Month: April 2020

  • Xadimə işlədiyi evdən altı min manatlıq qızıl-zinət əşyaları oğurladı

    Bakının Suraxanı rayonunda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

    Bu haqda Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Əmircan qəsəbəsində 1963-cü il təvəllüdlü İlqar Aqilli adlı şəxsin mənzilindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaları yoxa çıxıb.

    Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbiri nəticəsində məlum olub ki, oğurluq hadisəsində zərəçəkən şəxsin evində xadimə işləyən Sultanxanım Əliyevanın (1966-cı il təvəllüdlü) iştirakı olub.

    Qeyd edək ki, S.Əliyeva əvvəllər də dələduzluq ittihamı ilə həbs edilərək cinayət məsuliyyətinə cəlb olunub.

    S.Əliyeva saxlanılıb, faktla bağlı cinayət işi açılıb.

    Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ötən gün paytaxtda 22 əmlak oğurluğu qeydə alınıb. Onlardan üçünün üstü açılıb. Həmçinin, əvvəllər baş vermiş 14 oğurluq hadisəsinin üstünü açmaq mümkün olub.

  • Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandı

    “Bizdə olan rəsmi məlumatlara görə, indiyədək Türkiyədə üç Azərbaycan vətəndaşı koronavirusa yoluxub”.

    “Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ARB24 telekanalına açıqlamasında deyib.

    Onun sözlərinə görə, həmin şəxslərdən ikisi artıq evə buraxılıb:

    “Çünki onların vəziyyətləri tam qənaətbəxşdir. Bir nəfər isə hələ ki xəstəxanadadır. Amma onun da vəziyyəti normaldır”.

  • Həkimlərə məşhur filmlərdə istifadə olunmuş kostyumlar ianə edildi – VİDEO

    İspaniyada həkimlərə filmlərdə və “Çernobıl” kimi məşhur seriallarda istifadə olunmuş kostyumlar ianə edilib.

    Bu barədə RT məlumat yayıb.

    “Biz bunun necə düzəldildiyini bilirik və emalatxanalarımızda xalatlar, maskalar, papaqlar və bu cür geyimlər hazırlanır”, – deyə filmlər üçün kostyum hazırlayan “Peris Costumes” kompaniyasının sahibi Havyer Toledo xəbər verib.

    Onun sözlərinə görə, müdafiə vasitələri qocalar evi, xəstəxana və şəhər şuralarına paylanılıb.

    Son məlumatlara görə, İspaniyada 152 446 nəfər koronavirusa yoluxub, 15 238 nəfər ölüb, 52 165 nəfər isə sağalıb.

  • Число погибших от коронавируса в Турции возросло до 908

    Число выявленных случаев заражения коронавирусом в Турции возросло за сутки более чем на 4 тысячи – с 38 226 до 42 282, общее число умерших увеличилось с 812 до 908.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил министр здравоохранения страны Фахреттин Коджа.

    “Сегодня проведено 28 578 тестов, выявлено 4056 новых случаев, всего заразившихся 42282. Мы потеряли сегодня 96 пациентов, всего умерших 908. Вылечились сегодня 296, всего 2142 пациента”, – написал Коджа в Twitter.

    Всемирная организация здравоохранения 11 марта объявила вспышку новой коронавирусной инфекции COVID-19 пандемией. По последним данным ВОЗ, в мире зафиксировано уже больше 1,35 миллиона случаев заражения, более 79,2 тысячи человек скончались.

  • İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlandı – 10 min işsizə vəsait ödəndi

    İlk olaraq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.

    Oxu.Az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

    Nazirlik rəsmisi qeyd edib ki, onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək:

    “Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər. Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin ediləcəklər”.

  • Türkiyədə koronavirusdan ölənlərin sayı 900-ü ötdü

    Türkiyədə daha 96 nəfər pandemiyanın qurbanı olub.

    “Report”un məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

    Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 908 nəfərə çatıb.

    “Bu gün 28 578 test keçirilib, 4 056 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 42 282 nəfərdir. Bu gün daha 296 pasiyent sağaldı, ümumi say 2 142 nəfərdir”, – nazir deyib.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 554 000-i ötüb. Bunların 345 133 nəfəri sağalıb, 91 817 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Ölkədə qeydiyyata alınmış neçə işsiz var?

    2020-ci il yanvarın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5190,1 min nəfər olub, onlardan 4938,5 min nəfərini ya 95,2%-ni məşğul əhali təşkil edib.

    Median.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilib.

    Qeyd edilib ki, hesabat ilində ölkədə işsizliyin səviyyəsi 4,8% təşkil edib:

    “2020-ci ilin yanvarın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1645,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914,5 min nəfər, qeyri-dövlət sektorunda isə 730,9 min nəfər təşkil edib.

    2019-cu ilin məlumatlarına əsasən bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,8 saat təşkil edib. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 81,3 min nəfərdir. İşsizlikdən sığorta ödənişinin orta məbləği 276,4 manat olub”.//qaynarinfo.az

  • Bu şəxslərə 5000 manat ödənilə bilər

    Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramına start verib.

