Month: April 2020

  • Aygün Bəylər erməni ifaçı ilə oxuduğu duetdən danışdı – VİDEO

    Xalq artisti Aygün Bəylərin məclislərin birində erməni ifaçı İlona Nersesova ilə birgə “Tut ağacı” mahnısını duet şəklində ifa etməsi cəmiyyət tərəfindən “linç” edilib.

    Median.Az xəbər verir ki, izləyicilərin haqlı narazı ilə qarşılaşan sənətçi “Xəzər TV”də yayımlanan “Səni axtarıram” sosial-ictimai proqramda qalmaqallı məsələyə aydınlıq gətirib.

    “Bunu səhv kimi qəbul etmək olmaz. Səhnəyə çıxan heç kimdən biz nə passport, nə də sənəd istəyirik. Söylənilən kimi, o heç özü də erməni deyil. İlona İsraildə yaşayır. Həmin video 18-19 il bundan öncə çəkilib. Belə bir zamanda bu cür şeylər etmək olmaz. İnsanların qəlbi onsuz da kövrəkdir. Xüsusilə musiqiçi adamların”.//oxu.az

  • Azərbaycana gəlmək istəyən vətəndaşlarımız sərhədə toplaşır – XİN-dən AÇIQLAMA + VİDEO

    Rusiyadan ölkəmizə qayıtmaq istəyən 1400-1500 Azərbaycan vətəndaşı Dağıstanda sərhəd-buraxılış məntəqəsində çox çətin vəziyyətlə üz-üzə qalıb.

    Baku TV-nin qaynar xəttinə daxil olan müraciətlərə əsasən, vətəndaşlarımızın müəyyən hissəsi Dağıstandakı həmvətənlərimizin köməyi ilə üç hotelə yerləşdirilib.

    Pul qarşılığında avtobuslarda gecələyənlərlə yanaşı, məscidlərə də sığınanlar var.

    Daha ətraflı videosüjetdə:

  • Elmar Məmmədyarovun Toivo Klaar ilə telefon danışığı olub

    Aprel 29-da Xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə telefon söhbəti baş tutub.

    Bu barədə “Report”a Xarici İşlər Nazirliyin Mətbuat xidməti idarəsindən məlumat verilib.

    Tərəflər qlobal pandemiya ilə mübarizə çərçivəsində bölgədəki son vəziyyət, eləcə də Avropa İttifaqı ölkələrinin hazırkı durumu ətrafında ümumi fikir mübadiləsi apardılar və bu xüsusda beynəlxalq əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini qeyd ediblər.

    Telefon söhbəti zamanı tərəflər xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər.

    E.Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsinə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə video-konfrans şəklində baş tutmuş görüşü barədə məlumat verdi, danışıqların formatının və gündəliyinin dəyişilməz qaldığını qeyd edib.

    O, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsinin, o cümlədən Ermənistan silahlı qüvvələrin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının və məcburi köçkünlərin öz üvlərinə və mülklərinə geri qayıtmasının vacibliyini vurğulayıb.

  • Elxan Məmmədovun sədrlik etdiyi UEFA komitəsi iclas keçirdi

    UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) büro iclası keçirilib.

    “Report”un məlumatına görə, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar iclas videozəng formatında təşkil olunub. İclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, müvafiq komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.

  • Milli Məclisin yeni Baş prokuroru təsdiqləyəcəyi vaxt məlum oldu

    “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələnin Milli Məclisdə müzakirə olunacağı vaxt açıqlanıb.

    “Report”un xəbərinə görə, məsələ parlamentin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

    Qeyd edək ki Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

  • Календарь и молитва шестого дня месяца Рамазан

    Завтра шестой день священного месяца Рамазан.

    Согласно календарю месяца Рамазан, объявленному Управлением мусульман Кавказа (УМК), время имсака 30 апреля – в 04:02, а время ифтара – в 19:50.

