Month: April 2020

  • TƏBİB предупреждает: Каждый инфицированный COVID-19 может заразить до 60 человек

    Каждый болеющий коронавирусом может стать источником заражения 30, 50 и даже 60 человек.

    Как передает Qafqazinfo, об этом заявил председатель Правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы в эфире передачи “Diqqət mərkəzi – Yekun” (“Центр внимания – итоги”).

    “Принято считать, что инкубационный период болезни продолжается 14 дней. Да, если в течение этого периода не выявляется заболевания, мы отпускаем людей домой. Однако изучение истории болезни инфицированных показывает, что инкубационный период COVID-19 может продлиться как 14, так и 21, и даже 28 дней. Эффективность применяемых нами методов лечения зависит во многом от особенностей имунной системы организма больного”, – отметил Р.Байрамлы.

  • TƏBİB xəbərdarlıq edir: “Bir yoluxma halı 60-a yaxın insanı yoluxdurur”

    “Bir yoluxma halı 30, 50 bəzi faktlara görə 60-a yaxın insanı yoluxdurur”.

    “Qafqazinfo” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “Diqqət mərkəzi-Yekun” verilişində deyib:

    “İnkubasiya dövrünün 14 gün olmasının üzərində dayandıq və müşahidə elədik ki, bəli, 14-cü günə qədər yoluxmamış hallar – inkubasiya dövrünü bitiririk, neqativ çıxır və evə göndəririk. Amma yoluxmuş halların 14, 21, 28-ci günə qədər davam etdiyini görürük. Tətbiq edəcəyimiz müalicənin effektivliyi orqanizmin immun sisteminin cavabından asılıdır”.

  • Təqaüdçü kişi qızını və onun ailəsini gülləbaran etdi

    62 yaşlı kişi qızının ailəsini gülləbaran edib.

    MK-nın məlumatına görə, dəhşətli hadisə Rusiyanın Tümen vilayətində baş verib.

    Bildirilir ki, şübhəli şəxs 36 yaşlı qızının ailəsi ilə birlikdə yaşadığı evə gəlib və traktoru ilə kürəkəninin avtomobilini əzib. Qızı, 42 yaşlı kürəkəni və 17 yaşlı nəvəsi evdən çıxanda isə onları güllələyib.

    Yaşlı kişinin azı 10 dəfə atəş açdığı deyilir. Zərərçəkənlər qaçmağa çalışsalar da, yaralanıblar.

    Qadın başından və sinəsindən aldığı güllə yaraları ilə reanimasiyaya yerləşdirilib, əri yüngül xəsarət alıb. Yeniyetmə isə hadisədən zərər çəkmədən xilas ola bilib.

    Baş verənlərlə əlaqədar təqaüdçü kişi saxlanılıb, onun barəsində iki nəfərin qətlinə cəhd maddəsi üzrə cinayət işinə başlanılıb.

    Məlumata görə, ata ilə qızı uzun müddətdir mülk üstündə münaqişə edirlər.

  • Koronavirusla əlaqədar kənd təsərrüfatında fəaliyyət göstərən şəxslərin hərəkət qaydası müəyyənləşib

    Nazirlər Kabineti “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” qərar verib.

    APA-nın məlumatına görə, qərara əsasən, kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələləri tənzimləmək üçün “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı Təlimat” təsdiqlənib.

    Bu Təlimat xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin, o cümlədən yardımçı sahələrdə (xammal, istehsal vasitələrinin (gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, texnika və materialların, aqrokimyəvi maddələrin) istehsalı, idxalı, satışı və aqrotexniki xidmətlərin göstərilməsi) fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir.

    Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinə aşağıdakı hallarda yol verilir:

    – kənd təsərrüfatı məhsullarının və xammalının istehsalı, idxalı, tədarükü, təchizatı, saxlanması, daşınması, emalı, satışı, utilizasiyası ilə bağlı fəaliyyət;

    – heyvandarlıq sahəsində fermer fəaliyyəti: baytarlıq tədbirlərinin aparılması, heyvanların yemlənməsi, məhsullarının toplanması, daşınması (heyvan və ya məhsul), satışı, kəsilməsi, soyuducuya yığılması, utilizasiyası; iri və xırdabuynuzlu heyvanların qış otlaqlarından yay otlaqlarına aparılması;

    – bitkiçilik sahəsində fermer fəaliyyəti: şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılması;

    – gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, suvarma və kənd təsərrüfatı texnika və materiallarının, aqrokimyəvi maddələrin istehsalı, idxalı, daşınması, satışı, qurulması və tətbiqi;

    – aqrotexniki və baytarlıq xidmətlərinin göstərilməsi;

    – heyvanlar üçün yem satış məntəqələrinin fəaliyyəti.

