Month: April 2020

  • DİN-dən taksi sürücülərinə xəbərdarlıq: “Yolverilməzdir!”

    “Taksilərdə sıxlıq yolverilməzdir. Bu barədə taksi sürücüləri ilə daimi maarifləndirmə tədbirləri aparılır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

    Onun sözlərinə görə, taksiyə iki nəfərdən artıq sərnişin götürən sürücü cərimə olunacaq:

    “Taksiyə dörd nəfərin götürülməsi yolverilməzdir. İnsanlar ictimai nəqliyyatdan istifadə edərkən məsafə saxlamalıdırlar. Bu, taksilərə də aiddir”.

  • Ölkədə koronavirusun pik həddə çatma vaxtı hesablanır – RƏSMİ

    “35 min testin aparılması bu sayda insanın test olunması demək deyil. Hər karantində olan şəxs iki dəfə, sağalanlar ən azı üç-dörd dəfə yoxlanılır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

    Onun sözlərinə görə, epidemiyanın statistikasını aparan mütəxəssislər var:

    “İlk gündən qərargahda bu işlə məşğul olan elmi işçilər, statistika aparanlar var. Həmin şəxslər respublikada virusun inkişafının stimulyasiyası ilə məşğul olur. Yəqin ki, bununla bağlı məlumat yaxınlarda açıqlanacaq. Hazırda mütəxəssislər ölkədə virusun nə vaxt pik həddə çatması üzərində işlər aparırlar”.

  • Ибрагим Мамедов: Решение по соцпомощи будет принято в ближайшие дни

    По вопросу социальной помощи каждый предлагает свою идею. Выдвигаются, в частности, предложения по социальным выплатам.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на пресс-конференции оперативного штаба при Кабмине в четверг сказал глава пресс-службы правительства Ибрагим Мамедов.

    По его словам, окончательное решение по этому вопросу пока не принято, и ожидается, что это произойдет в ближайшие дни.

    “Конечно же, решение будет направлено на минимизацию ущерба, нанесенного гражданам. Малоимущим семьям должна быть оказана помощь. Пока что невозможно привести какие-то конкретные цифры”, – отметил И.Мамедов.

  • Koronavirusa görə sosial yardımla bağlı RƏSMİ AÇIQLAMA

    “Sosial yardımlarla bağlı hər kəs öz fikirlərini söyləyir. Sosial ödənişlərlə bağlı təkliflər irəli sürülür”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, bu barədə son qərar verilməyib:

    “Yaxın günlərdə bu barədə qərar qəbul ediləcək. Təbii ki, veriləcək qərar vətəndaşlara dəyən zərərin yüngülləşdirilməsi istiqamətində olacaq”.

    “İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələlik bu barədə hansısa dəqiq rəqəm demək mümkün deyil”, – deyə İ.Məmmədov qeyd edib.

  • Ибрагим Мамедов: В Кабмине не исключают возможности объявления режима ЧС – ВИДЕО

    В настоящее время в Азербайджане растет число инфицированных коронавирусом.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на брифинге оперативного штаба при Кабинете министров в четверг сказал глава пресс-службы правительства Ибрагим Мамедов.

    По его словам, число инфицированных коронавирусом в стране превышает число выздоровевших.

    “Выздоровели 46 человек. Такая разница нас не радует. Если эта тенденция сохранится, то не исключается возможность введения режима чрезвычайной ситуации (ЧС).

    Правительство разработало планы на любой случай. Конечно, мы надеемся, что необходимости в этом [режиме ЧС] не возникнет”, – отметил И.Мамедов.

  • İbrahim Məmmədovdan fövqəladə vəziyyət AÇIQLAMASI – VİDEO

    “Hazırda ölkədə koronavirusa yoluxma halları artır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, yoluxma halları sağalma hallarını üstələyir:

    “46 nəfər sağalıb. Bu fərqin artması pis haldır. Bu tendensiya davam edərsə, vəziyyət mürəkkəbləşərsə, fövqəladə vəziyyətin elan olunması istisna edilmir”.

    “Hökumət bütün planlara malikdir. Amma arzuediləndir ki, buna ehtiyac olmasın”, – deyə İ.Məmmədov qeyd edib.

  • Два случая передозировки наркотиками в Баку: мужчина скончался, девушка – в коме

    Два факта передозировки наркотиками, в том числе один с летальным исходом, зарегистрированы сотрудниками органов внутренних дел в Баку за минувшие сутки.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    В поселке Сураханы одноименного района первого апреля, в 17:00, местный житель Нифтали Яхшиев (1976 г.р.) скончался от передозировки наркотиками. В настоящее время по данному факту ведется расследование.

    В Наримановском районе в этот же день от передозировки метадоном отравилась 26-летняя жительница Исмайыллинского района Ж.Шихыева, проживающая на съемной квартире. Девушка в коматозном состоянии доставлена в больницу. Сотрудники 17-го отделения полиции указанного района изучают обстоятельства случившегося.

    Отметим, что накануне сотрудниками полиции по столице выявлен один факт хранения наркотического средства с целью сбыта. Оперативники Управления полиции Сураханского района задержали ранее судимого жителя Баку Бахтияра Меликова (1964 г.р.), у которого при обыске обнаружили свыше трех килограммов высушенной марихуаны. Мужчина уже во второй раз попадает за решетку за хранение и сбыт зелья.

    По данным МВД, в марте сотрудниками столичных подразделений полиции выявлено 132 факта, связанных с незаконным оборотом наркотиков.

  • Bakıda narkotikin yüksək həddə qəbulu faciə ilə nəticələndi: Kişi öldü, qız komadadır

    Ötən gün Bakıda daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik maddələrin həddən artıq qəbulu ilə bağlı iki fakt qeydə alınıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Suraxanı rayonunun eyni adlı qəsəbəsində aprelin 1-də saat 17:00 radələrində 1976-cı il təvəllüdlü Niftalı Yaxşiyev narkotiki yüksək dozada qəbul edərək ölüb. Hazırda bu faktla bağlı araşdırma aparılır.

    Elə həmin gün Nərimanov rayonunda kirayə yaşayan 26 yaşlı İsmayıllı rayon sakini J.Şixiyeva metadonun həddindən artıq qəbulundan zəhərlənib. Komada olan qız xəstəxanaya aparılıb. Qeyd edilən rayonun 17-ci Polis Bölməsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırırlar.

    Qeyd edək ki, paytaxtda polis əməkdaşları narkotik satışı ilə bağlı bir faktı aşkarlayıblar. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Bəxtiyar Məlikovu saxlayıblar, onun üzərində üç kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mart ayında paytaxt polisinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 132 fakt aşkarlayıblar.

  • В Азербайджане будут штрафовать работников букмекерских контор

    В Азербайджане за допущение прямого или косвенного участия несовершеннолетних в ставках на спорт планируется ввести штраф.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, это предусмотрено соответствующим изменением, которое предлагается внести в статью 401 Кодекса об административных проступках АР.

    Согласно поправке, если сотрудник букмекерской конторы допустит участие в ставках (азартных играх) несовершеннолетних, он будет оштрафован на 500 манатов.

    Проект закона о внесении изменения будет обсуждаться на пленарном заседании Милли Меджлиса (парламента).

  • İdman mərc oyunlarının satıcıları bu halda 500 manat cərimələnəcək

    Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə, cərimələr tətbiq olunması nəzərdə tutulur.

    Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinə əlavə təklif edilir.

    Layihəyə görə, idman mərc oyunlarının satıcısı belə hala yol verərsə, beş yüz manat məbləğində cərimə ediləcək.

    Dəyişiklik layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.