    Молитва, которую произносят после имсака:

    “Аллахумма ля тахзульни фихи литаарруди ма’сиатик Уа ля тадрибни бисийати наки́матик Уазахзи́хни фи́хи мин муджиба́ти са́хатик Биманникя уа айади́кя йа му́нтаха рагхбатир рагхибин”

    Перевод:

    “О, мой Аллах! Убереги меня в этот день от позора за прегрешения мои! Не наказывай меня розгами возмездия! И отдали меня в этот день от дел, могущих разгневать Тебя!
    Заклинаю Тебя благами, дарованными Тобою, о наисладчайшая Мечта всех мечтающих!”.

    Молитва, читаемая перед разговением (ифтар).

    “Аллахумма лака сумту ва аля ризкика афтарту ва алейка таваккалту. Бисмиллахир-Рахманир-Рахим. Я василь-магфирати игфирли”.

    Перевод:

    “О Аллах! Ради Тебя я держал пост, в тебя уверовал и на тебя лишь уповаю, разговляюсь тем, что ты мне послал. Прости, о прощающий мои грехи, прежние и будущие!”

    Да примет Аллах ваш пост!

  • Ramazan ayının altıncı gününün imsak və iftar vaxtları

    Sabah Ramazan ayının altıncı günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 30-da imsak vaxtı saat 04:02-də, iftar vaxtı isə 19:50-dədir.

    Altıncı günün imsak vaxtı üçün duasını təqdim edirik:

    Duanın oxunuşu: “Əllahummə lə təxzulni fihi litəərruzi mə`siyətik, və la təzribni bisiyati nəqimətik, və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadik, ya muntəha rəğbətir-rağibin”.

    Tərcüməsi: “İlahi, Öz minnət və qüdrətinlə məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə, məni qəzəb şallaqları ilə vurma və məni bu gün qəzəbinə tuş gələn günahlardan uzaqlaşdır, ey arzu edənlərin son arzusu!”

    İftar duası:

    Duanın oxunuşu: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli”.

    Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm”.

    Allah orucunuzu qəbul etsin!

  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı – STATİSTİKA

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 29-na olan statistik göstəriciləri açıqlayıb.

    “Report” xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 765 test edildiyi bildirilib.

    Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 137 379 test aparılıb.


    Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 49 yeni yoluxma faktı qeydə alınıb və 1 nəfər ölüb. Ölkədə ümumilikdə koronavirusa 1 766 yoluxma aşkarlanıb. Onlardan 1 267-si sağalıb, 23-ü ölüb. Hazırda aktiv xəstə sayı 476-dır.

    Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

  • В Абшероне без вести пропал 19-летний молодой человек

    Молодой человек из Абшеронского района, вот уже несколько дней, как пропал.

    Как передает Report, Абдыев Амин Рамин оглы, 2001 года рождения, проживающий в поселке Хырдалан, на 9-й улице, 22, 25 апреля вышел из своего дома и не вернулся.

    Он был одет в спортивный костюм, в рубашку с короткими рукавами и красные кроссовки. Его родственники обратились в Абшеронское районное управление полиции по поводу его исчезновения.

    Всех, кто видел или имеет какую-либо информацию о молодом человеке на фотографии, просим связаться по номеру по следующим номерам: (055) 792-06-06, (070) 618-15-48.

  • Abşeronda 19 yaşlı gənc itkin düşüb

    Abşeron rayonunda gənc oğlan bir neçə gün əvvəl yoxa çıxıb.

    “Report” xəbər verir ki, Xırdalan şəhəri, Quşçuluq Y/M, 9-cu küç, ev 22 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Abdıyev Amin Ramin oğlu aprelin 25-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

    On doqquz yaşlı gənc evdən çıxarkən əynində idman dəsti, qısaqol köynək və qırmızı idman ayaqqabısı olub. Yaxınları onun itkin düşməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət ediblər.

    A.Abdıyevi görənlərdən aşağıdakı nömrələrə zəng etmələri xahiş olunur: (055) 792-06-06, (070) 618-15-48