Month: April 2020

  • Abuzər Xələfov II Fəxri xiyabanda dəfn olunub

    Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin (BDU) professoru Abuzər Alı oğlu Xələfov II Fəxri xiyabanda dəfn olunub.

    Median.Az report-a istinadən xəbər verir ki, respublikada kitabxanaçılıq, biblioqrafiya elmlərinin və ali kitabxanaçılıq təhsilinin yaranması və formalaşması məhz Abuzər Xələfovun adı ilə bağlıdır.

    Professor Azərbaycanda, Rusiyada, Gürcüstanda, Özbəkistanda mədəniyyət, kitabxana quruculuğu, kitabxanaşünaslıq tarixi və nəzəriyyəsi problemləri üzrə müdafiə edilmiş bir çox namizədlik və doktorluq dissertasiyalarının opponenti, yaxud müdafiə şuralarının üzvü kimi iştirak etmişdir.
    A.Xələfovun elmi araşdırmalarında Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri problemləri mühüm yer tutur. Onun “Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı”, “Azərbaycanda ali kitabxanaçılıq təhsili” kitabları, çoxsaylı məqalələri, tədris-metodik materialları respublikada kitabxanaçılıq-biblioqrafiya təhsilinin, yüksəkixtisaslı mütəxəssislər hazırlanmasının həllinə ciddi təsir göstərmişdir. Azərbaycanın müstəqilliyi dövründə 2 hissədən ibarət “Kitabxanaşünaslığa giriş” dərsliyinin çapdan çıxması A.Xələfovun elmi fəaliyyətinin zirvəsi sayıla bilər.

    Ömrünü kitabxanaşünaslıq elminin və təhsilinin inkişafına həsr edən fədakar alim, ziyalı, qayğıkeş və səmimi insan, təcrübəli pedaqoq və gözəl ailə başçısı Abuzər Alı oğlu Xələfovun əziz xatirəsi unudulmayacaq, onu tanıyanların qəlbində həmişə yaşayacaq.

  • İtaliyada koronavirusdan ölüm və yoluxma azalır

    İtaliyada son bir gün ərzində daha 333 nəfər koronavirusdan ölüb.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

    Bununla da ölkədə pandemiya qurbanlarının sayı 26 977 nəfərə çatıb.

    Məlumata görə, İtaliyada daha 1 739 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 199 414-ə yüksəlib.

    Bundan başqa, ölkədə indiyədək 66 624 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.//report.az

  • Представитель главы ИВ Исмаиллинского района задержан по подозрению в коррупции

    Представитель главы Исполнительной власти Исмаиллинского района по городу Исмаиллы Магеррам Ахмедов задержан по обвинению в совершении коррупционных преступлений.

    Как сообщает АПА, об этом говорится в совместном сообщении Службы государственной безопасности и Генеральной прокуратуры Азербайджана.

    На основании поступившей о незаконных действиях представителя ИВ Исмаиллинского района по городу Исмаиллы Магеррама Ахмедова информации СГБ и Генпрокуратура провели неотложные оперативно-розыскные мероприятия.

    В результате было установлено, что М.Ахмедов, нарушив требования постановления Кабинета министров №124 от 2 апреля 2020 года “О дополнительных мерах по предотвращению распространения коронавирусной инфекции на территории Азербайджанской Республики”, за деньги выдавал справки о работе физическим лицам, занимающимся предпринимательской деятельностью на территории района без создания юридического лица и не имеющим отношения к соответствующим категориям, не зарегистрировавшимся на портале icazə.e-gov.az, а также присваивал выделяемую государством продовольственную помощь, предназначенную для малоимущих семей.

    Во время осмотра административного здания представительства по городскому территориальному округу и дома Магеррама Ахмедова в селе Миджан были обнаружены пластиковые банковские карты на имена различных физических лиц. Также установлено, что Ахмедов оформлял банковские карты на имена своих близких родственников, присвоив, таким образом, в период с 2016 по 2020 годы в общей сложности 12 400 манатов.

