Month: April 2020

  • Турал Гянджалиев: Армянская община Нагорного Карабаха заинтересована в мирном сосуществовании с азербайджанцами

    Армянская община Нагорно-Карабахского региона Азербайджанской республики заинтересована в мирном сосуществовании в рамках международно признанных границ Азербайджана.

    Как передает АПА, об этом заявил руководитель азербайджанской общины Нагорного Карабаха Турал Гянджалиев. Он отметил, что среди тех, кто внимательно следит за деятельностью азербайджанской общины Нагорного Карабаха есть немало наших граждан из числа представителей армянской общины Нагорного Карабаха: «Несмотря на репрессивные меры управляемого Арменией марионеточного режима на оккупированных территориях Азербайджана, члены армянской общины связываются с нами и заявляют о готовности жить в мирных условиях бок о бок с азербайджанской общиной в рамках международно признанных границ Азербайджана.

    Всем известны факты попыток Армении принизить армянскую общину Нагорного Карабаха (проведение шоу с «выборами» в период пандемии и др.), это явление продолжается и сейчас. Однако, Армения, пытаясь, отвлечь внимание своих граждан от внутренних проблем, использует оккупацию азербайджанских территорий в качестве средства, продолжает незаконную деятельность на наших территориях вместо решения своих внутренних проблем, постоянно предпринимает провокационные шаги и делает провокационные заявления. Армянская община Нагорного Карабаха осознает, что превратилась в жертву всех этих игр и инструмент агрессии Армении против Азербайджана. Положительным явлением является то, что немало членов армянской общины Нагорного Карабаха понимает, что для достижения устойчивого мира и восстановление нормальной жизнедеятельности в регионе единственное решение конфликта возможно лишь в рамках территориальной целостности Азербайджана при мирном сосуществовании двух общин. Число этих лиц растет беспрерывно. Подтверждением тому являются многочисленные сообщения членов армянской общины Нагорного Карабаха, которые в последнее время поступают на аккаунты азербайджанской общины и на мою личную страницу в соцсетях».

    «Будучи избранным представителем Нагорно-Карабахского региона Азербайджанской республики, я хочу довести до внимания армянской общины, что анонимность лиц, отправивших нам сообщения, будет полностью сохранена в целях их безопасности до заключения итогового мирного соглашения. Азербайджанская община Нагорного Карабаха постоянно прилагает усилия для восстановления мира в регионе, мы оцениваем поддержку представителей армянской общины в данном процессе.

    Являясь депутатом города Ханкенди, еще раз хочу уверить, что я прилагаю все усилия, чтобы решить все трудности и проблемы жителей города, как армян, так и азербайджанцев. Жители города, будь то армянской (несмотря на давление оккупантской Армении) или азербайджанской национальности, могут присылать нам свои жалобы и предложения посредством соцсетей или же электронной почты.

    Еще раз хочу довести до внимания армянской общины Нагорного Карабаха: мы готовы к более широкому межобщинному диалогу во имя мира, и мы организуем это в скорейшем времени. Безусловно, территориальная целостность Азербайджана будет восстановлена в скором времени и все права и свободы обеих общин Нагорного Карабаха будут защищены в равной степени и на высоком уровне, в соответствии с Конституцией Азербайджанской республики», – отметил Т.Гянджалиев.

  • Tural Gəncəliyev: “Qarabağın erməni icması azərbaycanlılarla birgə yaşamaqda maraqlıdır”

    “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində azərbaycanlı icma ilə sülh şəraitində birgə yaşamaqda maraqlıdır”.

    Bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri, deputat Tural Gəncəliyev deyib.

    O qeyd edib ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini ən yaxından izləyənlər arasında Dağlıq Qarabağ bölgəmizin erməni icmasından olan xeyli sayda vətəndaşımız var.

