Month: April 2020

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada koronavirusa 3 138 895 insan yoluxub.

    Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.

    Virusdan ölənlər 218 010, sağalanlar isə 956 070 nəfərdir.

    Qitələr arasında ən çox yoluxma (1 322 784) və ölüm halı (126 431) Avropada müşahidə edilir.

    Ölkələr arasında virusa yoluxanların sayına görə ilk üçlükdə ABŞ (1 035 764), İspaniya (232 128) və İtaliyadır (201 505). Ölüm hallarına görə İtaliya (27 359) İspaniyadan (23 822) irəlidədir.

    Azərbaycanın sərhəd qonşuları arasında virusa ən çox yoluxma Türkiyədə (114 653), ölüm halı isə İranda (5 877) qeyd edilir.

    Ölkəmizdə koronavirusa yoluxanlar 1 717 nəfərdir. 22 nəfər virusdan həyatını itirib, 1 221 nəfər isə sağalıb.

  • Koronavirus böhranından qazanclı çıxan üç ölkə

    Koronavirusla mübarizədə qalib gələn və iqtisadiyyatları aktivləşən Avstraliya, Yeni Zelandiya və Cənubi Koreyanın valyutalarının dəyərində artım müşahidə edilib.

    CNBC-nin hesabatına görə, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreyanın COVID-19 pandemiyasına tab gətirməsi onlara iqtisadiyyatlarını bərpa etməyə və bizneslərinə yenidən başlamağa imkan verib.

    Bunun investorlar üçün daha əlverişli olması pul vahidlərinə təsir edib. Bu üç ölkənin iqtisadiyyatının bərpasında əsas ticarət tərəfdaşlarından biri olan Çinin məhdudiyyətləri aradan qaldırması da mühüm rol oynayıb.

    Qeyd edək ki, koronavirusa yoluxma halı Avstraliyada 6738, Yeni Zelandiyada 1474 və Cənubi Koreyada 10 761 nəfərdə müşahidə edilib.

  • Dibalanın dördüncü koronavirus testi də müsbət çıxdı

    “Yuventus”un argentinalı yarımmüdafiəçisi Paulo Dibalanın COVID-19 virusundan müalicəsi davam edir.

    “Football İtalia”nın məlumatına görə, son altı həftədə yarımmüdafiəçinin dörd koronavirus testi müsbət nəticə verib.

    Xəstəliyi barədə futbolçu hələ martın sonunda açıqlama verib və sevgilisi Oriana Sabatininin də yoluxduğunu qeyd edib. Son testi də müsbət nəticə verdikdən sonra futbolçu A Seriyasının bərpa olunma ehtimalını da nəzərə alaraq, həkimlərdən daha intensiv müalicə tələb etmək fikrinə düşüb.

    Qeyd olunur ki, P.Dibala virus nəticəsində yaranmış antitellərin varlığının müəyyən edilməsi üçün qan analizi verəcək. Antitel aşkarlanacağı halda, həkimlər futbolçuya yeni müalicə təyin edəcəklər.

  • Задержан подозреваемый в краже в бакинском ТЦ

    В Баку задержали совершившего некоторое время назад кражу в торговом центре (ТЦ) 28 Mall.

    Как передает Trend, 9 марта в примерочной одного из магазинов ТЦ был украден кошелек покупателя, в котором было 516 манатов.

    В результате проведенных сотрудниками 22-го отделения Насиминского районного управления полиции оперативно-разыскных мероприятий был задержан подозреваемый в краже уроженец Губадлинского района Т.Талыбзаде, уже имеющий судимость по статьям 177 (кража) и 234 (незаконный оборот наркотических средств) УК АР.

    По данному факту проводится расследование.

  • “28 Mall”dan oğurluq edən keçmiş məhkum saxlanıldı

    Bakıda bir müddət əvvəl ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb.

    Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki “28 Mall” ticarət mərkəzində baş verib.

    Martın 9-da naməlum şəxs mərkəzdəki mağazaların birində paltar dəyişmə otağından müştəriyə məxsus, içərisində 516 manat olan pul kisəsini oğurlayıb.

    Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənə Qubadlı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunmuş, 1981-ci il təvəllüdlü T.Talıbzadə saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Oskar” müsabiqəsində iştirak qaydaları dəyişdi

    Nüfuzlu “Oscar” film mükafatının təşkilatçıları koronavirus epidemiyası səbəbindən seçim qaydalarını dəyişdirməyə qərar veriblər.

    Belə ki, ilk dəfə olaraq kinoteatrlarda deyil, onlayn nümayiş olunan filmlər müsabiqəyə buraxılacaq.

    “RİA Novosti”nin məlumatına görə, təşkilatın bununla bağlı açıqlamasında bildirilir ki, müvafiq qaydalar kinoteatrlar açılana qədər qüvvədə olacaq.

    Bu məqsədlə film internetdə yayımlandığı gündən etibarən iki ay ərzində xüsusi etibarlı saytda izləmək üçün akademiya üzvlərinə təqdim edilməlidir. Həmçinin, film bütün digər seçim tələblərinə cavab verməlidir.

    Qeyd edək ki, koronavirus səbəbindən Kaliforniyanın Los-Anceles dairəsindəki kinoteatrlar martın 16-da bağlanıb. Filmlərin məhz bu bölgənin kinoteatrlarında nümayiş olunması “Oskar”da iştirak üçün vacib şərtlərdən biridir.

  • За нарушение карантина наказаны 806 участников дорожного движения

    За нарушение особого карантинного режима, введенного в целях предотвращения распространения коронавирусной инфекции (COVID-19), с 00:00 28-го по 00:00 29 апреля сотрудниками Главного управления государственной дорожной полиции задержаны 806 водителей. Они привлечены к ответственности по статье 211 Кодекса об административных проступках.

    Как сообщили АПА в управлении, в целом с 1 апреля и по сегодняшний день за нарушение особого карантинного режима на дорогах республики к административной ответственности привлечены 43 177 водителей.

  • Karantin rejimini pozan 43177 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib – VİDEO

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə son sutka ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 806 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

    Bildirilib ki, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 43177 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

  • Количество инфицированных коронавирусом в США превысило миллион

    Более 1 млн случаев инфицирования новым коронавирусом зафиксировано на территории США.

    Как передает Median.Az, об этом 28 апреля сообщила газета The Washington Post, которая произвела свои подсчеты на основе сводок властей страны, Всемирной организации здравоохранения и других официальных источников.

    Издание отмечает, что в США зафиксировано около одной трети от всех зарегистрированных в мире случаев заражения. При этом в стране от заболевания, вызываемого коронавирусом, умерли более 57 тысяч человек. Однако, как информирует газета, эксперты считают эти цифры заниженными.

    Больше всего случаев инфицирования зафиксировано в штате Нью-Йорк – 295 106. За ним идут Нью-Джерси (113 856) и Массачусетс (56 462). При этом федеральные власти рекомендуют штатам отменять санитарные ограничения как можно скорее, но так, чтобы не ставить под угрозу здоровье граждан.

  • ABŞ-da koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

    ABŞ-da koronavirusa yoluxanların sayı artıb.

    Bu barədə “Report” “The Washington Post” qəzetinə istinadən xəbər verir.

    Bildirilir ki, hazırda Birləşmiş Ştatlarda 1 milyondan çox koronavirus xəstəsi var. Ölkə hakimiyyətinin, səhiyyə orqanlarının, Ümumdünya Səhiyyə Təşkilatının və başqa rəsmi mənbələrin məlumatları əsasında hesablamalar aparan qəzetin məlumatına görə, ABŞ-da virusa yoluxma halları dünyada qeydə alınan yoluxmaların üçdə birini təşkil edir.

    Qeyd edilir ki, ölkədə koronavirusdan 57 mindən çox insan ölüb. Ancaq qəzetin məlumatına görə, ekspertlər bu rəqəmləri azaldılmış hesab edirlər.

    Birləşmiş Ştatlarda virusa ən çox yoluxma Nyu-York ştatında qeydə alınıb. Burada 295 106 nəfər COVID-19 daşıyıcısıdır. Siyahıda ondan sonra Nyu-Cersi (113 856 yoluxma) və Massaçusets (56 462) ştatları qərarlaşıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 milyonu ötüb. Bunların 934 mindən çoxu sağalıb, 212,5 min nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.