Month: April 2020

  • Bakıda kişi bacısının sevgilisini maşınla əzərək öldürdü – VİDEO

    2019-cu il iyunun 23-də Buzovna qəsəbəsi, Nəcibə Məlikova küçəsində fərdi yaşayış evinin qarşısında Murad Baxşıyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobil və həmin nəqliyyat vasitəsi ilə həyətyanı sahənin divarının arasında Rəşad Əliyevin meyiti aşkar edilib.

    Murad Baxşıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Tibbi müayinə zamanı məlum olub ki, o, psixotrop maddədən istifadə edib.

    Xəzər RPİ 2-ci PŞ-dən daxil olmuş diskə baxış zamanı həmin gün Maştağa-Buzovna yolundan bir qadın və bir kişinin əl-ələ tutaraq Nəcibə Məlikova küçəsinə ayrılan yola döndükləri görünüb. Orada bir-birinin əllərini buraxaraq, qadın kişidən iri addımlarla kənarlaşmağa çalışır. Həmin vaxt arxadan “VAZ-21074” markalı avtomobil uzaqvuran işıqları işlək formada əsas magistral yoldan həmin küçəyə dönür. Kişi geri çevrilib avtomobilə baxır və avtomobil ani vaxtda hər iki şəxsi vurur.

    İstintaqla müəyyən edilib ki, həmin qadın Murad Baxşıyevin bacısı olub. Murad avtomobillə hərəkətdə olarkən, bacısı Vüsalə Baxşıyevanı iş yoldaşı Rəşad Əliyevlə əl-ələ tutub getmələrini görür. Psixotrop maddə olan metamfetaminin təsiri altında bunu özü üçün təhqir hesab edib, hər ikisini öldürmək qərarına gəlib. İdarə etdiyi avtomobilin sürətini artıraraq onların üzərinə sürüb, ərazidə yerləşən yaşayış evinin divarına sıxaraq, Rəşad Əliyevi öldürüb. Bacısı isə avtomobilin zərbəsindən qismən yayınmağı bacarıb.

    İş üzrə dindirilmiş Murad Baxşıyev bildirib ki, küçəyə dönərkən idarəetməni itirərək avtomobilin ön hissəsi yolun kənarındakı yaşayış evinin divarı istiqamətində fırlanıb. Dönən zaman əyləc əvəzinə səhvən sürətartırıcı pedala ayağını basıb. Avtomobil qızla oğlana dəyib və hər ikisi yerə yıxılıb. Maşından düşəndə qızın Vüsalə, oğlanın isə bacısının iş yoldaşı Rəşad olduqlarını görüb. Həmin gün başı ağrıdığına görə avtomobildə olan dərmanlardan birini içib. Dərman ağ rəngdə olub, onun psixotrop maddə olduğunu bilməyib. Əvvəllər həmin həblərdən istifadə etməyib. Hadisə yerinə gələn polis əməkdaşlarına da idaəetməni itirdiyini deyib.

    Zərərçəkmiş şəxs qismində dindirilmiş Vüsalə Baxşıyeva bildirib ki, ayaqqabı sexində toxucu işləyib. İş yoldaşı Rəşadla münasibətləri də yeni formalaşmağa başlayıb. İyunun 23-də işdən çıxıb, onunla birlikdə metro ilə “Koroğlu” stansiyasına, oradan sərnişin avtobusu ilə qəsəbəyə gəliblər. Məlikova küçəsinin yanında avtobusdan endikdən sonra piyada hərəkətlər ediblər, həmin vaxt Rəşad onun əlindən tutub. Təxminən 10 metr getdikdən sonra arxadan musiqi səsi gələn avtomobilin üzərilərinə gəldiyini görüb. Zərərçəkmiş qeyd edib ki, telefonla danışanda qəsəbəyə Rəşadla gəldiyini qardaşına deyib və onun yanında olduğunu qardaşı bilib.