    “Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni şəkildə idarə edilən qondarma rejimin repressiv davranışlarına rəğmən, erməni icmasının üzvü olan sakinlər bizimlə əlaqə saxlayaraq fəaliyyətimizi dəstəklədiklərini və azərbaycanlı icma ilə sülh şəraitində ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazır olduqlarını bildirmişlər.

    Heç kəsə sirr deyil ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının aşağılanmasına yönəlik faktlar (pandemiya dövründə “seçki” şousunun keçirilməsi və s.) mövcuddur və bu hal indi də davam etməkdədir. Amma Ermənistan öz daxilindəki bütün problemlərdən sadə vətəndaşların diqqətini yayındırmaq üçün daim Azərbaycan ərazilərinin işğalını bir vasitə kimi istifadə edir, Ermənistandakı problemləri həll etmək əvəzinə, torpaqlarımızda qanunsuz fəaliyyətini davam etdirir, daim təxribat xarakterli addımlar atır və bəyanatlar səsləndirir.

    Faktlar isə onu göstərir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması özlərinin bütün bu oyunların qurbanı olduqlarının, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün bir alətinə çevrildiklərinin fərqindədirlər. Müsbət haldır ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması daxilində bölgədə ədalətli və davamlı sülhə nail olunması və normal həyatın bərpası üçün münaqişənin yeganə həllinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində iki icmanın birgə mövcudluğundan keçdiyini anlayan şəxslərin sayı kifayət qədər çoxdur və artmaqdadır. Son dövrlər ərzində həm azərbaycanlı icmanın rəsmi sosial media hesablarına, həm də mənim şəxsi hesablarıma erməni icmasının nümayəndələri tərəfindən göndərilən çoxsaylı ismarıclar bunu deməyə əsas verir.

    “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq, mən, erməni icmasının diqqətinə çatdırmaq istəyirəm ki, onların bizə göndərdikləri müraciətlərin anonimliyi həmin şəxslərin təhlükəsizliyi naminə yekun sülh əldə olunanadək tam qorunacaq. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bölgədə sülhün bərpası üçün daim səy göstərir və bu prosesdə bizə dəstək olan bütün erməni icmasının nümayəndələrinin fəaliyyətimizə dəstəyini qiymətləndiririk.

    Xankəndi şəhərinin deputatı olaraq, şəhərin həm erməni, həm də azərbaycanlı sakinlərinin bütün qayğı və problemlərinin həlli istiqamətində çalışdığıma sizləri bir daha əmin etmək istəyirəm. Xankəndinin istənilən erməni əsilli sakini, eynilə azərbaycanlı sakinlər kimi işğalçı Ermənistanın təzyiqlərinə rəğmən sosial media və elektron poçt vasitəsilə bizə öz şikayət və təkliflərini göndərə bilərlər.

    Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasına bir daha bildirmək istəyirəm ki, biz, sülh naminə icmalararası daha geniş dialoqa hazırıq və bunu tezliklə təşkil edəcəyik. Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa ediləcək və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan hər iki icmanın bütün hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq bərabər şəkildə, ən yüksək səviyyədə qorunacaq”, – deyə Tural Gəncəliyev vurğulayıb.

  • Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinin yeni tərkibi məlum olub

    Azərbaycanın GUAM Parlament Assambleyasında nümayəndə heyətinin yeni tərkibi və rəhbəri təsdiqlənib.

    APA-nın məlumatına görə, millət vəkili Elnur Allahverdiyev bu barədə qeyd edib.

    E.Allahverdiyevin sözlərinə görə, bu qurumdakı nümayəndə heyətinə rəhbərlik edəcək.

