Month: April 2020

  • Koronaviruslu xəstələrdən 37-nin vəziyyəti ağırdır, onlardan 20-dən çoxu “Yeni klinika”da müalicə alır

    “Martın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Bakıda “Yeni klinika”nın açılışı oldu. Həmin günün səhərindən başlayaraq həmin klinikada yeni tip koronavirusa (Covid-19) yoluxan ağır xəstələrin yerləşdirilməsinə başlandı”.

    APA-nın məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

    R. Bayramlı qeyd edib ki, hazırda ölkə üzrə koronavirusa yoluxun aktiv xəstələrdən 37-nin durumu ağırdır: “Həmin xəstələrin 20-dən çoxu məhz “Yeni klinika”da müalicə alır”.

  • Bakıda cibgirlik edən şəxsin digər cinayətlər törətdiyi də aşkarlandı – FOTO

    Bakıda cibgirliklə məşğul olan şəxsin digər cinayətlər törətdiyi də müəyyən edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, paytaxt ərazisində sərnişin avtobusları və insanların sıx olduğu yerlərdə çoxsaylı cibgirlik cinayətləri etdiyi üçün Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Göyçay rayon sakini, əvvəllər 6 dəfə məhkum olunmuş Rövşən İsmayılovun başqa qanunazidd əməlləri də məlum olub.

    Ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə R.İsmayılovun paytaxt ərazisində daha 5 nəfərin cibindən mobil telefon, pul və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib.

    Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Rövşən İsmayılov paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

    Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Bakı şəhər Baş Polis İdarəsinə, ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.//milli.az

  • Pişiklərin sahiblərini ofisiant kimi gördükləri “sübut olundu” – VİDEO

    Sahibləri pişiklərə zəng vasitəsilə yemək istəməyi öyrədiblər.

    Bununla bağlı maraqlı kadrları “Ridus” nəşri yayımlayıb.

    Kadrlarda narıncı papaqlı iki pişiyin masa arxasında oturduqları görünür. Onlar pəncələri ilə zəngi basırlar, bundan sonra sahibləri yemək gətirir.

    Məlumata görə, ev heyvanları artıq gecələr də sahiblərindən yemək istəyirlər. Kadrlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

    Videoya “Nə şirin müştərilərdir!”, “İstənilən ofisiant belə qonağa şad olardı! Ancaq çay pulu yerinə bu “gənclər” bir az miylodayırlar”, “Onların necə də tələbkar “simaları” var”, “Bu gənclər nə istədiklərini bilirlər” kimi şərhlər yazılıb.

  • Ибрагим Мамедов: Если раздать деньги людям, то больше людей останется без работы

    «Кредиты не выдаются безработным. План мероприятий предполагает поддержку малому и среднему бизнесу, а также наемным работникам. Это и есть социальная поддержка должникам банков».

    Как сообщает АПА, об этом на пресс-конференции в оперативном штабе при Кабинете министров сказал глава пресс-службы Кабинета Министров Ибрагим Мамедов.

    По его словам, безработным будет выплачено 190 манатов, кроме этого будет оказана помощь в связи оплатой учебы их детей: «Что касается потребительских кредитов, государство оказывает поддержку кредитованию реального сектора. Проекты по инвестированию в инфраструктуру увеличивают занятость. Если раздать деньги людям, то больше людей останется без работы. Меры, предпринимаемые в данное время, отражают очень принципиальный подход».

  • Uhanda ailə həyatı qurmaq istəyənlərin sayı kəskin artıb

    Qonşu bölgələrlə sərhəd məhdudiyyəti aradan qalxan Uhan şəhərində nikah qeydiyyatı üçün müraciət edənlərin sayında kəskin artım müşahidə olunur.

    “Global Times” nəşri xəbər verir ki, nikah qeydiyyatını həyata keçirən xüsusi proqram müraciət edənlərin sayının çox olması səbəbindən yubanmalarla çalışır.

    Rəsmilər bildirilir ki, nikah üçün müraciət edənlərin sayı pandemiyadan əvvəlki dövr ilə müqayisədə üç dəfə çoxdur.

  • Azərbaycan – Ermənistan qarşılaşması ləğv olundu

    Beynəlxalq Basketbol Federasiyası (FIBA) bu ilin iyununda keçirilməsi planlaşdırılan bütün turnirləri ləğv edib.

    Median.Az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatı da bu il baş tutmayacaq.

    B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandiya ilə Andorra yığmaları da mübarizə aparmalı idi.

    Kiçik dövlətlərin Avropa çempionatının iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.

    FIBA yarış üçün ən yaxşı variantı hazırlamaqdan ötrü toplanacaq və mayda Şuranın növbəti iclasında təqdim edəcək.

  • Yaponiyada 40-dan çox şirkət müflis olub

    Bu ilin fevralından etibarən Yaponiyada azı 42 şirkət müflisləşmə prosedurunu işə salıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, həmin şirkətlər başlıca səbəb kimi koronavirusun yayılmasını göstərib.

    Müflisləşən şirkətlərin 70 faizi turizm və ictimai iaşə müəssisələri olub.

    Qeyd edək ki, bu günə qədər Yaponiyada 4 257 nəfər koronavirusa yoluxub, 93 nəfər həyatını itirib.