    Şahid qismində dindirilmiş Xəzər RPİ Post-Patrul xidmətinin polis nəfəri Əlabas Rüstəmov ifadəsində göstərib ki, hadisə yerinə yaxınlaşanda sürücünün artıq avtomobildən düşüb, piyadanın üzünə su vurduğunu, kənarda isə bir qadının ağladığını görüblər. Sürücüdən nə baş verdiyini soruşduqda həmin şəxs, bacısına sataşdığından onu avtomobillə vurduğunu bildirib. Təcili tibbi yardıma zəng edib ərazini mühafizəyə alıblar.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 30 yaşlı Murad Baxşıyev cəzasını ciddi rejimli CÇM-də çəkməklə 17 il müddətinə azadlıqdan məhrum edilib.

  • Bu şəxslər Ali Məhkəməyə hakim təyin olunacaqlar – ÖZƏL

    Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin olunacaq.

    Oxu.Az-ın məlumatına görə, bu barədə Milli Məclisə təqdimat daxil olub.

    Bakı Apelyasiya Məhkəməsinin hakimləri Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, Elşad Şamayev Ali Məhkəməyə hakim postuna gətiriləcəklər. Həmçinin Gəncə Apelyasiya Məhkəməsinin İspəndiyar Şəfiyevin, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Aqil Abbasovun, Çingiz Əsgərovun, Bəhman Qəribovun, Bəhram Məmmədlinin də Ali Məhkəmənin hakimləri təyin olunacağı gözlənilir.

    Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

  • Qazaxıstanda erməni təxribatının qarşısı alındı

    Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən daha bir erməni təxribatının qarşısı alınıb.

    Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

    Belə ki, Qazaxıstan Xalqı Assambleyasının Şərqi Qazaxıstan vilayəti üzrə Ust-Kamenoqorsk şəhərində yerləşən “Dostluq Evi”nin rəsmi facebook səhifəsində ermənilər aprelin 27-də yayımlanmış videoda göyərti qutabını “erməni-Qarabağ” mətbəxinə aid yemək növü kimi təqdim edib.

    Dövlət Komitəsinin müdaxiləsindən sonra isə aprelin 29-da sözügedən video səhifədən silinib.

    Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 29 aprel tarixində Şərqi Qazaxıstan vilayəti üzrə “Azərbaycan Etno-mədəni Birliyi” adlı İctimai təşkilatın sədri Elvin Dəmirçiyev ilə əlaqə saxlanılıb və müvafiq tövsiyələr verilib. “Dostluq Evi”nin rəsmi şəxsləri ilə söhbətlərin aparılması, qutabın Azərbaycan mətbəxinə aid olduğunun və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun bir daha diqqətə çatdırılması tövsiyə olunub.

    E.Dəmirçiyevin sözlərinə görə, Şərqi Qazaxıstan vilayəti üzrə “Dostluq Evi”nin mətbuat katibi Bibulova Ayzada Erjan qızı ilə bu barədə söhbət aparılıb, Azərbaycan mətbəxi nümunəsinin ermənilər tərəfindən özlərininki kimi qələmə verilməsi, həmçinin Azərbaycan ərazisi olan Qarabağın ermənilərin olması barədə fikirlər söylənilməsinin yolverilməz olduğu diqqətə çatdırılıb. Eyni zamanda, gələcəkdə belə təxribat xarakterli hərəkətlərə imkan verilməməsi xahiş olunub.

  • Bu gün işdən çıxarılan icra başçısı həbs edildi

    Bu gün Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

    Hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilb və M.Quliyev barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

  • Tacikistanda koronavirusa ilk yoluxma halları qeydə alındı

    Tacikistanda COVID-19-a ilk yoluxma halları qeydə alındı.

    “Sputnik”in məlumatına görə, bu barədə Respublikanın Səhiyyə Nazirliyi xəbər yayıb.

    Məlumata görə, 15 nəfər koronavirusa yoluxub.

    Qeyd edək ki, Tacikistan bu günə qədər COVID-19-un daxil ola bilmədiyi nadir ölkələrdən idi.

  • Mayda neçə gün iş olmayacaq?

