Month: April 2020

  • Bakı-Sumqayıt yolunun genişləndirilməsi tıxac və avtomobillərin sıxlığını aradan qaldıracaq

    “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi çox böyük rol oynayır”.

    Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verərkən deyib.

    Onun sözlərinə görə, Bakının şimal girişində xüsusən günün pik saatlarında yaranan tıxac və avtomobillərin sıxlığının aradan qaldırılması baxımından bu layihənin olduqca mühüm əhəmiyyəti var: “Layihənin icrası ilə nəqliyyat vasitələrinin paytaxta rahat və təhlükəsiz giriş-çıxışı təmin olunacaq”.

  • Sevgilisini koronavirusa görə öldürdü, nəticə neqativ çıxdı

    Antonio de Paçe adlı bir kişi ona koronavirus yoluxdurduğu iddiası ilə tibb bacısı olan sevgilisi Lorena Kvarantanı boğaraq öldürüb.

    “Report” “Sözcü”yə istinadən xəbər verir ki, hadisə İtaliyanın Sicilya Muxtar Vilayətinin Messina şəhərində baş verib.

    Məlumata görə, 28 yaşlı kişi ilə sevgilisi L.Kvaranta eyni xəstəxanada işləyirlərmiş. 27 yaşlı qadının meyitini evdə tapan polis A.Paçenin də intihara cəhd etdiyini vurğulayıb. Təqsirləndirilən şəxs prokurora ifadəsində qadını ona koronavirus yoluxdurduğu üçün öldürdüyünü irəli sürüb.

    Maraqlıdır ki, müvafiq araşdırmadan sonra həm A.Paçe, həm də L.Kvarantanın meyiti xəstəxanaya aparılıb. Orada koronavirus testinin nəticəsi isə hər ikisində neqativ çıxıb.

    Qeyd edək ki, İtaliya koronavirusun ən sürətlə yayıldığı ölkələrdən biridir. Burada indiyədək 115 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı isə 14 000-ə yaxınlaşıb.

  • “Fiziki qüsurum var, insanlar içinə çıxmaq istəmirəm” – Afaq Bəşirqızına nə olub?

    Bir müddət öncə xalq artisti Rəfael Dadaşovun dəfn mərasimində Afaq Bəşirqızının iştirak etməməsi hər kəsin ağlında suala səbəb oldu.

    Median.Az big.az-a istinadən xəbər verir ki, jurnalist Türkan Məmmədli ilə instaqramda canlı yayım zamanı xalq artisti Afaq Bəşirqızı bu məsələyə açıqlama verib. Belə ki, Afaq Bəşirqızı bildirib ki, səhhətində problemlər var ona görə də dəfndə iştirak edə bilməyib:

    “Mən bildim ki, hər kəs bunu soruşacaq. Düzdür, biz Rəfael müəllimlə yaxın idik. İkinci filmə çəkilirdik hətta. Amma mənə elə gəlir ki, Türkan, sən yaxşı bilirsən ki, mənim addımlamaq və gəzməklə bağlı problemim var. İkinci filmə çəkilən zaman da Rəfael çox əsəbi idi. Hətta çəkiliş qrupu da mənə deyirdi ki, “Afaq xanım, heç siz belə əsəbi deyilsiniz”. Mən də onlara deyirdim ki, o nə desə, heç nə deməyin. Rəfaelin özünə də deyirdim ki, çox əsəbisən, özünü çox yükləyirsən. “Bilirəm, həyatın problemləri bizi yorur amma özünü qoru” dedim. Allah Rəfaelə rəhmət etsin. Mənim dəfnə getməməyimdə səbəb oldu. Şəhriyara dedilər ,niyə xalqın içinə çıxmırsan? O da cavabında “mənim kostyumumdan utanarlar” dedi. Bəlkə ola bilsin, məndə elə fiziki qüsur var ki, hələ ki, çıxmaq istəmirəm”.

  • Представитель БТА: А вы спросили этих людей, куда они едут?

    Несмотря на усиление на территории Азербайджана особого карантинного режима и закрытие бакинского метро, пассажиров общественного транспорта не становится меньше.

    Как передает Oxu.Az, в социальных сетях появляются фото, на которых видно, что на остановках и в самих автобусах большое скопление людей. При этом, как следует из многочисленных комментариев к этим фото, большинство граждан идут на работу и считают, что не нарушают правил.


    Чтобы узнать, почему так происходит, Oxu.Az связался с руководителем пресс-службы Бакинского транспортного агентства Маисом Агаевым.

    По его словам, на линии имеется достаточно единиц общественного транспорта, в частности экспресс-автобусов, которые курсируют между станциями метро.