    Təlimatda göstərilən sahələr üzrə fəaliyyət göstərən aşağıdakı şəxslərin rayon və şəhərdaxili, habelə rayonlar və şəhərlərarası hərəkətinə icazə verilir:

    – fermerlər (kənd təsərrüfatı məhsullarının istehsalçıları);

    – tədarükçülər və təchizatçılar;

    – aqronomlar;

    – baytar həkimlər;

    – zootexniklər;

    – süni mayalanma mütəxəssisləri;

    – mövsümi işçilər (budama, alaqlama, məhsul yığımı və s. sahələrdə);

    – mexanizatorlar (kənd təsərrüfatı texnikalarını idarə

    etmək hüququ olan şəxslər);

    – Həmin sahələr üzrə fəaliyyət göstərən şəxslərin işçiləri.

    Eyni zamanda Təlimatda qeyd edilən şəxslər ilə birgə onların istifadəsində olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

    Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər – bu Təlimatda göstərilən sahələrdə fəaliyyət göstərəcək əməkdaşları barədə məlumatları elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil etdikdən sonra onların şəhərlərarası, rayonlararası, habelə rayon daxilində hərəkətinə (nəqliyyat vasitələri ilə birgə) yol verilir. Bunlar istisna olmaqla, digər şəxslərin hərəkəti aşağıdakı qaydada həyata keçirilir:

    – olduğu kənd daxilində – sərbəst qaydada;

    – olduğu rayon daxilində (kəndlərarası, rayon-kənd, kənd-rayon) – yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı ilə;

    – rayonlar arasında – mexanizator, “Elektron Kənd Təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatdan keçmiş fermer, təchizatçı, tədarükçü – olduğu

    rayon dövlət aqrar inkişaf mərkəzinin (bundan sonra – DAİM), digərləri – olduğu rayon yerli icra hakimiyyəti orqanının arayışı ilə;

    – Bakı-Sumqayıt şəhərləri – rayon arasında – Kənd Təsərrüfatı Nazirliyinin yanındaAqrar Xidmətlər Agentliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin arayışı ilə

    Bu qurumlar müvafiq arayışların verilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər. Bu Təlimatda nəzərdə tutulmuş qaydada şəxslərin

    hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin, habelə bu Təlimatla müəyyən edilmiş sənədin üzərlərində olması məcburidir. Bu Təlimatda nəzərdə tutulmuş qaydada hərəkətin təşkili, habelə hərəkət zamanı xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

    .Bu Təlimatın tələblərinə əməl etməyən DAİM və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları barədə şəxslər

    Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (1652) müraciət edə bilərlər. Bu Təlimatın tələblərinə əməl etməyən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Çağrı Mərkəzinə (1003) müraciət edə bilərlər.

    Bu Təlimatın tələblərinə əməl etməyən Daxili İşlər Nazirliyinin əməkdaşları barədə şəxslər Daxili İşlər Nazirliyinin Zəng Mərkəzinə (102) müraciət edə bilərlər. Müraciət əsaslı hesab olunduqda, bu hal əməkdaşın intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.Bu Təlimatın tələblərinin pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaq.

  • Koronavirusun yeni simptomları aşkarlanıb

    İybilmə və dadbilmə hisslərinin yoxa çıxması koronavirusa yoluxmanın başlıca simptomlarındandır.

    Median.Az deyerler.org-a istinadən bildirir ki, bu qənaətə London Kral Kollecinin alimləri gəlib.

    Mütəxəssislərin fikrincə, bu simptomlara malik pasiyentlərin 59%-ində koronavirus testinin nəticəsi pozitiv çıxıb. Üstəlik, bu, qızdırmadan fərqli olaraq daha dəqiq göstərici olub.

    Araşdırmaçılar bildiriblər ki, bu iybilmə və dadbilmənin yoxa çıxması ilə digər simptomların uyuşması koronavirusa yoluxma ehtimalını 3 dəfə artırır. Alimlər bu cür simptomların ortaya çıxdığı andan 7 günlük özünütəcridetməyə çağırırlar.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 885 200-ü ötüb. Bunların 185 208 nəfəri sağalıb, 44 210 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Taksi sürücülərinin fəaliyyətinə hansı halda icazə veriləcəyi məlum olub

    “Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərarına əsasən, yalnız fərqlənmə nişanı olan taksi minik avtomobilləri ilə sərnişin daşınmasını təmin edən şəxslərin fəaliyyətinə icazə veriləcək”.

    APA-nın məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

    Onun sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirmək məqsədilə aprel ayında taksi fəaliyyəti üçün əsas icazə sənədi hesab edilən “Fərqlənmə Nişanı” təqdim olunan şəxslər (Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazisi üzrə taksi fəaliyyətinə nəzarət müvafiq digər qurumlar tərəfindən təmin edilir) xidmət göstərə bilərlər:

    “Hazırda bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti müvafiq qaydada həmin şəxslər haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil edilməsi üzrə işlər aparılmaqdadır” – deyə N.Allahyarova bildirib.