    2020-ci ilin may ayı üçün bayramlarla əlaqəli qeyri-iş günləri açıqlanıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, mayın 9-u alman faşizmi üzərində tarixi qələbə günüdür. Bu tarix şənbə gününə təsadüf edir.

    Bu səbəbdən mayın 11-i də qeyri-iş günüdür.

    May ayının 24 və 25-i Ramazan bayramı qeyd ediləcək. Mayın 24-ü isə bazar gününə düşür. Bu səbəbdən mayın 26-sı da istirahət günüdür.

    Mayın 28-də Azərbaycanda Respublika Günü qeyd edilir. Həmin tarix ölkədə qeyri-iş günüdür.

  • Məhbuslar arasında koronavirusa yoluxma varmı? – RƏSMİ

    “Cəzaçəkmə müəssisələrində məhbuslar koronavirusa görə test ediliblər”.

    Bu barədə Ədliyyə Nazirliyinin keçirdiyi videokonfransda nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məlumat verib.

    A.Sabitova bildirib ki, koronavirus infeksiyası ilə mübarizə çərçivəsində cəzaçəkmə müəssisələrində ciddi nəzarət həyata keçirilir:

    “Cəzaçəkmə müəssisələrində məhkumlar koronavirusa görə test edilir. Belə ki, testlər hərarəti yüksək olan məhbuslara edilib və onlar önləm məqsədilə nəzarətə götürülüblər. Bu bütün məhbuslara tətbiq edilməyib. Lakin qeyd edim ki, bu günə qədər məhbuslardan götürülən nümunələrdən heç birində koronavirus aşkar edilməyib”.
    //oxu.az

  • Aliment ödənişlərini evdən çıxmadan bu üsulla ödəmək mümkündür

    “Xüsusi karantin dövründə aliment ödənişlərinin gecikdirilməməsi üçün kifayət qədər şərait yaradılıb”.

    Bu barədə Ədliyyə Nazirliyinin keçirdiyi videokonfransda nazirliyin İnformasiya-Kommunikasiya Texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə məlumat verib.

    O bildirib ki, karantin müddətində aliment ödənişlərinin vaxtında ödənilməsi vacib məsələdir və bunun üçün elektron sistemlərin imkanlarından istifadə edilə bilər:

    “Biz “ASAN ödəniş” və bir çox tətbiqlərdə bir çox borcların, o cümlədən alimentlərin ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün şərait yaratmışıq. Vətəndaşlar evdən çıxmadan bütün ədliyyə xidmətlərindən istifadə edə bilərlər. Bu ödənişlərin gecikdirilməməsi üçün Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilib”.

    Ağakərim Səmədzadə onu da qeyd edib ki, aliment ödənişini həyata keçirə bilməyən şəxslərin ölkədən çıxışına qadağa qoyulur:

    “Hər hansısa səbəbdən nəğdsiz ödəniş edə bilməyənlər respublika ərazisində yerləşdirilən 500-ə yaxın ödəniş terminalları vasitəsilə borcları ödəmək imkanı qazanır. Bununla yanaşı, bilirsiniz ki, aliment ödənişi və digər borcu ödəməyən şəxslərin ölkədən çıxmasına qadağa qoyulur. Bu müddət ərzində həmin şəxslər onlayn ödəmə vasitəsilə alimenti evindən ödəməklə ölkədən çıxmasına qoyuılan qadağanı götürülməsinə nail ola biləcək. Vətəndaş borcu ödəyən kimi biz dərhal bu barədə Dövlət Sərhəd Xidmətinə məlumat ötürəcəyik və şəxsin ölkədən çıxığına qoyulan qadağa götürüləcək”
    //oxu.az

  • В Баку на совладельца рынка “8-й километр” совершено нападение – ДЕТАЛИ

    Сотрудники Управления полиции Сабунчинского района Баку вышли на след и установили личности подозреваемых в нападении на крупного предпринимателя, произошедшем 28 апреля, в 20:00, в поселке Бакиханова.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили источники в правоохранительных органах.

