Month: April 2020

  • Fransada pandemiya qurbanlarının sayı 24 mini keçdi

    Fransada ötən sutkada 251 nəfər xəstəxanada, 184 nəfər isə qocalar evində olmaqla ümumilikdə 435 nəfər koronavirusun qurbanı olub.

    Median.Az xəbər verir ki, bunu ölkənin Həmrəylik və Səhiyyə Nazirliyi açıqlayıb.

    Məlumata görə, koronavirusdan ölənlərin sayı 24 087 nəfərə yüksəlib.

    Bundan başqa, yoluxanların sayı 1 607 nəfər artaraq 128 442 nəfərə çatıb.

  • Bakıda 23 yaşlı gənc bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında qeydə alınıb.

    Belə ki, 1997-ci il təvəllüdlü Cabir Əflatun oğlu (soyadı dəqiqləşdirilir-red) naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş yarası diaqnozu qoyulub.

  • Великобритания вышла на третье место в Европе по числу жертв COVID-19

    Великобритания вышла на третье место в мире по числу смертей, вызванный коронавирусом нового типа.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом объявил глава МИД Соединенного Королевства Доминик Рааб. Он отметил, что количество зарегистрированных в стране летальных исходов превысило 26 тыс.

    “Мы включили в статистику в общей сложности дополнительные 3 811 смертей”, – сказал Рааб, уточнив, что со среды статистика Минздрава будет включать умерших не только в больницах, как это было до настоящего момента, но и в домах престарелых, хосписах, а также у себя дома. “К сожалению, сегодняшние цифры показывают, что по сравнению с данными за прошлые сутки в стране умерло еще 765 пациентов с коронавирусом”, – добавил он.

    В результате изменения методики подсчета за одни сутки число отмеченных в стране смертей выросло с 21 678 до более чем 26 тыс. Таким образом, по этому показателю Великобритания теперь уступает лишь Италии и США. При этом, как подчеркнул Рааб, речь не идет о внезапном резком росте смертности. Обновленная статистика учитывает летальные исходы, имевшие место в Соединенном Королевстве с 2 марта по 28 апреля. При этом, по словам Рааба, учитываются случаи, когда заражение новым коронавирусом было подтверждено.

  • Britaniyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü

    Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 765 nəfər artıb.

    Median.Az xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

    Bununla da, krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 26 097 nəfərə çatıb.

    Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 4 076 nəfər artaraq 165 221 nəfərə yüksəlib.

    Qeyd edək ki, Böyük Britaniyanın XİN rəhbəri koronavirusdan ölənlərin statistikasını yeniləndiyini açıqlayıb. Belə ki, xəstəxanadan kənar, yəni ev, qocalar evi və ya hospisdə ölənlər də daxil edildikdə ümumi ölüm statistikasında əlavə 3 811 nəfərlik artım olub. Beləliklə, Böyük Britaniya koronavirusdan ölənlərin sayına görə İspaniyanı geridə qoyaraq dünyada 3-cü yerə qalxıb.

  • Rusiyada nazir koronavirusa yoluxdu

    Rusiyanın Tula vilayətinin səhiyyə naziri Aleksey Erkdə COVID-19 aşkarlanıb.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Tula vilayətinin hökuməti açıqlayıb.

    Məlumata görə, nazirin vəziyyəti yaxşı olduğuna görə işini davam etdirəcək.

    Xatırladaq ki, Rusiyada koronavirusa yoluxma faktlarının sayı 100 000-ə yaxınlaşıb. Ölkədə 972 nəfər pandemiyanın qurbanı olub.

  • Автомобиль опрокинулся в канал в Товузском районе, есть погибший и раненый – ФОТО

    В Товузском районе произошло тяжелое дорожно-транспортное происшествие со смертельным исходом.

    Как передает Oxu.Az, на территории села Хатынлы Товузского района Азер Юсифов (1984 г.р.) не справился с управлением автомобиля марки “ВАЗ 21099”, в результате чего “Жигули” вылетели в находящийся у дороги водоканал.

    Водителя и его пассажира Тогрула Гулиева (1999 г.р.) с травмами различной степени тяжести доставили в Центральную больницу Товузского района. К сожалению, врачам не удалось сохранить жизнь Т.Гулиева.

    По факту проводится расследование. По предварительным данным, причиной ДТП стало превышение допустимой скорости движения автомобиля.

  • Tovuzda yüksək sürət can aldı: Kanala aşan avtomobildə bir nəfər öldü, digəri yaralandı – FOTO

    Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

    Rayon sakini, 1984-cü il təvəllüdlü Yusifov Azər Səməndər oğlunun idarə etdiyi “VAZ 21099” markalı maşın yol kənarındakı kanala aşıb.

    Qəza nəticəsində A.Səməndərov və onun sərnişini 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon xəstəxanasına aparılıb.

    T.Quliyev həkimlərin müdaxiləsinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

    İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub. Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • Üç saatlıq SMS icazə işləri həll etmək üçün kifayət edir? – VİDEO

    Karantin rejimi dönəmində vətəndaşların icazə alması üçün nəzərdə tutulmuş SMS sistemi ilə bağlı bir çox narazılıqlar mövcuddur.

    İstifadəçilər SMS icazənin müvafiq işlərini həll etmək üçün yetərli olmadığını bildirirlər. Bu, həmin şəxsin yaşadığı ünvanla getdiyi yer arasındakı məsafədən asılıdır.

    Baku TV-nin əməkdaşları üç saatlıq SMS icazənin yetərli olub-olmadığını yoxlamağa çalışıb.

  • Mayın 4-dən Bakıya “böyük dönüş” başlayır? – VİDEO

    Bu gündən etibarən Bakı-Sumqayıt istiqamətində sərnişin axınının artması nəzərə alınaraq, bütün avtobuslar xəttə çıxarılıb.

    Eyni zamanda, şəhərlərarası daşımaların bərpasına dair fəaliyyət planı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanaraq, Nazirlər Kabinetinə təhvil verilib.

    Plana əsasən, karantin rejiminin gücləndirilməsinə görə regionlardan qayıda bilməyən Bakı və Sumqayıt şəhəri üzrə qeydiyyatı olan və paytaxtdan qeydiyyatda olduğu regionlara qayıda bilməyən sərnişinlərin, iş yerləri paytaxtda olan, ancaq region qeydiyyatında olan sərnişinlərin daşınması üçün bütün zəruri tədbirlər görülüb.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Dünyada koronavirusdan ölənlərin sayı 220 mini keçdi

    Dünyada koronavirusa 3 milyon 179 min 195 insan yoluxub.

    Virusdan ölənlər 220 min 685, sağalanlar isə 986 min altı nəfərdir.

    Qitələr arasında ən çox yoluxma (1 milyon 341 min 306) və ölüm halı (127 min 949) Avropada müşahidə edilir.

    Ölkələr arasında virusa yoluxanların sayına görə ilk üçlükdə ABŞ (1 milyon 45 min 717), İspaniya (236 min 899) və İtaliyadır (203 min 951). Ölüm hallarına görə isə ABŞ (60 min 83) İtaliya (27 min 682) İspaniyadan (24 min 275) irəlidədir.

    Azərbaycanın sərhəd qonşuları arasında virusa ən çox yoluxma Türkiyədə (117 min 589), ölüm halı isə İranda (5 min 957) qeyd edilir.