  • Azərbaycanda bu məhsulların idxalı gömrük rüsumundan azad ediləcək

    Koronavirus (COVID-19) pandemiyası ilə bağlı əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və ölkəyə idxal olunan müvafiq məhsullarla tam və fasiləsiz təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər açıqlanıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

    Sənədə əsasən, 2020-ci il ərzində İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi zəruri hesab edilən məhsullar üzrə idxal rüsumlarının müddətli olaraq “0” dərəcəyə endirilməsi (və ya azaldılması) və zəruri hesab edilən məhsulların idxalı zamanı həyata keçirilən gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin növbədənkənar (sürətləndirilmiş) tətbiqini təmin etməlidir.

  • Hansı hava koronavirusa mənfi təsir edir?

    Havanın koronavirusa təsiri növbəti dəfə araşdırılıb.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-ın məşhur Yel Universitetinin alimləri bununla bağlı gəmiricilər üzərində tədqiqat aparıblar. Məlum olub ki, rütubətli hava koronavirusa mənfi təsir edir. Nisbi hava rütubəti 40-60 faiz arasında olduqda SARS-CoV-2 virusunun xəstədən sağlam adama keçməsi halları azalır. Məlum olub ki, gəmiricilər virus hissəciklərini daha çox aşağı rütubət şəraitində sağlam qonşularına ötürürlər.

    Alimlər qeyd edirlər ki, quru hava otaqda virusun hərəkətini əhəmiyyətli dərəcədə asanlaşdırır, həmçinin tənəffüs yollarının virus hissəciklərini kənarlaşdırmaq imkanını azaldır. Bundan əlavə, immunitet sisteminin patogenlərə reaksiya qabiliyyəti daha quru şəraitdə azalır.

    Bununla yanaşı, mütəxəssislər göstərir ki, tropik iqlim şəraiti, yəni həddən artıq rütubət virusun yayılması üçün əlverişli mühit yaradır, çünki virus hissəciklərinin səthlərə tez çökməsinə imkan verir.

    Tədqiqatçılar otaqlarda hava nəmləndiricilərindən istifadə etməyi və 50 faizlik nəmlik saxlamağı məsləhət görürlər.
    Eyni zamanda, alimllər bildirir ki, bu ehtiyat tədbiri virusun hava yolu ilə ötürülmə risklərini azaltmağa kömək edir, lakin damcı yolu ilə keçməyə əngəl törətmədiyi üçün əlləri yumaq və səthləri dezinfeksiya etmək lazımdır.

  • Paulo Dibala yenidən koronavirusa yoluxub

    “Yuventus”un hücumçusu Paulo Dibala yenidən karantinə alınıb.

    Apasport.az saytının məlumatına görə, həm argentinalı futbolçu, həm də sevgilisi Oriana Sabatini növbəti dəfə xəstəxanaya yerləşdirilib.

    Buna səbəb cütlüyün növbəti koronavirus testinin müsbət çıxması olub. Martın 21-də virusa yoluxduqları üçün xəstəxanaya yerləşdirilən, 3 gün əvvəl isə tam sağaldıqları bildirilən Dibala ilə Sabatininin üçüncü testində koronavirus xəstəliyi aşkarlanıb. Bu səbəbdən onlar yenidən karantinə alınıblar.

    Ulduz futbolçunun sevgilisi sosial şəbəkə vasitəsilə etdiyi paylaşım zamanı məlumatı təsdiqləyib və testin nəticəsinə təəccübləndiklərini söyləyib.

  • В Азербайджане наемным работникам будет выплачена компенсация в размере 215 млн. манатов

    Стала известна сумма компенсации, выделенной для погашения определенной части заработной платы наемных работников, трудящихся в сферах, пострадавших от пандемии (в целях сохранения рабочих мест).

    Как передает АПА, это отражено в утвержденном сегодня Кабмином Плане мероприятий в связи с исполнением пункта 10.2 распоряжения Президента Азербайджана № 1950 от 19 марта 2020 года «О ряде мер по снижению негативного влияния пандемии коронавируса (COVID-19) и вызванных ею резких колебаний, происходящих на мировых энергетических рынках и рынках акций, на экономику Азербайджанской Республики, макроэкономическую стабильность, вопросы занятости в стране и субъектов предпринимательства».

    Согласно Плану мероприятий, для погашения части заработной платы наемных работников, трудящихся в сферах, пострадавших от пандемии, 300 тысячам лиц будет выплачена компенсация в размере 215 млн. манатов.

    Исполнительными структурами в данном процессе определены Министерство экономики и Министерство финансов.