    Qaynarinfo xəbər verir ki, Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydalarını və vəsaitlərin köçürülməsi mexanizmlərini şərh edib.

    N.Şirinov bildirib ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyəti məhdudlaşmış sahibkarlıq subyektlərinə maliyyə dəstəyi verilməsi məqsədilə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər çərçivəsində həmin sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi, onların sosial sığorta haqqları üzrə yüklərinin azaldılması, sahibkarların muzdlu işçilərinə ödədikləri əmək haqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi, fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.

    Sahibkarlıq subyektlərinin müraciət etmələrinin asanlaşdırılması ilə bağlı proqram təminatı hazırlanıb və aprelin 8-dən etibarən istifadəyə verilib. Aprelin 9-dan başlayaraq 10853 muzdlu işçisi olan 1000-dən yuixarı vergi ödəyicisi olan hüquqi şəxs və 600-dən çox fərdi sahibkar maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət edib.

    N.Şirinov müraciətlərin göndərilməsi qaydası və mexanizmləri barədə də məlumat verib. Bildirilib ki, İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) pandemiyadan zərər çəkmiş sahələr üzrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xüsusi bölmə yaradılıb. Vergi ödəyiciləri İnternet Vergi İdarəsində mövcud olan şəxsi kabinetləri vasitəsilə həmin bölməyə daxil olaraq əmək ödənişləri üzrə alt bölməni seçməklə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə dəstəyin göstərilməsi ilə bağlı müraciət edə bilərlər. Müraciət edilərkən vergi ödəyicisinə dair reyestr və uçot məlumatları proqram tərəfindən avtomatik olaraq doldurulur. Bu, vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı, onun VÖEN-i, aktiv bank hesabları barədə məlumatlar, 1 mart tarixinə və müraciət tarixinə işçi sayı barədə məlumatlardır. Sahibkar tərəfindən isə pandemiyadan zərər çəkdiyi sahə və həmin sahədə fəaliyyət göstərən işçilərin sayı barədə məlumatlar sistemə daxil edilir, həmçinin vəsaitlərin hansı banka ödənilməsi ilə bağlı qeyd aparılır.

    Bu qeydlər aparıldıqdan və müvafiq düymə sıxıldıqdan sonra avtomatik rejimdə daxil edilmiş məlumatların yoxlanılması həyata keçirilir. Bu yoxlamalar zamanı sistem tərəfindən bir sıra uyğunsuzluqlar aşkarlana bilər. Məsələn, müraciət edən sahibkarın riskli vergi ödəyiciləri ilə əməliyyatlar apardığı ortaya çıxa bilər. 1 mart tarixinə göstərilən işçi sayı ilə müraciət tarixinə olan işçi sayı ilə müqayisədə kəskin azalmalar, bank hesabının aktiv olmadığı müəyyən edilə bilər. Bu halda sistem tərəfindən həmin sahibkara müvafiq mesajlar verilir. Uçot məlumatlarında olan uyğunsuzluqların aradan qaldırlması ilə bağlı sahibkar müvafiq düzəlişləri edib yenidən müraciət edə bilər.

    Elektron müraciətlər bütün yoxlama mərhələlərini keçdikdən sonra, hazırlanmış reyest məlumatları gün ərzində Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyində açılmış tranzit hesab vasitəsi ilə sahibkarın müraciətində göstərdiyi bank hesabına vəsaitlərin ödənilməsi təmin olunacaqdır.

    N.Şirinov ödəniləcək vəsaitlərin məbləği ilə bağlı məsələlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, muzdlu işçilərə vəsaitlərin ödənilməsi prosesində Dövlət Statistika Komitəsi tərəfindən yanvar ayının sonuna ölkə üzrə orta aylıq əməkhaqqının məbləği – 712 manat əsas meyar olaraq götürülüb. Əgər muzdlu işçilərin aylıq əmək haqqı 712 manatdan azdırsa, onlara əvvəl aldıqları faktiki əmək haqqı, əgər çoxdursa o zaman 712 manat məbləğində vəsaitin hər bir muzdlu işçiyə ödənilməsi təmin ediləcək.

    N.Şirinov bildirib ki, həmin sahibkarın dövlət büdcəsinə vergi və ya sosial sığorta üzrə borcları olsa belə, məqsədli vəsaitlərin ünvana çatdırılması üçün banklardan sərəncamların geri götürülməsi təmin olunacaqdır.

    Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən işəgötürənlərin muzdlu işçilərinə əməkhaqlarının ödənilməsi 2 ay ərzində bərabər hissələrlə həyata keçiriləcək.

    N.Şirinov vurğulayıb ki, işəgötürənlər özlərinin sosial məsuliyyəti məsələsini də yaddan çıxarmamalıdır. Muzdlu işçilərin əməkhaqqının ödənilməsinə dəstək dövlət tərəfindən ünvanlı şəkildə aparılır. Vəsait yalnız təyinatı üzrə, işçilərə əmək haqqı kimi ödənilməlidir. Muzdlu işçilərin əməkhaqları, həmçinin onların fərdi sosial sığorta hesabında vəsaitlərin toplanmasının davam etməsi üçün sosial sığorta ayırmalarının da sahibkarın hesabına köçürülməsi təmin edilir. Vəsaitlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır, əks halda onlar dövlət büdcəsinə qaytarılacaq və müvafiq tədbirlər görüləcəkdir.

