Month: April 2020

  • Огтай Ширалиев рассказал об оперативности здравоохранения Азербайджана

    Из 10 миллионов человек коронавирусом были инфицированы 1 678, из них вылечились 1162, а 494 находятся на лечении в больницах.

    Как передает Median.Az, об этом в эфире передачи Hədəf телеканала АзТв сказал министр здравоохранения Азербайджана Огтай Ширалиев.

    По словам министра, причина этого заключается в оперативном реагировании здравоохранения Азербайджана:

    “В некоторых странах болезнь распространяется очень быстро. Однако, в результате принятых превентивных мер на начальном этапе, количество случаев заражения в нашей стране небольшое”, – отметил министр.

  • “WhatsApp”da koronavirusa görə yeni funksiya

    “WhatsApp” proramı koronavirus pandemiyası ilə əlaqədar yeni funksiyasını işə salıb.

    Belə ki, RİA-nın məlumatına görə, proqramda qrup şəklində audio-video zənglərdə iştirak edəcək istifadəçi sayına qoyulan limit artırılıb. Bundan sonra qrupa dörd deyil, səkkiz nəfər qoşula bilər.

    Bu funksiyanın aktivləşməsi üçün proqramı yeniləmək lazımdır.

    Proqramın yaradıcıları yeniliyi koronavirus pandemiyasına görə insanların onlayn danışıqlara olan ehtiyacı ilə əlaqələndiriblər.

  • Bakıda gənc oğlan naməlum şəraitdə bıçaqlanıb

    Bakının Yasamal rayonunda bir nəfər bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

    1988-ci il təvəllüdlü Şükürov Azim Məhərrəm oğlu naməlum şəraitdə bıçaq xəsarəti alıb. O, qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.

  • Səhiyyə naziri: “On bir xəstəliyə qarşı immunlaşma işləri görülür”

    “İllərdir Azərbaycanda immunlaşdırma, vaksinasiya işləri gedir. Məhz bunun nəticəsidir ki, bir çox idarəolunan infeksiyaların – qızılca, məxmərək və s. qarşısını ala bildik. Bizdə 11 xəstəliyə qarşı immunlaşma işləri görülür”.

    “Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəiyev AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı deyib.

    Nazir bildirib ki, 20-26 aprel tarixlərində immunlaşdırma həftəsi keçirilib.

    “Bu tədbirlər vaksinasiyadan yayınan uşaqlar üçün aparılıb. Çünki vaksinasiyaların aparılması mütləqdir. Əgər belə tədbirlər vaxtında görülməsəydi, bizdə də problemlər yarana bilərdi. Ümumdünya Səhiyyə Təşkilatı da buna görə daim Azərbaycanı dəstəkləyir”.

    Nazir vurğulayıb ki, immunlaşdırma aparılan və aparılmayan ölkələrdə koronavirusa yoluxmanın faiz nisbətlərinə də baxdıqda, belə qənaətə gəlmək olur ki, bu məsələnin də epidemiyaya təsiri var.

  • Огтай Ширалиев: В зависимости от ситуации карантин будет длиться столько, сколько потребуется

    Если заболевание приобретает эпидемический характер, то карантин необходим. В зависимости от ситуации карантин будет длиться столько, сколько потребуется.

    Как передает Median.Az, об этом в эфире передачи Hədəf телеканала АзТв сказал министр здравоохранения Азербайджана Огтай Ширалиев.

    По словам министра, один больной может заразить нескольких человек:

    “Эпидемиологический контроль здесь очень важен. На сегодняшний день в стране коронавирус выявлен у 1678 человек. Около 8000 человек были проверены на COVID-19. По сравнению с другими странами в Азербайджане нет никаких проблем в больницах и лечением пациентов. В некоторых странах существует проблема, поскольку в медицинских учреждениях нет мест. Мы строим больницы в связи с пандемией. Необходимые условия созданы также и в больницах, расположенных в регионах. Все это очень важно”, – отметил министр.

