Month: April 2020

  • Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

    Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

    Azərbaycan və İran XİN başçıları koronavirus pandemiyası ilə mübarizə məsələsini müzakirə ediblər və bu mübarizədə həmrəy olduqlarını ifadə ediblər.

    İran XİN başçısı ölkəsinin pandemiya ilə mübarizə təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu vurğulayıb.

  • Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti uzadıldı

    Vətəndaşların müraciətləri nəzərə alınmaqla etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti xüsusi karantin rejimi bitənədək uzadılıb.

    Bu barədə Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərindən Trend-ə verilən birgə məlumatda bildirilib.

    Qeyd edilib ki, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş işsiz şəxslər də birdəfəlik ödəməni almaq üçün elektron qaydada müraciət edə bilərlər.

  • Nazirlər Kabineti rəsmisindən bank kreditləri ilə bağlı AÇIQLAMA

    “Bank kreditləri işsiz adamlara deyil, işləyənlərə verilir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    O, bank kreditlərinə güzəştlər barədə sualları da cavablandırıb:

    “Tədbirlər Planında pandemiya ilə əlaqədar yaranmış vəziyyətdə maaş almayan şəxslərə yardım nəzərdə tutulub. Bundan başqa, kiçik və orta sahibkarlığa da yardımlar diqqət mərkəzindədir. Bütün bu tədbirlər də elə kredit ödəyənlərə kömək deməkdir”.

  • Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxdu – RƏSMİ

    “Bu gün Azərbaycanda koronavirusa yoluxanlar arasında iki yaşında olan uşaq da var. Ən qocaman xəstə isə 90 yaşındadır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Onun sözlərinə görə, sağalanlar arasında 82 yaşlı xəstə var:

    “Sağalma orqanizmin virusa cavabından asılıdır. Dünya təcrübəsi də göstərir ki, koronavirusdan yanaşı gedən xəstəlikləri olan şəxslər vəfat edirlər. Ölənlər də, əsasən, onkoloji, ürək çatışmazlığı, revmotoloji xəstəlikləri olan, içdikləri dərmanların əlavə təsirləri yüksək olan xəstələrimizdir”.

    O qeyd edib ki, Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərləri daha riskli ərazilərdir:

    “Ona görə də böyük şəhərlərdə olan insanın üzərinə daha ciddi məsuliyyət düşür”.

  • Aprelin 20-dən sonra karantin rejimi artırıla bilərmi? – RƏSMİ AÇIQLAMA

    “Vəziyyətin daha sərtləşməsinə ehtiyac ola bilər. Faktlar göstərir ki, etmirik”.

    Bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

    O qeyd edib ki, bu dinamika qalarsa çox güman ki ayın 20-dən sonra nəinki uzadıla bilər hətta vəziyyət sərtləşdirilə bilər:

    “Statistika göstərir ki, vətəndaşlar rejimə əməl etmirlər”.

    Məlumat üçün bildirək ki, təkcə bu gün ölkədə daha 105 nəfər koronavirusa yoluxub. Koronavirus infeksiyasına yoluxmuş 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

  • Представитель Кабмина: В Азербайджане имеются возможности для обеспечения спроса на медмаски и спирт

    Сегодня в Азербайджане имеются все возможности для обеспечения растущего спроса на медицинские маски.

    Об этом на пресс-конференции оперативного штаба при Кабинете министров Азербайджана в среду сказал руководитель пресс-службы правительства Ибрагим Мамедов.

    По его словам, цены на медицинские маски и спирт останутся в разумных пределах, об увеличении их стоимости не может быть речи.

    “Самый лучший способ регулирования цен – стимулирование местного производства. Мощность нового предприятия по производству медицинских масок составляет 200 000 единиц в день. Также не прекращается их импорт в страну. В случае роста спроса на маски имеются возможности для расширения объемов их производства”, – сказал И.Мамедов.

    “Основное требование особого карантинного режима – оставаться дома. Если все будут сидеть дома, то и потребность в масках и спирте соответственно будет уменьшаться”, – сказал он.

  • Nazirlər Kabinetindən tibbi maska və spirtlə bağlı AÇIQLAMA

    “Bazar iqtisadiyyatında tələb-təklif amilləri qiyməti müəyyənləşdirir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, ölkədə situasiya elədir ki, tələbə əsasən təklifin artması mümkündür:

    “Amma qiymətin qalxmasından söhbət gedə bilməz. Maskalarla bağlı qiymətlər optimal həddə qalacaq. Qiyməti tənzimləməyin ən yaxşı yolu istehsalı artırmaqdır. Yeni müəssisənin istehsal gücü gündəlik 200 minə yaxındır və idxal da davam edir. Əgər tələb çoxalarsa, istehsalı artırmaq imkanı var”.

    “Xüsusi karantin rejimi evdə qalmağı tələb edir. Evdə qalsaq, maska və tibbi spirtə ehtiyacımız da azalar”, – deyə İ.Məmmədov qeyd edib.

  • В Азербайджане от COVID-19 вылечились еще 19 человек – ОФИЦИАЛЬНО

    В Азербайджане выявлено 105 новых случаев заражения коронавирусом (COVID-19), восемь инфицированных скончались.

    Об этом на пресс-конференции оперативного штаба при Кабинете министров 8 апреля заявил председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    По его словам, указанные данные учитывают и случаи заражения COVID-19 в Нахчыване.

    “Сегодня выздоровели 19 человек, они выписаны домой. В целом до сегодняшнего дня в стране коронавирусом заразились 822 человека, 63 из них вылечились.

    В настоящее время в Азербайджане 751 инфицированный COVID-19 продолжают лечение в больницах особого режима. До сегодняшнего дня в стране было проведено более 53 000 тестов. По сравнению с прошлыми днями, число инфицированных в Азербайджане растет”, – отметил Р.Байрамлы.

  • Azərbaycanda daha 19 nəfər koronavirusdan sağaldı – RƏSMİ

    “Azərbaycanda 105 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Virusdan ölənlərin sayı səkkiz nəfərdir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Onun sözlərinə görə, bu rəqəmlərin içərisində Naxçıvanda aşkar olunan hallar da var:

    “Bu gün 19 nəfər sağalaraq evə yola salınıb. Ümumilikdə, ölkədə 822 nəfər koronavirusa yoluxub. Ümumi sağalanların sayı 63 nəfərdir.

    Azərbaycanda 751 aktiv koronavirus xəstəsi var. Bu günə qədər 53 mindən artıq test edilib. Ötən günlərlə müqayisədə yoluxma hallarının sayı artır”.

  • В Азербайджане выявлено 105 новых случаев инфицирования COVID-19 – ВИДЕО

    В Азербайджане продолжают фиксироваться случаи инфицирования коронавирусом (COVID-19).

    Об этом на пресс-конференции оперативного штаба при Кабинете министров 8 апреля заявил глава пресс-службы Кабмина Ибрагим Мамедов.

    Он отметил, что сегодня в Азербайджане выявлено 105 новых случаев инфицирования COVID-19.