Month: April 2020

  • Bakının bu ərazisində təbii qazın verilişi dayandırıldı

    Bakının Nəsimi rayonu ərazisində təbii qazın verilişi dayandırılıb.

    Median.Az xəbər verir ki, Nəsimi rayonu, Cavadxan küçəsi, 29 ünvanında əhaliyə təbii qazın verilişi məhdudlaşdırılıb. Məhdudlaşdırmaya səbəb ərazidən keçən qaz xəttində qeydə alınan qəzadır.

    “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.

    O bildirib ki, sözügedən ərazidə qəza səbəbindən baş verən problemlərin aradan qaldırılması istiqamətində işlər görülür:

    “Ərazidən keçən yeraltı qaz xəttində qəza baş verib. Bu səbəbdən, təhlükəsizlik məqsədilə ərazi üzrə təbii qazın verilişi dayandırılıb. Mövcud problem aradan qaldırıldıqdan sonra təxminən üç saat ərzində təbii qazın verilişi bərpa ediləcək”.

  • Bakıda kişi qonşusunu bıçaqladı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    Hadisə ötən gün paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozu, Yeni sahə yaşayış massivində qeydə alınıb.

    Belə ki, sözügedən ünvanda yaşayan Seymur Rəhimov ilə qonşusu, 1965-ci il təvəllüdlü Dadaş Əliyev arasında mübahisə yaranıb.

    Yaranan mübahisə zəminində S.Rəhimov D.Əliyevə qarın nahiyəsindən bir bıçaq zərbəsi ilə xəsarət yetirib.

    Hadisəni törətməkdə şübhəli bilinən S.Rəhimov saxlanılıb, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

  • В Азербайджане продлят срок действия банковских карт

    В Азербайджане на месяц будет продлено действие банковских карт, срок использования которых истек.

    Об этом говорится в заявлении Ассоциации банков Азербайджана (АБА).

    Данная мера была принята президиумом АБА в соответствии с решениями правительства по предотвращению распространения коронавируса в стране с целью минимизации физического контакта с гражданами в филиалах и отделениях банков.

    Продление срока действия будет проводиться в одностороннем порядке, то есть банком, куда гражданам не нужно будет приходить.

  • Azərbaycanda vaxtı bitmiş bütün növ ödəniş kartlarının istifadə müddəti uzadılır

    Vaxtı bitmiş bütün növ ödəniş kartlarının istifadə müddəti uzadılacaq.

    Bununla bağlı Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən qəbul olunmuş qərarlara uyğun olaraq, bankların filial və şöbələrində vətəndaşlarla fiziki təmasın minimallaşdırılması zərurətini nəzərə alaraq bəyanat yayıb.

    Bəyanatda bildirilib ki, müvafiq qərar ABA-nın Rəyasət Heyəti tərəfindən qəbul olunub.

    Qərara əsasən, vaxtı bitmiş bütün növ ödəniş kartlarının istifadə müddətləri bankın daxili strukturunun imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla ən azı bir ay uzadılacaq.

    İstifadə müddətinin uzadılması birtərəfli qaydada, yəni bank tərəfindən aparılacaq və vətəndaşların bunun üçün banka gəlməsinə ehtiyac olmayacaq.

  • Azərbaycanda spirtdən zəhərlənib ölənlərlə bağlı RƏSMİ AÇIQLAMA

    “Mart ayının 21-dən metil spirti içən doqquz nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib”.

    Bu barədə Oxu.Az-a məlumatı TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva verib.

    “Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərdən dördü ölüb, beşinin isə vəziyyəti stabildir”, – R.Əliyeva qeyd edib.

    Qeyd edək ki, martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə metil spirti zəhərlənməsi diaqnozu ilə doqquz xəstə müraciət edib. Zəhərlənənlərdən dördü ölüb.

  • Karantin zonasında qalanlar həkimləri belə alqışladılar – VİDEO

    Karantin zonalarına yerləşdirilən şəxslər həkimlərin zəhmətini alqışlayıb.

    İnsanlar karantin müddətində onlara xidmət göstərən tibb işçilərinə, həkimlərə təşəkkür məqsədilə video çəkiblər.

    Qeyd edək ki, hazırda Azərbaycanda müxtəlif karantin zonalarında 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.

    Ümumilikdə, ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 400 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan səkkiz nəfərinin vəziyyəti ağır, 11 nəfərinin orta ağır qiymətləndirilir, digərlərinin isə səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.
    /oxu.az/

  • Bakıda heyvan kəsimi və satışı məntəqələrində iyrənc mənzərə – FOTO

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

    AQTA-dan verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Bakı şəhərinin Binəqədi, Nərimanov və Xətai rayonlarında fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərində reydlər keçirilib.

    Reydlər zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə bildirişlər təqdim olunub.

    Keçirilən monitorinqlər zamanı koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair metodiki göstərişlər diqqətə çatdırılıb.

    Qeyd edək ki, bu tədbirlər çərçivəsində AQTA hazırda qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi ilə bağlı geniş təbliğat işləri aparır. Agentlik tərəfindən indiyədək bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub.

    Agentlik bir daha vətəndaşları qanunsuz fəaliyyət göstərən, eyni zamanda qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etməməyə, bu istiqamətdə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün prosesdə aktiv iştiraka, bu sahədə müşahidə olunan qanunsuz fəaliyyətlərlə bağlı AQTA-nın 1003-Çağrı Mərkəzinə məlumat verməyə çağırır.

  • Названо число наказанных за распространение дезинформации о пандемии COVID-19

    В Азербайджане принимаются меры по привлечению к ответственности граждан, распространяющих от имени госструктур дезинформацию о коронавирусной пандемии.

    Об этом в ходе пресс-конференции оперативного штаба при Кабмине в четверг сказал заместитель начальника Главного управления общественной безопасности МВД Азиз Багишев.

    По его словам, со времени введения карантинного режима и до сегодняшнего дня 10 человек арестованы в административном порядке, 18 – оштрафованы, 127 – получили предупреждение.

  • Azərbaycanda koronavirusla bağlı ajiotaj yaradan 10 nəfər həbs edilib – RƏSMİ

    “Ölkədə koronavirus pandemiyası ilə bağlı aidiyyəti qurumların adından yalan məlumat yayan vətəndaşlara qarşı mübarizə tədbirləri həyata keçirilir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

    Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı ölkədə xüsusi karantin qərarı elan olunandan bu vaxta qədər bu cür məlumatlar yayıb, ajiotaj yaradan 10 nəfər inzibati həbs edilib:

    “Bundan başqa, 18 nəfər cərimələnib, 127 nəfərə xəbərdarlıq olunub”.

  • МВД Азербайджана предупредило водителей такси

    Недопустима перевозка большого числа пассажиров одновременно. По этому вопросу с водителями такси регулярно проводится просветительская работа.

    Об этом в ходе пресс-конференции оперативного штаба при Кабмине Азербайджана в четверг сказал заместитель начальника Главного управления общественной безопасности МВД Азиз Багишев.

    По его словам, водители такси, если они возьмут более двух пассажиров, будут оштрафованы.

    “Недопустимо сажать в такси четыре человека. При пользовании общественным транспортом нужно соблюдать дистанцию. Это касается и такси”, – отметил А.Багишев.