    Millət vəkili bildirib ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı sıralarında birləşdirən GUAM ciddi potensialı olan regional təşkilatdır:

    “Təşkilat 1997-ci il oktyabrın 10-da yaradılıb. Əsas fəaliyyət prinsipləri iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, demokratik proseslərin sürətləndirilməsi, habelə bütün növ aqressiyalara, əsasən də etnik separatizm və dövlətlərin suverenliyinə qarşı yönəlmiş təhlükələrə qarşı vahid cəbhədən mübarizədir. GUAM PA qurumda birləşən dövlətlərin qanunverici orqanlarının koordinasiyalı şəkildə fəaliyyətlərini tənzimləmələri üçün əlverişli siyasi platformadır. Hər bir beynəlxalq təşkilatda fəal iştirak, Azərbaycanın milli maraqlarının təbliği, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması qarşımızda duran başlıca vəzifə olmalıdır. Prezidentimiz İlham Əliyev hesab edir ki, bu məqsədlərin reallaşdırılması üçün müdafiə deyil, daima aktiv hücüm diplomatiyasından istifadə etməli və düşmənə qarşı bütün çoxmillətli müstəvilərdə effektiv mübarizə nümayiş etdirməliyik. GUAM PA-nın da belə regional təşkilatlardan olduğunu nəzərə alaraq qeyd olunan istiqamətlərdə səylərimizi əsirgəməyəcəyik. Bu mübarizədə bizə dəstək olan bütün vətəndaşlarımıza öncədən təşəkkür edirəm”.

    Qeyd edək ki, GUAM PA-nın nümayəndə heyətinin üzvləri isə millət vəkilləri – Nəsib Məhəməliyev, Əli Məsimli, Fatma Yıldırım, Cavid Osmanov, Qüdrət Həsənquliyevdir.

  • В Баку мужчина перерезал горло жены на почве ревности – ВИДЕО

    В бакинском суде по тяжким преступлениям состоялся процесс по делу Ибрагимова Фаига Алигулу оглу, который перерезал сожительнице горло.

    Как передает Median.Az, суд приговорил его к 18 годам лишения свободы.

    Напомним, 10 июня 2019 года в 09:10 во дворе Научного центра хирургии имени Топчубашева, расположенного по улице Шарифзаде, житель Абшеронского района 38-летний Ибрагимов Фаиг Алигулу оглу нанес два ножевых ранения в области груди и горла, тем самым убив свою так называемую гражданскую жену – 41-летнюю Ибрагимову Хавер Ариф гызы.

    В результате проведенных оперативно-разыскных мероприятий мужчина был задержан сотрудниками 29-го отделения полиции.

    В ходе предварительного допроса задержанный показал, что в последнее время очень сильно ревновал ее. 10 июня он вооружился ножом и поджидал женщину во дворе Научного центра хирургии. Завидев ее, напал и перерезал горло.

    Ф.Ибрагимов заявил, что убил ее из-за измены.//oxu.az

  • Mingəçevir sakini Kürdə batarkən xilas olunub

    Mingəçevirdə çayda batan qadın xilas edilib.

    APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində baş verib.

    1991-ci il təvəllüdlü şəhər sakini Fərzəliyeva Bahar İman qızı çayda batmaq təhlükəsilə üzləşib. Ətrafdakıların çevik müdaxiləsi ilə qadan sudan çıxarılaraq xəstəxanaya çatdırılıb.

  • Bakıda iki avtomobil toqquşub – FOTO

    Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. “Kia” markalı avtomobilin sürücüsü idarəetməni itirib və onun avtomobili “Mercedes” markalı digər nəqliyyat vasitəsinə çırpılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Dövlət başçısı: “Sosial yardım alan vətəndaşların sayını artırmışıq”

    “Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilmişdir. Xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib”.

    Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə keçirilən videokonfransda deyib.

