkimlər dərhal ondan koronavirusla bağlı analiz götürüblər.

    Ancaq testin nəticəsinin mənfi çıxdığı və klub prezidentində xəstəliyin simptomlarının aşkarlanmadığı bildirilib. Daha sonra isə M.Cengizə qan köçülürüb.

    “Qalatasaray”ın prezidenti növbəti həftənin bazar ertəsi gününə qədər xəstəxanada qalacaq.

  • “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda onlayn mətbuat konfransı keçirildi – YENİLƏNİB

    İndiki pandemiya şəraitində vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə əlçatanlığının asanlaşdırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən müasir innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görülür.

    Nazirlikdən “Report”a verilən məlumata görə, bu ərəfədə əhaliyə yeni elektron və mobil xidmətlər təqdim olunaraq, məhkəmə qərarlarının icrası ilə əlaqədar Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda borcun və digər ödənişlərin onlayn qaydada həyata keçirilməsi imkanı yaradılıb. Həmçinin mobil notariatın imkanları genişləndirilərək vətəndaşlara yeni – nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi xidməti istifadəyə verilib, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə proseslərinin videokonfrans şəkildə keçirilməsi məqsədilə xüsusi proqram modulu hazırlanaraq tətbiqinə başlanılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qərarlarına uyğun olaraq Ədliyyə Nazirliyində aprelin 30-da “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda video-əlaqə vasitəsilə onlayn mətbuat konfransı keçirilib, ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığın genişləndirilməsinə yönələn bu innovasiyalar ictimaiyyətə təqdim olunub.

    Tədbirdə nazirliyin aidiyyəti struktur və yerli qurumlarının rəhbər və məsul işçiləri, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, Azərbaycan Mətbuat Şurasının, vətəndaş cəmiyyəti institutlarının və çoxsaylı KİV-lərin təmsilçiləri iştirak ediblər.

    Mətbuat konfransında pandemiya dövründə nazirlik tərəfindən görülən tədbirlər, xüsusi rejim şəraitində ədliyyə orqanlarının fəaliyyətinin təşkili və innovasiyaların tətbiqi barədə çıxışlar edilib, faydalı diskussiyalar aparılıb.

    Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən qəti tədbirlər çərçivəsində ədliyyə orqanlarında və məhkəmələrdə pandemiyaya qarşı zəruri profilaktik və qabaqlayıcı tədbirlər görülüb, bu məqsədlə nazirlik üzrə xüsusi Əmr imzalanıb.

    Həmçinin ədliyyə işçiləri və hakimlər dövlət başçısının və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışlarına qoşularaq sosial həmrəylik nümayiş etdirdib, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr, xüsusi qayğıya ehtiyacı olan ahıl və tənha vətəndaşlara müvafiq yardımlar olunub.

    Məhkumların həyat və sağlamlıqlarının qorunması məqsədilə penitensiar müəssisələrin gücləndirilmiş iş rejimində fəaliyyəti, virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı məhkumlara həssas və humanist münasibət bəslənilərək dövlət başçısının əfv Sərəncamı ilə 176 nəfərin azadlığa buraxıldığı, həmçinin davamlı xarakter alan cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutunun tətbiqinin intensivləşdiyi qeyd olunub.

    Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərə birdəfəlik ödəmələrin verilməsi üçün çoxsaylı fərdi məlumatlar təhlil edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunduğu vurğulanıb.

    Qeyd olunub ki, ədliyyə xidmətlərinə əlçatanlığın asanlaşdırılması məqsədilə innovasiyaların tətbiqi genişləndirilib, nazirliyin rəsmi saytının “Vətəndaşlar üçün əlaqə” və “İnteraktiv əlaqə” bölmələrinin funksionallığı artırılaraq elektron qaydada müraciət etmək imkanları artırılıb, əhaliyə vətəndaşlara məsafədən xidmətlərin göstərilməsi genişləndirilib.

    Mətbuat konfransında nazirlik tərəfindən yeni istifadəyə verilən innovasiyalar barədə məlumat verilərək borcun, o cümlədən aliment, kredit, cərimə və digər ödənişlərin “ASAN ödəniş, “Elektron hökumət” portalları və müxtəlif mobil tətbiq vasitəsilə nağdsız və ya müvafiq terminallar vasitəsilə nağd şəkildə həyata keçirilməsi, “Mobil notariat” tətbiqi üzərindən nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi, həmçinin xüsusi proqram modulu vasitəsilə məhkəmə proseslərinin videokonfrans şəkildə keçirilməsinin təşkil edilməsi vurğulanıb.

    Tədbirdə vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri tərəfindən mövzu ilə bağlı çıxışlar edilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, sual-cavab sessiyası keçirilərək, jurnalistlərin maraqlandıran suallar ətraflı cavablandırılıb.

  • У премьер-министра России выявили коронавирус

    Премьер-министр Российской Федерации Михаил Мишустин заявил, что у него выявлен коронавирус.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом он сообщил на встрече с президентом РФ В.Путином.

    Исполняющим обязанности премьер-министра станет первый вице-премьер Андрей Белоусов.

    Президент Путин пожелал Михаилу Мишустину скорейшего выздоровления.