    Hazırlanmış proqram təminatlarında fərdi (mikro) sahibkarların da müraciət etməsi ilə bağlı alt bölmə yaradılıb. Fərdi (mikro) sahibkarlar da İnternet Vergi İdarəsində olan şəxsi kabinetləri vasitəsilə müvafiq alt bölmədən istifadə etməklə müraciət edə bilərlər. Bu zaman da, yuxarıda qeyd olunduğu kimi, müvafiq məlumatların bir hissəsi sistem tərəfindən elektron qaydada doldurulur. Bu, sahibkarın qeydiyyatda olduğu vergi orqanının adı, onun VÖEN-i və aktiv bank hesabları haqqında olan məlumatlardır. Sahibkar tərəfindən isə müraciətə müvafiq vergi rejimi barədə məlumatlar əlavə edilir. Belə ki, fərdi (mikro) sahibkarlar 4 vergi rejimindən birində fəaliyyət göstərdikdə, onlara vəsaitlərin ödənilməsi təmin ediləcəkdir. Bu rejimlərə sahibkarın 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi rejimində fəaliyyət göstərməsi, fərqlənmə nişanı əsasında daşıma fəaliyyəti ilə məşğul olması, sabit vergi qəbzi ilə fəaliyyət göstərməsi və dövriyyəsi 12 ay ərzində 200 min manatı keçmədiyi halda mikro sahibkar kimi gəlir vergisi rejimində fəaliyyət göstərməsi aiddir.

    Sahibkar sistemdə bu vergi rejimlərindən birini və vəsaitin ödəniləcəyi bank hesabını qeyd edir. Bundan sonra sistem tərəfindən doldurulmuş məlumatların emalı aparılır və bu halda da sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Uyğunsuzluqlar əsasən sahibkarın qeyd etdiyi vergi rejimi ilə uçot baza məlumatlarında olan vergi rejiminin üst-üstə düşməməsi və ya aktiv bank hesabının olmaması, 2019-cü ildə dövlət büdcəsinə ödənişlərin həyata keçirilməməsi ilə bağlı ola bilər. Uyğunsuzluq aşkarlandıqda sahibkara müvafiq mesaj göndərilir. Əgər məlumatlar doldurularkən uçot-baza məlumatlarında olan reyestr məlumatları ilə sahibkarın doldurduğu məlumatlar arasında uyğunsuzluqlar olarsa, sahibkara bu məlumatların dəqiqləşdirilməsi və yenidən müraciət etməsi üçün imkan yaradılır. Beləliklə, sistem tərəfindən müraciət qəbul olunduqdan sonra müvafiq emaldan keçir və gün ərzində Maliyyə Nazirliyinə göndərilir ki, müvafiq tranzit hesabdan sahibkarın göstərdiyi bank hesabına vəsaitin ödənilməsi təmin edilsin.

    Fərdi mikro sahibkarlara ödənişin həcmi minimum 250 manat təşkil edir. Əgər onun ödənişləri 2019-cu il ərzində 250 manatadək olubsa, həmin sahibkara 250 manat ödəniləcək. Əgər vergi ödənişləri daha böyük məbləğdə olarsa, sahibkarlara ödənilən vəsaitlərin məbləği 5000 manata qədər ola bilər.

    N.Şirinov bildirib ki, göstərilən parametrlər üzrə aprelin 9-dan etibarən İqtisadiyyat Nazirliyinin elektron sistemi və müvafiq proqram təminatı kütləvi müraciətlərin qəbuluna tam hazırdır. İdarə rəisi yalnız Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş sahələrdə fəaliyyət göstərən və pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət etməli olduqlarını xüsusi qeyd edib.

  • Britaniyada koronavirusdan ölənlərin sayı 8 minə çatır

    Böyük Britaniyada daha 881 nəfər koronavirusun qurbanı olub.

    “Report” xəbər verir ki, bununla da ölkədə pandemiyadan ölənlərin sayı 7 978-ə çatıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 550 000-i ötüb. Bunların 344 794 nəfəri sağalıb, 91 709 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • İtaliyada pandemiya qurbanlarının sayı 18 mini keçdi

    İtaliyada son 24 saatda 610 nəfər koronavirusun qurbanı olub.

    “Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

    Bununla da ölkədə pandemiya qurbanlarının sayı 18 279-a çatıb.

    Bildirilib ki, koronavirusa yoluxanların sayı da daha 4 204 nəfər artaraq 143 626-ya yüksəlib.

    İtaliyada koronavirusdan sağalanların sayı isə 28 470 nəfərdir.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 549 000-i ötüb. Bunların 344 794 nəfəri sağalıb, 91 666 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.