    Наряду с этим при обыске были обнаружены и изъяты наличные деньги, незаконные справки, выданные на имя отдельных лиц о том, что они, якобы, работают, и соответствующие записи, а также продовольственные пакеты, предусмотренные для малообеспеченных семей, другие важные документы и предметы.

    На основании собранных в ходе предварительного расследования доказательств, по факту в Главном управлении по борьбе с коррупцией при генеральном прокуроре Азербайджана возбуждено уголовное дело по статье 311.1 (Получение взятки) УК АР. М.Ахмедов задержан в качестве подозреваемого лица.

    Следствие по делу продолжается.

  • Rusiyada narkotik ticarəti ilə məşğul olan keşişlər tutuldu

    Rusiya paytaxtında narkotik ticarəti ilə məşğul olan iki keşiş saxlanılıb.

    Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

    İlk olaraq, 36 yaşlı Maksim Kamenev saxlanılıb. Onun maşınında ftoramfetamin bağlamaları tapılıb.

    Bir müddət sonra isə başqa bir kilsə xidmətçisi Roman Qorovenko saxlanılıb. Onun qarajında axtarış zamanı səkkiz bağlama qadağan olunmuş narkotik maddə aşkar edilib.

    Hər iki şəxslə bağlı cinayət işi açılıb.

  • Bakıda yandırılmış kişi meyiti tapılıb – FOTO

    Bakıda qətl hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Belə ki, axşam saatlarında “DSK yolu” kimi tanınan ərazidə üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsi, Rayon Prokurorluğu və Bakış Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib.

    Əraziyə və meyitə baxış keçirilən zaman öldürülən şəxsin təxminən 50-55 yaşlarında kişi olduğu müəyyən edilib. Eyni zamanda meyitin yandırıldıqdan sonra yol kənarına atıldığı aşkar edilib.

    Kriminal ekspertlərin apardığı araşdırma zamanı meyitin baş nahiyəsindən başqa bütün bədən üzvlərinin tamamilə yandığı məlum olub.

    Hazırda ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.

  • Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri və tərkibi müəyyənləşib

    Azərbaycanın NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin yeni tərkibi təsdiqlənib.

    APA-nın məlumatına görə, Ziyafət Əsgərov Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri seçilib.

    Nümayəndə heyətinə millət vəkilləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev daxildir.

  • Ramazanın 4-cü gününün duası, imsak və iftar vaxtı

    Sabah Ramazan ayının dördüncü günüdür.

    Median.Az Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda aprelin 28-də imsak saat 04:05-də, iftar isə saat 19:47-dadır.

    Ramazan ayının 4-cü gününün duası:

    “Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin”.

    Tərcüməsi:

    “İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükür etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!”

    Allah orucunuzu qəbul etsin!

  • В Швеции азербайджанец скончался от коронавируса

    22-летний житель Стокгольма азербайджанской национальности скончался от коронавируса.

    Об этом Report сообщил член Координационного совета азербайджанцев Швеции Надир Голленбранд.

    По его словам, Этибар Гасанага оглу Салаев (1998 года рождения) скончался от COVID-19 вчера ночью.

    Пока не известно, будет ли похоронен гражданин Швеции в Стокгольме или же у себя на исторической родине в Азербайджане.

  • İsveçdə 22 yaşlı azərbaycanlı koronavirusdan vəfat etdi

    İsveçdə azərbaycanlı gənc koronavirusdan vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand feysbuk hesabında paylaşım edib.

    “Stokholmda 22 yaşında gənc azərbaycanlımız bu gün gecə saatlarında Covid-19-dan həyatını itirdi. Özü də sağlam bir gənc. İsveç virusla oyun oynayır. Yaxşı ki, Azərbaycandasız”, – deyə o, paylaşımında qeyd edib.

  • Bakıda iki avtomobil toqquşub – FOTO

    Bakının Biləcəri qəsəbəsində “Chevrolet” və “Llada Samara” markalı iki minik avtomobili toqquşub.

    APA-nın xəbərinə görə, nəticədə bir nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

    Araşdırma aparılır.