Month: April 2020

  • Düşmən atəşkəsi pozdu, ordumuz minaatanlarla qarşılıq verdi

    Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

    Ermənistan tərəfinin iddiasının əksinə olaraq, bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub.

    Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub.

  • Karantində işləyən bərbər müştərisiylə birgə cəzalandırıldı

    Səbail rayonunda xüsusi karantin qaydalarını pozan bərbər salonu aşkar edilib.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı obyetin sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.

    Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.

  • Baş prokuror vəzifəsinə yeni namizədin təqdimatı Milli Məclisə daxil olub

    “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ Milli Məclisə daxil olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

    Məsələ yaxın vaxtlarda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılacaq.

    Qeyd edək ki, K.Əliyev Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviridir.

    Xatırladaq ki, hazırda Baş Prokuror Zakir Qaralovdur.

  • “Qəbələ”nin loqosunu oğurladılar – FOTO

    Türkiyə Həvəskarlar Liqasında 2017-ci ildə yaradılan “Maltepe Fındıklıspor” klubu loqosu ilə diqqət çəkib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbulda əsası qoyulan komandanın loqosu Azərbaycan təmsilçisi “Qəbələ”nin loqosunun oxşarıdır.

    Azərbaycanlı azarkeşlər buna etiraz edərək klubun səhifəsinə şərhlər yazsalar da, istanbul təmsilçisi fanatları blok edib. Azərbaycanlıların səhifəyə girişinə məhdudiyyət tətbiq edilib.

  • “Azərbaycanda koronavirusun ikinci dalğası başlaya bilər” – XƏBƏRDARLIQ

    Hazırda xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar bır sıra tədbirlər həyata keçirilir. Bu təbii ki, əhali arasında müsbət əhval-ruhiyyə yaradır. Lakin, unutmaq olmaz ki, hələ COVİD-19 təhlükəsi tamamilə aradan qalxmayıb.

    Karantin rejiminin yumuşaldılması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun şəkildə bəzi ayaqqabı təmiri mağazaları, geyim satışı ilə məşğul olan bəzi butiklər, telefon təmiri mağazaları fəaliyyətini bərpa edib.

    Bu halda insanlar müəyyən qədər karantin qaydalarını unudaraq gigiyenik normalara, sosial məsafəyə laqeyd yanaşmağa başlayır. Təəssüf ki, bu, yoluxma hallarının artmasına gətirib çıxara bilər və bu heç də arzu olunan hal deyil.

    Bəs karantin qaydalarının yumşaldılmasından istifadə edərək, küçələrə çıxan insanlar yoluxma hallarının artmasına səbəb ola bilərmi? Gigiyenik normalara riayət edilməməsi ölkədə koronavirus pandemiyasının ikinci dalğasını başlada bilərmi?

    Məsələ ilə bağlı ölkənin Baş infeksionisti Cəlal İsayev Oxu.Az-a danışıb. Onun sözlərinə görə, koronavirus pandemiyasının başlanğıc dövründə həyata keçirilən tədbirlərə ciddi şəkildə riayət olunmalıdır:

    “Mövcud karantin rejimi yavaş-yavaş yumşaldılır. Lakin bu heç də təhlükənin tamamilə aradan qalxması demək deyil. Əhali arasında yaranan müəyyən rahatlıq gigiyenik qaydalara riayət edilməli olduğunu unutdurur. Bütün dünya ölkələrini cənginə alan COVID-19 infeksiyası çox ciddi və uzunmüddətli prosesdir. Bu günə qədər çəkilən maarifləndirici videoçarxlarda vətəndaşlara tövsiyə edilən zəruri profilaktik tədbirlər davam etdirilməlidir. Əks təqdirdə bu günə qədər atılan bütün addımlar, qabaqlayıcı tədbirlər öz əhəmiyyətini itirəcək”.

    C.İsayev onu da əlavə edib ki, əhali arasında virusa yoluxma hallarının artması pandemiyanın ikinci dalğasının başlanğıcı ola bilər:

    “Gigiyena qaydalarına ciddi riayət edilməsə, pandemiyanın ikinci dalğası başlaya bilər. Bu isə özü ilə bərabər daha böyük təhlükələr gətirər. Xəstəliyin dinamikasında artım olarsa, yumşaldılan karantin rejimi yenidən sərtləşdirilə, hətta müvafiq məhdudiyyətlərin müddəti daha da uzadıla bilər. Bu səbəbdən, bu gün hər şey insanların özündən asılıdır. Məhdudiyyətlər nisbətən azaldılsa da, hər bir şəxs gigiyena qaydalarına riayət etməli, əllərini tez-tez yumalı, tibbi maska və əlcəklərdən istifadə etməlidir. Mümkün qədər özünütəcrid prosesinə əməl olunsa, yaxşıdır. Xüsusilə, yaşı 65-dən yuxarı olan vətəndaşlar diqqətli olmaldırlar. İctimai yerlərdə, qapalı məkanlarda çox qalmamalı, sosial məsafəni, iki metrlik distansiyanı nəzərə almalıdırlar. Xəstəliyin ikinci dalğasının başlamasına şərait yaratmamaq üçün bütün profilaktik tədbirlərə riayət olunmalıdır”.

