Month: April 2020

  • Azərbaycanda 200 min şəxsə birdəfəlik ödəniş veriləcək

    Bu ilin aprel-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 200 minə qədər şəxsə yaşayış minimumu qədər – 190 manat birdəfəlik ödəniş veriləcək.

    Median.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

    Bu məqsədlə 70 milyon manat ayrılıb.//report.az

  • Fərdi sahibkarlara ayrılan kompensasiyanın məbləği açıqlandı

    Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün ayrılan kompensasiyanın məbləği açıqlanıb.

    “Report” xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nında öz əksini tapıb.

    Qeyd olunub ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə – əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) üçün 300 min nəfərə 80 milyon manat vəsait ayrılacaq.

  • Azərbaycanda bu şəxslərə koronavirusa görə 215 manat veriləcək – RƏSMİ

    Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə) üçün ayrılan kompensasiyanın məbləği müəyyən olunub.

    Bu barədə məlumat Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nında öz əksini tapıb.

    Belə ki, 300 min nəfəri əhatə edəcək muzdla çalışan işçilərə 215 manat vəsait ayrılacaq

  • Baş Nazir Tədbirlər Planını təsdiqlədi

    Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edib.

    Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan icraçı orqan və qurumlar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etmək və görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat vermək tapşrılıb.

    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Azərbaycanda 50 min ictimai iş yeri yaradılır

    Bu ilin aprel-may aylarında Azərbaycanda 50 min ictimai iş yerinin yaradılması nəzərdə tutulub.

    “Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

    Məqsəd işsiz vətəndaşların müvəqqəti məşğulluğunun təmin edilməsidir. Bunun üçün 30 milyon manat ayrılıb.

    Başqa sözlə, hər ictimai işə görə ayda 300 manat əmək haqqı veriləcək.

  • Все пассажироперевозки в Азербайджан приостановлены – ОФИЦИАЛЬНО

    В рамках мер, принятых против пандемии коронавируса (COVID-19) в Азербайджане, с 00:00 5 апреля 2020 года до 00:00 20 апреля 2020 года за исключением грузоперевозок полностью приостанавливается въезд/выезд на территорию Азербайджанской Республики наземным и воздушным транспортом, а также местные авиарейсы.

    Об этом говорится в сообщении оперативного штаба при Кабинете министров Азербайджана.

    Эта мера служит для оперативного выявления случаев заражения коронавирусом внутри страны, изоляции зараженных, установления их контактов и размещения на карантин, регулирования возможностей приема карантинных пунктов и повышения готовности больниц страны.

    Учитывая глобальную пандемию и чрезвычайную ситуацию, мы настоятельно призываем граждан Азербайджанской Республики, находящихся за рубежом, проявлять сдержанность и понимание, строго придерживаться карантинного режима в странах их пребывания, воздерживаться от поездок, а в особых случаях обращаться в дипломатические представительства Азербайджанской Республики.

  • Azərbaycana bütün sərnişindaşıma xidmətləri dayandırıldı – RƏSMİ

    Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel aprel 2020-ci il saat 00:00-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılır.

    Tətbiq olunan bu tədbir koronovirus xəstəliyinə daxili yoluxma hallarının operativ aşkarlanması, yoluxan şəxslərin izolyasiya edilməsi və onların təmaslarının müəyyən olunması və karantinə yerləşdirilməsi, karantin məntəqələrinin qəbuletmə imkanlarının tənzimlənməsi və ölkə ərazisində xəstəxanaların hazırlığının artırılması istiqamətində görülən işlərin daha da gücləndirilmiş şəkildə aparılmasına xidmət edir.

    Qlobal pandemiya və fövqəladə vəziyyət şəraitini nəzərə alaraq, xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını təmkin və anlayış nümayiş etdirməyə, olduqları ölkələrin karantin rejiminə ciddi şəkildə riayət etməyə, səfərlərdən çəkinməyə çağırır və xüsusi zəruri hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə müraciət etməyi tövsiyə edirik.

  • Qubada karantin rejiminə əməl etməyən çayxana aşkarlanıb – VİDEO

    Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.

    DİN-in mətbuat xidmətinin Quba regional qrupundan oxu.az-a verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.

    Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi İlkin Mirzəyev barəsində isə qanuna müvafiq qaydada tədbir görülüb.

  • Azərbaycanda internetin zəif olmasının səbəbi açıqlandı

    Azərbaycanda internetin sürəti ilə bağlı sosial şəbəkələr və digər mənbələrdə müxtəlif fikirlər səslənir. Biz də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq bunu ciddi şəkildə izləyirik.

    “Report” xəbər verir ki, bunu “Real TV”-də yayımlanan “Real intervyu” verilişinə müsahibəsində nazir müavini Elmir Vəlizadə bildirib. Onun sözlərinə görə, nazirliyin zəng mərkəzi mövcuddur və istifadəçilər belə hallarla rastlaşdıqda Bakı şəhəri üzrə 155, rayonlar üzrə 1655 telefon nömrəsinə zəng edə bilərlər.

    “Araşdırmalar göstərir ki, Bakı şəhərində internetlə bağlı şikayətlərin sayı günbəgün azalır. Müraciət olunan bütün problemləri nazirliyin əməkdaşları diqqətdə saxlayırlar. Hər bir müraciətə operativ reaksiya verilir, evlərə gedilir”.

    E. Vəlizadə qeyd edib ki, evlərə gedən əməkdaşların hamısı fərdi qoruyucu tibbi maskalardan və əlcəklərdən istifadə edirlər: “İstəmirik ki, bizim fəaliyyətimizdə müəyyən qədər problemlər yaransın. Onlar həm özlərini, həm də getdikləri ailələri qoruyurlar. Hər bir müraciət araşdırılır və çox operativ reaksiya göstərilir”.

    Nazir müavini bildirib ki, ancaq vətəndaş bilməlidir ki, onların xüsusən sabit telefon xətləri və fiberoptik xətlərlə aldıqları tutum dəyişməyib: “Ancaq evlərdə istifadəçiləri sayı artıb. Ola bilər ki, bu səbəbdən sürətin azalmasını hiss etsinlər. Heç kim evdə qalaraq özünün internet sürətini və tutumunu artırmayıb, əksinə istifadəçi sayı artıb. Artım var və biz də bu artımı müşahidə edirik. Ancaq bu artım kritik həddə deyil. Ölkəmizin beynəlxalq internet tutumu çox böyük bir həcmdədir. Biz hazırda bu tutumun heç yarısını da istifadə etmirik. Bunun üçün də istifadəçilər bu internetdən öz tələbatları üçün rahat şəkildə istifadə edə bilərlər”.

  • SMS icazə sistemi ilə bağlı TƏLİMAT – VİDEO

    Sabahdan istifadəsinə başlanacaq SMS icazə sistemi ilə bağlı vətəndaşlarda müxtəlif suallar yaranır.

    ASAN Xidmət bu məqsədlə vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlayıb.

    Həmin videotəlimatı təqdim edirik.