Month: April 2020

  • Bərbərxana və salonlar nə vaxt açılacaq? – AÇIQLAMA

    Bərbərxana və salonlarda insanların yaxın təması olur. Bu təhlükə səbəbindən həmin obyektlər açılmadı. Buna Operativ Qərargahdakı mütəxəssislər qərar verir. Təhlükə var ki, açmayıblar.

    “Karantin rejiminin yumşaldılması, hansı obyektlərin fəaliyyətə başlaması araşdırmalar, hesablamalar, təhlükələr nəzərə alınmaqla həyata keçirilir. Əgər ilk etapda bərbərxana və salonlar açılmayıbsa, deməli, təhlükə ola biləcəyi ehtimalındandır.

    Median.Az
    xəbər verir ki, bunu modern.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev karantin rejiminin yumşalması ilə bağlı fikirlərini bölüşərkən deyib.

    C.İsayev qeyd edib ki, bərbərxana və qadın salonların açılması növbəti etapda müşahidə edilə bilər:

    “Bərbərxana və salonlarda insanların yaxın təması olur. Bu təhlükə səbəbindən həmin obyektlər açılmadı. Buna Operativ Qərargahdakı mütəxəssislər qərar verir. Təhlükə var ki, açmayıblar, olmasaydı, açardılar”.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında Operatv Qərargahın qərarı ilə bu gündən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb. Bir sıra iş yerləri və xidmət sahələrinin fəaliyyətinə icazə verilib.

  • Azərbaycan səmasında görünən qəribə görüntü: Bu nədir? – VİDEO

    Dünən gecə Azərbaycan səmasında qəribə işıqlar müşahidə olunub.

    Sosial şəbəkədə yayılan görüntülər hər kəsin diqqətini cəlb edib.

    İzləyicilərimiz yazır ki, göydə ardıcıl işıqlar görünüb və bunu kameraya çəkiblər.

    İşıqlar xüsusilə Zaqatala-Balakən tərəfdə gözlə daha yaxşı müşahidə olunub.

    Türkiyə mətbuatı da bu işıqlardan yazıb. Bildirilir ki, Türkiyənnin bəzi bölgələrində sözügedən işıqlar vətəndaşlar tərəfindən çaşqınlıqla izlənilib.

    Türkiyə mətbuatı iddia edir ki, səmada görünən işıqlar “Starlink peykləri”nə aiddir.

    Qeyd edək ki, ABŞ-ın raket, peyk və kosmik servis istehsalçısı “SpaceX” “Starlink” internet peyk şəbəkəsinin bir hissəsi olaraq daha 60 peyki fəzaya buraxmışdı.

    “Starlink layihəsi” çərçivəsində “SpaceX” kosmosa əvvəllər 5 dəst və hər dəstdə 60 olmaqla 300 peyk buraxıb. Şirkət “Earth” orbitində “Starlink” peykləri ilə 12.000 peyklik şəbəkə qurmağı planlaşdırır. Layihənin 2027-ci ildə tamamlanması gözlənilir.

  • Минтруда: Мерами соцподдержки охвачено 48% населения

    В Азербайджане меры социальной поддержки, связанные с последствиями коронавирусной пандемии, охватывают более 4 800 000 граждан, или 48 процентов населения.

    Как сообщили в Министерстве труда и социальной защиты населения, широкомасштабные меры по поддержке занятости и социального благосостояния в период пандемии еще раз подтверждают тот факт, что в центре политики Президента Ильхама Алиева находится гражданин Азербайджана.

    Эти меры позволили в первую очередь сохранить рабочие места и заработную плату до 1 640 000 граждан, занятых в государственном и частном секторе.

    Также обеспечены устойчивые выплаты пенсий, пособий и стипендий двум миллионам человек из социально уязвимых групп населения.

    Кроме того, началось осуществление единовременных выплат, охватывающих до 600 000 безработных, привлечение 90 000 человек к оплачиваемым общественным работам с целью повышения занятости, создание как минимум 12 000 семейных подсобных хозяйств в рамках программы самозанятости.

    Ведется работа по оказанию адресной государственной поддержки до 340 000 членов 82 000 семей, обеспечению страховой выплаты по безработице 20 000 человек, продовольственной помощью около 100 000 малоимущих семей.

