Month: April 2020

  • Число инфицированных коронавирусом в мире превысило 1,3 миллиона

    Согласно последним статистическим данным, число людей, инфицированных коронавирусом в мире, достигло 1 315 776 человек.

    Количество жертв пандемии составило 72 711.

    В то же время 275 373 человека уже вылечились от этой болезни.

    Лидером по количеству инфицированных стран являются США – здесь зарались более 350 000 человек. Испания занимает второе, Италия – третье место.

    По числу умерших от коронавируса первое место занимает Италия. Число жертв пандемии в этой стране достигло 16 523 человека.

  • Dünyada koronavirusa yoluxanların sayı 1,3 milyonu ötdü

    Son statistik məlumatlar göstərir ki, dünyada koronavirusa yoluxanların sayı 1 315 776 nəfərə çatıb.

    Bu pandemiya nəticəsində vəfat edənlərin sayı 72 711 nəfərdir.

    Eyni zamanda 275 373 nəfər artıq xəstəlikdən sağalıb.

    Yoluxma sayına görə ABŞ lider hesab olunur. Yoluxanların 350 mindən çoxu bu ölkənin payına düşür. İkinci yerdə İspaniya, üçüncü yerdə isə İtaliya qərarlaşıb.

    Ölənlərin sayına görə isə ilk yerdə İtaliyadır. İtaliyada pandemiya qurbanlarının sayı 16 523-ə çatıb.

  • Göyçayda kişi bacısının evində intihar etdi

    Göyçay rayonunda intihar hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Aşağı Qaraməryəm kəndində qeydə alınıb.

    Laçın rayonundan olan məcburi köçkün, Göyçayın Qaraməryəm kəndində məskunlaşan 1984-cü il təvəllüdlü Allahyarov İbrahim Əvəz oğlu Aşağı Qaraməryəm kəndində yaşayan bacısının evinə gedərək orada özünə qəsd edib. Onun intihar etməsinin səbəbi hələ ki məlum deyil.

    Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Полиция выявила нарушившие карантинный режим кафе и мужской салон – ФОТО

    Несмотря на введенный в Азербайджане, в связи с угрозой распространения коронавирусной инфекции, запрет на работу заведений общественного питания все еще имеются случаи уклонения представителей указанной сферы услуг от требований особого карантинного режима.

    Как сообщили в Министерстве внутренних дел Азербайджана, во время осуществления мер по контролю за выполнением положений введенного в стране особого режима сотрудники Отдельного полка быстрого реагирования выявили обслуживающее посетителей кафе Köhnə Faxralı во 2-м массиве поселка Локбатан Гарадагского района .

    Кроме того, на улице Мазахира Рустамова в Хатаинском районе столицы выявлен функционирующий, несмотря на введенные ограничения, мужской салон.

    Владельцы обоих объектов и посетители привлечены к административной ответственности, им выписан штраф в соответствии со статьей 211 Кодекса об административных правонарушениях Азербайджана.

  • Xüsusi karantin qaydalarını pozan kafe və kişi salonu aşkar edildi

    Xüsusi karantin rejimi ilə əlaqədar olaraq ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq, bəzi sahibkarların bu qaydalara əməl etməkdən yayınması hallarına təəssüf ki, hələ də rast gəlinməkdədir.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massivdə fəaliyyət göstərən “Köhnə Faxralı” adlı kafe aşkar edilib. Həmin obyektə baxış zamanı xüsusi karantin qaydalarına zidd olaraq vətəndaşlara xidmət edildiyi məlum olub.

    Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı Xətai rayonu Məzahir Rüstəmov küçəsində fəaliyyət göstərən kişi salonu aşkar edilib. Həmin salona baxış zamanı xüsusi karantin qaydalarının əleyhinə olaraq müştərilərə xidmət göstərildiyi müəyyən edilib.
    Hər iki obyektin sahibi və karantin qaydalarını pozan digər şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

  • SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb

    “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi ilə vətəndaş sorğularının cavablandırılması davam etdirilir.

