Month: April 2020

  • Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxdu – RƏSMİ

    “Martın 31-dən saat 00:00-da koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı növbəti tədbirlər həyata keçirilib. Vətəndaşların özünütəcrid üçün şərait yaradılıb”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, hazırda əlavə 41 koronavirusa yoluxma faktı var:

    “Səkkiz nəfərin vəziyyəti ağır, 11-nin orta ağır və digərlərinin vəziyyəti stabildir”.

  • Aztəminatlı gənclərə şad xəbər – Onlara da yaşayış sahəsi veriləcək

    Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilməsi nəzərdə tutulur.

    Bununla bağlı Azərbaycanın Mənzil Məcəlləsinə dəyişiklik təklif edilir.

    Məcəllənin 48.1-ci maddəsində qeyd olunur ki, sosial kirayə müqavilələri əsasında müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.

    Təklif olunan dəyişikliyə əsasən aztəminatlı gənclər də bu siyahıya əlavə edilir.

    Layihə Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.
    /oxu.az/

  • Təhsil Nazirliyi “Virtual məktəb” layihəsinə start verir

    Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verilir.

    Nazirlikdən verilən məlumata görə, layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə, məsafədən tədris imkanlarını genişləndirməkdir.

    “Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək, öz yaşına əsasən sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftə içi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək.

    Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq, yeni tapşırıqlar əlavə olunacaq.

    “Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq.

    Eyni zamanda, şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər.

    Qeyd edək ki, “Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə biləcəklər.

  • Президент Ильхам Алиев опубликовал пост в связи с годовщиной апрельских боев – ФОТО

    Президент Азербайджана Ильхам Алиев опубликовал в Facebook пост в связи с годовщиной апрельских боев.

    В публикации говорится, что апрельские бои продемонстрировали мощь нашего государства, армии, единство народа, патриотизм.

  • İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım – FOTO

    Azərbaycan Prezidenti İlham Əliyev Aprel döyüşləri ilə bağlı paylaşım edib.

    Dövlət başçısı bununla bağlı rəsmi “Facebook” səhifəsində foto paylaşıb.

  • Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsindən VİDEO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yaşlı, ahıl sakinləri strukturda yaradılan rahat şəraitdən və indiki dönəmdə sağlamlıqlarının etibarlı şəkildə qorunması ilə bağlı görülən profilaktik tədbirlərdən razılıq edirlər.

    Bu barədə müəssisə sakinləri nazirliyin yaydığı videoçarxda danışıb.

  • Azərbaycanda dörd nəfər spirtdən zəhərlənərək öldü

    Martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə “Metil spirti” zəhərlənməsi diaqnozu ilə doqquz xəstə müraciət edib.

    Bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

    Qeyd olunur ki, zəhərlənənlərdən dördü ölüb.

  • В Азербайджане за нарушение карантинного режима арестованы 12 человек

    В Азербайджане за нарушение карантинного режима в административном порядке арестованы 12 человек.

    Об этом сообщили в Главном управлении Государственной дорожной полиции МВД.

    За минувшие сутки была предотвращена попытка 214 транспортных средств проехать полицейские посты. На дороге Баку-Губа в направлении районов было остановлено 24 автомобиля, в направлении столицы – 190. На трассе Баку-Шамахы-Евлах – в общей сложности 77 автомобилей, Баку-Газах – 156.

    Также отмечается, что за последние сутки за нарушение карантинного режима на полицейских постах 12 человек были привлечены к административной ответственности, еще 1243 человека – оштрафованы.

    Напомним, в рамках мероприятий по ограничению движения и усилению социальной изоляции с целью предотвращения распространения коронавируса COVID-19 с 00:00 19 марта приостановлен въезд в Баку, Сумгайыт и Абшеронский район транспортных средств, зарегистрированных в других районах и городах республики, за исключением автомобилей специального назначения, в том числе скорой медицинской помощи, аварийно-ремонтных и спасательных служб, а также грузовиков.

  • Karantin rejimini pozan 12 nəfər həbs olundu – RƏSMİ

    Gün ərzində postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə, 12 nəfər inzibati qaydada həbs olunub.

    Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Məlumata görə, ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 1-2 aprel tarixləri ərzində Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 24-ü rayon, 190-ı paytaxt istiqamətinə olmaqla, 214 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

    Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan isə 14-ü rayon, 63-ü paytaxt istiqamətinə olmaqla, 77 nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən geri qaytarılıb.

    Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postunda da vəziyyət dəyişməz olaraq qalıb. Belə ki, 68-i rayon, 88-i paytaxt istiqamətinə olmaqla 156 nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən geri qaytarılıb.

    Eyni zamanda, Sumqayıt şəhərinin çıxışında yerləşən keçid postundan 395 nəqliyyat vasitəsinin, Abşeron rayonunun çıxışında yerləşən keçid postundan isə 796 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

    Gün ərzində 1638 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb. Zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə, 12 nəfər inzibati qaydada həbs olunub, 1243 nəfər isə cərimə olunub.

    19 mart – 2 aprel tarixləri ərzində 8685 nəqliyyat vasitəsinin rayon, 24 mart- 2 aprel tarixləri ərzində isə 6380 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

    Ümumilikdə, bu günə qədər 16256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

  • В Баку в экспресс-автобусах наблюдается высокая плотность пассажиров – ВИДЕО

    Согласно решению Кабинета министров о введении на территории Азербайджана особого карантинного режима, в Баку организованы специальные экспресс-автобусы M1 и M2, которые курсируют по определенным маршрутам с интервалом 10 минут и останавливаются около станций метро.

    Тем не менее в столице по-прежнему наблюдается повышенная плотность пассажиропотока, что создает угрозу заражения коронавирусом большего числа людей.

    Для регулирования пассажиропотока в случае необходимости предусматривается выпуск на линию крупногабаритных (18-метровых) автобусов.