Month: April 2020

  • Нацсовет телевидения и радио Азербайджана возглавил новый председатель

    В понедельник состоялось заседание Национального Совета телевидения и радио (НСТР) Азербайджана.

    Как передает Median.Az, на мероприятии были рассмотрены организационные вопросы.

    В соответствии с пунктом 17 “Положения о Национальном Совете телевидения и радио”, новым председателем НСТР избран Исмет Раджаб оглу Саттаров.

    Ранее Нацсовет телевидения и радио возглавлял Нуширеван Магеррамли.

  • MTRŞ-yə yeni sədr seçildi

    Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

    Oxu.Az-ın məlumatına görə, iclasda təşkilati məsələlərə baxılıb.

    “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

    Qeyd edək ki, İ.Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirib, 2002-ci ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika və tətbiqi riyaziyyat fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

    2000-2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.

    2011-ci ildən yeni yaradılmış “Region” TV adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış “Region” TV telekanalının direktoru olub.

    19 sentyabr 2016-cı ildən ARB Media Qrupun rəhbəri olub, “ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.

    Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2020-ci il sərəncamı ilə İsmət Səttarov altı il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

    Evlidir, bir övladı var.

    Xatrıladaq ki, bundan əvvəl Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov olub. O, 2003-cü ildən bu vəzifədə çalışırdı.

  • Postdan qanunsuz keçmək istəyən sürücülər cərimələndi – VİDEO

    Abşeron rayonu ərazisində qurulan postlarda nəzarət gücləndirilib.

    Postlarda Daxili Qoşunlar və Dövlət Yol Polisi əməkdaşları tərəfindən, adı müvafiq portalda qeyd olunmayan, xüsusi icazəsi olmadan yaşayış yerini tərk edən sürücü və sərnişinlər müəyyən edilərək geri qaytarılır.

    Gün ərzində Abşeron rayonunun Masazır – Saray – Duz gölü yaxınlığında qurulan postda 100-ə yaxın sürücü məlumatlandırılaraq geri qaytarılıb və qaydaları pozan sürücülər cərimələnib.

    Daha ətraflı Baku TV-nin hazırladığı videomaterialda:

  • В Азербайджане начали производить лицевые щитки для защиты от коронавируса

    Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева приняли участие в открытии в понедельник предприятия по производству медицинских масок, созданного ООО “Бакинская текстильная фабрика” в Сумгайытском химическом промышленном парке.

    Глава государства и Мехрибан Алиева были проинформированы о проекте STEAM-Azərbaycan.

    Как говорится в сообщении Министерства образования Азербайджана, основная цель проекта, запущенного в начале 2019/20 учебного года при поддержке Фонда Гейдара Алиева, заключается в расширении возможностей учащихся общеобразовательных школ по использованию современного ИКТ-оборудования.

    В рамках проекта начато экспериментальное производство на 3D-принтерах лицевых щитков, предусмотренных для защиты медицинского персонала от коронавируса, а также выпуск различных комплектующих деталей медицинского оборудования.

    В настоящее время ежедневно изготавливается 150 таких щитков. В ближайшие дни мощность производства планируется довести до 450-600 лицевых щитков в сутки.

  • Azərbaycanda həkimləri koronavirusdan qorumaq üçün “üz sipəri”nin istehsalına başlanıldı

    Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

    Sonra dövləti başçısına və Mehriban Əliyevaya STEAM-Azərbaycan layihəsi barədə məlumat verilib.

    Təhsil Nazirliyindən verilən məlumata görə, 2019-2020-ci tədris ilinin əvvəlindən Heydər Əliyev Fondunun dəstəyi ilə tətbiqinə başlanılan bu layihənin əsas məqsədi ümumtəhsil məktəblərində şagirdlərin müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini genişləndirməkdir.

    Layihə çərçivəsində koronavirusdan qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 3D printerlərlə çap olunan “üz sipəri” maskası və bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalına başlanılıb.

    Hazırda gün ərzində 150 ədəd bu cür maska istehsal olunur. Yaxın günlərdə istehsal sürətinin gündəlik 450-600 ədədə çatdırılması planlaşdırılır.

  • Çernobılda daha bir dəhşət: Radiasiya yenidən 16 dəfə yüksəldi – VİDEO

    Ukraynada Çernobıl şəhəri yaxınlığında başlayan meşə yanğınları bölgədə radiasiyanın səviyyəsinin 16 dəfə artmasına gətirib çıxarıb.

