Month: April 2020

  • Qazaxda və Tovuzda karantini pozanlar cərimələndi

    Azərbaycanın bölgələrində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, gücləndirilmiş iş rejimində xidmət aparan Qazax Rayon Polis Şöbəsinin əməkdaşları sakinlər arasında profilaktik tədbirlər həyata keçirərək mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən, dezinfeksiyaedici vasitələrdən yararlanmağı tövsiyə edirlər.

    Bundan başqa, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barələrində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.

    Belə ki, araşdırmalar zamanı 68 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib, 1 şəxs barəsində isə rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.

    Eyni zamanda Tovuz rayonunda da xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsində RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejimində nəzarət edir.

    Belə ki, bu günə qədər polis əməkdaşlarının keçirdikləri reydlər zamanı 71 rayon sakini barədə xüsusi karantin rejiminin tələblərini pozduğuna görə inzibati qaydada tədbir görülüb.

  • Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatınının azaldılması ilə bağlı fikir ayrılıqlarını həll etməyə müvəffəq olub

    Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatınının azaldılması ilə bağlı əsas fikir ayrılıqlarını həll etməyə müvəffəq oldular.

    “APA-Economics”-in məlumatına görə, bu barədə “Reuters” və “The Wall Street Journal” anonim mənbələrə istinadən xəbər verirlər.

    “WSJ” həmçinin qeyd edir ki, OPEC və digərləri gündə 20 mln. barelin bazardan necə çıxarılması üzərində işləyirlər. Qeyd olunur ki, Rusiya ilə Səudiyyə Ərəbistanı hasilatı gündə ən az 10 mln. barel azaltmaq barədə razılığa gəlməyə yaxındırlar.

    “Səudiyyə Ərəbistanı, aprel ayından başlayaraq hasilatı gündə 4 mln. barel azalda bilər … Razılaşmaya əsasən Rusiya isə hasilatı gündə 2 milyon barel azalda bilər”, – qəzet yazır.

  • Koronavirusun gözlərdən keçdiyini göstərən 3 əlamət – Oftalmoloqdan AÇIQLAMA

    Amerika Oftalmoloqlar Akademiyasının araşdırmalarına əsasən. koronavirus xəstəliyi (COVİD-19) yalnız ağciyər, ürək və damar sistemini deyil, eyni zamanda gözləri də zədələyərək, viral konyunktivit adlı xəstəlik yarada bilir.

    Median.Az medicina.az-a istinadən oftalmoloq, Amerika Oftalmoloqlar Akademiyasının üzvü Günel Xalıqverdiyevanın koronavirusun gözlərdə əsas əlamətləri və necə qorunmaq barədə geniş açıqlamasını təqdim edir:

    ” Virus yoluxması gözlərdə 3 əsas əlamətlə özünü biruzə verir: qızartı, sulanma və yaş axma.

    Lakin bu əlamətlər yalnız COVİD-19 xəstəliyi ilə bağlı yaranmayaraq, digər göz xəstəliklərinin də ilkin əlaməti ola bilər. Xoşbəxtlikdən koronavirus xəstəliyinə yoluxan insanların yalnız 1-3 %-də qırmızı göz əlamətləri müşahidə olunmuşdur.

    Pandemiya dövründə xəstəliyin yoluxmasının azalması və gözlərinizin qeydinə qala bilmək üçün bəzi qaydalara mütləq riayət olunmalıdır.

    Gözlərinizi ovmayın!

    Dezinfeksiya olunmamış (ən az 60%-li spirt, dezinfeksiyaedici məhlul) çirkli əllərinizlə gözlərinizə toxunmayın!

    Havada və ya əşyalar üzərində olan virus hissəcikləri əlinizdən gözün selikli qışasına keçərək xəstəliyin yoluxma riskini artıra bilər.

    Optik linzaların istifadəsindən imtina edin!

    Görmə qabiliyyətinin artırılması üçün yalnız optik eynəklərə üstünlük vermək məsləhətdir.

    Qoruyucu eynəklərdən istifadə edin!

    Xüsusilə insanların daha çox kütləvi olduğu yerlərdə (xüsusilə market və s.) qoruyucu eynək istifadəsi tövsiyyə olunur. 100 faizli qorunma yaratmasa belə gözünüzə düşə bilən virus hissəciklərinin xeyli hissəsinin qarşısı alınmış olur.

    Acıq hava şəraitində və insanlarla sıx təmasın olmadığı məkanlarda qoruyucu eynək istifadə etməyinizə ehtiyac yoxdur.

    Göz damlalarının istifadəsindən öncə mütləq əllərinizi
    20 saniyə ərzində sabun və bol su ilə yuyun!

    Xüsusilə də quru göz sindromu, qlaukoma, uveit, koyunktivit, diabetik retinopatiya və s. xəstəliklərindən əziyyət çəkən insanlar gözlərinə davamlı olaraq dərman tökmək məcburiyyətindədirlər. Onlar əllərinin sterilliyinə xüsusi fikir verməlidirlər.