    Xatırladaq ki, ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində “Evdə qal!” “Sağlam qal” həştəqləri ilə sosial çarxlar hazırlanaraq maarifləndirici məlumatlar paylaşılır.

  • Azərbaycanda daha 49 nəfərin koronavirusa yoluxduğu aşkarlandı

    Azərbaycan Respublikasında 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd olunub.

    Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, xronik obstruktiv ağciyər xəstəliyi və ürəyin işemik xəstəliyi olan 1944-cü il təvəllüdlü vətəndaş vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 1766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1267 nəfər müalicə olunaraq sağalıb, 23 nəfər vəfat edib, 476 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 137.379 test aparılıb.

  • Saxlama müddəti saxtalaşdırılmış məhsullar müsadirə edildi – VİDEO

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) növbəti dəfə reyd keçirib.

    AQTA-dan verilən məlumata görə, qənnadı məhsullarının saxlama anbarına baxış keçirilən zaman şirniyyat məhsullarında etiket məlumatlarının saxtalaşdırıldığına dair dəlillər aşkarlanıb.

    Daxil olan məlumat əsasında İbrahimov Aydın Əhməd oğluna məxsus saxlanma anbarına baxış zamanı Ukraynadan ölkəmizə idxal olunan “Sanyaşnikova” əmtəə nişanlı günəbaxan halvalarının etiket məlumatlarının saxtalaşdırıldığı və yeni tarixlər vurulduğu müşahidə edilib. Bəzilərində isə etiketlər sökülməyib və üzərindən yapışdırılıb.

    Saxta etiketlər şirniyyat qutularının üzərinə müxtəlif yapışdırıcı vasitələrlə bərkidilib.

    AQTA-nın sektor müdiri Pərviz Qafarzadə bildirib ki, qeyd olunan məhsullar maddi sübut kimi götürülüb. Bu məhsulların ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı müvafiq göstərişlər veriləcək.

    Qeyd edək ki, pozuntu aşkar olunan məhsulun saxlama müddəti beş ay nəzərdə tutulub. Aşkarlanan məhsullarda isə bu müddət dəyişdirilərək daha iki ay artırılıb.

  • Bakıda ağacların dibini betonlayan şirkət cəzalandırıldı

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bayıl qəsəbəsi, Ziya Yusifzadə ünvanında ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib.

    Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan “Sabah Residens” MTK tərəfindən 16 ədəd müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib.

    O qeyd edib ki, faktla bağlı akt tərtib olunub və “Sabah Residens” MTK hüquqi şəxs qismində 4000 manat məbləğində cərimə edilib: “Ağacların dibinin təmizlənməsi ilə bağlı MTK-ya Nazirliyin əməkdaşları tərəfindən göstəriş verilib və ağacların dibi şirkətin işçiləri tərəfindən betondan təmizlənib”.

  • Kim Çen Inla bağlı inanılmaz iddia: Koronavirusa yoluxduğu üçün gizlənib?

    Şimali Koreya lideri Kim Çen In koronavirus infeksiyasının yayılmasına görə gizlənmiş ola bilər.

    Bu barədə “The Guardian” yapon jurnalist Ciro İsimaruya istinadən məlumat yayıb.

    C.İsimaru Kim Çen Inın ölməsi barədə məlumatlara şübhə ilə yanaşıb. Onun sözlərinə görə, əks halda, sözügedən xəbər daha çox əks-səda doğurardı.

    “Belə bir fərziyyə var ki, ya o (Kim Çen In), ya da ətrafından kimsə koronavirusa yoluxub”, – deyə jurnalist bildirib.

    Jurnalist ehtimal edir ki, Şimali Koreya lideri ölkənin cənub-şərqindəki Vonsan şəhərində gizlənir, çünki onun qatarı ora istiqamətlənib. C.İsimaru, həmçinin, bütün bunların Kim Çen Inın hiyləgər planı ola biləcəyini və Şimali Koreya liderinin “hər kəsi barmağına doladığını” da istisna etməyib.

  • Koronavirusa görə dəniz sahilini camaşır suyu ilə yudular

    Koronavirusun ən çox yayıldığı Avropa ölkələri sırasında olan İspaniyada qeyri-adi hadisə baş verib.

    Median.Az HaberGlobal-a istinadən xəbər verir ki, İspaniyanın Zahara de los Atunes bələdiyyəsi sahildə dezinfeksiya işləri görüb.

    Dəniz kənarını yuyucu vasitəylə dezinfeksiya edən bələddiyə hər kəsin tənqidi ilə qarşılaşıb. Bunu sadəcə uşaqları qorumaq üçün etdiklərini bildirən bələddiyyə işçiləri sonradan bunun yalnız olduğunu etiraf ediblər.

    İnsanların göstərdiyi reaksiyadan sonra bələdiyyə sədri hər kəsdən üzr istəyib.