    Azərbaycan Prezidenti deyib:

    “Təbii ki, bu, bizim üçün böyük xərcdir. Vergi güzəştləri də nəzərə alınsa, bu gün bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur. Bu, bizim büdcəmiz üçün böyük yükdür, çünki neftin qiymətinin kəskin azalması bizim valyuta ehtiyatlarımıza mənfi təsir göstərəcəkdir. Ancaq bizim üçün bu dövr xərclərimizi artırmalı və yoxsul vətəndaşlarımıza və sahibkarlara yardım etməli olduğumuz dövrdür. Eyni zamanda, bu il biz ödənişli ictimai iş yerlərinin sayını da 2 dəfə artırmışıq. Burada minimal əməkhaqqı verilir və adətən bu, dövlət sektoruna aid olan iş yerləridir. Bu il belə iş yerlərinin sayı 90 min olacaqdır. Biz sosial yardım alan vətəndaşların da sayını artırmışıq. Hər bir belə ailəyə ayda 222 manat ödənilir və onların sayı 80 minə çatmışdır. Bununla yanaşı, 12 min insan üçün, – burada da 70 faiz artım var,- özünüməşğulluq imkanları yaradılıb.

    Beləliklə, bu, qeyd etdiyim mənfi təsirə məruz qalmış sahələrdə çalışan, habelə işlərini itirmiş vətəndaşlarımıza təqdim edilmiş iqtisadi və sosial paket haqqında məlumatdır”.

  • Эльман Рустамов о банках с аннулированными лицензиями

    Председатель Центрального банка Азербайджана (ЦБА) Эльман Рустамов сделал заявление в связи с двумя банками, лицензии которых были ЦБА аннулированы сегодня.

    Как заявил Эльман Рустамов в эфире АзТВ, 27 апреля в четыре банка были назначены администраторы, а сегодня отозвали лицензии у двух из них.

    “У одного из них – Atabank – были проблемы в течение длительного времени, вкладчики не могли вернуть свои деньги. Я неоднократно выражал свое мнение об этом банке и сказал, что как только срок закона “О полном страховании вкладов” будет продлен, вкладчики смогут вернуть свои деньги.

    Другой банк – Amrah Bank. Конечно, проблемы у этих банков возникли не сегодня, они не новы и не имеют ничего общего с пандемией коронавируса (COVID-19) и падением цен на нефть. Проблемы банков обсуждались в Совете по финансовой стабильности, и ЦБА были даны определенные рекомендации, на основании которых мы отозвали лицензии. Мы предоставим населению доступ к их депозитам в краткие сроки, переведем деньги в один из стабильных банков страны, и население сможет хранить или забирать свои деньги в этом банке”, – отметил он.

    Э.Рустамов также подчеркнул, что возвращение средств вкладчикам этих банков не будет осуществляться за счет государственного бюджета.

    “Оба банка являются членами Азербайджанского фонда страхования вкладов. Возврат средств будет осуществляться за счет уплаченных членских взносов. Эта проблема является консолидированным обязательством банков. Мы дадим им временные кредиты. Закрывшиеся банки будут погашать кредиты за счет средств, полученных от продажи активов. Есть возможность погасить кредиты через 4-5 лет”, – добавил Рустамов.

  • Azərbaycanda leysan və dolu – FAKTİVİ HAVA

    Milli Hidrometeorologiya Xidmətinin aprelin 28-i saat 21:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Xaçmaz, Quba, Qusar, Xaltan, Lerik, Kişçay (Şəki), Sarıbaş (Qax), Xınalıq, Şabran, Nabranda yağış, Şahdağ və Qrızda qar yağıb. Şimal-qərb küləyi arabir Tərtərdə 27 m/s, Naftalanda 26 m/s, Gəncə, Neftçalada 20 m/s, Bakıda 30 m/s, Sumqayıtda 24 m/s, Maştağada 19 m/s, Zabratda 18 m/s, Neft Daşlarında 17 m/s-dək güclənib.

    Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürluyu 2.8 metrə çatıb.

    Girdimançayda (İsmayıllı) güclü leysan yağış, dolu ilə müşahidə edilib. Yağıntının miqdarı 20 mm, dolunun diametri 2 mm olub.