    Напомним, что преступление было совершено на улице Явера Алиева. Предварительно сообщалось, что двое неизвестных в черных трикотажных масках напали на Джафара Сафарова (1972 г.р.) в тот момент, когда он парковал у дома свой автомобиль Renault. Злоумышленники сели в машину предпринимателя, ранили его в левую ногу ножом и потребовали отдать все имевшиеся у него деньги. Завладев 10 000 долларов, которые были у Дж.Сафарова с собой, преступники скрылись с места происшествия.

    Однако в ходе расследования всплыли интересные подробности произошедшего. Начнем с того, что жертвой нападения стал владелец рынка “8-ой километр” в Низаминском районе Сафаров Джафар Гудрат оглу.

    По данным источников, факт разбоя уже поставлен под сомнение. Выяснилось, что в момент нападения Дж.Сафаров имел при себе не 10 000 долларов, которые были указаны в заявлении, поданном в полицию, а 47 000 манатов. Если бы это был разбой, то нападавшие отняли бы все деньги, сказали в полиции.

    По имеющейся информации, люди в масках были наняты для слежки за Дж.Сафаровым. Названы также заказчик и цель слежки, но эта информация пока не подтверждена, и сообщать что-то сейчас было бы преждевременно.

    “Дело темное, но мы в нем разберемся “, – заявили в полиции.

    Правоохранители не исключают, что последний случай связан с родом деятельности Дж.Сафарова.

    Следует отметить, что у него есть три брата: Сафар, Сулейман и Гахраман. В 2000 году братья Сафаровы стали владельцами рынка “8-й километр”.

    Сначала их компания ООО Maral-Veqa скупила у Чингиза Асадова половину объекта, а в 2002 году приобрела оставшиеся 50%. Рынок был оформлен на имя Дж.Сафарова. Однако в 2005 году был совершен рейдерский захват. Объект перешел во владение бывшего заместителя министра национальной безопасности Хилала Асадова и экс-начальника Главного управления энергетической и транспортной безопасности упраздненного ныне МНБ Акифа Човдарова. Последний, к слову сказать, 6 апреля этого года был помилован распоряжением Президента Азербайджана. Ранее А.Човдаров был осужден на 12 лет лишения свободы за совершение ряда тяжких преступлений.

    После захвата одна половина акций рынка была оформлена на супругу Н.Асадова – Нушабу Асадову, а другая – на дочь А.Човдарова – Аиду Гасымову.

    Местные СМИ много писали о том, как 16 декабря 2005 года в офис Maral-Veqa ворвались сотрудники спецслужб, после чего доставили брата Дж.Сафарова Гахрамана, главбуха рынка Акифа Азимова и директора Эйюба Новрузова в СИЗО МНБ. Таким образом на Дж.Сафарова было оказано давление. Предпринимателя вынудили отказаться от владения рынком.

    Долгие годы Сафаровы жаловались во все инстанции с требованием восстановить свои права на объект. По имеющимся данным, после осуждения А.Човдарова Джафар Сафаров смог вернуть часть рынка. Однако на днях стало известно, что помилованный экс-чиновник намерен вновь заявить права на это злосчастное доходное место.

  • Bakıda maskalıların hücum etdiyi şəxs bazarın sahibi imiş – MÜƏMMALI FAKTLAR

    Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları 28 aprel saat 20:00 radələrində Bakıxanov qəsəbəsində iş adamına hücum etməkdə şübhəli bilinən şəxslərin izinə düşərək, onların şəxsiyyətini müəyyənləşdiriblər.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

    Xatırladaq ki, cinayət hadisəsi Yavər Əliyev küçəsində törədilib. İlkin olaraq bildirilirdi ki, qara maskalı iki naməlum şəxs “Renault” markalı avtomobilini evinin qarşısında park etməyə çalışan Cəfər Səfərova (1972-ci il təvəllüdlü) hücum edib. Cinayətkarlar iş adamının avtomobilinə əyləşərək, onun sol ayağını bıçaqla yaralayıb və üzərində gəzdirdiyi pulları onlara verməyi tələb ediblər. C.Səfərovun üzərində olan 10 min ABŞ dolları məbləğində (17 min manat) pulu ələ keçirən şəxslər dərhal hadisə yerini tərk ediblər.