  • Nazirlikdən sosial dəstəklə bağlı AÇIQLAMA

    Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya əhalinin 48 faizini əhatə edir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək yönümündə genişmiqyaslı tədbirlərlə bir daha təsdiqini tapır.

    Dövlətin indiki çətin dövrdə də öz vətəndaşının yanında olduğunun bariz nümunəsi olan bu tədbirlər ilk növbədə dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 640 minədək işçinin iş yerlərinin və əməkhaqlarının qorunmasına imkan verdi.


    Sosial ödənişlərin davamlılığı təmin edilməklə, əsasən, həssas qruplardan olan iki milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi.

    600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramına, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunmasına, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailə kiçik təsərrüfatlarının qurulmasına başlanıldı.

    82 min ailənin 340 minədək üzvünün ünvanlı dövlət sosial yardımı, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır.

    Beləliklə, pandemiya ilə əlaqədar, təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizini əhatə edir.

  • В ряд азербайджанских банков назначены временные администраторы

    Согласно решениям правления Центрального банка Азербайджана от 27 апреля 2020 года, назначены временные администраторы в ОАО Ata Bank, ОАО AGBank, ОАО NBC Bank и ОАО Amrah Bank.

    Как сообщили в Центробанке, все полномочия по управлению банками, в том числе полномочия общего собрания акционеров, в соответствии с законодательством перешли к временным администраторам.

    Дополнительная информация будет предоставлена позднее.

  • Azərbaycanda bu bankların bütün səlahiyyətləri alındı

    Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “AmrahBank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunublar.

    Mərkəzi Bankın yaydığı məlumata görə, qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn, bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

  • Завтра в Азербайджане будет ветрено

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 28 апреля.

    В Баку и на Абшеронском полуострове прогнозируется погода без осадков, переменная облачность, утром – туман, юго-западный ветер сменится порывистым северо-западным.

    Температура воздуха на Абшероне составит ночью 12-14, днем – 15-18, в Баку ночью – 12-14, днем – 15-17 градусов тепла.

    Атмосферное давление повысится с 758 до 764 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 40-45%.

    В ряде районов Азербайджана завтра ожидаются грозы, дожди, местами – ливни, град, ночью и утром – туман, порывистый западный ветер.

    Температура воздуха составит ночью 7-12, днем – 20-25, в горах ночью – 2-7, днем – 7-12 градусов тепла.

  • Sabahın havası: 25 dərəcə isti olacaq

    Aprelin 28-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Səhər duman olacaq, cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

    Aprelin 28-də Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

    Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.

  • Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Beyləqan rayonu, Birinci Şahsevən kəndində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

    Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı ərazidə fəaliyyət göstərən “MKT İK” MMC-nin Beyləqan filialı tərəfindən pambıq emalı zamanı formalaşan istehsalat və məişət tullantılarının su kanalına atıldığı məlum olub.

    Faktla bağlı filialın direktoru Rəşid Məmmədov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.

    Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, müəssisədə formalaşan tullantıların qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə filialın direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

  • Bakıda hədə-qorxu gələn sürücü barədə araşdırmalara başlanıldı – VİDEO

    Sosial şəbəkələrdə Qaraçuxur qəsəbəsi, Zığ-Mədən yolunda hərəkətdə olan avtomobilin arxasından gələn “Mercedes” markalı, 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsünün yüksək sürətlə hərəkət edərək, qarşıdakı sürücüdən yol istəməsinin görüntüləri yayılıb.

    Qarşıdakı sürücünün yol vermədiyini görən “Mercedes”ın sürücüsü səs siqnalı verərək, onun qarşısını kəsib. O, daha sonra avtomobildən düşərək, sürücünün yanına gəlib, nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik, sürücüyə əl-qol ataraq, hadisə yerindən qaçmağa başlayıb.

    Görüntünü qeydə alan sürücü bu barədə polisə şikayət edib.

    Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yayılan görüntülərə aydınlıq gətirib.

    BDYPİ-nin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır:

    “Təqdim olunan video ilə bağlı araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məlumat vermişəm”.

    “Qanunda vətəndaşlar biri-birinə yol-hərəkət qaydaların pozulması ilə bağlı irad tuta bilər, amma bu, mədəni şəkildə olmalıdır. Burada hər iki tərəf dinlənilməlidir”, – deyə V.Əsədov qeyd edib.