    О.Ширалиев также подчеркнул, что между министерствами здравоохранения всех тюоркоязычных стран должна быть создана совместная организация здравоохранения:

    “Это было идеей Президента Ильхама Алиева. Он подчеркнул важность создания организации среди тюркоязычных стран. Я думаю, что решение о создании рабочей группы по эпидемиологической ситуации было принято. Это поможет делиться мерами, проводимыми всеми странами против пандемии и держать ситуацию под контролем”, – сказал О.Ширалиев.

  • Xırdalanda 2 yaşlı uşağın üstünə dolab aşıb

    Abşeron rayonu, Xırdalan şəhərində körpə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Quşçuluq massivində baş verib.

    2018-ci il təvəllüdlü Quluzadə Yazgül Qafur qızı valideyn nəzarətindən kənar evdə dolabı üzərinə aşırıb. O, ağır xəsarət alıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

  • Oqtay Şirəliyev səhiyyə rəhbərlərinin onlayn görüşündən danışdı

    “Respublikamızda dəflərlə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionunun direktoru Hans Krügge vurğuladı ki, Prezident İlham Əliyevin səhiyyəyə olan diqqəti və siyasi dəstəyi nəticəsində Azərbaycan səhiyyəsinin gözəl infrastrukturu və maddi texniki bazası var və çox fəal işləyir”.

    Median.Az xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin “Hədəf” verilişində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrinin səhiyyə rəhbərlərinin onlayn görüşü barədə danışarkən deyib.

    Oqtay Şirəliyev deyib ki, səhiyyə rəhbərlərinin onlayn görüşü çox səmimi və maraqlı keçib.

    “Əlbəttə biz koronavirusla bağlı digər ölkələrdə olan vəziyyəti izləyirik. Ancaq bir var mətbuatdan öyrənəsən, bir də var, həmin ölkənin səhiyyəsinin rəhbəri o barədə dəqiq, obyektiv məlumat versin. Suallar çox idi. Azərbaycanın Birinci vitse-prezidenti, hörmətli Mehriban Əliyevanın sözü ilə desək, bu qədər informasiya bolluğunun olmasına baxmayaraq, suallar cavablardan daha çoxdur.

    İlk növbədə bütün iştirakçıları bizim ölkələrdə epidemiyanın qarşısının necə alınması maraqlandırırdı. Problemlər bir olduğu kimi, demək olar ki, yanaşma da eynidir. Həm bizdə, həm də digər ölkələrdə əsas məqsəd xəstəliyin daxil olmasının qarşısını almaq idi. İlk növbədə, qabaqlayıcı tədbir kimi gələnlərin yoxlanması, karantin tədbirləri və nəhayət sərhədlərin bağlanması baş tutdu”.

    O.Şirəliyev bildirib ki, ikinci mərhələdə məqsəd daxildə xəstəliyin yayılmasının qarşısını almaq idi.

    “Hamını maraqlandıran məsələ də ciddi karantin rejimi idi. Əlbəttə ki, epidemiya olanda başqa yol yoxdur və karantin rejimi mütləqdir. Digər tərəfdən bu, ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir və problemlər yaradır. Mən orada bildirdim ki, bizdə ölkə rəhbəri birmənalı bəyanat verərək, ən vacib məsələnin insanların sağlamlığı olduğunu deyib. Ona görə də karantin rejimi vəziyyətdən asılı olaraq nə qədər lazımdır tətbiq olunacaq”.

    Nazir qeyd edib ki, hamını maraqlandıran digər məsələ epidemioloji vəziyyət idi.

    “Bildiyimiz kimi, bir xəstə nə qədər adamı yoluxdura bilər. Bizdə də virus aşkar olunan şəxsin ətrafı, kontaktda olduğu şəxslər öyrənildi və epidemioloqlar çox böyük işlər gördülər. Hazırda 1 678 yoluxma faktı var. Bununla yanaşı minlərlə insanda lazımi testlər aparılaraq yoxlamadan keçiriliblər.

    Nəhayət, xəstələrin müalicəsinə gəldikdə, bildiyimiz kimi, bu, bir çox ölkələrdə çox böyük problemlər yaradıb və hətta xəstələri yatırtmağa çarpayılar da çatmırdı, bəzən başqa ölkələrə aparmağa məcbur olurdular. Bütün bunlar qabaqlayıcı tədbirlərin vaxtında görülməməsinə görə idi.