    “HaberGlobal”ın məlumatına görə, iki gün öncə başlayan yanğını söndürmək üçün hadisə yerinə “AN-32P” təyyarəsi və “Mi-8” helikoprteri ilə yanaşı, 80 yanğınsöndürən maşın və 140 nəfərdən ibarət heyət cəlb olunub.

    Yanğın davam etdiyi üçün radiasiya səviyyəsinin daha da artacağı bildirilir. Ukrayna və qonşu ölkələrdə radiasiyanın yayılma riski barədə xəbərdarlıqlar edilib.

  • Zirəddin Rzayev koronavirusla bağlı danışdı – VİDEO

    Tanınmış ekstrasens Zirəddin Rzayev koronavirusla bağlı maraqlı fikirlər söyləyib.

    Baku TV-də yayımlanan “Baku Life” verilişinə danışan ekstrasens koronavirusun yayın sonu, payızın əvvəlinə qədər tam olaraq öz gücünü itirəcəyini bildirib.

    O, bu müddət ərzində virusa yoluxan şəxslərin sayının da tədricən azalacağını qeyd edib.

    Ətraflı video materialı təqdim edirik:

  • МИД: Выборы в Нагорном Карабахе могут быть проведены только с участием всего населения региона

    Международные организации, в том числе Движение неприсоединения, Организация исламского сотрудничества, Европейский союз, НАТО, Тюркский совет, ГУАМ, Европарламент, ТюркПА, а также сопредседатели Минской группы ОБСЕ, многие государства заявили о незаконности так называемых “выборов” в Нагорно-Карабахском регионе Азербайджана и их итогов.

    Как сообщили в пресс-службе МИД Азербайджана, присутствие в этом списке Движения неприсоединения, являющегося второй крупной политической платформой после ООН и объединяющего 120 стран, а также многих других организаций и государств в очередной раз открыто свидетельствует о том, что вся мировая общественность отвергает оккупационную политику Армении и ее результаты.

    “Еще раз подчеркиваем, что так называемые “выборы” в Нагорно-Карабахском регионе Азербайджана могут быть проведены только в рамках Конституции Азербайджанской Республики и с участием всего населения региона. Проведение каких-либо выборов будет возможно только после вывода армянских войск с оккупированных территорий Азербайджана, возвращения на родные земли изгнанного с них азербайджанского населения, а также возобновления диалога и сотрудничества между армянской и азербайджанской общинами региона”, – говорится в сообщении.

  • XİN: “Dünya ictimaiyyəti növbəti dəfə Ermənistanın işğalçı siyasətini rədd etdi”

    “Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsində martın 31-də işğalçı dövlət tərəfindən keçirilən qondarma seçkilər beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi və rədd edildi”.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.

    Məlumatda qeyd olunur ki, beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri, habelə çoxsaylı dövlətlər bu qondarma seçkilərin və onların nəticələrinin qanunsuz olduğunu bəyan etdilər.

    “BMT-dən sonra ikinci böyük siyasi platforma olan və 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatı, eləcə də çoxsaylı digər təşkilat və dövlətlərin bu sırada yer alması bütün dünya ictimaiyyətinin Ermənistan Respublikasının işğalçı siyasətini və onun nəticələrini rədd etdiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirir.

    Bir daha vurğulayırıq ki, Dağlıq Qarabağda seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər. Hər hansı seçkinin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasından, bu torpaqlardan didərgin salınmış azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından, həmçinin bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra mümkün olacaq”, – deyə XİN-in məlumatında bildirilir.

  • Назван формат регистрации безработных в Азербайджане

    В плане мероприятий, утвержденном Кабинетом министров, в апреле-мае предусматривается единовременная выплата лицам, зарегистрированным в качестве безработных. Сумма пособия определена в размере прожиточного минимума – 190 манатов ежемесячно.

    Как сообщили в Министерстве труда и социальной защиты населения, для регистрации в качестве безработного или получения единовременной выплаты нет необходимости выходить из дома и обращаться в Центры занятости. В связи с особым карантинным режимом в настоящее время в данных центрах прием граждан не осуществляется.

    При этом регистрация безработных проводится только в электронном формате. Таким образом, безработному для регистрации необходимо в разделе e-xidmətlər портала www.e-sosial.az выбрать услугу Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi.

    При выдаче единовременной выплаты будет учитываться принцип адресности, доходы семьи безработного. В связи с этим готовится соответствующий механизм. После завершения в ближайшие дни этого процесса единовременные выплаты будут осуществляться посредством банковских услуг.