Month: April 2020

  • Vilayət Eyvazov rəisi işdən çıxardı

    Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

    Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polkovnik-leytenant Müslüm Quliyev vəzifəsindən azad edilib.

    O, sərəncama götürülüb.

    Nazirin digər əmri ilə Aqil Ələsgərov Suraxanı RPİ-nin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

  • Aralıq dənizində yanan gəmidəki azərbaycanlılar xilas edilib

    Gürcüstan dənizçiləri Aralıq dənizində yanan BELLATRIX gəmisinin 12 nəfərlik heyətini xilas ediblər.

    Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

    Gürcüstanın İctimai Televiziyasına açıqlamasında üçüncü dərəcəli kapitan Georgi Tuşmalişvili bildirib ki, yanan gəminin heyət üzvləri altı gürcüstanlı dənizçinin çalışdığı, Panama bayrağı altında üzən ARIFE yük gəmisinə götürülüb.

    Xilas edilənlərə müvafiq tibbi yardım göstərilib, onların həyatı üçün təhlükə olmadığı bildirilib. Yanan gəminin heyət üzvləri İtaliya limanlarından birinə çatdırılıb.

    Xilas edilənlər arasında Rusiya, Ukrayna, Azərbayan, Türkiyə və Hindistan vətəndaşları olub.

  • Sosial mediada koronavirusla bağlı paylaşma rekordu qıran 10 yalan (VİDEO)

    Koronavirusla əlaqəli ehtimali və gerçək olmayan yazılar sosial mediada koranavirusun gedişatından daha tez yayılır…

    Bu yazılar bəzən xəbər mediamızdan, bəzən də ayrı-ayrı şəxslər üzündən səhifəmizə düşə bilir…

    Bəs bütün bu paylaşımlar doğrudurmu?

    Xeyr, hər şeydə olduğu kimi, koronavirus haqqında hər paylaşım da həqiqətə uyğun deyil!

    Beləliklə, Qaynarinfo Oda.tv-yə istinadla sosial mediada koronavirusla bağlı paylaşma rekordu qıran 10 yalanı təqdim edir:

  • Gürcüstandakı azərbaycanlılara ərzaq yardımı göstəriləcək

    Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Azərbaycanlı İş Adamları Birliyində (AZEBİ) təmsil olunan şirkətlərin maliyyə dəstəyi ilə ölkədə ərzaq yardımı kampaniyası keçiriləcək.

    Bu barədə “Report”un yerli bürosuna səfirlikdən məlumat verilib.

    Bildirilib ki, sabahdan start götürəcək kampaniya Gürcüstanda yaşayan azərbaycanlılar və bu ölkədə müvəqqəti olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.

    Yardım kampaniyası çərçivəsində ümumilkdə 1000 ailəyə ərzaq məhsulları təqdim olunacaq. Qida məhsullarının Tbilisi şəhəri, azərbaycanlıların sıx yaşadıqları Marneuli və Bolnisi rayonları, Kaxeti və digər bölgələrdə paylanılması mərhələli şəkildə həyata keçiriləcək.

  • Dövlət Agentliyindən xəbərdarlıq: Bu şəxslərin icazəsi ləğv edilsin!

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır.

    Dövlət Agentliyindən daxil olan məlumata görə, təhlillər zamanı müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə hüquqi şəxslərin vəzifəli şəxsləri və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər tərəfindən işçilər barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilərkən “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının tələblərinin pozulması hallarına yol verilib.

    “Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən 2020-ci il 9 aprel tarixindən etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunur:

    – xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;

    – fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;

    – yaşı 65-dən yuxarı olan, karantin rejiminində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.

    Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunur ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər. 2020-ci il 10 aprel tarixindən başlayaraq karantin rejimi qaydalarına zidd olan icazələr portaldan avtomatik rejimdə ləğv ediləcək, eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat veriləcəkdir”, – deyə məlumatda qeyd olunub.//qaynarinfo.az

  • İtaliyada son sutkada koronavirusdan ölənlərin sayı azalmağa doğru gedir

    İtaliyada COVID-19 infeksiyasından ölənlərin sayının azalması dinamikası, həmçinin yeni koronavirusa yoluxma halları davam edir.

    APA “Euronews”a istinadən xəbər verir ki, Apennin yarımadasında son 24 saat ərzində 542 nəfər koronavirus infeksiyasından öüb. Bu, 19 mart tarixindən bu yana ən aşağı gündəlik göstəricidir.

    Gün ərzində 3836 yeni yoluxma da aşkar edilib, bu, son iki gündəkindən bir qədər çoxdur, ancaq 17 mart tarixindən bəri üçüncü ən aşağı göstəricidir.