    Biz o problemlərlə, demək olar ki, rastlaşmamışıq. Çünki tədbirlər vaxtında, çevik, vəziyyətdən asılı olaraq tətbiq edildi və böyük yoluxma hadisələri görmədik. Həmçinin Prezidentin zirvə görüşündə də dediyi kimi, bizim səhiyyə strukturumuz kifayət qədər çevikdir, bu arada bir qədər də gücləndi. Yeni xəstəxanalar tikilir, bölgələrdə də xəstəxanalarımız müasirdir. Lazım olan bütün təchizatlar var. Ona görə də regionlarda da xəstə aşkar olunanda onları paytaxta gətirməyə ehtiyac qalmır, bütün lazımi tədbirlər görülür. Bu, həm xəstəyə rahatlıq olur, həm də epidemioloji baxımdan xəstəliyin qayılmasının qarşısını alır”.

    Səhiyyə naziri deyib ki, səhiyyə rəhbərlərinin onlayn görüşündə bu barədə danışılıb və hamı öz fikrini bölüşüb.//report.az

  • В Азербайджане выпал град – ФАКТИЧЕСКАЯ ПОГОДА

    По состоянию на 21:00 28 апреля в Дашкесане, Гедабее, Гейгеле, Гяндже, Шамкире, Хачмазе, Губе, Гусаре, Халтане, Лерике, Кишчае (Шеки), Сарыбаше (Гах), Хыналыге, Шабране, Набрани выпали дожди, в Шахдаге и Гырызе – снег.

    Как сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов, скорость северо-западного ветра временами достигала 27 м/с в Тертере, 26 м/с в Нафталане, 20 м/с в Гяндже, Нефтчале, 30 м/с в Баку, 24 м/с в Сумгайыте, 19 м/с в Маштаге, 18 м/с в Забрате, 17 м/с на станции “Нефтяные Камни”.

    Высота волн на станции “Нефтяные Камни”, по информации, достигла 2,8 метра.
    В Гырдыманчае (Исмаиллы) наблюдался сильный ливень, сопровождаемый градом. Количество осадков составило 20 мм, диаметр градин – 2 мм.

  • Gürcüstanda koronavirusdan sağalanların sayı 168-ə çatdı

    Gürcüstanda koronavirusdan daha 12 pasiyent sağalıb.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

    Onun sözlərinə görə, bununla da Gürcüstanda COVID-19 infeksiyasından sağalanların ümumi sayı 168-ə çatıb.

    Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa 511 nəfər yoluxub ki, onların da 6-sı ölüb. Karantində 5 085, stasionar nəzarətdə isə 558 nəfər saxlanılır.

  • Suma Çakrabarti: “Bu il yenidən Azərbaycana böyük sərmayə yatıracağıq”

    “Qeyd etməliyəm ki, qəbul etdiyiniz qərarların və görülmüş tədbirlərin həcmi məndə dərin təəssürat yaratdı. Bununla bərabər, addımlarınız olduqca qətiyyətlidir və Siz çevik hərəkət edirsiniz. Sizin də qeyd etdiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı da bunu təqdir etmişdir. Sizinlə 2012-ci ildə baş tutmuş ilk söhbətimi xatırlayıram. Azərbaycanda yoxsulluğun rekord dərəcədə aşağı salınmasına nail olunduğunu qeyd etdik və bir çox insan bundan bəlkə də xəbərsizdir, ancaq bu, dünyada ən yüksək templərdən biri idi. Həmin nailiyyətlərin qorunub saxlanılması, yoxsulların müdafiəsi sahəsində gördüyünüz işlər xüsusilə qeyd edilməlidir. Sahibkarlara dəstək, ailələrə yardım – bunlar zənnimcə, qısa perspektivli deyil, orta perspektivli addımlardır”.

    Median.Az xəbər verir ki, bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videokonfransda deyib.