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, əməkdaşlar üçün icazənin alınması ilə bağlı 37274 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 556762 icazə qeydiyyata alınıb.

    Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib ki, bunlardan da təqribən 833 mini, yəni 58 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.

    Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir. Sistemə müraciətlərin qəbul olunduğu ilk gün aparılan təhlillər göstərdi ki, təsdiq mesajını aldıqdan sonra bəzi vətəndaşlarımız növbəti mesajın da gələcəyini gözləyirdilər. Bu halın qarşısını almaq üçün məzmunda bir qədər dəyişiklik edildi. Hazırda cavab mesajı aşağıdakı məzmundadır:

    Nümunə: 2-ci indeks üzrə müraciətiniz təqsdiqləndi. Artıq 2 saat müddətində yaşayış yerinizi tərk edə bilərsiniz.

    Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda xidmətdən istifadə etmək tövsiyə olunur. SMS sistemi vasitəsi ilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

  • Çində karantin qadağaları azaldı, insanlar küçələrə axışdı – FOTO

    Çinin Uhan şəhərində koronavirus yayıldıqdan sonra ölkə tətbiq olunan qadağalarla epidemiyaya nəzarət edə bildi.

    ”Haber Global” məlumat verir ki, karantin və səyahət qadağaları azaldıqdan sonra minlərlə insan görməli yerlərə axın edib.

    Anhui əyalətində Huanqşan dağ parkında maskalı insanların böyük izdihamı yaşanıb.

    Şəkillərin sosial mediada yayımlanmasından sonra Kommunist Partiyası insanlara xəbərdarlıq edib.

    Park rəhbərliyi artıq ziyarətçiləri qəbul etməyəcəyini açıqlayıb.

    Şanxayda bir çox restoranlarda yalnız rezervasiya edənlər qəbul edilib. Oxşar hadisələr paytaxt Pekində də baş verib. Şəhər sakinləri parklara və açıq yerlərə axışıb.

    Qeyd edək ki, Çində son 24 saatda cəmi iki nəfər koronavirusdan ölüb. İndiyə qədər koronavirusa 81 708 nəfər yoluxub. COVID-19 ölkədə, ümumilikdə, 3331 nəfərin həyatına son qoyub.

  • Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi – FOTO

    Axşam saatlarında Suraxanı rayonu Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az xəbər verir ki, Hövsan istiqamətində hərəkətdə olan “VAZ 2107” markalı 10 RE 377 dövlət nömrəli avtomobil ilə “Mercedes” markalı 99 MJ 220 dövlət nömrəli avtomobil toqquşub.

    Hadisə nəticəsində “VAZ 2107”markalı avtomobilin sürücüsü Rahim və “Mercedes” markalı avtomobilin sürücüsü Tapdıq yüngül dərəcəli bədən xəsarətləri alıblar. Hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

    Hadisə yerinə ərazi üzrə polis idarəsinin əməkdaşları və Təcili tibbi yardım xidməti çağırılıb.

  • Изменен график движения поездов по Абшеронской кольцевой железной дороге

    Учитывая обращения пассажиров, ЗАО “Азербайджанские железные дороги” (АЖД) внесло изменения в график движения поездов, курсирующих по Абшеронской кольцевой железной дороге.

    Как сообщили Oxu.Az в АЖД, целью нововведений является приведение графика движения поездов в соответствие с рабочим графиком сотрудников предприятий, деятельность которых необходима в период карантина, а также более эффективная организация перевозки граждан. Данные изменения будут в силе с седьмого апреля до конца карантина.

  • Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafiki dəyişdi – CƏDVƏL

    “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərin müraciətlərini nəzərə alaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edib.

    QSC-dan Oxu.Az-a verilən məlumata görə, məqsəd karantin müddətində qatarların hərəkət cədvəlinin fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının iş saatı ilə uyğunlaşdırılması və vətəndaşların gediş-gəlişinin daha səmərəli təşkilidir.

    “Bu dəyişiklik aprelin 7-dən karantin müddəti bitənədək qüvvədə olacaq”, – məlumatda qeyd edilir.