    Gözünüzdə virus konyunktivitinin əlamətlərini qızartı, sulanma, yaşaxma hiss etdiyiniz zaman panika etməyin və həkiminizlə əlaqə yaradın. O, sizə nə etməli olduğunuzu deyəcək!

  • В Италии число жертв коронавируса превысило 18 тысяч

    Число жертв коронавируса в Италии за сутки выросло после двух дней падения – скончались 610 человек, их общее число достигло 18279.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом заявил глава службы гражданской обороны Италии Анджело Боррелли.

    “Зараженными на сегодня являются 96 877 человек, за день их число возросло на 1615 человек” , – сказал Боррелли на брифинге в четверг вечером.

    Число жертв коронавируса за сутки возросло на 610, отметил Боррелли. Таким образом, их число возросло до 18279. В среду было зарегистрировано 542 летальных исхода, днем ранее – 610 .

    “Число выздоровевших возросло до 28470, за день прирост 1979 человек”, – добавил глава службы ГО.

  • Koronavirusun profilaktikası üçün sadə üçul açıqlandı

    Rusiya Səhiyyə Nazirliyi koronavirusun profilaktikası üçün sadə üsulu açıqlayıb.

    Lenta.ru bu barədə Nazirliyin saytında yerləşdirilən sənədə əsasən məlumat yayır.

    Sənəddə koronavirusun profikatikası üçün natri-xlorid qarışığını buruna damcılatmaq lazım olduğu bildirilir.

    Bu vasitə burunun selikli qişasında toplanan, infeksiya mənbəyi olan bakteriya və mikrobları məhv edəcək.

    Eyni zamanda, kəskin virus infeksiyalarına yoluxan zaman istifadə etdiyiniz və vaxtilə bununla bağlı həkiminizin məsləhət bildiyi, qoruyucu funksiyaları olan dərmanlardan da istifadə edilməsi tövsiyə edilir.

  • Milli Məclisin karantin postunu qıran əməkdaşının FOTOLARI

    Xəbər verdiyimiz kimi, Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçan Rəmzi Şükürov Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb.

    Hadisə ictimailəşəndən sonra Aparat rəhbəri onun işdən çıxarılması ilə bağlı əmr imzalayıb.

    Unikal.org Milli Məclisin işdən çıxarılan əməkdaşı Rəmzi Şükürovun fotolarını əldə edib.

  • Число инфицированных коронавирусом в Грузии достигло 218 человек

    Число заразившихся новым коронавирусом (COVID-19) в Грузии достигло 218 человек.

    Как передает АПА, об этом говорится в сообщении специального интернет-сайта правительства Грузии по борьбе с коронавируусом.

    Сообщается, что в стране находятся на карантине 4722 человека, на стационарном лечении – 408 человек. Из инфицированных вирусом 50 человек выздоровели, 3 человека скончались.

    Отметим, первый случай заражения коронавирусом в Грузии был подтвержден 26 февраля.

  • Koronavirus görə zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb

    Koronavirus (COVID-19) pandemiyasının və dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən Tədbirlər Planının icrasını təmin etmək məqsədilə koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb.

    Maliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu gün, aprelin 9-da Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən İqtisadiyyat Nazirliyinin təqdim etdiyi ilkin sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 698 vergi ödəyicisinə 1 mln. 728 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 533 fərdi (mikro) sahibkara isə 637 min manat vəsait onların müvafiq bank hesablarına köçürülüb.

    Tədbirlər Planına uyğun olaraq sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin ödənilməsi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında Xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdiriləcəkdir. Həmin sifarişlər pandemiya nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq Maliyyə Nazirliyinə təqdim olunur.

  • Gürcüstanda koronavirusa yoluxanların sayı 218 nəfərə çatıb

    Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 218 nəfərə çatıb.

    APA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

    Bildirilib ki, hazırda ölkə üzrə karantində 4722 nəfər saxlanılır, stasionar müalicədə isə 408 nəfər var. Virusa yoluxmuş şəxslərdən 50-si sağalıb, 3 nəfər isə vəfat edib.

    Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

  • Подростки тоже будут получать единовременную выплату – Официально

    “Предусмотренная для безработных единовременная выплата (190 манатов) будет также выдаваться трудоспособным детям в семье, являющимся фактически безработными и не получающим никаких социальных выплат”.

    Об этом сообщили в Министерстве труда и социальной защиты населения.

    Так, если в семье и муж и жена безработные, социальная выплата будет осуществлена одному из них, а также другим членам семьи (сын или дочь), если они безработные и не получают социальных выплат.

    Единовременная выплата охватит как зарегистрировавшихся в качестве безработных до 1 апреля 2020 года, так и тех, кто зарегистрировался в период особого карантинного режима. Обращение достаточно подать один раз.

    Кроме того, возможность получения единовременной выплаты получают лица с просроченным удостоверением личности.

    Для обращения в режиме онлайн следует посетить без регистрации раздел “онлайн обращение” на портале министерства e-sosial.az и встать на учет. Обращение осуществляется с указанием номеров удостоверения личности и FİN в разделе “Направление”, где можно встать на учет как ищущий работу или безработный, а также сняться с учета.

    Лица без интернета могут обратиться по телефону в соответствующие районные центры занятости.