    Suma Çakrabarti bildirib:

    “Burada Mərkəzi Bankla 50 milyon dollar məbləğində “Swap” razılaşmasının başa çatdırılmasına görə dərin təşəkkürümü bildirirəm. Bu, bizə özəl sektor müştərilərimizin yerli valyutada maliyyələşdirilməsi üçün vacibdir. Buraya korporativ müştərilərimiz, orta və kiçik sahibkarlıq subyektləri və maliyyə institutları daxildir. Biz yaxın həftələrdə 5 müxtəlif tranzaksiya üzrə 20 milyon avroluq ödənişlər edəcəyik. Hesab edirəm ki, ötən bir neçə ay Azərbaycanın gözəl hekayəsi sayıla bilər. Sizin ölkə dünyada ilin ilk rübündə iqtisadi artıma nail olmuş azsaylı ölkələrdəndir, bəlkə də yeganə ölkəsiniz.

    Bununla yanaşı, iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini nəzərə alaraq, böhran vaxtı qeyri-neft sektorunun xüsusilə yaxşı göstəriciləri də qeyd olunmalıdır. Çox gözəl bir hekayədir və gün gələcək Azərbaycanla müqayisə aparılacaq. Gələn il bizim illik iclasımız olacaq və növbəti 2-3 il ərzində biz ölkələr üzrə dəyərləndirmə aparacağıq. Azərbaycan burada artıq öndədir.

    İstərdim qısaca olaraq planlarımız haqqında məlumat verim. Artıq 5 layihəni qeyd etdim, ancaq işlərimiz bununla məhdudlaşmır. Ötən illərlə müqayisədə keçən il Azərbaycana sərmayə həcmimiz aşağı səviyyədə olub, çünki biz neft-qaz sahəsinə yatırım etmədik və diqqəti orta və kiçik sahibkarlıq sahəsinə yönəltdik. Bu il isə, düşünürəm ki, yenidən Azərbaycana böyük sərmayə yatıracağıq və bu, böhrana cavab tədbirləri və iqtisadiyyatın canlandırılması baxımından düzgün olardı. Biz münbit şərait olduqda bu il Azərbaycana 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırırıq. Bu sərmayənin qoyulması üçün bizə suveren və subsuveren zəmanət tələb olunacaq və həmkarlarımdan bu barədə ətraflı danışmağı xahiş edəcəyəm. Bu layihələr xüsusilə dövlət sektorunu əhatə edir və buraya enerji, infrastruktur və İKT sahələri daxildir. Buraya bəzi dövlət müəssisələrinin kommersiyalaşması da daxildir. Biz Sizinlə 150 milyon dollarlıq yaşıl zərfi müzakirə etmişik və bu mövzunu yenidən gündəmə gətirmək istərdik.

    Bilirsiniz ki, biz əvvəllər həmin 150 milyon dollarlıq yaşıl zərfi müzakirə etmişik. Onu işə salmaq istərdik. Bu barədə fikirlərinizi bilmək istərdim. Bu işləri biz Sizin hökumətinizlə irəliyə doğru aparırıq. Elektrik enerjisi şəbəkəsinə gəldikdə, biz şəbəkənin təkmilləşdirilməsinə təxminən 100-200 milyon avro məbləğini sərmayə kimi yatırmağı təklif edirik. Bu, böhran zamanı cavab tədbirləri və bərpa baxımından çox əhəmiyyətlidir. Həmçinin bərpa olunan enerji mənbələrinə özəl yatırımlar üçün imkanlar yaranar. Daha sonra yaşıl şəhər ideyası var. Azərbaycan yaşıl şəhər təşəbbüsünə qoşulan ilk ölkələrdən oldu. Tullantıların idarə edilməsi layihəsi baxımından Gəncə bu çərçivə təşəbbüsünə mart ayında qoşuldu. Biz təklif edirik, o, ilk yaşıl şəhər layihəsi olsun.

    Həmçinin Aztelekom şirkəti ilə bağlı təklifimiz var. Bizim alt suveren 15–25 milyon avroluq mühüm investisiya layihəmiz var. Rayonlarda genişzolaqlı internet imkanları genişlənəcək. Bu da çox vacibdir. Böhrandan sonra bərpa mərhələsi üçün də bunun əhəmiyyəti olacaq. Bizim yeni mühüm infrastrukturlar üzrə proqramımız var. Şuramız onun üzərində razılığa gəlib. Biz Şura üzvlərinə təşəkkürümüzü bildiririk. Yüksək səviyyədə prosedurlar razılaşdırılıb. İstərdik ki, həmin məbləği Sizə daha tez çatdıraq, adi sürətdən daha tez. Bu, həmçinin həmin yeni proqram əsasında olacaq.