    Bu gündən etibarən paytaxt Tokioda, Osakada və digər 5 prefekturada fövqəladə vəziyyət elan edilib.

  • İnnovasiyalar Agentliyinin ilkin nizamnamə fondunun məbləği artırıldı

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb.

    Fərmanda deyilir:

    “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli 545 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 244) aşağıdakı dəyişikliklər edilsin:

    1. 3-cü hissədə “ilkin nizamnamə fondu 500 000 (beş yüz min)” sözləri “nizamnamə fondu 954 008 (doqquz yüz əlli dörd min səkkiz)” sözləri ilə əvəz edilsin.

    2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin Nizamnaməsi”nin 5.1-ci bəndində “ilkin nizamnamə fondunun məbləği 500 000 (beş yüz min)” sözləri “nizamnamə fondunun məbləği 954 008 (doqquz yüz əlli dörd min səkkiz)” sözləri ilə əvəz edilsin.

  • TƏBİB: В карантинных целях выделены отели в Баку и других регионах

    «Все отели в Баку и расположенные вблизи таможенных контрольно-пропускных пунктов, Деревня атлетов, центры отдыха различных университетов в регионах и в частности в Нахчыване – всё это выделено под карантин».

    Как сообщает АПА, об этом на пресс-конференции Оперативного штаба при Кабинете Министров сказал председатель правления TƏBİB Рамин Байрамлы.

    По его словам, все трёх-, четырех- и пятизвездочные отели на западе, севере и юге страны используются в карантинных целях.

  • Mikayıl Cabbarov: “Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına yönəlib” – VİDEO

    Nazirlər Kabinetinin koronavirus pandemiyası ilə əlaqədar sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə məqsədilə qəbul etdiyi Tədbirlər Planına əsasən, sahibkarlara və onların işçilərinə koronavirus pandemiyasından dəyən zərərin ödənilməsi proqramına bu gündən start verilir.

    Median.Az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, proses üç mərhələyə bölünüb.

    İlkin mərhələdə, hədəf pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi və mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsidir.

    Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınmasına hesablanmış bu proqram 300 min işçi, 42 min işəgötürən və bundan əlavə, təxminən 300 min fərdi və ya mikro sahibkarı əhatə edəcək. Bunun üçün zərərə məruz qalmış sahələr və zəruri meyarlar müəyyənləşdirilib. Dövlət muzdlu işçilərin əməkhaqqının saxlanmasına 215 milyon manat həcmində maliyyə dəstəyi ayırıb. Bu məbləğ iki bərabər hissəyə bölünərək aprel və may aylarında ödəniləcək. Bu ödənişlərin üstünə həm də dövlət sosial siğorta ayırmaları da hesablanaraq ödəniləcək. Əsas məqsəd hər bir işçinin gələcək sosial müdafiəsi təmin edilməsidir ki, perspektivdə pensiya ilə bağlı hər hansı problem yaşanmasın.

    Məsələyə münasibət bildirən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, müəssisələrin muzdlu işçilərə ödədiyi əmək haqqının dəstəklənməsi məqsədilə əsas meyar kimi ölkədə yanvar ayına olan orta əmək haqqı məbləği götürülüb: “Bu, 712 manat təşkil edir. Bu məbləğdən daha aşağı əmək haqqı alan hər bir işçinin əməkhaqqı tam həcmdə dövlət tərəfindən müəssisəyə ödəniləcək. Orta aylıq əmək haqqından daha çox alan işçi üçün maksimal hədd orta ayılıq əmək haqqı səviyyəsində müəyyən edilib”.

    Nazir bildirib ki, bu gündən həm də mikro və fərdi sahibkarlara da ödəniş proqramına start verilir: “300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyi ayrılıb. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir. Maliyyə dəstəyini tezləşdirmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində mövcud olan elektron kabinetləri vasitəsilə müraciət edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür”.

    İqtisadiyyat naziri qeyd edib ki, hər bir mikro və ya fərdi sahibkara ödənilən minimal məbləğ 250 manatdan az olmayacaq. Maksimal məbləğ isə 5 000 manat həcmindədir. Bir çox fərdi sahibkarların muzdlu işçiləri də var və bu şəxslər də dövlət proqramından yararlanacaq.

    Bununla yanaşı, iqtisadi fəallığın qorunması məqsədilə sahibkarlara vergi stimulları da veriləcək. Biznes kreditlərinə dəstək proqramlarına isə 1,5 milyard manat ayrılıb. Atılan addımlar sahibkarlara bu müddət ərzində yeni planlar qurmaq və bizneslərini inkişaf etdirmək üçün bir fürsətdir. Dövlət strukturları iş yerlərinin azaldılmaması, işçilərin ixtisar olunmaması, biznes itkilərini azaltmaq üçün sadalanan istiqamətlərdə fəaliyyət bərpa olunandan sonra da zəruri dəstəyi verəcək.

    M.Cabbarov bildirib ki, bütün bu dəstək tədbirləri, qəbul edilmiş proqramlar, sahibkarlığa kredit-zəmanət mexanizmi, vergi güzəştləri ilə bağlı qanunverici təşəbbüslər iqtisadi fəallığın qorunmasına yönəlib və ölkənin gələcək iqtisadi artımını təmin etmək üçün zəruri bazanı və elementləri özündə əks etdirir.