Month: April 2020

  • Zirzəmidəki zibilliklə bağlı xəbərə rəsmi münasibət – FOTO

    Xətai rayonu, Lütfi Zadə küçəsi 15 ünvanında yerləşən binanın zirzəmisində olan məişət tullantıları aidiyyəti üzrə Xətai Rayon Mənzil Kommunal Təsərüfat Birliyinin əməkdaşları tərəfindən aradan qaldırılıb.

    Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentindən Oxu.Az-a bu barədə məlumat daxil olub.

    Departamentdən bina sakinlərinin iradlarına münasibət olaraq bildirilib ki, məişət tullantıları sözügedən ünvanda yerləşən yaşayış binasının girişinə kənar şəxslər tərəfindən atılmayıb. Vətəndaşların ətraf mühitə qarşı daha həssas davranmaları, məişət tullantılarını yaxınlıqda qoyulan zibil konteynerlərinə atmaları xahiş olunub.

  • СМИ: ФИФА продлит текущий сезон на неопределенный срок

    Международная федерация футбола (ФИФА) в ближайшее время примет решение о продлении текущего сезона на неопределенный срок.

    Об этом сообщает ТАСС со ссылкой на портал The Athletic.

    ФИФА позволит национальным федерациям самим принимать решение о возобновлении и завершении внутренних турниров. Также ФИФА планирует перенести сроки летнего трансферного окна и разрешить клубам продлевать контракты игроков, которые истекают 30 июня.

    На данный момент в связи с распространением коронавирусной инфекции приостановлено большинство национальных чемпионатов, а также игры сборных и международные клубные турниры. На 2021 год перенесены такие крупные турниры, как Чемпионат Европы и Кубок Америки.

  • FİFA cari mövsümü qeyri-müəyyən müddətə uzada bilər

    FİFA cari mövsümü koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətə uzada bilər.

    Bu barədə “The Athletic” məlumat yayıb.

    Sözügedən tədbirin çempionatların vaxtından əvvəl bitmə riskini azaldacağı qeyd olunur. Həmçinin yay transfer pəncərəsinin müddəti də dəyişəcək.

    Qurumun rəsmi qərarının avqustun 8-dək elan ediləcəyi gözlənilir.

    Xatırladaq ki, Avropada Belarus çempionatı istisna olmaqla, bütün futbol turnirləri dayandırılıb.

  • Оперативный штаб предупредил нарушителей особого карантинного режима

    Оперативный штаб при Кабинете министров Азербайджана сообщает об имеющихся попытках умышленного нарушения введенного на территории страны особого карантинного режима, направленного на предотвращение распространения коронавирусной инфекции.

    “Введенный в Азербайджане особый карантинный режим направлен на обеспечение защиты здоровья населения и безопасности государства. Следование гражданами нововведенным правилам по ограничению передвижения является положительным фактором. Но, несмотря на это, наблюдаются также попытки умышленного нарушения положений особого карантинного режима”, – сообщили Oxu.Az в оперативном штабе.

    В сообщении отмечается, что некоторые юридические и физические лица, злоупотребляя предоставленными им возможностями, пытаются ввести имена посторонних граждан в базу данных портала icaze.gov.az, выдают им фальшивые удостоверения сотрудников различных средств массовой информации, создавая, таким образом, этим людям условия для беспрепятственного перемещения и, тем самым, грубо нарушая требования особого карантинного режима.

    Оперативный штаб предупреждает, что граждане или организации, нарушающие требования особого карантинного режима, в том числе использующие выдаваемые им фальшивые документы, будут привлекаться к ответственности в соответствии с положениями действующего законодательства.

  • Operativ Qərargah saxta sənəd verən qurumlara xəbərdarlıq etdi

    Azərbaycan Respublikasında tətbiq olunmuş xüsusi karantin rejimi əhalinin sağlamlığının qorunması və ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu.Az-a bu barədə məlumat verilib.

    Tətbiq olunmuş qaydaların, o cümlədən hərəkət məhdudiyyətinin vətəndaşlar tərəfindən icra olunması təqdirəlayiq hal kimi qiymətləndirilir. Buna baxmayaraq, xüsusi karantin rejimi qaydalarının pozulmasına cəhdlər də müşahidə olunur.

    Fəaliyyətinə icazə verilən bəzi hüquqi və fiziki şəxslər kənar vətəndaşların adlarını icaze.gov.az portalına daxil etməklə, həmçinin bir sıra kütləvi informasiya vasitələri əməkdaşları olmayan ayrı-ayrı şəxslərə saxta vəsiqələr verməklə onların maneəsiz hərəkətinə şərait yaradır və xüsusi karantin rejiminin tələblərini kobud şəkildə pozurlar.