    Suvarmaya gəldikdə, bir neçə il öncə Siz mənə bildirdiniz ki, kənd təsərrüfatı sektorunda bu sahəyə xüsusi önəm verilir. Biz istərdik bu baxımdan pilot layihəni həyata keçirək, bu sektorda müəyyən yeni texnologiyaları tətbiq edək. Eyni zamanda, biz təklif etdik ki, bu sahədə sığorta qurumu yaransın və biz onu maliyyələşdirək. Hökumətdən, həmçinin bu sahədə təsdiqləməni gözləyirik. Bundan əlavə, böyük həcmdə texniki əməkdaşlıq aparılır. Bir sıra yerli banklarla iş birliyi qurulub ki, onlara riskin idarə edilməsində, problemli kreditlərin həllində, uyğunluğun planlaşdırılmasında və sair işlərdə yardımçı olaq. Biz nəinki bank sektoru vasitəsilə, birbaşa kiçik və orta sahibkarlıq subyektləri ilə də işləyirik. Böhran vəziyyətinə hansı yanaşmanı tətbiq etmək? Bu baxımdan onlara dəstək verilməlidir. Bu da normaldır. Biz bunu da etməyə çalışırıq. Qeyd etməliyəm ki, biz sizin yaşıl iqtisadiyyata keçidə bağlı olduğunuzu bilirik. Bir çox ölkələr çəkinir. Biz isə həmin ölkələr üzrə əməliyyatları genişləndiririk. Bir tərəfdən deyə bilərik, əlbəttə, yaşıl iqtisadiyyat çox yaxşıdır, lakin ölkələr deyir ki, biz axı indi böhran içərisindəyik. Əslində, biz bunu yaşıl rəngə çevrilmə adlandırırıq. Böhran zamanı belə çalışırıq ki, əlavə nəticələri əldə edək, yaşıl iqtisadiyyat inkişaf etsin. Bir sözlə, biz gələcəkdə bərpa olunan enerji təşəbbüslərini dəstəkləyəcəyik. Artıq özəl sektor öz marağını nümayiş etdirir. Bunu nəzərə almalıyıq. Enerjiyə aid qaydaları da nəzərdən keçirməklə yardım etməliyik.

    Yekun olaraq, dövlət müəssisələri və dövlət sektoru. Fikrimcə, biz növbəti həftə və ay ərzində dövlət müəssisələrinin orta perspektivdə kommersiyalaşdırılmasına, özəlləşdirilməsinə keçmək istəyirik. Bu, dövlət investisiya holdinqi vasitəsilə edilə bilər. Biz dövlət-özəl tərəfdaşlığı düsturu üzərində hökumətlə qanunvericilik sahəsində artıq işləyirik. Biz dövlət müəssisələrinin kommersiyalaşdırılması və özəlləşdirilməsinə keçidə həqiqətən kömək etmək istərdik. Biz, həmçinin Azərbaycanın yeni İnkişaf Korporasiyasının yaradılması istiqamətində çalışırıq. Bir sözlə, qeyd etmək istəyirəm ki, Avropa Yenidənqurma və İnkişaf Bankı olaraq, biz, – bilmirəm Azərbaycan dilində də bu kəlam varmı?, – “İşləri məcrasına salmaq” istəyirik. Əlimizdən gələni edirik ki, Azərbaycanda və digər ölkələrdə böhrandan sonra bərpa baş versin və bu, mümkün qədər tez baş versin. Fikrimcə, Azərbaycana gəldikdə, vəziyyət daha yaxşıdır, çünki birinci rübdə artım müşahidə olunub. Lakin biz yalnız bununla arxayınlaşmamalıyıq. Biz hökumətin səylərini və özəl sektorla işi çox fəallaşdırmalıyıq ki, Azərbaycanda bu, baş versin. Bunu da edəcəyik. Mənim bütün həmkarlarımı ekranda görürsünüz. Bütün yüksək rəhbərlik Sizə dəstək vermək üçün buradadır”.//report.az