Month: April 2020

  • Rusiyada karantin tələblərini pozan məktəbli vəfat etdi

    Rusiyada karantin qaydalarını pozan 17 yaşlı məktəbli evdə yatdığı yerdə vəfat edib.

    “MK” xəbər verir ki, yeniyetmə karantin qadağasına baxmayaraq anasından bir saatlıq küçədə dostları ilə gəzməyə icazə alıb.

    Bir saatdan sonra evə qayıdan oğlan çarpayısına uzanaraq yatıb.

    Aprelin altısı səhər saat 10:00-da yuxudan ayılan yeniyetmə bir daha yatmaq istədiyini bildirib.

    Lakin 14:30-da anası onu huşsuz halda tapıb. Mütəxəssislər onun yatarkən qaytararaq boğulduğunu qeyd edib. Onun əşyalarının içində naməlum toz aşkar edilib.

    Ehtimala əsasən, oğlan həmin maddəni gəzməyə gedərkən alıb və qəbul edib.

  • Саудовская Аравия не планирует открывать мечети на время Рамадана

    Власти Саудовской Аравии из-за коронавируса готовы продлить ограничения на массовые собрания, в частности, молитвы и посещение мечетей и на время месяца мусульманского поста Рамадана, который пройдет с конца апреля по конец мая.

    Как сообщает новостной портал “Хабр аджиль”, об этом заявил официальный представитель саудовского министерства здравоохранения Мухаммед Абдель Али.

    “Все соскучились по религиозным собраниям в месяц Рамадан, но принятые меры продолжатся до тех пор, пока пандемия коронавируса не пойдет на убыль”, – сказал он.

  • Ramazan ayına baxmayaraq Səudiyyə Ərəbistanında məscidlər bağlı qalacaq

    Ramazan ayına baxmayaraq Səudiyyə Ərəbistanı höküməti kütləvi yığıncaqlarla, o cümlədən məscidləri ziyarətlə bağlı məhdudiyyətləri uzatmağa hazırdır.

    “Habr Acil” portalı xəbər verir ki, bu haqda ölkənin Səhiyyə nazirliyinin nümayəndəsi Məhəmməd Abdel Əli bildirib.

    “Hamı Ramazan ayında keçirilən dini yığıncaqlar üçün darıxır. Lakin həyata keçirilən tədbirlər koronavirus səngimədikcə davam edəcək”, – deyə M.A.Əli bildirib.

  • Azərbaycanda əfv sərəncamının icrası başa çatdı

    Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi haqqında sərəncamın icrası başa çatdı.

    Bu barədə Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev məlumat verib.

    Onun sözlərinə görə, əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsi bağışlanan 176 məhbusun hər biri artıq azadlıqdadır.

  • Обнародован порядок получения пенсии в условиях карантинного режима гражданами старше 65 лет

    В период действия в Азербайджане особого карантинного режима выплаты пособий, стипендий и компенсаций будут осуществлены 20 и 21 числа, а адресной социальной помощи – 28-го числа.

    Как сообщили в Министерстве труда и социальной защиты населения Азербайджана, в связи с тем, что лицам старше 65 лет запрещено покидать дома, перечисленные им средства могут получить члены их семьи. Также с этой целью можно позвонить предварительно в колл-центр 142 и воспользоваться услугами социальных работников.

    В то же время отмечается, что в период действия особого карантинного режима социальные выплаты – пособия, стипендии, компенсацию, адресную помощь можно получить в банкомате любого банка, а также в любом банкомате или POS-терминале Аzerpoçt без удержания процентов.

    В случае возникновения вопросов за ответами необходимо обратиться в колл-центр 142.

  • Xüsusi karantin rejimində yaşı 65-dən yuxarı şəxslər pensiyalarını belə alacaq

    Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 və daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən, həmin yaş qruplarından olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 – Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.

    Eyni zamanda, xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərini istənilən bankın bankomatından, eləcə də “Azərpoçt”un istənilən bankomat və ya POS-terminallarından hər hansı əlavə faiz tutulmadan əldə etmək mümkündür.

    Hər hansı sual yaranarsa, 142 – Çağrı Mərkəzinə müraciət etmək olar.

  • Bu gün Türkiyədə koronavirusdan daha 75 nəfər ölüb

    Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 75 nəfər ölüb.

    Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat paylaşıb.

    Məlumatda bildirilir ki, son sutka ərzində 3148 nəfərin test nəticələri pozitiv çıxıb.

    Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 30 217-yə çatıb. Bu pandemiyadan vəfat edənlərin ümumi sayı isə 649 nəfərdir.

  • Совращение малолетней: в Лерике школьный учитель встречался со своей ученицей

    В селе Киравуд Лерикского района учитель русского языка местной школы совратил свою несовершеннолетнюю ученицу, и теперь последняя находится на пятом месяце беременности.