    Lakin hadisənin araşdırılması zamanı maraqlı faktlar ortaya çıxıb.

    Ondan başlayaq ki, soyğuna məruz qalan şəxs “8-ci kilometr bazarı”nın sahibi Səfərov Cəfər Qüdrət oğlu olub.

    Mənbədən əldə edilən məlumata görə, hadisənin soyğunçuluq faktı olması şübhə altındadır.

    Məlum olub ki, hücuma məruz qalan vaxt C.Səfərovun üzərində şikayət ərizəsində qeyd etdiyi kimi 10 min dollar yox (17 min manat), 47 min manat olub. Əgər bu, soyğunçuluq olsaydı, cinayətkarlar bütün pulları ələ keçirərdilər.

    Əldə edilən məlumata görə, maskalı şəxslər C.Səfərovu izləmək üçün təyin olunublar. Eyni zamanda, C.Səfərovu izləmək haqda göstəriş verən şəxs və onun məqsədi də məlumdur, lakin informasiya hələ tam təsdiqini tapmadığından, bu haqda məlumat vermək tez olardı.

    “Məsələ qaranlıqdır, lakin biz ona aydınlıq gətirəcəyik”, – deyə polisdən bildirilib.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları istisna etmir ki, hadisə C.Səfərovun iş fəaliyyəti ilə əlaqədardır.

    Qeyd edək ki, C.Səfərovun üç qardaşı var: Səfər, Süleyman və Qəhrəman. 2000-ci ildə Səfərov qardaşları “8-ci kilometr bazarı”nın sahibi olublar.

    Əvvəl onlara məxsus “ООО Maral-Veqa” şirkəti Çingiz Əsədovun obyektinin yarısını, 2002-ci ildə isə qalan 50 faizini əldə edib. Bazar C.Səfərovun adına rəsmiləşdirilib. Lakin 2005-ci ildə bazar ələ keçirilib. Obyekt ləğv edilmiş milli təhlükəsizlik nazirliyində müavin vəzifəsində işləmiş Hilal Əsədovun və eyni nazirliyin Enerji və Nəqliyyat Baş İdarəsinin keçmiş rəisi işləmiş Akif Çovdarovun əlinə keçib. Akif Çovdarov 6 aprel 2020-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə əfv edilib.

    A.Çovdarov bir sıra ağır cinayətlər törətdiyinə görə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

    Ələ keçirilən bazar səhmlərinin yarısı H.Əsədovun həyat yoldaşı Nüşab Əsədovanın adına, digər 50 faizi isə A.Çovdarovun qızı Aida Qasımovanın adına rəsmiləşdirilib.

    Yerli kütləvi informasiya vasitələrində dəfələrlə 16 dekabr 2005-ci ildə “OOO Maral-Veqa” şirkətinin ofisinə daxil olan xüsusi xidmət orqanlarının C.Səfərovun qardaşı Qəhrəman Səfərovu, bazarın baş mühasibi Akif Əzimovu və direktor Əyyub Novruzovu saxlayaraq, ləğv edilmiş milli təhlükəsizlik nazirliyinin istintaq təcridxanasına aparılması haqda xəbərlər dərc olunub.

    Bu vasitə ilə C.Səfərova təzyiq göstərilib. Sahibkar mülkiyyətindən imtina etmək məcburiyyətində qalıb.

    Uzun illərdir ki, Səfərovlar hüquqlarının bərpa olunması üçün bütün məhkəmə instansiyalarına müraciət ediblər. Əldə olunan məlumata görə, A.Çovdarovun məhkum ediləndən sonra C.Səfərov bazarın bir hissəsini geri qaytara bilib. Lakin bu günlərdə məlum olub ki, əfv olunan sabiq məmur “lənətlənmiş” bu obyekt üzərində itirdiyi nəzarəti yenidən bərpa etmək niyyətindədir.