  • Prezident: “Vaxtaşırı sərtləşdirdiyimiz məhdudlaşdırıcı tədbirlərin müsbət nəticəsi olub”

    “Biz ilk gündən real vəziyyətə əsaslanan tədbirlər görməyə başladıq. Vəziyyətin düzgün dəyərləndirilməsi və bu böhranla məşğul olunması üçün səmərəli komandanın yaradılması bizim üçün çox vacib idi. Azərbaycana bu virus qonşuluqdan gəldi və bunun qarşısını almaq üçün biz müvafiq addımlar atdıq və qonşu dövlətlərlə razılıq və birgə qərar əsasında sərhədlərimizi bağladıq”.

    Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə keçirilən videokonfransda deyib.

    Dövlət başçısı bildirib: “Hesab edirəm ki, biz bu qərarı vaxtında və digər ölkələrin bənzər qərarlarından tez verdik və beləliklə, zaman udmuş olduq. Biz görürük ki, bu virusla mübarizədə ən vacib məsələ vaxtdır, çünki heç bir ölkənin səhiyyə sistemi bu qədər böyük sayda yoluxmuş insanların müalicəsinə hazır deyil. Bu səbəbdən vaxtın qazanılması, səhiyyə sistemimizin hazırlanması, mütəxəssis və həkimlərimizin səfərbər edilməsi və düzgün idarəçiliyin qurulması əsas hədəflərimiz oldu.

    Daha sonra biz virusun ölkə ərazisində yayılmasının şahidi olduq və mart ayından etibarən məhdudlaşdırıcı tədbirlər həyata keçirməyə başladıq. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə daimi təmasdayıq və bu təmaslar davam edir. Biz vəziyyətin dəyərləndirilməsi üçün ölkəyə mütəxəssislərdən ibarət heyətin göndərilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına müraciət etdik və onlar bunu etdilər və daha sonra bəyanatla çıxış etdilər ki, Azərbaycan zəruri tədbirləri görür. Onlar da öz növbələrində, müəyyən tövsiyələrini verdilər. Daha sonra Ümumdünya Səhiyyə Təşkilatı bəyanat yayaraq Azərbaycanı koronovirusla mübarizə sahəsində nümunə kimi göstərmişdir.

    Məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmamışdır. Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu. Gördüyümüz bütün işlərin məqsədi budur və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik. Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik.

    Biz əlavə laboratoriyalar yaratmışıq və hazırda onların sayı 18-dir. Koronavirusa yoluxmuş pasiyentlər 22 dövlət xəstəxanasında, o cümlədən yeni istifadəyə verilmiş 575 çarpayılıq müasir xəstəxanada müalicə olunurlar. Hazırda karantin rejimində 2000-ə yaxın vətəndaşımız var və bu rəqəm aşağı düşməkdədir. Bu insanlar xaricdən gələnlər və onlarla təmasda olmuş şəxslərdir. Onlar 4-5 ulduzlu mehmanxanalarda yerləşdirilib və yüksək standartlara cavab verən şəraitlə təmin ediliblər.

    Vaxtaşırı sərtləşdirdiyimiz məhdudlaşdırıcı tədbirlərin müsbət nəticəsi olmuşdur və artıq iki həftədir ki, bizdə müsbət dinamika var. Yəni, sağalanların sayı yoluxanların sayından artıqdır. Ölüm faizinin nisbətən aşağı olması onu göstərir ki, işlər müsbət istiqamətdə aparılır. Dünəndən biz məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlamışıq.

    İqtisadiyyatımıza təsirə gəldikdə, əlbəttə, təsir mənfi olacaqdır. Bizim ilin əvvəlində müsbət perspektivlərimiz var idi. Hələ də ilin ilk rübünə nəzərə salsaq, artım 1 faizdir, qeyri-neft sektorunda artım 3 faiz təşkil edir, qeyri-enerji sahəsində artım isə 23 faizdir”.