    Информацию об этом Oxu.Az подтвердили в Управлении полиции Лерикского района, указав на то, что расследование по факту ведется прокуратурой. В отношении учителя, имя которого не называется по понятным соображениям, возбуждено уголовное дело по статье 152 (половое сношение с лицом, не достигшим 16 лет) Уголовного кодекса АР.

    Жертвой преступления, по полученным данным, является жительница села (2003 г.р.), которая к тому же приходится племянницей обвиняемому (дочь двоюродного брата).

    По данному поводу некоторые местные СМИ распространили информацию о том, что школьница была неоднократно изнасилована своим учителем.

    Правоохранители отметили, что информация не совсем соответствует действительности и рассказали о том, как все произошло.

    На самом деле учитель (1961 г.р.) не совершал действия сексуального характера в отношении девочки на глазах у других учеников, как это утверждалось ранее. В ходе предварительного расследования было установлено, что мужчина предложил племяннице встретиться с ним в поле на территории села, и она согласилась.

    Пострадавшая же рассказала правоохранителям, что неоднократно тайком встречалась со своим бывшим учителем и добровольно вступала с ним в половые отношения.

    Однако все эти обстоятельства не освобождают мужчину от уголовной ответственности, поскольку он знал, что вступал в контакт с несовершеннолетней, отметили правоохранители.

    Известно и то, что пострадавшая оставила учебу в школе после 9-го класса. Беременность девушки заметила ее мать, которая и сообщила о преступлении в полицию.

    В настоящее время прокуратура района выясняет обстоятельства и определяет степень вины подозреваемого. По данному факту пока никто не задержан.

  • Azyaşlıya təcavüz: Lerikdə müəllim şagirdi ilə görüşürmüş

    Lerik rayonunun Kiravud kəndində məktəbdə işləyən rus dili müəllimi şagirdini zorlayıb. İndi uşaq beş aylıq hamilədir.

    Oxu.Az xəbər verir ki, məlumatı Lerik rayon Polis İdarəsi təsdiqləyib və fakla bağlı Prokurorluğun araşdırma apardığını bildirilib.

    Adı məlum səbəbdən hallanmayan müəllim barəsində Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi açılıb (16 yaşına çatmayanlarla cinsi əlaqədə olma).

    Əldə edilən məlumatlara görə, cinayətin qurbanı 2003-cü il təvəllüdlü kənd sakinidir. O, şübhəlinin əmisi oğlunun qızıdır.

    Bəzi KİV-lər məktəblinin müəllimi tərəfindən dəfələrlə təcavüzə məruz qalması ilə bağlı xəbər yayıblar.

    Hüquq-mühafizə orqanları yayılan məlumatın həqiqətə uyğun olmadığını qeyd edərək əsl hadisəni danışıb.

    Əslində 1961-ci il təvəllüdlü müəllim əvvəllər deyildiyi kimi, şagirdlərin gözü önündə məktəbliyə qarşı seksual xarakterli hərəkətlər etməyib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, kişi qohumuna kənd ərazisində bir sahədə görüşməyi təklif edib, ikinci isə razılaşıb.

    Zərərçəkən hüquq-mühafizə orqanı işçilərinə gizlicə, öz istəyi ilə keçmiş müəllimi ilə dəfələrlə görüşdüyünü və onunla öz istəyi ilə cinsi əlaqəyə girdiyini deyib.

    Hüquq-mühafizə işçiləri bütün bunların kişini cinayət məsuliyyətindən azad etmədiyini qeyd ediblər, çünki o, yetkinlik yaşına çatmayan biri ilə cinsi əlaqədə olub.

    Məlum olub ki, zərərçəkən 9-cu sinifdən sonra məktəbə getməyib. Qızın hamilə olduğunu anası aşkar edib və bu barədə polisə xəbər verib.

    Hazırda rayon Prokurorluğu hadisəni araşdırır və şübhəlinin günahı müəyyənləşdirilir. Faktla bağlı həbs edilən yoxdur.

  • Rusiyada küçələr koronavirusa görə belə dezinfeksiya olunur – VİDEO

    Rusiyanın Moskva və Çelyabinsk şəhərlərində koronavirus təhlükəsinə görə dezinfeksiya işlərini əks etdirən video yayılıb.

    “Demirören Haber Ajansı”(DHA) xəbər verir ki, qonşu ölkənin küçə və prospektləri bələdiyyə avtomobillərinin köməyi ilə virus əleyhinə olan məhlullarla dezinfeksiya edilir.

    Videodan göründüyü kimi, yüksək təzyiqlə yollara vurulan mayenin bir hissəsi havaya qalxır və yaxınlıqda yerləşən binalardakı mənzillərə qədər çatır.