    Operativ Qərargah xəbərdarlıq edir ki, xüsusi karantin rejiminin tətbiqinə nəzarət edən aidiyyəti qurumlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” elektron sisteminə müraciət etməklə istənilən şəxsin əmək fəaliyyəti barədə müvafiq məlumat əldə etmək imkanına malikdirlər. Vətəndaşın elektron sistemdə əmək müqaviləsinin olmadığı təqdirdə, yanlış məlumatı icaze.gov.az portalına daxil edən və ya saxta sənədi verən qurum və ondan istifadə edərək xüsusi karantin rejimini pozan şəxslər barədə qanunvericiliyə uyğun olaraq ölçü götürüləcək.

  • Qvardiolanın anası koronavirusdan öldü

    İngiltərənin “Mançester Siti” futbol klubunun baş məşqçisi Xosep Qvardiolanın anası vəfat edib.

    Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

    82 yaşlı qadının koronavirusdan (COVID-19) öldüyü deyilir.

  • Житель поселка Сарай скончался за рулем по пути в больницу

    Житель поселка Сарай Абшеронского района скончался за рулем автомобиля.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    Согласно информации, М.Аббасов (1950 г.р.) ехал в своем автомобиле “ВАЗ-2107” в направлении Сумгайыта, однако вблизи контрольно-пропускного поста, расположенного между поселком Сарай и Сумгайытом, состояние водителя ухудшилось и он скончался.

    В машине также находился его сын З.Аббасов (1979 г.р.).

    По предварительной информации, М.Аббасов страдал почечной недостаточностью и долгие годы проходил процедуру диализа. Мужчина направлялся в Сумгайытскую городскую больницу №1.

    По данному факту в прокуратуре Абшеронского района ведется расследование.

  • Saray sakini avtomobilində vəfat edib

    Saray sakini öz avtomobilində vəfat edib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Bildirilib ki, Abşeron rayon, Saray qəsəbə sakini 1950-ci il təvəllüdlü M. Abbasov “VAZ 2107” markalı 10 EC 666 dövlət nömrəli avtomobildə Saray qəsəbəsindən Sumqayıt şəhəri istiqamətində hərəkət edirmiş. Saray qəsəbəsi ilə Sumqayıt şəhəri arasında qurulmuş buraxılış məntəqəsinin yaxınlığında sürücünün halı pisləşib və o sükan arxasında vəfat edib.

    Avtomobildə M.Abbasov ilə bərabər, onun 1979-cu il təvəllüdlü oğlu Z.Abbasov da olub.

    İlkin məlumata görə, M.Abbasov qaraciyər çatışmazlığından əziyyət çəkib, uzun illər dializ xəstəsi olub. O evdən 1 saylı Sumqayıt Şəhər Xəstəxanasına getmək üçün çıxıbmış.

    Faktla bağlı Abşeron prokurorluğunda araşdırma aparılır.

  • SOCAR оказывает поддержку азербайджанским гражданам и студентам в Турции

    Государственная нефтяная компания Азербайджана (SOCAR) совместно с Министерством образования и посольством Азербайджана в Турции создала Фонд поддержки с целью обеспечения жильем, питанием и транспортом более 10 тысяч азербайджанских граждан и студентов, которые не могут вернуться на родину из-за коронавирусной пандемии.

    Об этом сообщили в Госнефтекомпании.

    Отмечается, что SOCAR не только активно участвует в реализуемых в Азербайджане мероприятиях, направленных на предотвращение распространения коронавируса, но и оказывает помощь соотечественникам, сталкивающимися с временными трудностями в Турции.

    Как сказал президент SOCAR Ровнаг Абдуллаев, тысячи граждан Азербайджана оказались в связи с распространением коронавирусной инфекции в сложнейшей ситуации за пределами родины и не могут вернуться домой:

    “Многие вынуждены покинуть общежития и другие временные места проживания. Для удовлетворения их основных потребностей создан Фонд помощи при финансовом содействии SOCAR и организационной поддержке Министерства образования Азербайджана и посольства нашей страны в Анкаре”, – отметил Р.Абдуллаев.