    “В настоящее время наряду с автобусами регулярных маршрутов пассажиров обслуживают около 100 экспрессов. Примерно столько же автобусов есть и в резерве.

    Повышенная плотность пассажиров, которую мы наблюдаем, связана с тем, что наши граждане не должным образом соблюдают правила самоизоляции. Еще раз хочу отметить, что ныне поездки на автобусах должны восприниматься не так, как раньше.

    Сейчас пассажироперевозки осуществляются в условиях особого карантинного режима. Ежедневно в такой эпидемической ситуации тысячи людей трудятся в сфере транспорта, рискуют своими жизнями, перевозя пассажиров”, – сказал М.Агаев.

    Он также добавил, что такой ситуации не возникло бы, если бы граждане ответственно относились к правилам карантина.

    “В соответствии с решением оперативного штаба при Кабинете министров работники транспорта осуществляют перевозку лиц, работающих в жизненно важных сферах, потому что это крайне необходимо. Каждый гражданин, выходящий из дома без серьезных оснований, должен знать, что таким своим поведением он ставит под серьезную угрозу здоровье десятков людей. Я обращаюсь к тем, кто фотографирует и снимает на видео длинные очереди граждан на автобусных остановках: “А вы спросили этих людей, куда они едут? Если на работу, то насколько она важна?”. В первую очередь я призываю всех оставаться дома и прошу пользователей соцсетей объективно относиться к таким вопросам”, – сказал М.Агаев.

    Согласно решению оперативного штаба при Кабинете министров, в рамках особого карантинного режима, объявленного в Азербайджане с целью предотвращения распространения коронавирусной инфекции (COVID-19), в стране с 00:00 5 апреля по 20 апреля введены новые ограничения на передвижение.

  • BNA rəsmisi: “Onların çalışdığı sahə nə dərəcədə həyati əhəmiyyətlidir?”

    Ölkə ərazisində gücləndirilmiş karantin rejimi davam edir. Buna baxmayaraq, ictimai nəqliyyatdan istifadə edən vətəndaşların sayı artmaqdadır.

    Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə sərnişinlər tərəfindən fotolar paylaşılır. Fotolarda istər müntəzəm marşrut xətti üzrə hərəkət edən, istərsə də xəttə buraxılan ekspress avtobuslarda sərnişin sıxlığının olduğunu görürük.


    Niyə belə vəziyyət yaranır? Niyə hər gün avtobuslarda sərnişin sıxlığı müşahidə edilir? İnsanlar karantin qaydalarına laqeyd yanaşırlar?

    Vətəndaşlar yaranan vəziyyətlə bağlı Bakı Nəqliyyat Agentliyini (BNA) qınayır. Bu səbəbdən BNA-nın Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev ilə əlaqə saxladıq.

    M.Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, karantin rejimi üçün istismara buraxılan kifayət qədər ictimai nəqliyyat vasitəsi var:

    “Müntəzəm marşrutlarla yanaşı, ekspress xətlər üzrə bu gün 100-ə yaxın avtobus sərnişinlərin xidmətindədir. Təxminən bir o qədər sayda avtobus da ehtiyat üçün metro stansiyalarına yaxın ərazidə var. Bu gün və ötən günlər səhər saatlarında sərnişin sıxlığının olması vətəndaşlarımızın özünütəcrid qaydalarına adekvat davranmaması ilə bağlıdır. Bir daha qeyd etmək istərdim, bu gün həyata keçirilən sərnişindaşımalar ənənəvi proses kimi qəbul olunmamalıdır.

    Hazırda bütün digər sahələrdə olduğu kimi, sərnişindaşıma işi də xüsusi karantin rejimində icra olunmaqdadır. Bu, adi daşımalar deyil. Hər gün bu cür epidemik vəziyyətdə minlərlə insan zəhmət sərf edir ki, səhər sərnişinlərin daşınması həyata keçirilə bilsin. Nəqliyyat sahəsində çalışan minlərlə insan bu gün həyatını riskə atıb, vətəni, milləti qarşısında borcunu yerinə yetirir”.

