Month: April 2020

  • ABŞ Prezidentinə yeni mətbuat katibi təyin edilib

    Ağ Ev Keyli Makineninin ABŞ Prezidenti Donald Trampın mətbuat katibi vəzifəsinə təyin edildiyini rəsmən bəyan edib.

    Median.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Pentaqonun mətbuat xidmətinin rəhbəri Alisa Fərəh isə Strateji əlaqələr üzrə direktor təyin edilib.

    Qeyd edək ki, K. Makineni bundan əvvəl D. Trampın 2020-ci ildə keçiriləcək prezident seçkilərində təbliğat kampaniyasının mətbuat katibi vəzifəsinə təyin edilib.

    K. Makinenidən əvvəl ABŞ Prezidentinin mətbuat katibi vəzifəsində Stefani Qrişam çalışıb.

  • Müəllimindən hamilə qalmış məktəblidən son xəbər: “İmtina etməsə…”

    Hazırda tədbirlər görülür, cinayət işi ilə bağlı istintaq gedir, təqsirləndirilən şəxs həbs olunub. Qız sığınacağa yerləşdiriləcək, ona psixoloji və hüquqi yardımlar göstəriləcək.

    Median.Az xəbər verir ki, bu sözləri Lerik rayonunda azyaşlı qızın başına gələn hadisə ilə bağlı Teleqraf.com-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib:

    “Uşağın dünyaya gəlməsi üçün qıza dəstək olunacaq. Qızın psixoloji-intellektual vəziyyətindən asılı olaraq fərdi inkişafı ilə bağlı ona yardım ediləcək. Vəziyyəti normaldırsa, inkişafa meyillidirsə, biz əlimizdən gələni edəcəyik. Peşə reabiltasiyasına göndəriləcək, gələcəkdə işləməsi üçün şərait yaradılacaq”.

    Mehriban Zeynalova ki, qız azyaşlı olduğu üçün gələcəyi ilə bağlı qərarlar vermək tezdir: “Müəyyən dövr keçməlidir, qız 18 yaşa çatmalıdır. Bu müddət ərzində onun inkişafı ilə bağlı lazımı addımlar atılacaq, seminarlarda iştirakı, hansısa peşəyə yiyələnməsi təşkil olunacaq.

    Hazırda qız hamilə olduğu üçün kənar tədbirlərə ehtiyac yoxdur. Bəzi hallarda uşaqdan imtina olunur. Bunlar hələlik suallardır. Görüş zamanı hər şey bəlli olacaq”.

    Qeyd edək ki, aprelin 6-da Lerik rayonunun Kirəvud kəndinin 11-ci sinif şagirdinin kəndin 59 yaşlı rus dili müəllimindən 5 aylıq hamilə olduğu barədə məlumat yayılıb.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab edilib.

  • Число случаев коронавируса в США превысило 400 тысяч

    Число случаев заражения новым типом коронавируса в США превысило отметку в 400 тысяч.

    Как передает Median.Az со ссылкой на РИА Новостм, об этом следует из данных Университета Джонса Хопкинса.

    Всего в стране инфицированы 401 166 человек, число летальных случаев приблизилось к 13 тысячам. Выздоровели более 22,5 тысяч пациентов.

    Всемирная организация здравоохранения 11 марта объявила вспышку новой коронавирусной инфекции COVID-19 пандемией. По последним данным ВОЗ, в мире зафиксировано уже почти 1,28 миллиона случаев заражения, более 72 тысяч человек скончались.

  • Cavid Osmanov: “Onların yeganə arzusu bu virusun ölkəmizdə daha geniş yayılmasıdır”

    “Dünya ölkələri və xalqlarının koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda ermənipərəst qüvvələr tərəfindən maliyyələşən Milli Şura və onun ətrafında birləşən bir qrup şəxs ölkəmizin bu istiqamətdə gördüyü işlərə kölgə salmaq istəyir”.

    Bunu APA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

    C. Osmanov Milli Şuranın tutduğu mövqeni tənqid edib: “Bu ünsürlər ölkəmizdə həyata keçirilən tədbirləri özlərinin xeyrinə şouya çevirmək istəyirlər. Hələ koronavirus pandemiyasının yeni yaranma vaxtlarında ölkəmizdə çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirilib. Azərbaycan dövlətinin atdığı addımları dünyanın bir çox inkişaf etmiş ölkələri özlərində tətbiq edirlər. Təbii ki, həmin ölkələr bu tədbirlərin ölkəmizdə effektini görüb bunu edir. Azərbaycan Prezidenti İlham Əliyev koronavirus pandemiyasına qarşı effektli addımlar atıb, bu istiqamətə vəsait ayırıb, ölkəmizdə qısa müddət ərzində maska istehsal edən müəssisə yaradılıb, “Yeni klinika” istifadəyə verilib, ölkəmizin ən bahalı “5” ulduzlu otellərində insanlar karantinə yerləşdirilib, ən böyük xəstəxanalar bu virusa yoluxan insanların sağlamlığının qorunması istiqamətinə yönəldilib. Eyni zamanda Azərbaycan xalqı ölkə başçısı ilə həmrəylik nümayiş etdirərək, koronavirusa qarşı mübarizə fonduna ianələr köçürür. Belə bir məqamda bunlar bir daha öz çirkin siyasətlərini, niyyətlərini həyata keçirmək üçün bəziləri okeanın o tayında, bəziləri Avropanın ortasında, bəziləri isə daxildə oturaraq ermənipərəst qüvvələrin verdiyi vəsait hesabına dövlətin gördüyü bu işlərə ləkə gətirməyə, bununla xalq arasında təşviş yaratmağa çalışırlar”.