  • SOCAR Türkiyədəki Azərbaycan vətəndaşları və tələbələrinə dəstək verir

    SOCAR Təhsil Nazirliyi və ölkəmizin Türkiyədəki səfirliyi ilə birlikdə koronavirus pandemiyasına görə, öz ölkəsinə dönə bilməyən 10 mindən çox Azərbaycan vətəndaşı və tələbənin sığınacaq və yaşayış ehtiyaclarını ödəmək məqsədi ilə dəstək fondu yaradıb.

    Şirkətdən verilən məlumata görə, SOCAR Azərbaycan dövlətinin koronavirusa (COVID-19) qarşı ölkə daxilində apardığı bütün tədbirlərdə, eləcə də iqtisadi dayanıqlığın təmin olunmasında yaxından iştirak etməklə yanaşı, həm də Türkiyədə çətinliklərlə üzləşmiş ölkə vətəndaşlarına yardım edir.

    Məlumata əsasən, Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR pandemiyaya qarşı mübarizədə sosial məsuliyyətini dərk edərək, bu istiqamətdə dəstək tədbirlərini davam etdirir. Türkiyə və Azərbaycan iqtisadiyyatının inkişafı naminə investisiya layihələrini uğurla davam etdirən SOCAR Türkiyədəki əsas aktivimiz olan “SOCAR Türkiye” vasitəsilə “Biz Bize Yeteriz, Türkiyem” kampaniyasına töhfə verir. İzmirin Əliağa bölgəsində tibbi ehtiyacların təmin olunması sahəsində xəstəxanalara və yerli Səhiyyə İdarəsinə köməklik göstərən SOCAR, pandemiyaya görə Vətənimizə qayıda bilməyən Azərbaycan vətəndaşları və Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə də dəstək verir.

    Azərbaycanın Təhsil Nazirliyi və ölkəmizin Türkiyədəki səfirliyi ilə birlikdə SOCAR-ın həyata keçirdiyi dəstək layihəsi çərçivəsində qardaş ölkədə 10 mindən çox soydaşımızın sığınacaq, əsas qida vasitələri, nəqliyyat kimi ehtiyacları öz həllini tapacaq.

    Bu layihənin birbaşa vətəndaşların və tələbələrin ehtiyaclarına yönəldiyini bildirən SOCAR prezidenti Rövnəq Abdullayev deyib: “Bu çətin günlərdə biz, Azərbaycan neftçiləri dövlətimizin koronavirusa qarşı apardığı mübarizəni bütün sahələrdə dəstəkləməyi özümüzə borc bilirik. Möhtərəm Prezidentimizin ölkə daxilində həyata keçirdiyi təşəbbüslərə var gücümüzlə dəstək veririk. Bu gün həm də Türkiyədə minlərlə vətəndaşımız COVID-19 pandemiyası səbəbindən çətin vəziyyətə düşüb və Azərbaycana qayıda bilmir. Bir çoxu hazırda qaldığı yataqxana və başqa müvəqqəti yerləri tərk etmək məcburiyyətindədir. Prezidentimizin tapşırıqlarını nəzərə alaraq, biz bu vətəndaşlarımıza da sahib çıxmalı, onlara yardım əli uzatmalıyıq. Onların əsas ehtiyaclarının ödənilməsi məqsədilə SOCAR-ın maliyə dəstəyi, Azərbaycan Təhsil Nazirliyinin və ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə dəstək fondu yaradılıb”.

    Rövnəq Abdullayev daha sonra qeyd edib: “Bildiyiniz kimi, koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlar təxirə salınıb. Türkiyədəki azərbaycanlılar digər ölkələrdəki soydaşlarından daha şanslıdır, çünki Türkiyə bizim ikinci vətənimizdir. Əsas aktivlərimizin – Petkim, STAR neft emalı zavodu, Petkim Külək Elektrik Stansiyası, “SOCAR Depolama” və “SOCAR Terminal”ın yerləşdiyi Əliağa bölgəsində tibbi ehtiyacların təminatı üçün genişmiqyaslı yardım kampaniyası təşkil etmişik. İndiyə qədər kampaniya çərçivəsində yüzlərlə azərbaycanlı tələbənin Vətənə qayıtması üçün maddi yardım ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırda ölkəsinə qayıda bilməyən vətəndaşlarımıza yardım etmək üçün fəaliyyət göstəririk. Sərmayələrimiz, təsislərimiz, fasiləsiz istehsalımızla Türkiyə və Azərbaycanın rifahı üçün çalışır, sosial məsuliyyətimizi dərk edərək, hər iki ölkə vətəndaşlarına dəstək verməyə davam edirik”.