    M.Ağayev onu da əlavə edib ki, insanlar karantin qaydalarına bir az daha həssas yanaşsalar, bu cür sıxlıqla qarşılaşmarıq:

    “Nəqliyyat sahəsində çalışan əməkdaşlar Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara uyğun olaraq, həyati vacib sahələrdə çalışan şəxslərin daşınmasını həyata keçirir. Çünki, bu olduqca vacib və zəruridir. Ciddi əsası olmadan evdən çıxan hər bir vətəndaş bilməlidir ki, o, bu davranışı ilə onlarla insanın sağlamlığını ciddi təhlükə altına atır. Bu gün avtobus qarşısında növbəyə dayanan vətəndaşlarımızın fotosunu, videosunu çəkib paylaşanlara müraciət edirəm: “Soruşdunuzmu, bu insanlar hara gedir? İşə gedirsə, onların çalışdığı sahə nə dərəcədə həyati əhəmiyyətlidir?” Ona görə bir daha hamını ilk növbədə evdə qalmağa çağırıram. Və sosial şəbəkə istifadəçilərindən də xahiş edirəm ki, məsələlərə bir qədər obyektiv yanaşsınlar”.

    Onu da əlavə edək ki, sosial şəbəkədə paylaşılan fotolara şərh yazan vətəndaşlar evdən işə getmək üçün çıxdıqlarını deyərək, israrla qaydaları pozmadıqlarını bildirirlər.

    Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində, ölkədə 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

  • DİN işçi axtarır

    Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) müvafiq qurumlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

    DİN-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

    Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır.
    Ali təhsilli və kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcəkdir.
    İştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

    Əlavə məlumat almaq üçün əlaqə telefonları:

    (012)-590-94-12;
    (012)-590-93-45.
    (012)-590-92-37;
    (012)-590-97-52;

  • Şahdağa qar yağıb

    Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 3-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, Böyük Qafqazın bəzi hissələrində intensiv olub.

    Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakən, Oğuzda 15 mm, Altıağac, Şəkidə 13 mm, Kişçay (Şəki), Sarıbaşda (Qax) 12 mm, Qəbələdə 11 mm, Tovuz, Ağstafada 10 mm, Şabranda 9 mm, Xaltanda 8 mm, İsmayıllıda 7 mm, Xınalıq, Qusarda 6 mm, Qrız, Şəmkir, Naftalanda 5 mm, Göygöl, Gəncə, Qubada 4 mm, Daşkəsən, Tərtər, Ceyrançöldə 3 mm, Mingəçevir, Göyçayda 2 mm, Bərdə, Yardımlı, Lerik, Lənkəran, Astara, Gədəbəy, Mərəzə, Bakı, Sumqayıt, Maştağada 1 mm olub.

    Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm-ə çatıb.

    Yevlax, Göyçay, Göygöl, Balakən, Şəki, Altıağac, Quba, Qusar, Qrız, Sarıbaş, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.

    Şimal-qərb küləyi arabir Tərtərdə 27 m/s, Naftalanda 26 m/s, Ağdamda 22 m/s, Ağstafa, Gəncədə 20 m/s, Xaçmaz, Bərdə, Şəmkirdə 18 m/s, Qazıməmməddə 16 m/s, Mingəçevirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında – Çilov adasında 25 m/s, Bakıda 24 m/s, Pirallahıda 23 m/s, Neft Daşlarında 21 m/s-dək güclənib.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, aran rayonlarında 15-20, dağlıq rayonlarda 9 dərəcəyədək, Naxçıvan MR-da 10-18, Ordubadda 24 dərəcəyədək isti olub.

  • Назначен глава Госслужбы экологической безопасности – ЭКСКЛЮЗИВ

    Назначен глава Госслужбы экологической безопасности, недавно созданной при Министерстве экологии и природных ресурсов (МЭПР).

    Как передает Median.Az, приказом министра Мухтара Бабаева на эту должность назначен Хикмет Ализаде.

    Отметим, что ранее он возглавлял департамент МЭПР по охране биологического разнообразия и развитию особо охраняемых природных зон.

    Информацию о назначении подтвердила пресс-секретарь ведомства Ирада Ибрагимовxu.//oxu.az

  • Azərbaycanda nazirdən yeni təyinat – ÖZƏL

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə rəhbər təyin edilib.

    Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev imzalayıb.

    Əmrə əsasən, Hikmət Əlizadə qurumun yeni yaradılan xidmətinin rəhbəri təyin edilib.

    Qeyd edək ki, H.Əlizadə ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəisi olub.

    Məlumatı nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a təsdiqləyib.

  • Angela Merkel karantindən çıxdı

    Angela Merkel 14 günlük karantin müddətini başa vuraraq, hökumət vəzifələrinin icrasına başlayıb.

    TASS agentliyi xəbər verir ki, bu barədə brifinqdə çıxış edən Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.

    Qeyd edək ki, almaniyalı kansler ona pnevmokok infeksiyası əleyhinə peyvənd vuran həkimin koronavirusa yoluxmasından sonra ev karantininə alınıb.