    Millət vəkili qeyd edib ki, onların yeganə arzusu bu virusun ölkəmizdə daha geniş yayılmasıdır: “Azərbaycan dövləti ilin əvvəlində atdığı addımlarla, karantin rejimi ərzində kütləvi tədbirlərin qarşısını almaq, insanlar arasında virusa yoluxmanı azalmaq məqsədilə karantin rejimini tətbiq edəndə radikal müxalifət, Milli Şura insanları kütləvi tədbirlərə dəvət edirdilər. Mən onları 5-ci “kolon”ovirus adlandırıram. Məqsəd məhz Azərbaycan xalqı arasında bu virusa yoluxanların sayının daha çox olmasıdır. Bunlar da öz məkrli niyyətlərini ortaya qoymaq üçün Azərbaycan dövlətinin bu virusun qarşısını ala bilmədiyi görüntüsünü yaratmaq istəyirlər”.

    C. Osmanov bildirib ki, həmin şəxslər neftin ucuzlaşmasını da toy-bayrama çevirirlər: “Çünki onlar yaxşı başa düşürlər ki, Azərbaycanın neftindən, qazından daha çox investisiya, vəsait, valyuta gəlir. Bu vəsaitlər isə Azərbaycan xalqının sosial rifah halının yaxşılaşdırılması istiqamətində xərclənir, Azərbaycan iqtisadiyyatının yaxşılaşdırılmasına yönəldilir. Neftin qiyməti düşən kimi hərəsi bir kamera qarşısında bunu toy-bayrama çevirir. Radikal müxalifət, Milli Şura, 5-ci “kolon”avirus öz məkrli niyyətlərini həyata keçirmək üçün 90-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olduğu zamanda etdiklərini təkrarlayır. Onlar istəyir ki, ölkəmizdə virusla bağlı təşviş yaransın, ölkəmizin iqtisadiyyatı çöksün”.

  • Senator Berni Sanders prezident seçkilərindən geri çəkilib

    Amerikalı senator Berni Sanders seçkiqabağı marafonda iştirakını dayandırıb.

    Median.Az-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun qərargahından bildirilib.

    B. Sandersin prezidentliyə namizədliyi Demokrat Partiyasından tərəfindən irəli sürülüb.

    Bundan sonra ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden Demokrat Partiyasından prezidentliyə vahid namizəd olub.

  • Kanadada koronavirusa yoluxanların sayı 18 433 nəfərə çatıb

    Kanadada yeni növ koronavirusa yoluxanlar 18 433 nəfərə çatıb, 401 nəfər vəfat edib.

    Median.Az-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl virusa yoluxanların sayı 17.8 min nəfər, ölənlər isə 380 nəfər təşkil edirdi.

    Ölkədə ümumilikdə 259 269 nəfər test edilib, 18 433 nəfərdə koronavirus aşkarlanıb.

  • Dövlət Agentliyi icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq edib

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır.

    Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, təhlillər zamanı müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə hüquqi şəxslərin vəzifəli şəxsləri və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər tərəfindən işçilər barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilərkən “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının tələblərinin pozulması hallarına yol verilib.

    “Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən 2020-ci il 9 aprel tarixindən etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunur:

    – xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;

    – fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;

    – yaşı 65-dən yuxarı olan, karantin rejiminində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.

    Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunur ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər. 2020-ci il 10 aprel tarixindən başlayaraq karantin rejimi qaydalarına zidd olan icazələr portaldan avtomatik rejimdə ləğv ediləcək, eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat veriləcəkdir”, – deyə məlumatda qeyd olunub.

  • Naftalanda ov tüfəngi ilə iti güllələyən şəxsin kimliyi bəlli olub – VİDEO

    Naftalan şəhərində naməlum şəxs ov tüfəngi ilə küçədəki iti güllələyib.

    Oxu.Az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb.

    Paylaşımda videonun ötən gün Naftalan şəhəri, Habil Əliyev küçəsi, 31 ünvanında yerləşən binanın qarşısında çəkildiyi qeyd olunub.

    Mövzu ilə əlaqədar Naftalan Şəhər Polis Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən Oxu.Az-a verilən məlumata görə, məsələ nəzarətə götürülüb. Artıq videogörüntülərdəki şəxsin kimliyi müəyyən olunub. Həmin şəxs Naftalan şəhər sakini Rəhimov Ədalət Qabil oğludur.

    Faktla bağlı şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görüləcək.

  • TƏBİB: Bakı və digər bölgələrdəki hotellər karantin məqsədilə ayrılıb

    “Bakıda və gömrük-keçid məntəqələrinə yaxın olan bütün hotellər, Atletlər kəndi, müxtəlif universitetlərin regionlardakı xüsusilə də Nabrandakı istirahət mərkəzləri – bütün bunlar karantin üçün ayrılıb”.

    APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Onun sözlərinə görə, ölkənin qərb, şimal və cənubundakı bütün 3, 4 və 5 ulduzlu hotellərdən karantin məqsədi ilə istifadə olunur.

  • Стала известна минимальная и максимальная сумма, которую выплатят в Азербайджане предпринимателям, пострадавшим от пандемии

    «Предпринимателям, пострадавшим от пандемии, будет выплачено не менее 250 манатов».

    Как сообщает АПА-Экономикс, об этом сказал министр экономики Микаил Джаббаров.

    По словам министра, максимальная сумма, которая будет выплачена предпринимателям, составляет 5 000 манатов.

    «Хотелось бы подчеркнуть, что у многих частных предпринимателей есть и наемные работники и наемные работники этих частных предпринимателей тоже смогут воспользоваться программой государственной поддержки», – отметил министр.