  • Britaniyada daha 938 nəfər koronavirusdan ölüb

    Böyük Britaniyada koronavirusdan ölənlərin sayı son sutka ərzində 938 nəfər artaraq, ümumilikdə 7097 nəfərə çatıb.

    APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Ölkədə koronavirusa yoluxanların sayı isə 60 733 nəfərə çatıb.

  • Britaniyanın Baş Nazirinin səhhəti yaxşılaşır

    Britaniyanın Maliyyə naziri Boris Consonun vəziyyətinin yaxşılaşdığını bildirib.

    APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Britaniyanın Maliyyə naziri Rişi Sunak hökumətin koronavirusla bağlı keçirdiyi günlük konfransda reanimasiyada olan Baş Nazir Boris Consonun vəziyyətinin yaxşılaşdığını deyib.

    “Baş Nazir öz yatağında otura bilir və onu müalicə edən həkim heyətilə çox müsbət ünsiyyət qurur”, – deyə Rişi Sunak bildirib. O, həmçinin Britaniyanın ölkə daxilindəki xeyriyyə cəmiyyətləri üçün 750 milyon funt-sterlinq dəyərində büdcə ayıracağını təsdiqləyib.

    Xatırladaq ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra B.Conson 11 gün ev şəraitində karantində olub. Ancaq o, sonuncu videomüraciətində bildirib ki, onda virusun simptomları hələ də özünü göstərir və onun yüksək hərarəti var. Aprelin 5-də B.Conson müayinə üçün xəstəxanaya göndərilib. Baş Nazir həkimin məsləhəti ilə xəstəxanaya aparılıb. Baş Nazirin ofisi B.Consonun xəstəxanaya getməsinin təcili hal olmadığını, ehtiyat xarakterli olduğunu deyib. Aprelin 6-da isə Baş Nazir koronavirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib.

    Qeyd edək ki, B.Consonun xəstəxanada olması səbəbi ilə hazırda Böyük Britaniya hökumətinə müvəqqəti olaraq XİN başçısı Dominik Raab rəhbərlik edir.

  • В Турции начали отслеживать соблюдение карантина через смартфоны

    Власти Турции начали отслеживать соблюдение режима домашней изоляции инфицированными коронавирусом с помощью операторов мобильной связи.

    Как сообщает АПА, об этом говорится в полученном РИА Новости в среду сообщении администрации президента страны.

    “Изоляция несет большую важность для предотвращения заражения COVID-19 от тех, чьи тесты дали положительный результат. Минздравом Турции при участии операторов телефонной связи с целью наблюдения за заразившимися и для предупреждения распространения вируса разработана программа наблюдения за соблюдением изоляции во время пандемии. Проект получил все необходимые разрешения и реализуется в рамках закона”, – говорится в документе.

    Отмечается, что программа отслеживает передвижение зараженного коронавирусом владельца телефона. Если он выйдет на улицу, то ему на телефон придет предупреждение, а также телефонный звонок, в котором ему напомнят о необходимости соблюдать изоляцию. Если же больной не прислушается к предупреждениям и будет продолжать нарушать режим изоляции, информация об этом будет передаваться в органы безопасности, и к нарушителю будут применены необходимые меры.

    Всемирная организация здравоохранения 11 марта объявила вспышку новой коронавирусной инфекции COVID-19 пандемией. По последним данным ВОЗ, в мире зафиксировано уже почти 1,28 миллиона случаев заражения, более 72 тысяч человек скончались.

  • Белый дом объявил о назначении Кейли Макинэни пресс-секретарем президента США

    Белый дом официально объявил о назначении Кейли Макинэни пресс-секретарем президента США Дональда Трампа и переводе главы пресс-службы Пентагона Алиссы Фарах на пост директора по стратегическим коммуникациям.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом говорится в распространенном в среду сообщении.

    “Президент США Дональд Трамп объявил сегодня [в среду] о включении Кейли Макинэни и Алиссы Фарах в аппарат Белого дома. Макинэни станет пресс-секретарем Белого дома, а Фарах – директором по стратегическим коммуникациям, – отмечается в тексте. – Кроме того, советник высокого ранга аппарата Белого дома Бен Уильямсон будет советником по коммуникациям”.

    Макинэни ранее была пресс-секретарем кампании по переизбранию Трампа на предстоящих в ноябре 2020 года выборах.

    Белый дом во вторник сообщил о том, что пресс-секретарь американского лидера Стефани Гришэм покидает свой пост и переходит обратно в офис первой леди Меланьи Трамп. Гришэм будет исполнять обязанности главы аппарата и пресс-секретаря супруги американского лидера. О причинах кадровых перестановок не сообщалось.

    Гришэм работала пресс-секретарем Трампа с июня 2019 года.