Month: April 2020

  • İndiyədək Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib

    Aprelin 4-də Azərbaycanda 3806 nəfər koronavirus testindən keçirilib.

    APA xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

    Məlumata əsasən, ümumilikdə testdən keçənlərin sayı 41 673 nəfərdir. Reanimasiyadakı və intubasiya olunmuş xəstələrin sayı 4-dür.

    Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 521, virusdan ölənlərin sayı 5, sağalan xəstə sayı 32, aktiv xəstələrin sayı isə 484 nəfərdir.

  • Market və apteklərdə yoluxma riski çoxdur – Xəbərdarlıq

    Həkimlər hazırda koronavirusun insanı daha çox hansı yerlərdə tuta biləcəyini açıqlayıb.

    Median.Az medicina.az-a istinadən bildirir ki, mütəxəssislər insanların hətta tam izolyasiyası müddətində də yoluxa biləcəyini bildirir.

    Rusiyalı ali dərəcəli otolorinqoloq Vlademir Zayçev təhlükəli yerlərin siyahısını təqdim edib:

    – ərzaq mağazaları, marketlər- mütləq ərzaqları təmiz rezin əlcəkdə seçib, mağazadan çıxdıqdan sonra əlcəyi çevirib çıxarıb atmaq lazımdır. Sellofan paketləri barmağı ağıza aparıb yaşladandan sonra açmayın
    Mağazada özünüz üçün vaxt qoyun: 10 dəqiqəyə mütləq çıxmalısız və 1 metr radiusunuzda adam olmamalıdır

    – Apteklər- bura xəstələnmiş insanlar çox girir.

    – Ödəmə terminalları və poçtlar.

    – Yanacaq doldurma stansiyalarında – əgər sürücü benzin dolduran şlanqa özü əl vurarsa ondan öncə bu şlanqa toxunan insandan virus keçə bilər

    – İstənilən nağd pul hesablaşması. Hər dəfə əllərinizi pula toxundurduqdan sonra dezinfeksiya edin

  • В Турции число умерших от коронавируса превысило 500

    Количество выявленных случаев заражения коронавирусом в Турции возросло за сутки с 20 921 до 23 934, общее число умерших увеличилось с 425 до 501.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил министр здравоохранения страны Фахреттин Коджа.

    “Сегодня проведено 19 664 теста, выявлено 3 013 новых случаев, всего заразившихся 23 934. Мы потеряли сегодня 76 пациентов, всего умерших 501. Вылечилось сегодня 302, всего 786 пациентов”, – написал Коджа в Twitter.

  • Türkiyədə koronavirusdan ölənlərin sayı 500-ü ötdü

    Türkiyədə son bir gündə 76 nəfər pandemiyanın qurbanı olub.

    “Report” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

    Onun sözlərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 501 nəfərə yüksəlib.

    Nazir deyib ki, koronavirusa yoluxanların sayı son 24 saat ərzində 3 013 nəfər artaraq 23 934 nəfərə çatıb.

    Eyni zamanda 1 311 pasiyentin vəziyyəti ağır olsa da, 786 xəstə sağalaraq evə buraxılıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 172 889-a çatıb. Bunların 242 100 nəfəri sağalıb, 62 829 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Yaşı 65-dən yuxarı, tənha və xüsusi qayğıya ehtiyacı olan 64 min nəfərə xidmət göstəriləcək

    Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar aprel-may aylarında yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlər və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstəriləcək.

    APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

    Sənədə əsasən, bu tədbirlər ümumilikdə 14 min nəfəri əhatə edəcək. Tədbirin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

  • Sosial həssas əhali qrupuna aid ailədən olan tələbələrin təhsil haqqı ödəniləcək

    Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək.

    APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

    Sənədə əsasən, bu məqsədlə 40 milyon manat ayrılıb. Maliyyə Nazirliyi 2020-ci il ərzində bu tədbirin həyata keçirilməsini təmin etməlidir.

  • Оперативный штаб обратился к находящимся за рубежом гражданам Азербайджана

    Учитывая глобальную пандемию и чрезвычайную ситуацию, оперативный штаб при Кабинете министров Азербайджана призвал граждан Азербайджанской Республики, находящихся за рубежом, проявлять сдержанность и понимание, строго придерживаться карантинного режима в странах их пребывания, воздерживаться от поездок.

    В то же время, оперативный штаб рекомендует этим гражданам в особых случаях обращаться в дипломатические представительства Азербайджанской Республики.

  • Operativ Qərargah xarici ölkələrdə olan azərbaycanlılara çağırış etdi

    Nazirlər Kabineti yanında Operativ Qərargah qlobal pandemiya və fövqəladə vəziyyət şəraitini nəzərə alaraq, xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını təmkin və anlayış nümayiş etdirməyə və olduqları ölkələrin karantin rejiminə ciddi şəkildə riayət etməyə, həmçinin səfərlərdən çəkinməyə çağırıb.

    Operativ Qərargah eyni zamanda xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını xüsusi zəruri hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə müraciət etməyi tövsiyə edib.

  • Moskvanın Təcili Yardım Xidmətinin baş həkim müavini koronavirusa yoluxdu

    Rusiyanın paytaxtı Moskva şəhərinin Təcili Yardım Xidmətinin baş həkim müavini koronavirusa yoluxub. 43 yaşlı Dmitri Qavrilov COVID-19 testinin müsbət nəticəsindən sonra xəstəxanaya yatırılıb.

    Rusiyada həkimlər bu analizi tez-tez verirlər.

    Qavrilov xəstələrlə ünsiyyətdən sonra özünü pis hiss edib, zəifləyib, öskürək başlayıb.

    Hazırda o, səhhətindən şikayətçi olmadığını, özünü yaxşı hiss etdiyini bildirir.

  • Sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillər veriləcək

    Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətillər veriləcək.

    Median.Az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nında öz əksini tapıb.

    Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) aşağıdakı vergi güzəştlərinin və tətillərinin verilməsi nəzərdə tutulub:

    – mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə müddətli güzəştin verilməsi;

    – əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi;

    – vergi ödəyicilərinə mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi;

    – mənfəət (gəlir) və əmlak vergisi üzrə cari vergi ödəmələrindən müddətli azad edilməsi;

    – mikro sahibkarlıq subyektləri üzrə hesabatların (gəlir, mənfəət, əmlak və sadələşdirilmiş vergi) verilməsi və vergilərin ödənilməsi müddətinin uzadılması;

    – pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə vergilərin ödənilməsi müddətinin uzadılması;

    – əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi;

    – əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının ƏDV-dən azad edilməsi;

    – epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin gəlirdən çıxılması;

    – icarə haqqından tutulan vergilər üzrə güzəştin verilməsi;

    – ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının müəyyən müddətə təxirə salınması;

    – bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükünün azaldılması//report.az