Month: April 2020

  • Rusiyada koronavirusa yoluxanların sayı dörd mini keçdi

    Rusiyada son sutka ərzində 601 şəxsdə koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 4 149 nəfərə çatıb.

    Meduza.oi-nin xəbərinə görə, bu barədə virusla mübarizə üzrə əməliyyat qərargahından məlumat verilib.

    Virusa yoluxma halı daha çox Moskvada qeydə alınıb – 448 nəfər. Son 24 saat ərzində 281 nəfər sağalaraq, xəstəxanadan evə buraxılıb.

  • DMX koronavirusla bağlı növbəti videoçarx hazırlayıb – VİDEO

    Dövlət Miqrasiya Xidməti (DMX) koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə aparılan #evdəqal maarifləndirmə kampaniyası çərçivəsində növbəti videoçarx hazırlayıb.

    Bu barədə “Report”a dövlət qurumundan bildirilib.

    “Videoçarxın hazırlanmasında bizə dəstək olan, çağırışlara qoşulan diplomatik korpus nümayəndələrinə və əcnəbi iş adamlarına minnətdarlığımızı bildiririk. Evdə qalın, sağlam qalın”, – məlumatda qeyd olunub.

  • Koronavirusa qarşı peyvənd sınaqdan keçirildi

    53 mindən çox insanın ölümünə səbəb olan koronavirusla bağlı vəd edilən şad xəbər ABŞ-ın Pitsburq Universitetinin Tibb fakültəsindən gəlib.

    “EBioMedicine” jurnalında koronavirusla mübarizə üçün peyvəndin hazırlanaraq siçanlar üzərində sınaqdan keçirildiyi barədə məqalə yayımlanıb.

    Məqalədə qısa müddətdə istehsala hazır olan peyvəndin xəstəliyin artma tempini ciddi şəkildə azaltma potensialına sahib olduğu bildirilir.

    Mənbəyə görə, peyvəndin ilk sınaqlarının siçanlar üzərində aparıldığını deyən mütəxəssislər həmin maddənin koronavirusla mübarizə üçün kifayət etdiyini qeyd ediblər:

    “SARS və MERS kimi xəstəliklər üzərində oxşar araşdırmalar aparmışıq. Bu iki virus SARS-CoV-2 adlı virusa çox yaxındır”.

    Peyvəndin ənənəvi qrip peyvəndi kimi hazırlandığını bildirən həkimlər lazımi təsdiqlər alınarsa, insanlar üzərində kliniki sınaqların bir neçə ay ərzində başlayacağını deyiblər.

  • Göyçayda mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var

    Göyçay şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın xəbərinə görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. “Chevrolet” markalı minik avtomobili 2 saylı şəhərarası marşrut üzrə hərəkət edən “Mercedes” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Hadisə zamanı mikroavtobusun sürücüsü, 1976-cı il təvəllüdlü Əhmədov Əli Rasim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Minik avtomobilinin sürücüsü isə yüngül xəsarət alıb.

    Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Fransada koronavirus həbsxanalara da keçdi, ölənlər var

    Fransa həbsxanasında 1 məhkum və 1 nəzarətçi koronavirusdan dünyasını dəyişib.

    “Report” “Euronews”a istinadən xəbər verir ki, ölkə həbsxanalarında cəmi 48 nəfərə koronavirus diaqnozu qoyulub.

    Bundan başqa, 928 məhkumun karantin altında olduğu vurğulanır.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 040 000-i ötüb. Bunların 222 240 nəfəri sağalıb, 55 240 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • ЕС отменяет налоги и пошлины на импорт медоборудования во время пандемии

    Евросоюз решил отменить взимание налогов и пошлин на импорт медицинского оборудования во время пандемии нового коронавируса.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила в пятницу глава Еврокомиссии (ЕК) Урсула фон дер Ляйен.

    “Больницы, врачи и медсестры нуждаются в качественном медицинском оборудовании, и оно должно оставаться доступным по цене. Для обеспечения этого мы больше не будем взимать налоги и пошлины на импорт таких продуктов в ЕС во время коронавирусного кризиса. Мы делаем все возможное, чтобы поддержать наших медицинских работников”, – сказала она.

  • Avropaya idxal olunan tibbi avadanlıqlar rüsumdan azad olunur

    Koronavirus pandemiyası ilə bağlı Avropa İttifaqı (Aİ) tibbi avadanlıq üçün hər cür idxal rüsumlarını və vergilərini ləğv edəcək.

    “Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib.

    “Xəstəxanalara, həkimlərə, tibb heyətinə keyfiyyətli tibbi avadanlıq lazımdır. Odur ki, həmin avadanlıq əlverişli qiymətə tədarük olunmalıdır. Buna nail olmaq üçün koronavirus böhranı zamanı Aİ-də həmin məhsulların idxalı üçün rüsum və vergi almayacağıq. Səhiyyə işçilərimizi dəstəkləmək üçün əlimizdən gələni edirik”, – prezident deyib.

  • Britaniyada bir gündə 684 nəfər koronavirusdan öldü

    Böyük Britaniyada son sutkada 684 nəfər koronavirusdan ölüb.

    “Report” xəbər verir ki, məlumatı “A Haber” yayıb.

    Aprelin 3-dək ölkə üzrə 3 605 nəfər virusa yoluxub.

    Koronavirusa görə karantində olan ölkənin baş naziri Boris Conson isə səhhəti ilə bağlı deyib: “Özümü yaxşı hiss edirəm. Hələ temperaturum var”.

  • Контрафакт в аптеках: В Баку число жертв метанола достигло семи

    Еще два человека скончались в результате отравления метиловым спиртом, который продавался в ряде бакинских аптек под видом медицинского (этилового). На сегодняшний день общее число отравившихся составляет 12, из них семь человек скончались.

    Об этом Oxu.Az сообщил главный токсиколог Азербайджана Азер Магсудов.

    Известно, что 2 апреля, в 03:40, из Сураханского района Баку в Токсикологический центр поступил Адиль Яхшиев (1963 г. р.). Выяснилось, что мужчина выпил контрафактный медицинский спирт. В 06:00 пациент скончался. В этот же день умер еще один пациент, госпитализированный ранее.

    По состоянию на 2 апреля, в Токсикологическом центре было зарегистрировано 11 фактов отравления метанолом, пять из которых – с летальным исходом.

    В настоящее время сотрудники Государственного агентства продовольственной безопасности Азербайджана приступили к расследованию фактов с целью выявления подпольных производителей “медицинского 95%-го спирта”.

  • Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı yeddiyə çatdı

    Bakının bir sıra apteklərində tibbi (etil) adı altında satılan metil spirtindən zəhərlənmə nəticəsində daha iki nəfər ölüb. Bu günə qədər zəhərlənən 12 nəfərdən yeddisi həyatını itirib.

    Bu barədə Oxu.Az-a Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib.

    Aprelin 2-də, saat 03:40 radələrində 1963-cü il təvəllüdlü Adil Yaxşıyev Bakının Suraxanı rayonundan Toksikoloji Mərkəzə çatdırılıb. Məlum olub ki, o, saxta spirt içib. Saat 06:00-da xəstə ölüb. Elə həmin gün daha əvvəl xəstəxanaya yerləşdirilmiş başqa bir xəstə də həyatını itirib.

    Aprelin 2-nə olan məlumata görə, Toksikoloji Mərkəzdə metanoldan beşi ölümcül olmaqla, 11 zəhərlənmə faktı qeydə alınıb.

    Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyinin əməkdaşları “95%-li tibbi spirt”in gizli istehsalçılarını müəyyənləşdirmək məqsədilə araşdırmalara başlayıb.